Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə94/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   90   91   92   93   94   95   96   97   ...   153
C fakepathmuhazire tarix (3)

Şəhər islahatı. Şimali Azərbaycanda 1870-ci il iyunun 16 təsdiq edilmiş “Əsasnamə”yə əsasən şəhər islahatı yalnız 1878-ci ildə həyata keçirildi. “Əsasnamə”yə görə, şəhər idarələri və dumalara seçkilərdə silki mədəniyyət ləğv olunsa da, əmlak senzi tətbiq olunurdu. Şəhərdə yaşayıb vergi verən əhalinin hər biri seçkilərdə iştirak edə bilərdi. 25 yaşına çatmayanlar və qadınlar bələdiyyə seç-kilərində iştirak edə bilməzdilər. Şəhər dumalarının kiçik təsərrüfat işləri ilə məşğul olmaq hüququ var idi. Dumanın fəaliyyətinə qubernator nəzarət edirdi. Qafqazda bütün ali hakimiyyət canişinin əlində idi. Quberniyalarda bütün mülki və hərbi hakimiyyət qubernatora məxsus idi. Qəzalar qəza rəisləri tərəfindən idarə olunurdu. Cənubi Qafqazın inzibati quruluşunda Rusiyadakı islahatlara uyğun müəyyən dəyişikliklər edildi:

1.1859-cu ildə Şamaxıda olan zəlzələ nəticəsində şəhər tamamilə dağıldığından quberniyanın mərkəzi Bakıya köçürüldü və Bakı quberniyası adlandı.

2.1860-cı ildə Dərbənd quberniyası ləğv edildi. Quba qəzası Bakı quberniyasının tərkibinə qatıldı. Sonralar yaradılmış Cavad və Göyçay qəzaları da bu quberniyanın tərkibində idi.

3.1868-ci ildə Bakı, Tiflis və İrəvan quberniyalarından alınmış ərazilər hesabına Yelizavetpol quberniyası yaradıldı. Ərəş, Cəbrayıl, Cavanşir qəzaları bu quberniyanın tərkibinə daxil edildi.



4.Şərur-Dərələyəz və Naxçıvan qəzaları İrəvan quberniyasına daxil idi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin