XIII Mövzu: Müharibədən sonra Azərbaycanın sosial-
iqtisadi və siyasi inkişafı (1945-1991-ci illər)
Plan:
1.XX əsrin 40-60-cü illərində Azərbaycanın sosial-iqtisadi və
siyasi vəziyyəti.
2.Azərbaycanlıların Ermənistandan - tarixi etnik torpaqlarından
kütləvi surətdə deportasiyası.
3.Azərbaycan SSR XX əsrin 70-80-ci illərində. «Yenidənqurma»
şəraitində milli münasibtlərin kəskinləşməsi.
4.Güney Azərbaycanı müharibədən sonrakı dövrdə.
1. XX əsrin 40-60-cü illərində Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti. Müharibədən sonra Sovet rejimi dünyada öz nüfuzunu daha da artırdı. Mərkəzdə bütün siyasi hakimiyyət Stalinin, respublikalarda isə Kommunist Partiyası Mərkəzi Komitələri Birinci katiblərinin əlində cəmləşdirildi. Azərbaycanda totalitar rejimin təmin olunmasında M.C.Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin rolu gücləndi. Müharibədən sonrakı dövrdə Azərbaycan xalqının tarixinin saxtalaşdırılması, xalqın soykökünün öyrənilməsində qəsdən dolaşıqlıq yaradılması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi, Azərbaycan Cümhuriyyəti tarixinin və digər tarixi proseslərin ciddi təhrif olunması ən yüksək mərhələyə çatdı. 1949-cu ildə “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şamil hərəkatını Rusiyanın müstəmkəkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirdiyinə görə görkəmli filosof, akademik Heydər Hüseynov ona verilən “Stalin” mükafatının geri alınmasına və haqsız təzyiqlərə məruz qalmasına dözməyərək intihar etdi. Bu dövrdə bir çox Azərbaycan alimləri və ədəbiyyat xadimləri də haqsız təqiblərin qurbanı oldular. İnzibati amirlik idarə forması mövcud quruluşa qarşı gizli siyasi mübarizə cəhdlərinə gətirib çıxarmışdı. Ali məktəb tələbələrindən Gülhüseyn Hüseynoğlu, İsmixan Rəhimov, Hacı Zeynalovun başçılığı ilə “İldırım” adlı gənclər təşkilatı yaradılmışdı.
1945-1954-cü illərdə Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən “Azadlıq” radiosunda Azərbaycan şöbəsinin redaktoru Əbdürəhman Fətəlibəyli-Düdənginski də sovet rejiminə qarşı ideoloji mübarizə aparmışdı. O, 1954-cü ildə Sovet casusu tərəfindən öldürülmüşdü. Daxildə Sovet hakimiyyətinə qarşı “gizli” mübarizə cəhdləri göstərilsə də, heç bir nəticə verməmişdi. Xaricdə isə azərbaycanlı mühacirlər Sovet rejimi əleyhinə ideoloji mübarizəni maarifçilik vasitəsilə davam etdirdilər. M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada istiqlal ideyalarını təbliğ edən “Azərbaycan Kültür dərnəyi”ni yaratmışdı-əsas məqsəd xalqı maarifləndirmək idi.
Dostları ilə paylaş: |