Məhkəmə islahatı. Şimali Azərbaycanda məhkəmə islahatı 1866-cı ildə keçirildi. İslahata əsasən:
1.Silki məhkəmələr ləğv edildi və vahid məhkəmələr yaradıldı.
2.Qəzalarda dairə məhkəmələri və barışıq şöbələri təşkil olundu. Dairə məhkəmələrini çarın təsdiqinə canişin təqdim edirdi. Bu məhkəmələr barışıq məhkəmələrinin qərarlarına nəzarət edir, onların səlahiyyətində olmayan bütün mülki və cinayət işlərini həll edirdi.
3. Məhkəmə iclasları açıq keçirilirdi və s.
Məhkəmə islahatının müsbət cəhətləri ilə yanaşı, məhdud cəhətləri də var idi. Belə ki, Rusiyada hakimlər seçildiyi halda, Azərbaycanda onlar yalnız ruslardan təyin olunur, məhkəmə iclasları rus dilində aparılırdı. Məhkəmə hakimləri özbaşınaqlıq edir və rüşvətxorluqla məşğul olurdular.
Dostları ilə paylaş: |