Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə150/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   145   146   147   148   149   150   151   152   153
C fakepathmuhazire tarix (3)

Mədəni dirçəliş. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının mədəni, mənəvi həyatında mühüm dəyişikliklər baş vermişdi. 1991-ci ilin dekabrında latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edildi. 1992-ci ilin ortalarında “Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyni”, 1993-cü ildə isə onun icra qurumu-TÜRKSOY yarandı.

1993-cü ildən başlayaraq Respublikada mədəni-maarif inkişafı üçün bir sıra tədbirlər həyata keçirildi. 1993-cü ildən ali məktəblərdə 2 bakalavr və magistr pilləli təhsilə keçildi. Özəl təhsil müəssisələri meydana gəldi. Ümumən, respublikanın şəhərlərində, hətta qəsəbələrində121 özəl ali məktəb təşkil olunmuşdu. Onlardan ancaq 18-nin dövlət lisenziyası var idi. Bakıda ev-muzeyləri yaradıldı. 1996-cı ilin payızında Füzulinin 500 illik yubileyinə dünyanın hər yerindən qonaqlar-ədəbiyyatşünas alimlər, yazıçılar gəlmişdi. 1996-cı ilin payızında YUNESKO ilə əməkdaşlıq haqqında memorandum imzalandı. 1997-ci ilin yazında isə Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu.

1997-ci ilin noyabrında qəbul olunmuş “Mədəniyyət haqqında” qanun xalqın mənəvi aləmini zənginləşdirmək sahəsində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. 2000-ci ilin aprelində möhtəşəm ədəbi-tarixi abidənin “Dədə Qorqud dastanı”nın 1300 illik yubileyi Bakıda böyük təntənə ilə keçirildi. M.F.Axundzadə adına Respublika kitabxanası 1998-ci ilin aprelindən Milli Kitabxana statusu aldı.

Prezident H.Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ölkədə ali təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Xüsusən milli tariximizin yenidən, obyektiv yazılması və tədrisi diqqət mərkəzində idi. Yeni tədris proqramlarının və dərsliklərin hazırlanması, orta məktəblərdə buraxalış imtahanlarının test üsulu ilə aparılması, tələbə qəbulu üzrə dövlət komissiyasının işinin təkmilləşdirilməsi və s. tədbirlər təhsil islahatı proqramının tərkib hissələridir.

Azərbaycan Prezidenti H.Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 17 dekabr, “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanlarında son 2 əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyonlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım siyasəti ifşa olunmuşdur. 90-cı illərin ortalarında informasiya nazirliyində 600-ə qədər informasiya vasitəsi qeydə alınmışdı. Azərbaycan Mədəniyyət Fondu yanında azsaylı xalqların mədəniyyətinin qorunması və inkişafı üzrə şura yaradıldı. Azərbaycan alimləri mühüm əhəmiyyətli 100-dən çox kəşflər etmişlər. 7 cildlik “Azərbaycan tarixi” yazılıb nəşr olundu.

1997-ci ilin noyabrında Azərbaycan yazıçılarının X qurultayı keçirildi. Dövlət teatrları ilə yanaşı ictimai, özəl teatrlar, müstəqil kinostudiyalar təşkil olunmuşdu. 90-cı illırin əvvəllərində respublikanın şəhər və qəsəbələrində meydanlar, parklar “Monumental kommunist təbliğatı”na xidmət edən heykəl və abidələrdən təmizləndi. Dağüstü parkda “Şəhidlər Xiyabanı” salındı. 1998-ci ilin oktyabrında Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə 21 metr hündürlüyündə abidənin və əbədi məşəlin açılışı oldu. 1997-ci ildə İlham Əliyev İdman Komitəsinə sədr seçildikdən sonra 2000-ci ilin oktyabrında Bakıda Olimpiya İdman Kompleksi istifadəyə verildi. İdmançılarımız 1996-cı ildə XXVI və 2000-ci ildə XXVII yay Olimpiya oyunlarında uğurla iştirak etdilər.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin