Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolu



Yüklə 393,13 Kb.
səhifə134/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   130   131   132   133   134   135   136   137   ...   153
C fakepathmuhazire tarix (3)

3. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan neftinin həlledici rolu. 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan edildi. 1941-ci il iyunun 28-dən etibarən Azərbaycanda bütün işlər müharibənin tələblərinə uyğun quruldu. İş günü 11 saat, özbaşına işdən getmək 5-8 il həbs cəzası ilə müəyyən edildi. Məzuniyyətlər ləğv edildi. Ərzaq və sənaye məhsullarınin satışı üzrə kartoçka sistemi tətbiq edildi. Azərbaycan müharibə dövründə ölkəyə 75 mln. ton neft, 22 mln.ton benzin vermişdir. Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni vermişdi. Azərbaycanın neft emalçıları 1941-ci ildə neft emalı planını 102,4 faiz, yeni növ benzin istehsalını 118 faiz yerinə yetirmişdilər. Cəbhə 1339 cəbhəyə min ton benzin, o cümlədən 218169 ton B-78, 203996 ton B-74, 325148 ton B-70 markalı benzin almışdır. 1942-ci ildə Bakı neft emalçıları aviabenzin planını 114,4 faiz odənilmişdir. Cəbhəyə 340,1 min ton aviabenzin gondərilmişdi. 1943-cü ildə hasil olunmuş 11839 min ton neftdən 5 milyon ton neft məhsulları, o cümlədən 795 min ton benzin, 3332 min ton liqroin, ağ neft, dizel yanacağı, 640 min ton donanma mazutu və solyar yağı, 420 min ton aviayağ və avtol alınmışdı. 1944-cü ildə plandan əlavə 450 ton neft məhsulları istehsal olunmuşdu. 1941-1945-ci illərdə Bakının neft emalı zavodları bir milyon ton və ya 20540-dan çox sistern B-78 aviabenzini göndərmişdir. Demək olar ki, müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirilmişdir. Bakıda “Katyuşa” raketi, “Şnakin” pulemyotu, “YAK-3” qırıcı təyyarəsi, 130-dan çox silah növü və hərbi sursat hazırlanırdı. 1941-ci ildə böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa-Mincivan, Salyan-Neftçala, Papanin-Hacıqabul və s. dəmir yolu xətləri istifadəyə verildi. Bakı avtomobil zavodunun əsası qoyuldu. Kənd əməkçiləri 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. Azərbaycan xalqı 1941-43-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 mln. manatlıq istiqraz verdi, cəbhəyə 1,6 mln. ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərdi. 1943-cü ilin payızında yaradılan Respublika Yardım Komitəsi 1943-44-cü illərdə işğaldan azad olmuş rayonlarda təsərrüfatın bərpasına kömək etməli idi. Beləliklə, Azərbaycan döyüşərək və arxa cəbhələrdə fəal istirak edərək faşizm üzərində qələbənin əldə edilməsinə yaxından kömək etmişdi. Mədəniyyət xadimləri bütün qüvvələrini qələbə naminə xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəltdi. Alim¬lər hərbi sifarişləri yerinə yetirmək üçün gecə-gündüz çalışırdılar. 1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Azərbaycan ədəbiyyatı xalqın coşğun qəzəb və həyəcanını düşmənin məhv edilməsinə yönəldirdi. Azərbaycan bəstəkarları müharibə dövründə onlarla yeni marş, simfoniya, mahnı, opera və s. yaratmışdılar. Cəbhəyə xidmət üçün konsert briqadaları yaradılıb göndərilirdi. Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert vermişdilər.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli qərarı ilə Cənubi Qafqaz müsəlmanlarının Ruhani İdarəsi yaradıldı. Müharibə illərində Cənubi Azərbaycanda baş vermiş milli oyanış və aşkar mədəni dirçəliş 1946-cı ildə Milli hökumətin qısamüddətli fəaliyyəti dövründə milli mədəniyyətin tərəqqisinə möhkəm zəmin vermişdi.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin