Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


II Mühazirə Azərbaycan Respublikası XX əsrin 90-cı illərinin ikinci yarısı -XXI əsrin ilk onilliklərində



Yüklə 393,13 Kb.
səhifə148/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   145   146   147   148   149   150   151   152   153
C fakepathmuhazire tarix (3)

II Mühazirə

Azərbaycan Respublikası XX əsrin 90-cı illərinin ikinci yarısı -XXI əsrin ilk onilliklərində.

Plan:

1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul

edilməsi.

2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş.

3. Azərbaycan intibahının yeni mərhələsi.

4. Azərbaycan Respublikası dünya birliyində.

  1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi.

1995-ci ilin ortalarında Azərbaycanda artıq ictimai-siyasi sabitlik yaradılmışdır. Respublikada demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirildi. Komissiya tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyası” layihəsi hazırlandı. Layihə ümumxalq müzakirəsindən keçdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edildi. Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi niyyətlər təsbit olunmuşdu. Konstitusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqını yalnız onun demokratik surətdə seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər. Əsas qanunda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgüsünün müəyyən edilməsidir. Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Qanunvericilik hakimiyyətini Milli Məclis, icra hakimiyyətini Prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Preziden ali icra hakimiyyətinin vəzifəsini yerinə yetirməklə bərabər, həm də dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahidliyinin rəmzidir. Bu, Azərbaycan Respublikasının quruluş etibarı iləPrezident respublikası olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan tarixində ilk dəfə olaraq, özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit edir. Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişməzdirlər. Azərbaycan demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən biri də, yerli özünüidarə orqanlarının təsis edilməsidir. Dövlət orqanları bütövlükdə ümumdövlət, ümummilli mənafelərin həyata keçirilməsi ilə məşğul olurlarsa, yerli özünüidarə orqanları birinci nəvbədə yerli inkişaf mənafelərini təmin edirlər. Onlara yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri aid edilmişdir. Konstitusiyaya görə yerli özünüidarəni seçkilər əsasında yaradılan bələdiyyələr həyata keçirir. Beləliklə, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə ölkədə azad bazar iqtisadiyyatına əsaslanan dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası yarandı. H.Əliyev Şərq və müsəlman ölkələri tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında ölüm cəzasının ləğvinə nail oldu. Amnistiya aktlarının 10 minlərlə insana tətbiq edilməsi, ölüm cəzasına məhkum olunmuş insanları bağışlanması sivil, humanist cəmiyyət quruculuğunda əhəmiyyətli addımlardır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində Müstəqil Azərbaycanın ilk demokratik parlamenti yaradıldı-125 deputat seçildi. Beynəlxalq hüquq normalarına uyğun qanunlar hazırlamaq məqsədilə 1996-cı ilin fevralında Prezident yanında xüsusi hüquqi islahatlar komissiyası yaradıldı. Dövlət idarəetmə sistemində islahatlar üçün proqram hazırlandı. Bununla əlaqədar 1998-ci ilin dekabrında Prezidentin fərmanı verildi, xüsusi komissiya yaradılda. Azərbaycan Prezidenti 1998-ci ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərman imzaladı. Prezidentin 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzura ləğv edildi. İnsan huquqlarının təmin olunma mexanizmi üçün bir sıra qanunlar qəbul edildi. 1998-ci il fevralda Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cəzası ləğv olundu. 1993-2000-ci illərdə amnistiya yolu ilə 40 min nəfər məhkumlardan azad edildi. 1998-ci ildə Konstitusiya məhkəməsi yaradıldı. 2000-ci ildə hakimlərin xüsusi test imtahandan keçməsi təgrübəsi tətbiq olunmağa başlandı. Narkomanlıq və narkobizneslə mübarizə üzrə komissiya yaradıldı. 1998-ci il oktyabrın 11-də xalq alternativ Demokratik dəyərlərə söykənən vətəndaş cəmiyyəti qurmaq yolu ilə insanların azad siyasi və ictimai fəaliyyəti üçün imkanlar yaradan demokratik təsisatların, o cümlədən çoxpartiyalı sistemin və ictimai birliklər şəbəkəsinin bərqərar olmasından keçir. Müstəqillik dövründə respublikamızda çoxsaylı siyasi partiyaların, ictimai təşkilatların, birliklərin təşəkkülü və inkişafı prosesi getmişdir. Onlar Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “İctimai birliklər haqqında”, “Həmkarlar ittifaqları həqqında” və digər qanunlar əsasında yaradılıb fəaliyyət göstərirlər. 1990-cı ildə “Azərbaycan Sosial-Demokrat”, “Ana vətən” partiyaları, 1991-ci ildə “Azərbaycan İslam Partiyası”, “Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı” kimi siyasi təşkilatlar və “Azərbaycanın Qarabağa Nicat Cəmiyyəti” yaradıldı, 1992-ci ilin yayında “Azərbaycan Milli İstiqlal Partiyası”, “Türk Dünyası Birliyi Partiyası”, “Çağdaş Turan Partiyası”, ‘Müsavat Partiyası”, “Yeni Azərbaycan Partiyası”, “Azərbaycan Demokratik Partiyası”, 1993-cü ildə “Azərbaycan Yeniləşmiş Kommunist Partiyası”, “Azərbaycan Vahid Kommunist Partiyası’, “Azərbaycan Liberal Partiyası” və s. 1994-cü ildə “Azərbaycan Əmək Partiyası”, “Milli Dövlətçilik Partiyası”, 1995-ci ildə AXC siyasi təşkilatı zəminində “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, “Sahibkarların Demokratik Partiyası” və s. partiyalar və siyasi birliklər yaradılmışdı. Bundan başqa Azərbaycanda “Vətən Cəmiyyəti”, “Heydər Əliyev Fondu”, “Azərbaycan Mədəniyyət Fondu”, “İnkişaf Assosiasiyası”, H.Z.Tağıyev adına “Xeyriyyə Fondu”, “Bakı İncəsənət Mərkəzi”, respublikada yaşayan azsaylı etnik qrupların mərkəzləri, birlikləri və icmaları yaradılaraq, fəaliyyət göstərməkdədirlər. 1992-ci ildə “Azad Müəllimlər Birliyi”, 1993-cü ildə 30-dan yuxarı sahə Həmkarlar İttifaqlarını özündə birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təşkil olunmuşdu. 1999-cu ilin ortalarında Azərbaycanda 50-dən çox siyasi partiya və ictimai təşkilat mövcud idi. Artıq 2000-ci ildə Respublikada rəsmi qeydə alınmış 34 siyasi partiya, 1000-dən çox ictimai birlik və təşkilat, o cümlədən 30-a qədər hüquq-müdafiə təşkilatı və 500-dən çox kütləvi-informasiya vasitəsi fəaliyyət göstərirdi. Siyasi partiyaların sıralarında 410 min nəfərdən çox adam birləşmişdi. Ondan 230 min nəfəri YAP-ın üzvü idi. 1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. 2000-ci il noyabrın 5-də tərkibinin əksəriyyətini YAP-çılar təşkil edən 4 siyasi partiyanın nümayəndələrindən ibarət yeni parlament seçildi.

1998-ci ilin yanvarında yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi sonradan “Ailə və Qadınlar Problemləri Dövlət Komitəsi”nə çevrilmiş, 2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Prezident fərman vermişdir. Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26 Gənclər və İdman Nazirliyi yaradılmışdır. Prezident Heydər Əliyevin imzası ilə 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərman verilmişdir.1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, 2001-ci ilin dekabrnda “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında”, 2002-ci ilin oktyabrnda “Milli Televiziya və Radio Şurası” yaradılması haqqında sərəncamlar və s. kütləvi informasiya vasitələrinin inkişafında mühüm rol oynamışdır. 1992-ci il avqustun 30-da Azərbaycan Respublikasının Konstitusiyasına rəğmən qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” qanun 1996-cı ildə daha da təkmilləşdirilərək milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan insanların dini dəyərlərini qoruyub inkişaf etdirilməsinə imkan yaratdı.



Bütün yuxarıda göstərilən əsaslar respublikamızda dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın uğurla getməsinə təminat yaradılmasından xəbər verir.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin