Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası



Yüklə 393,13 Kb.
səhifə138/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   134   135   136   137   138   139   140   141   ...   153
C fakepathmuhazire tarix (3)

2. Azərbaycanlıların Ermənistandan-tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası. Sovet dövlətinin xalqlar arasında münaqişə ocaqlarını saxlamaq siyasəti çar Rusiyasının uzun illər yeritdiyi müstəmləkəçilik siyasətinin davamı idi. Münaqişə ocaqlarından ən ziddiyyətlisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində idi.

Hələ 40-cı illərin ortalarında Moskvadakı erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə Dağlıq Qarabağı onlara vermək haqqında Sovet hökuməti qarşısında məsələ qaldırıldı. M.C.Bağırov əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları Azərbaycana qaytarılsın. Buna heç kəs razı olmadı, çünki Türkiyə ilə Azərbaycanın arasında yaradılmış “erməni ərazisi” bununla ləğv edilərdi. Bu problem bütün ölkə üçün fəlakət gətirə bilər. Ona görə də ermənilərin ərazi iddiaları rədd edildi.

Moskva əks tədbirlər görməyə başladı. 1946-cı ilin oktyabrında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etdi. Bu köçürmə azərbaycanlıların yaşadıqları torpaqların boşaldılması hesabına həyata keçirilməli idi. Buna görə də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. 1948-ci il 10 mart tarixli daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı müəyyən olundu. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 300 min azərbaycanlı zorla Saatlı, İmişli, Göyçay, Kürdəmir, Sabirabad kimi aran rayonlarına köçürüldü. Minlərlə adam kəskin iqlim dəyişikliyinə dözməyərək həlak oldular.

Stalin-Beriya-Mikoyan üçlüyünün siyasəti nəticəsində Ermənistanda azəbaycanlıların sayı azaldı, Azərbaycanda isə ermənilərin sayı artırıldı. Yeni yaradılan sənaye mərkəzlərində-Sumqayıt, Əli Bayramlı, Mingəçevir, Daşkəsən və b. şəhərlərə minlərlə erməni köçürüldü. Yuxarı Qarabağda, Gəncədə, Bakıda erməni lobbisi gücləndi. 40 il sonra 80-ci illərin sonunda isə azərbaycanlılar Ermənistandan zorla çıxarıldı. Demək olar ki, azərbaycanlıların Ermənistan ərazisindən məqsədyönlü, kütləvi şəkildə deportasiyası prosesı 1980-ci illərin sonunda başa çatdırıldı. Bütün bunlara real siyasi qiymət ilk dəfə Azərbaycan Respublikası Prezidenti H.Əliyev tərəfindən 1997-ci il dekabrın 18-də imzaladığı “1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanla verdi. Bu sənədlə son iki əsr ərzində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırım siyasətinin mürtəce mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cü il mayın 7-də sərhəd rayonlarında 2 min ha çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında hələ 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi. Lakin 1969-cu ilin iyulunda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan vermədi.

1953-cü il martın 5-də İ.V.Stalin vəfat etdi və 1953-cü ilin sentyabrında N.S.Xruşşov Sov. İKP MK-nın Birinci katibi seçildi. Xruşşov Stalinin yaxın adamlarını, o cümlədən M.C.Bağırovu da 1953-cü ilin iyulunda vəzifədən azad etdi. M.C.Bağırov 1956-cı ilin aprelində xalq düşməni kimi ölüm cəzasına məhkum edildi. 1954-cü ildə Azərbaycan KP Mk-nın Birinci katibi İmam Mustafayev oldu. O, respublikanın iqtisadi müstəqilliyinin təmin olunmasına çalışdı. Sənayenin sürətli inkişafı nəticəsində Bakıda azərbaycanlıların sayı xeyli artdı. Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planı pozuldu.

İ.Mustafayev Azərbaycan dilinin rəsmi dövlət dili statusu almasına çalışdı, kargüzarlıq işlərinin ana dilində aparılması üçün tədbirlər gördü. 1956-cı ildə Konstitusiyaya dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə edildi. 1956-cı ilin mayından məhkəmə quruculuğu, mülki cinayət və məhkəmə məcəllələrinin qəbulu Respublikanın ixtiyarına verildi. Siyasi məhbus saxlanılan düşərgələrə rəhbərlik edən İslak Əmək Düşərgələri Baş İdarəsi (QULAQ) ləğv edildi. Repressiyaya məruz qalmış yüzlərlə azərbaycanlıya bəraət verildi. Onların üzərindən “xalq düşməni” damğası götürüldü. Lakin xaricə mühacirət etməyə məcbur olmuş azərbaycanlılara bəraət verilmədi.

50-ci illərin ortalarında imperiyada nisbətən siyasi yumşalma Azərbaycanda milli dirçəliş meyllərini oyatdı. Bundan təşvişə düşən mərkəz Azərbaycanı qorxu altında saxlamaq üçün A.Mikoyan və Mixail Suslovun təşəbbüsü ilə növbəti dəfə Dağlıq Qarabağı Er-mənistana vermək məsələsini qaldırdı. Ermənistanda antitürk təbliğatı yenidən qızışdırıldı. İrəvandakı Azərbaycan Pedaqoji Texnikumu Azərbaycanın Xanlar rayonuna köçürüldü. Erməni Pedaqoji İnstitutundakı Azərbaycan şöbəsi bağlandı. Ermənistanda Azərbaycan dilində çıxan qəzetlər, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı bağlandı.

1958-ci ildə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 1959-cu ildə İ.Mustafayev millətçilikdə təqsirləndirilərək vəzifədən azad edildi, onun yerinə Vəli Axundov təyin edildi.

1962-ci ildə gizli yığıncaqda “Milli Azərbaycan Qərargahı” (MAQ) yaradıldı. Oqtay Rəfili onun sədri, Xudu Məmmədov isə sədr müavini seçildi. Onlar bir neçə mühüm vəzifəyə milli kadrların təyin edilməsinə nail oldular.

1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyi qeyd edildi. “Qarabağ Komitəsi” açıq fəaliyyətə başladı. 1967-ci ildə Xankəndində bir neçə azərbaycanlı qətlə yetirildi. Respublika rəhbərliyi isə seyrçi mövqe tuturdu.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin