Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi



Yüklə 393,13 Kb.
səhifə146/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   142   143   144   145   146   147   148   149   ...   153
C fakepathmuhazire tarix (3)

3.Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Hakim dairələr H.Əliyevin nüfuzundan ehtiyatlanaraq, Naxçıvan MR-ə enerji verilməməsi Bakı-Naxçıvan qatarının hərəkətini dayandırdı. Naxçıvan MR blokadaya alındı. Naxçıvan MR Türkiyədən kredit aldı, 1992-ci il mayın 28-də Sədərək-Dilucu “ümid” körpüsü açıldı. İranla da münasibət qaydaya salındı. Naxçıvan qon-şu ölkələrdən enerji almaqla tələbatın qismən də olsa ödənilməsinə nail oldu.

Ölkədə qurtuluş hərəkatı başladı. Hakimiyyət dairələri xoflanaraq Naxçıvanda çevriliş etməyə və Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd etdilər. Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər Nazirliyinin binasını, televiziya studiyasını ələ keçirsələr də, H.Əliyevin çağırışı ilə ayağa qalxan əhali onları geri oturtdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yarandı, Proqram və Nizamnaməsi müzakirə olunub qəbul edildi.

1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respublika”sını yaratmağa çalışırdı. Eyni zamanda ölkənin şimal-şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq istəyirdilər. Bunlar Moskvadan idarə olunurdu. İyunun 4-də hökumət hərbi qiyamı yatırtmaq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı. 709 saylı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, respublika prokuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş nazirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ultimatum göndərdilər, cavab almadılar və Bakıya döğru hərəkət etdilər. Dövlət rəhbərləri son anda kömək üçün H.Əliyevə müraciət etdi. H.Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti zərərsizləşdirdi. 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi düşdü. Prezident Ə.Elçibəy iyunun 18-də gecə xəbər vermədən paytaxtı tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı.

Ə.Hümbətov 1993-cü ilin avqustunda batalyonları Fizuli bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda “Talış-Muğan Respublikasının” yarandığını elan etmiş, “hökumət” qurmuşdu. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və ziyalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. 1993-cü il avqustun 23-də xalqın etdiyi mitinq nəticəsində “TMR” ləğv olundu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. 1993-cü ilin avqustunda Cəbrayıl, Füzuli, Qubadlı rayonları işğal olundu.

Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikası Prezidenti seçdi.

H.Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuş, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) oxumuş, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakultəsini bitirmişdi. 1941-1967-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi orqanlarında işləmişdi. 1967-1969-cu illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilərək, 1982-ci ilə kimi bu vəzifədə çalışmışdı. O, 1982-1987-ci illərdə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin Birinci Müavini olmuşdu. 1990-cı ilin yayında doğma Bakıya qayıtmışdı. Lakin, o zamankı iqtidar tərəfindən Bakıda məskunlaşmasına icazə verilmədiyindən o, anadan olduğu Naxçıvana getmişdi. 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdu. 1992-ci ilin noyabrında təsis olunmuş Yeni Azərbaycan Partiyasının sədri seçilmiş, vəfat edənə qədər bu vəzifəni daşımışdı. 1993-cü ilin iyununda o, yenidən Azərbaycan rəhbərliyinə gətirilmişdi. 1993-2003-cü illərdə Müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuşdu. İki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, SSRİ-nin və xarici dövlətlərin yüksək orden və medalları ilə təltif olunmuşdu. 2003-cü il dekabrın 12-də dünyasını dəyişmişdi.

H.Əliyev öz vəzisifəsini dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başladı. 1993-cü il sentyabrın 24-də Azərbaycan MDB-yə daxil oldu. Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrində törətdikləri təxribat nəticəsində Zəngilan rayonu da oktyabrın 29-da işğal edildi.

Dağlıq Qarabağ məsələsi zəminində başlamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində respublika ərazisinin 20 %-ə qədəri işğal edildi, 20 minə yaxın adam öldürüldü, 50 mindən çox insan yaralandı və əlil oldu, 4 minə qədər adam əsir alındı və ya girov götürüldü, bir milyondan çox insan qaçqına çevrildi. Erməni işğalı nəticəsində Azərbaycanın 900-dən çox kəndi, 10 şəhəri, 11 şəhər tipli qəsəbəsi, 88 min yaşayış binası, 1000-dən çox iqtisadi obyekti, 250 məktəbi və digər təhsil müəssisəsi, 250 tibb müəssisəsi qarət edildi və dağıdılıb yandırıldı.

Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. H.Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi və birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Könüllülərdən ibarət taborlar yaradılıb cəbhəyə göndərildi.

Beyləqan istiqamətində hücuma keçən düşmən itki verib geri çəkilməyə məcbur oldu. 1994-cü ilin əvvəllərində Milli Ordunun hücum əməliyyatı nəticəsində Füzuli rayonun Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqəsi azad edildi. Kəlbəcər-Laçın yolu istiqamətlərində müvəffəqiyyətlər qazanıldı. 4 min düşmən əsgər və zabiti, 50 zirehli texnika, 15 artilleriya qurğusu məhv edildi. Rusiya 1992-ci ilin martında yaradılmış Minsk qrupunun üzvlərindən biri olmasına baxmayaraq, münaqişəni yatırmaq əvəzinə Ermənistanın xeyrinə saziş layihəsi təklif etdi. Azərbaycan sazişi imzalamaqdan imtina etdi. Ermənistan Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsini işğal etdi. Lakin Milli Ordu düşmən hücumlarının qarşısını ala bildi. 1994-cü il mayın 12-də atəşkəs əldə edildi.

1994-cü il sentyabrın 20-də Prezident H.Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Cəmiyyətdə vahimə yaratmaq üçün mənfur qüvvələr Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövlətə cinayətdə ittiham olunan 4 dustağı qaçırdılar. Sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Oktyabrın 2-də Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a yaxın döyüşçüsü Respublika Prokurorluğunun binasını zəbt etdi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiyyətinin binasını tutdular. Oktyabrın 3-dən 4-nə keçən gecə Prezident radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Gecə yarısı yüz minlərlə adam Prezident sarayı qarşısına toplaşdı və bunu görən qiyamçılar geri çəkilməli oldular. 1995-ci ilin martında yenidən dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təiynatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakıda isə R.Cavadov Prezidentin və Ali Sovet sədrinin istefası tələbi ilə çıxış etdi. “8-ci kilometr” qəsəbəsində məskən salmış qiyamçılar şəhər istiqamətində hücuma cəhd etdilər. Lakin onların qarşısı alındı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin