Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə40/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   36   37   38   39   40   41   42   43   ...   153
C fakepathmuhazire tarix (3)

XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və mə­dəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr inşa edildi. Orta əsr Azərbaycan memarlığının inkişafını müəyyən­ləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan, Naxçıvan və Arran memarlıq məktəbləri də elə bu illərdə təşəkkül tapdı. Bu ocaq­ların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı.

Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asim­met­rik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur. Daşla kərpicin birgə yanaşı işlədilməsi ilə tikilən Arran memarlıq abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları və incə gör­kəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi.

Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti dövrünə düşən, əsasən, bişmiş kərpicdən tikilən Naxçıvan-Marağa məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, göv­də­nin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi orna­mentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun artması və s. xasdır.

Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan qala­sı, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin, Ma­ra­ğa­nın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar­daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr (Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun (1186), Yusif ibn Küseyr məqbərəsi (1162), Qoşaminarə (1187), Cümə məscidi və s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları (1063), Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid (920), Əlincə qalası, Lerikdə Oğlanqala, X əsrdə Ağoğlan çayı sahilində tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə fərqlənirdi. XII əsrdə Naxçıvan memarlıq üslubunda Marağada Göy günbəz, Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı. XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac, şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf səviyyəsi xeyli yüksəlmişdir.

Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikimi­narəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.

Ədəbiyyat:

1.Azərbaycan tarixi. 7 cilddə, II c., s.283-424, 440-448

2.Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə, s.273-321

3. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə, s.136-148

4.Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə, s.204-270

5.Azərbaycan tarixi. M.Abdullayevin redaktorluğu ilə, s. 61-93

6.Məmmədov İsmayıl. Azərbaycan tarixi, s. 98-132.

7. Azərbaycan tarixi. İ.T.Nuriyeva. Bakı, 2015, s. 61-81.




Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin