Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Cənubi Azərbaycan II dünya müharibəsi illərində



Yüklə 393,13 Kb.
səhifə135/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   131   132   133   134   135   136   137   138   ...   153
C fakepathmuhazire tarix (3)

4. Cənubi Azərbaycan II dünya müharibəsi illərində. Müharibənin əvvəllərində İran hökuməti öz bitərəfliyini elan etsə də, Rza şah və onun dairələri açıq nasistpərəst mövqe tutmuş, ölkəni Almaniya kəşfiyyatının fəaliyyət meydanına çevirmişdilər. Buna görə də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə görə, 1941-ci il avqustun 25-də SSRİ, az sonra Böyük Britaniya, 1942-ci ilin dekabrında ABŞ İrana qoşun yeritdilər. Bütövlükdə İran, habelə Cənubi Azərbaycan, müttəfiqlərin Sovet İttifaqını hərbi sursat və texnika, ərzaqla təmin edən ən mühüm nəqliyyat arteriyasına çevrildi.

Rza şahın hərbi-polis rejimi iflasa uğradı. 1941-ci ilin sentyabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və nümayişləri genişləndi. Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən I mərhələsində dərketmənin, milli şüurun misilsiz inkişafı oldu. Xalq kütlələri ana dilində danışmağa, yazıb-oxumağa, yaratmağa başladılar. 1945-ci ilin yayından başlayan II mərhələdə İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün vəziyyəti hər vasitə ilə gərginləşdirməyə, etnik toqquşmaları qızışdırmağa çalışır, vətəndaş müharibəsi salmaqdan çəkinmirdilər.



Ədəbiyyat:

1.Məmmədov İsaq, Məmmədov Çingiz. Azərbaycan tarixi, s.153-174

2.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin redaktorluğu ilə. II c., Bakı, 2004

3.Həsənli C. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945), Bakı, 1998

4.İsmayılov İ.Z. Azərbaycanlıların II Dünya müharibəsində iştirakı. Bakı, 2000.

5.Azərbaycan SSR xalq təsərrüfatı Böyük Vətən müharibəsi illərində. Bakı, 1995

6.Aslanov M. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. Bakı, 1957

7.Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, 1970

8.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində (1941-1945). Bakı, 1965

9.Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984

10. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 272-277.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin