Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


XIX əsrin ikinci yarısında Azərbaycanda aqrar və burjua islahatları. Kapitalist münasibətlərinin təşəkkülü. Şimali Azərbaycanda aqrar və burjua islahatları



Yüklə 393,13 Kb.
səhifə91/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   87   88   89   90   91   92   93   94   ...   153
C fakepathmuhazire tarix (3)

3.XIX əsrin ikinci yarısında Azərbaycanda aqrar və burjua islahatları. Kapitalist münasibətlərinin təşəkkülü. Şimali Azərbaycanda aqrar və burjua islahatları. XIX əsrin ikinci yarısında Rusiya imperiyasının tərkibində Şimali Azərbaycan da Ümumrusiya bazarına qoşuldu. Bu dövrdə neft istehsalına mənfi təsir göstərən amillər-iltizam sistemi, kəndlilərin icbari əməyindən istifadə, neft və neft məhsullarına tələbatın azlığı və s. Bakı, Şəki, Şamaxı şəhərlərində manufaktura tipli müəssisələrdə, Naxçıvan duz mədənlərində, Salyan balıq vətəgərələrində, Zəylik zəy zavodunda bu və ya digər formada icbari əmək tətbiq olunurdu. Hökumət 1864-cü ildə Balaxanı neft mədənlərində quyulara təhkim edilmiş kəndlilərin (sonralar Naxçıvan duz mədənlərində, Zəylik zəy zavodunda və s.) icbari əməyini ləğv etdi, dağ-mədən sənayesində azad muzdlu əməkdən istifadə olunmasına başlandı. 1859-cu ildə Suraxanıda ağ neft istehsalına başlandı. 1861-ci ildə Pirallahı adasında parafin zavodu işə salındı. 1863-cü ildə Bakıda ikinci ağ neft zavodu inşa edildi. 1865-ci ildə Gədəbəydə “Simens qardaşları” səhmdar cəmiyyətinin misəritmə zavodu istifadəyə verildi. 1865-ci ildə Simens qardaşları Daşkəsəndəki kobalt yataqlarını istismar etmək üçün zavod tikdilər. 1861-ci ildə Nuxada Aleksey və Voronin qardaşları ipək fabrikinin əsasını qoydular.

XIX əsrin 60-cı ill. kəndin getdikcə daha çox əmtəə-pul münasibətləri keyfiyyətin yüksəldilməsinə diqqəti artırırdı. 1865-ci ildə verilən “Kənd cəmiyyətləri haqqında” qanuna əsasən vahid kənd idarəsi yaradıldı. Kənd cəmiyyətini kəndxuda və onun köməkçiləri idarə etməli idi. Kənd idarəsinə 25 yaşından yuxarı olan kəndlilər 3 il müddətinə seçilir, onları qubernator təsdiq edirdi. Kənd cəmiyyətinin ali orqanı kəndlilərin yığıncağı idi. Kənd yığıncağının kənd məmurlarını seçmək, onları kənd cəmiyyəti üzvlüyündən çıxarmaq, ictimai torpaqlar haqqında sərəncam vermək, dövlət vergilərini qaydaya salmaq hüquqları var idi. Mühüm məsələni həll etmək üçün bütün əhalinin səslərinin üçdəiki hissəsi tələb olunurdu. Kənd idarələri qəza və quberniya idarələrinə tabe olub, heç bir müstəqilliyə malik deyildi. Qanuna görə bəylər kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırıldılar.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin