Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə43/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   39   40   41   42   43   44   45   46   ...   153
C fakepathmuhazire tarix (3)

Hülakü dövləti Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliy­yət göstərdi. Hülakü dövlətinin təsisi və uzun müddət mövcud olması Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni hə­yatına-onun hüdudlarının sabitliyinə, dilinə və s. təsir göstərdi. Azərbaycan Hülakü dövlətinin mərkəzi vilayətinə, Marağa, Təbriz, Sultaniyyə, yenidən Təbriz paytaxt şəhərinə çevrildilər. Azərbaycana Arran, Şirvan, Şəki, Muğan, Qarabağ, Qa­radağ, Naxçıvan, Güştasp, Arasbar əraziləri daxil idi. Bu dövrdə Azərbaycan ərazisinin 250 min kv km olduğunu göstərilir. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Elxanilərlə Cuci nəslindən olan Qızıl Ordu xanları arasında Azərbaycan ərazisi uğrunda müharibə gedirdi. Qızıl Ordu xanları Azərbaycanın Çingiz xanın vəsiyyətinə görə Batı xanın payına düşdüyünü iddia edirdilər. Qızıl Ordu xanı Bərkə 1263-cü ildə sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şir­vana yeritdi. Dərbənd şəhəri tutuldu. Lakin 1265-ci ildə Elxanilər Qızıl orduluları ölkədən qova bildilər. Qızıl Ordu xanlarının 12881290-cı illərdə yürüşləri də bir nəticə vermədi. Hakimiyyət uğrunda gedən mübarizə Qazan xanın (1295-1304) Qarabağda Hülakü dövlətinin padşahı elan olunması ilə nəticələndi. O, yerli feodallarla əlaqəni möhkəmləndirmək naminə İslam dinini qəbul etdi, adını dəyişdirərək Mahmud adını götürdü. Arranda Arslanoğlunun başçılığı ilə Qazan xana sui-qəsd təşkil edildi. Sui-qəsdin üstü açıldı və onun təşkilatçıları edam olundu. 1297-1298-ci illərdə Azərbaycanın şimalında Taycuoğlunun qiyamını Qazan xan yatıra bildi və mərkəzi dövləti qüvvətləndirdi. Qazan xandan sonra Hülakü dövlətinin taxt-tacına sahib olmuş qardaşı Məhəmməd Olcaytu onun siyasətini davam etdirdi. Onu əvəz edən oğlu, 12 yaşlı Əbu Səid (1316-1335), dövlət idarəsindən kənarda qaldı. Olcaytunun vəsiyyətinə görə dövlət işlərinin idarəsi Sulduz qəbi­ləsindən olan baş əmir Çobana həvalə olundu. Bundan feodal qruplar narazı oldular. Qonşu dövlətlər də Elxanilərə qarşı mübarizəyə qalxdılar. 1318-ci ildə Xorasanda iğtişaş baş verdi. Qızıl Ordu Hülakü dövlətinə hücuma keçdi, Kür çayının sahillərinə kimi gəldi. Hülakülər rəqiblərini geri çəkilməyə məcbur etdilər. Əmir Çobana qarşı açıq mübarizə gedirdi. 1319-cu ildə Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvandan qiyamçılar Təbrizə, oradan da Sultaniyyəyə getdilər. Əbu Səid qiyamçıları darmadağın etdi və Bahadır ləqəbini qazandı. Hülakü Əmir Çobanın rəhbərliyi ilə 1319-cu, 1325-ci illərdə Qızıl Ordu dövlətinə yürüşlər təşkil olundu və müvəffəqiyyət əldə edildi. Çoban Elxanilər dövlətinin idarəsini bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə hakim təyin etmişdi. Əbu Səid nəinki siyasi, həm də iqtisadi cəhətdən çobanlardan asılı idi. 20 yaşlı Əbu Səid Çobana qarşı mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı və onun oğullarından ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl orduluların hücumlarına məruz qaldı. Əbu Səid 60 minlik qoşunla Arrana gəldi. Qızıl Ordu xanı geri çəkilməyə məcbur oldu. Bu zaman Əbu Səid arvadı tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına kimi irəlilədi. Yeni hökmdar Arpa xan rəqibi ölkədən qovdu. Sultan Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə tənəzzülə uğradı. Bu zaman “Hülakülər səltənətinin mühafizəsi” adı altında Çobanilər, Cəlairilər, Xorasan əmirləri və Şirvanşahların mübarizəsi başladı.

2. Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri. Şirvanşah I İbrahim. Canı bəy, oğlu Bərdi bəyi Təbrizə səltənətə qoyub, Qızıl Or­du­ya qayıtdı. Bərdi bəy atasının ölüm xəbərini aldıqda Təbrizdən getməli oldu. Daxili və xarici vəziyyətin gərginliliyindən istifadə edən Cəlairi Şeyx Üveys (1354-1374) 1358-ci və 1359-cu illərdə Azərbaycana yürüşlər etdi və Təbrizə daxil oldu. Azərbaycan Cə­lairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cı ildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367-ci ildə Şirvan ərazisini tutdu. Şeyx Üveysdən sonra oğlu Sultan Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək taxt-taca sahib oldu1410-cu ilədək hakimiyyətdə qaldı.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin