3. Azərbaycan intibahının yeni mərhələsi. Elm, təhsil, səhiyyə, idman, turizm, ətraf mühitin mühafizəsi problemləri dövlətin diqqət mərkəzində idi. 2002-ci ilin avqustunda MEA-nın 500-dən çox əməkdaşını birləşdirən Naxçıvan bölməsi yaradıldı. Yüksək məhsuldarlığı və müxtəlif xəstəliklərə qarşı davamlı olması ilə fərqlənən yeni bərk buğda sortlarının genetikası və seleksiyası sahəsində ciddi elmi nəticələr əldə edilmişdir.
Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər 2005-ci ildən 3 dəfədən çox artmışdır. Dövlət büdcəsi və Heydər Əliyev Fondunun maliyyə mənbələri hesabına son illərdə respublikada 2200-dən çox məktəb binası inşa edilmişdir.
Azərbaycanda 4,5 mindən çox ümumtəhsil məktəbi, onlarla litsey və gimnaziya yaradılmışdır. Ali məktəblərdə 120 mindən çox tələbə təhsil alır-30-dan çox xarici ölkənin 2-3 mindən çox vətəndaşı hazırda Respublikada təhsil alır. Xaricdə ali təhsil almağa şərait yaradılmışdır. 2007-ci ilin aprelin 16-da qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq yüzlərlə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft Fondu tərəfindən hər il 10-15 milyon manat pul ayrılmışdır. Bu proqram çərçivəsində indiyədək minlərlə Azərbaycan gənci ABŞ-a, Avropa və Asiyanın ən inkişaf etmiş ölkələrinə ali təhsil almaq üçün göndərilmişdir.
Prezidentin “Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” fərmanına uyğun olaraq 2003-2007-ci illər üçün həmin məsələyə dair məqsədli Proqramın həyata keçirilməsi başlanıldı. 2001-ci il sentyabrın 1-də dünya standartlarına cavab verə biləcək özəl orta ümumtəhsil məktəbi olan 2004-cü ilin sentyabrından ümummilli lider H.Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdı. Prezident İ.Əliyev “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyası və kom-munikasiya texnologiyaları ilə təminatlı proqramı”na (2005-2007) dair fərmanlar imzalamışdı (21 avqust 2004). 2001-ci il 18 iyul tarixli fərmanla avqustun 1-dən etibarən Azərbaycanda latın əlifbasına keçilməsi, mətbuatın, təhsilin, rəsmi yazışmaların və çıxışların ana dilində olması barədə tədbirlər həyata keçirilməsinə başlanmışdır. Prezident 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalamışdır. Həmin fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. İ.Əliyevin “Azərbaycan Respublikasının milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən çoxlu bədii nəşrlər olmuşdur.
2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən “Təhsil haqqında” qanun qəbul olunmuşdur. Avropada vahid ali təhsil sisteminə inteqrasiya məqsədini qarşıya qoyan Azərbaycan Respublikası 1999-cu ildə başlayan Boloniya prosesinə 2005-ci ildə qoşulmuşdur.
2009-cu ildə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram qəbul edildikdən sonra Azərbaycan elminin geologiya, neft və neft-kimya, biologiya, kimya, fizika, riyaziyyat sahələrində yeni kəşflər edilmişdir. Neftçıxarma sahəsində radiotexnologiya üsulları tətbiq olunmuş, reaktiv mühərriklər üçün yeni yanacaq kəşf olunmuş və mülki aviasiyada uçuşların təhlükəsizliyinin elmi əsasları yaradılmışdır.
Beynəlxalq İnkişaf Asossiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvan Muxtar Respublikasında Mominə xatın və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işlərinə başlanmışdır. 2002-ci ildə Respublika Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edilmişdir. İslam mədəniyyətinə xidmət edən yeni-yeni məscidlərin inşa edilməsi və ya yenidən qurulması, musiqinin müxtəlif janrları və mədəbiyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələrin keçirilməsi, Bakıda xüsusi “Muğam evi”nin tikilib istifadəyə verilməsi buna bariz misallardır. 2005-2013-cü illər arasında 4 Mu-ğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2011-ci ildə Azərbaycan “Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39 iştirakçı dövlət içərisində I yeri tutmuşdu.
Bakı, Gəncə, Şəki, Quba, Bərdə və Naxçıvan şəhərlərində Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. 2001-ci ildə Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu. Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman yarış-malarında və Yay Olimpiya oyunlarında fəal iştirak edərək böyük uğurlar qazanmışlar, belə ki, təkcə 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları medal-ların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc) çatdırdılar.
Dostları ilə paylaş: |