4. Azərbaycanda mədəni quruculuq. 1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə yaradılmışdı. 30-cu illərin sonlarında Azərbaycanda 4500-ə qədər ümumtəhsil məktəbi fəaliyyət göstərirdi, 695 min şagird təhsil alırdı. 1921-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Şərq dünyasında ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi, 1929-cu ildən Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə Azərbaycan Tibb İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstutuna çevrildi. 1934-cü ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci ildə Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı.
1923-cü ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” yaradıldı, 1929-cu ildə bu Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. Sonralar bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz Filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA Azərbaycan filialına çevrildi. 1922-ci ildə Azərbaycan Arxeologiya cəmiyyəti yaradıldı, 1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitə-sinə, 1927-ci ildə isə Tarix, İncəsənət və Təbiət Abidələrinin Mühafizəsi Komitəsinə çevrildi.
1926-cı ildə Bakıda I Ümumiittifaq Türkoloji qurultayı keçirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”, “Bakinski raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar nəşr edilirdi. 1924-cü ildə Bakıda ilk dəfə radio qurğusu quraşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə başladı. 1926-cı ildə “Qızıl qələmlər” ittifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.
1922-ci ildə Azərbaycan Dövlət Dram Teatrı, 1924-cü ildə Azərbaycan Opera və Balet Teatrı açıldı. 1920-ci ildə yaradılmış Rus Azad tənqid və təbliğ teatrı, 1923-cü ildə Bakı işçi teatrına, 1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrına çevrildi. 1931-ci ildə Azərbaycan Kukla Teatrı, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrı, 1938-ci ildə Musiqili Komediya Teatrı yaradıldı, Naxçıvanda, Gəncədə, Xankəndində, Şəkidə dövlət teatrları fəaliyyətə başladı.
1937-ci ildə Ü.Hacıbəyovun “Koroğlu” operası tamaşaya qoyuldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletini-“Qız qalası”nı yazdı. 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı yaradıldı. Məşhur xanəndələr S.Qaryağdıoğlu, S.Şuşinski, X.Şu-şinski, Z.Adıgözəlov və b. milli musiqimizin inkişafında mühüm rol oynamışdılar.
1926-cı ildə kinostudiya yaradıldı. 1932-ci ildə Azərbaycan Rəssamlıq İttifaqı yaradıldı. 1929-cu ildə latın qrafikalı əlifbaya, 1939-cu ilin sonundan isə kirill qrafikasına keçilmişdi.
Ədəbiyyat:
1.Azərbaycan tarixi. 7 cilddə, VI c., Bakı, 2000, s.9-200, 250-406
2.Azərbaycan tarixi. M.Abdullayevin redaktorluğu ilə, s.268-298
3.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin redaktorluğu ilə. II c., Bakı, 2004
4.Məmmədov İsaq, Məmmədov Çingiz. Azərbaycan tarixi. s.118-152 Məmmədov Çingiz.Azərbaycanın siyasi tarixi, s.168-244
5.İbişov F. Azərbaycan kəndində sosial-iqtisadi proseslər (1920-1930-cu illər). Bakı, 1996
6.Köçərli X. Azərbaycan 1920-1940-cı illərdə. Bakı, 2003
7. Məmmədov İ.M., Hacıyeva A.N. 20-ci illərin siyasi inkişaf tarixindən: faktlar, problemlər, dərslər. Bakı, 1992
8.Azərbaycan XX əsrin 20-30-cu illərində. Bakı, 2003
9.Məmmədzadə Mirzəbala. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, s.147-199
10.Rəsulzadə M.Ə. Əsrimizin səyavuşu. Bakı, 1991
11.Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 259-271.
Dostları ilə paylaş: |