Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Güney Azərbaycanı müharibədən sonrakı dövrdə



Yüklə 393,13 Kb.
səhifə141/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   137   138   139   140   141   142   143   144   ...   153
C fakepathmuhazire tarix (3)

4.Güney Azərbaycanı müharibədən sonrakı dövrdə. Cənubi Azərbaycanda 21 Azər hərəkatı. Milli hökumətin yaradılması. 1945-ci ilin iyun-sentyabr aylarında silahlı fədai dəstələri yaranmağa başladı. 1945-ci ilin sentyabrda bir qrup demokatlar başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsinin (ADF) yaradılması haqqında bəyanat verdi. Sentyabrın 13-də ADF təsisçilərin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Müvəqqəti Komitə seçdi. 1945-ci il oktyabrın 2-4-də ADF I qurultayı keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın əsas müddəalarını partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və başda S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi.

Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı və özünü Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisinin qərarında deyilirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət göstərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir. Noyabrın 27-dən dekabryn 1-dək Azərbaycanın hər yerində seçkilər keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu 21 Azər hərəkatı adlanırdı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və müvafiq strukturların yaradılmasına başlandı.

Milli hökumət 1946-cı ilin fevralında aqrar qanun verdi. Qanuna görə mülkədarların və digər sahibkarların torpaqları kəndlilər arasında bölüşdürülürdü. Mayın 12-də “Əmək haqqında qanun” verildi. 1946-cı il yanvarın 6-da Milli Məclis “Dil haqqında” qanun qəbul etdi. 1946-cı ilin iyununda Təbriz Universiteti təsis olundu.

Cənubi Azərbaycanda milli-demokratik hərəkatın uğurları Tehranın hakim dairələrini təşvişə saldı. Yanvar ayından hökumətə başçılıq edən Əhməd Qəvam ən əvvəl xalqı aldatmaq məqsədilə Milli Hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onların arasında müqavilə imzalandı. O, ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələri razılığını aldı. Sovet hökumətinin “bitərəfliyini” əldə etmək üçün Əhməd Qəvam Moskvaya gedərək Stalinlə görüşdü.

Bunun ardınca Sovet dövləti BMT TŞ-nin tələbi ilə hərbi hissələrinin İrandan çıxarılmasını sürətləndirdi və mayın 8-də başa çatdırdı. İran hökuməti parlamentı seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun hissələri yeritdi. Dekabrın 1-dən hökumət qoşunları ilə fədailər arasında qanlı döyüşlər başlandı. Milli hökumət vətəndaş müharibəsi baş verməməsi üçün döyüşləri dayandırmaq göstərişi verdi. İran qoşunları dekabrın 12-də Təbrizə daxil oldular. ADF və Milli hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. 10 minlərlə vətəndaşlar mühacirət etməyə məcbur oldu.

1946-cı il dekabrın 11-də səhər xalqa “Öldü var, döndü yox” deyə müraciət edən Pişəvəri axşamüstü yaxın silahdaşları ilə birlikdə zor gücünə Sovet İttifaqına gətirildi. İrana qayıtmaqda israrlı olan Pişəvəri 1947-ci il iyulun 12-də Azərbaycanda avtomobil qəzasında həlak oldu.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin