AZƏRBAYCAN
9
İl ərzində polis tərəfindən dinc siyasi nümayiş keçirməyə cəhd göstərən
müxalifət partiyalarının nümayəndələrinin çoxsaylı saxlanması halları
olmuşdur (bax bölmə 2.b).
Məhkəmə öncəsi 18 aylıq uzunmüddətli saxlama ciddi problem olmuşdur. Baş
prokuror dövlət istintaqı başa çatana kimi icazə verilən ilkin üç aylıq məhkəmə
öncəsi saxlama müddətini bir neçə aylıq ardıcıl uzatma ilə müntəzəm qaydada
artırmışdır.
Amnistiya
Martın 17-də Prezident Əliyev 62 məhbusu əfv etmişdir. Əfv edilənlər arasında
Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) da olmuşdur, o, bir çox
beynəlxalq və daxili müşahidəçilərin saxta və siyasi motivli xarakterizə etdikləri
ittihamlara görə məsuliyyətə cəlb edilmişdi (bax bölmə 2.a.).
e. Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina
Qanun məhkəmələrin müstəqil olmasını nəzərdə tutsa da, təcrübə göstərir ki,
hakimlər icra orqanlarından müstəqil fəaliyyət göstərməmişdir. Məhkəmə sistemi
korrupsiyaya uğramış və səmərəsiz fəaliyyət göstərmişdir. Hökmlər çox vaxt
məhkəmənin gedişatı ərzində təqdim edilmiş sübutlarla bağlı olmamışdır
.
İcra orqanları məhkəmə hakimiyyətinə güclü təsir göstərməyə davam etmişdir.
Namizədlərin hakimliyə imtahanını həyata keçirən Məhkəmə-Hüquq Şurasına
Ədliyyə Nazirliyi nəzarət edir.
Mötəbər mənbələrdən verilən məlumatlara görə, hakim və prokurorlar Prezident
Administrasiyası və Ədliyyə Nazirliyindən xüsusilə beynəlxalq müşahidəçilərin
marağını cəlb edən hallarla bağlı göstərişlər almışlar. Hakimlərin əmək haqqları
2008-ci ilə qədərki bir neçə il ərzində davamlı şəkildə artırılsa da, hakimlərin
vaxtaşırı qaydada rüşvət aldıqlarına dair etibarlı məlumatlar vardır. Ədliyyə
Nazirliyi il ərzində 21 hakimin Ədliyyə Şurası tərəfindən inzibati məsuliyyətə cəlb
edildiyini bildirmişdir. Nazirlik 11 nəfər əməkdaşının inzibati məsuliyyətə cəlb
edildiyini bildirmişdir; bu işlərdən ikisi Baş Prokurorluğa göndərilmiş, bunlardan
biri cinayət məsuliyyəti ilə nəticələnmişdir.
AZƏRBAYCAN
10
2009-cu ilin fevral ayında prezident 2009 – 2013-cü illərdə ədliyyə sisteminin
inkişafı üzrə Dövlət Proqramını nəzərdə tutan sərəncam imzalamışdır.
Proqramın hədəflərinə qanunvericiliyin təkmilləşdirilməsi və kadr hazırlığı və
peşəkarlıq səviyyəsinin artırılması daxildir
.
Fevralın 26-da Ali Məhkəmə Hüquq Təhsil Cəmiyyətinin (HTC) rəhbəri İntiqam
Əliyev tərəfindən verilmiş appelyasiyanı rədd etmişdir; appelyasiya aşağı
instansiya məhkəməsində Əliyevin hakimlər əleyhinə inzibati məsuliyyətə dair
kitabında Hakim Qəzənfər Kərimovun “şərəf və ləyaqətinin alçaldılması” ilə bağlı
çıxarılmış qərarla bağlı olmuşdur. 2009-cu ilin iyun ayında Əliyev apelyasiya
şikayəti ilə ECFİR-ə müraciət etmişdir.
Konstitusiya bir şəxsin eyni cinayətə götə iki dəfə məsuliyyətə cəlb edilməsini
və/yaxud ittiham edilməsini qadağan edir. Sentyabrın 29-da 2009-cu ilin aprelində
şərti cəza almış Səyyarə Heydərova - ilkin olaraq 2005-ci ildə həbs edilmişdi –
milli instansiya məhkəmələrinin hamısına müraciət etdikdən sonra apelyasiya
şikayəti ilə ECFİR-ə müraciət etmişdir. İlin sonunda iş həllini gözləyirdi.
Hakimlərə təlimlərin keçirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası
beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmişdir.
Fevralın 4-də Məhkəmə-Hüquq Şurası etinasızlığa görə Bakı məhkəmələrində
çalışan üç hakimi işdən azad etmişdir. Hakimlərdən bir, Südabə Məmmədova
2007-ci ildə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidi beynəlxalq
müşahidəçilərin saxta hesab etdikləri ittihamlar üzrə dörd il həbs cəzasına məhkum
etmişdi. (bax bölmə 2.a.).
Məhkəmə prosedurları
Dövlət, kommersiya və ya peşə sirləri yaxud məxfi, özəl və ya ailə məsələlərini
nəzərdə tutan işlər istisna olmaqla qanun açıq məhkəmə işlərinin keçirilməsini
təmin edir. Amma il ərzində beynəlxalq müşahidəçilər bu qanunun təcrübədə
dəfələrlə pozulduğunu aşkar ediblər
.
Qanun cinayət işlərində təqsirsizlik prezumpsiyasını təmin etsə də, sübutlara
baxılması, məhkəmədə müttəhimlərin şahidlərlə üzləşdirilməsi və məhkəmədə
sübutların təqdim edilməsi, imkansız müttəhimlər üçün məhkəmənin təsdiq etdiyi
vəkillərin tutulması, müttəhim və prokurorlar üçün apelyasiya hüquqlarına
təcrübədə riayət edilməmişdir.
AZƏRBAYCAN
11
Beynəlxalq müşahidəçilər hakimin müttəhimi öz hüquqları barədə və ya ona qarşı
irəli sürülən ittihamlar barədə məlumatlandırmamasına dair çoxsaylı hallar aşkar
etmişlər. Təqsirsizlik prezumpsiyasının aşkar pozulmadığı hallarda belə, təqsirli
bilinən şəxslərin əlləri qandallı bağlı dəmir qəfəsə salınması təcrübəsi dolayısı ilə
bu hüququn pozulmasını göstərir. Bundan əlavə, hakimlər çox vaxt hökmü açıq
şəkildə oxumamışlar, bu, müttəhimin hökmün arxasında duran səbəbi bilməməsi
ilə nəticələnmişdir
.
Andlılar məhkəməsindən istifadə edilməyib. Bir qayda olaraq, xarici və yerli
müşahidəçilərin məhkəmələrdə iştirakına icazə verilmişdir. Bəzi dinləmələrdə oturacaq
yerlərinin kifayət qədər olmaması və kiçik məhkəmə otaqları dinləmədə insanların
iştirakının qarşısını almışdır. Bəzi istisnalar, xüsusilə də Ağır Cinayətlərə dair İşlər üzrə
Məhkəmə ilə bağlı istisnalar olsa da, məhkəmənin vaxtı və keçirilmə yerinə dair məlumat
çox vaxt mövcud olmuşdur.
Konstitusiya dövlət ittihamçısı ilə vəkillərə bərabər status versə də, təcrübədə dövlət
ittihamçıları hüquqları baxımından müdafiə tərəfini üstələyir. Mülki işlərdə hakimlər
“üzrlü səbəb”dən vəkilləri işdən uzaqlaşdırmaq hüququna malikdirlər. Cinayət işləri üzrə
məhkəmə prosesində isə maraqların toqquşması olarsa və ya cavabdeh vəkilin
dəyişilməsini tələb edərsə, hakim vəkili işdən uzaqlaşdıra bilər. Bundan əlavə,
vəsatətlərin və şifahi bəyanatın, həmçinin vəkilin təqdim etdiyi sübutların
qiymətləndirilməsi zamanı hakimlər çox vaxt ittiham tərəfə üstünlük verdiklərini
göstərmişlər
Qanun cinayət işlərində vəkillərin təmsil olunmasını dövlətin nəzarətində olan vəkillər
kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvlərinin iştirakı ilə məhdudlaşdırır.
Yalnız 768 kollegiya üzvü olduğu və bunların da cəmi 415-i fəaliyyət göstərdiyi halda,
lisenziyalaşdırılmış hüquqi təmsilçiliyə çıxış, xüsusilə də Bakıdan kənar ərazilərdə,
məhdudlaşdırılmışdır.
Avqustun 9-da prezident ölkədə hakimlərin sayını 600-a çatdıran sərəncam imzalamışdır.
Konstitusiya qeyri-qanuni yolla əldə edilmiş dəlillərdən istifadəni qadağan edir; lakin
təqsirləndirilən şəxslərdən bəziləri verdikləri ifadələrin zorakılıq yaxud işgəncə yolu ilə
əldə edildiyini iddia etsələr də, bu cür sui-istifadə halı baş vermiş işlərin heç birinə xitam
verilməmiş və sui-istifadə halının yol verilməsinin müəyyən edilməsi üçün ekspertiza
təyin edilməmişdir. Hakimlər polislərin pis rəftarı barədə sikayətlərə əhəmiyyət belə
verməmişlər. Bir qayda olaraq istintaq zamanı əsas diqqət təqsirləndirilən şəxslərə qarşı
əsaslı dəlillərin araşdırılmasına deyil, etirafın əldə edilməsinə yönəldilir. Hakimlər adətən
prokurordan minimal səviyyədə dəlil tələb etdikləri və prokurorla yaxından əməkdaşlıq
etdikləri üçün, məhkəmədə baxılan ciddi cinayət işlərinin əksəriyyəti təqsirləndirilən
şəxsin məhkum olunması ilə nəticələnir. Müttəhimi məhkum etmək üçün yetərli dəlilin
olmadığı müəyyən edildiyi nadir hallarda hakim məhkəmə işini əlavə istintaq üçün
ittihamçıya geri göndərərək ona məhkum etmə üçün növbəti imkan yaratmışdır.
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə və Hərbi Məhkəmə istisna olmaqla
digər məhkəmələr adətən tərcüməçi təmin etməyə müvəffəq olmur. Hər məhkəmə
işin məhkəmə baxışına cəlb edilməsi üçün tərcüməçilərlə müqavilə bağlamaq
hüququna malikdir və belə xərclər Ədliyyə Nazirliyi tərəfindən ödənilməlidir.
Məhkəmə prosesinin hərfi stenoqramları olmamışdır; şahid ifadəsi, şifahi
arqumentlər və məhkəmə qərarları qeydə alınmamışdır. Bunun əvəzində isə
məhkəmə katibi dağınıq və ardıcıl olmayan şəkildə qeydlər apararaq nəyin qeyd
edilməli olduğunu öz rəyinə uyğun olaraq həyata keçirirdi. Məsələn, Eynulla
Fətullayevin avqust ayından başlayaraq ilin sonunadək davam edən məhkəmə
iclasları zamanı Fətullayev aşağı instansiya məhkəməsinin təqdim etdiyi
protokolların onun sözlərini əks etdirməməsi ilə bağlı mübahisə edirdi (bax bölmə
2.a.).
Ölkənin hərbi məhkəmə sistemi mülki hakimlərdən təşkil olunub. Hərbi məhkəmə
müharibə və hərbi xidmətlə əlaqəli istənilən cinayət işində xüsusi yurisdiksiyaya
malikdir
Siyasi məhbuslar və saxlanılan şəxslər
Rəqəmlərin dəyərləndirilməsində fikir ayrılığı olsa da, yerli QHT-lər ölkədə
siyasi məhbusların olmasında israrlıdır. İl ərzində hökumət altı jurnalist və iki
bloqçu və gənc aktivistlər daxil olmaqla həbs edilmələri siyasi motivlərlə
bağlı hesab edilən 11 – 14 nəfəri azad etmişdir (bax bölmə 2.a.). İlin sonunda
QHT fəalları hökumətin 20 - 46 nəfər arası siyasi məhbus saxladığını qeyd
etmişlər
.
Avropa Şurası ekspertlərinin hesabatında siyasi məhbus kimi adı çəkilən Elçin
Əmiraslanov, Səfa Poladov və Arif Kazımov il boyu həbsdə qalmışlar
.
Siyasi məhbusların sayına dair bəzi qiymətləndirmələrə 2005-ci ildə dövlət
çevrilişində günahlandırılıb sonradan isə korrupsiyada ittiham edilənlər
daxildir
.
Siyasi motivlərə görə saxlananların dəqiq sayına dair heç bir etibarlı məlumat
yoxdur. Siyasi motivlərə görə saxlananların əksəriyyətinə sonradan “inzibati
həbs” kimi qələmə verilən 10 – 15 günlük müddətə həbs cəzası verilmişdir.
Hökumət ümumiyyətlə BQXK kimi beynəlxalq humanitar təşkilatların, habelə
BMT nümayəndələrinin siyasi məhbus olması güman edilən şəxsləri
qeyri-məhdud sayda ziyarət etmələrinə icazə vermişdir.
AZƏRBAYCAN
13
Regional İnsan Hüquqları məhkəmələrinin qərarları
Vətəndaşlar iş üzrə Ali Məhkəmənin ilk hökmü verildikdən sonra altı ay ərzində
onun qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət etmək
hüququna malikdirlər. Vətəndaşlar il ərzində davamlı şəkildə bu hüquqdan
yararlanmışlar. Ilin sonuna ölkə üzrə AİHM tərəfindən baxılmasını gözləyən 100-ə
yaxın iş olmuşdur.
AİHM-in internet səhifəsinə əsasən, il ərzində o, Azərbaycan vətəndaşlarının
xeyrinə 18 qərar vermişdir. APA xəbərlər agentliyinə əsasən, Azərbaycan
vətəndaşları əsasən mülkiyyət hüquqlarının (doqquz iş), azadlıqlar və təhlükəsizlik
hüquqlarının (səkkiz iş) müdafiəsi və ədalətli dinləmələrlə (dörd iş) bağlı müraciət
etmişlər.
Aprelin 22-də AİHM jurnalist Eynulla Fətullayevin həbsə alınmasının onun ifadə
azadlığının pozulması və hökumətin onu dərhal azadlığa çıxarması barədə qərar
qəbul etmişdir. İlin sonuna kimi hökumət qərarı yerinə yetirməmişdir (bax bölmə
2.a.).
İl ərzində AİHM müxalifətdən olan namizədlər Nemət Əliyev və Flora
Kərimovanın İnsan Haqları üzrə Avropa Konvensiyasına əsasən hüquqlarının
pozulması barədə iki ayrı qərar qəbul etmişdir, rəsmilər onların müvafiq seçki
dairələrində 2005-ci il parlament seçkilərində iqtidar yönlü namizədlərin
seçilməsini elan etmişdilər.
Noyabrın 9-da AİHM məhkəmə öncəsi saxlamanın müddəti ilə bağlı iddia
qaldırmış keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin xeyrinə qərar qəbul
etmişdir. Məhkəmə qeyri-maddi zərərə görə ona 16,000 avro ($21,400) və hüquqi
xərclərə görə 25,000 avro ($33,500) təzminat ödənilməsi ilə bağlı qərar qəbul edib.
İlin sonunda Əliyev tərəfindən korrupsiya ittihamı ilə bağlı təqdim edilən iş həllini
gözləyirdi; o, 2005-ci ildə çevriliş etməklə bağlı ittihamla həbs edilmiş, amma
korrupsiya ittihamı ilə bağlı mühakimə edilmişdir. Noyabrın 9-da Əliyevin işi ilə
bağlı saxlanılmış Eldar Salayev də saxlama müddətini həddən çox olması ilə bağlı
məhkəməni udmuşdur.
İl ərzində əmlak hüququ ilə bağlı yeddi işə baxılmışdır: Səfarova Azərbaycan
hökumətinə qarşı bir məhkəmə işi polis bölməsinin Səfərovanın mülkiyyətində
yerləşməsi barədədir.
Qalan yeddi mülkiyyət məsələsi hüquqi mülkiyyətçinin
mənzilini tutmuş məcburi köçkünlərin işlərini əhatə edir.
Mülki məhkəmə prosedurları və müdafiə üsulları
Qanun mülki işlər üzrə müstəqil və qərəzsiz andlıların iştirakını nəzərdə tutmur.
Rayon məhkəmələri mülki işlər üzrə ilkin baxış yurisdiksiyasına malikdirlər;
apelyasiya şikayətlərinə Apelyasiya Məhkəməsi və sonra isə Ali Məhkəmə
tərəfindən baxılır. Vətəndaşlar insan haqlarının pozulmasının qarşısının alınması
və belə pozuntular nəticəsində vurulan ziyana görə təzminatın ödənilməsi üçün
məhkəməyə müraciət etmək hüququna malikdirlər. Cinayət işlərində vətəndaşlar
öz işlərinə dair Ali Məhkəmənin çıxardığı ilk hökmdən sonra 6 ay ərzində Avropa
İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər.
Mülkiyyət restitusiyası
Qanunlar mülkiyyət hüququnu qorusa da, təcrübədə həmin qanunlara hörmət
edilmir. Yerli qeyri-hökumət təşkilatları mülkiyyət hüquqlarının pozulması ilə bağlı
şikayətlərin əvvəlki illərlə müqayisədə artması barədə məlumat vermişlər. QHT-lər
daha sonra bildirmişlər ki, hökumət, xüsusilə Bakıdan kənar ərazilərdə dövlət
ehtiyacları üçün əmlakın alınmasına dair qanunlara ciddi şəkildə riayət etmir. Bu
QHT-lərin məlumatlarına əsasən, vətəndaşlar ölkənin məhkəmə sisteminə etibar
etmir və təzminat iddialarını qaldırmağa meylli deyil. 2009-cu ildə Bakı şəhər İcra
Hakimiyyəti şəhərin mərkəzində Heydər Əliyev sarayından Azərbaycan Dram
Teatrına qədər olan hissənin yenidən qurulması ilə bağlı planını açıqlamışdır. İki
əsas küçənin (Füzuli və Şəmsi Bədəlbəyli) sakinlərinə evlərini tərk etmək
xəbərdarlığı etmiş və onlara hər kvadratmetrə görə 1500 manat (USD 1.830)
ödənəcəyi deyilmişdi. Hüquq müdafiəçiləri bildirmişlər ki, mənzil sakinlərini
evlərini tərk etməyə məcbur etmək üçün mənzillərin su, elektrik enerjisi və qaz
təchizatı dayandırılmışdı. İlin sonunda sakinlər hələ də narazı idilər və yerli
məmurlarla münasibətlər gərgin olmağa davam edirdi. Bununla belə, bir çox evlər
zorla sökülmüş və hasara alınmışdır.
İl ərzində AİHM-in qərar qəbul etdiyi 18 işdən altısı mülkiyyət hüququ ilə bağlı
olmuşdur (bax bölməs l.e).
f. Şəxsi həyat, ailə, ev və yazışmalara əsassız müdaxilə
Qanun şəxsi həyata, məktublaşmalara və digər şəxsi ünsiyyətə əsassız müdaxiləni
və nəzarəti qadağan etsə də, təcrübədə hökumət bu qanuni qadağalara hörmət
etməmişdir
.
Konstitusiya yaşayış yerlərində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı ilə
yaxud qanunda nəzərdə tutulmuş xüsusi hallarda icazə verir, lakin hakimiyyət
orqanları çox vaxt müvafiq sanksiyalar olmadan axtarışlar keçirmişlər. Çoxları
düşünür ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi xüsusilə xarici
vətəndaşların, tanınmış siyasi və biznes xadimlərinin və beynəlxalq danışıqlarda
iştirak edən insanların telefon və İnternet danışıqlarına nəzarət edir.
AZƏRBAYCAN
15
Bu halların birində Milli Təhlükəsizlik Nazirliyi Avroasiya mahnı müsabiqəsi
zamanı Ermənistana yazılı mesajla səs verən 42 nəfəri müəyyən etmiş və onlardan
bir çoxunu dindirmişdir. Araşdırma apardıqdan sonra, müsabiqəni təşkil edən
Avropa Yayımlama Birliyi ölkənin İctimai televiziyasını cəzalandırmamağı qərara
alaraq qaydanı elə dəyişmişdir ki, gələcəkdə verilişi ölkədə yayımlayan televiziya
şirkəti əməkdaşlıq etdiyi telefon operatorunun davranışına görə məsuliyyət
daşıyacaqdır
.
Polis cinayətdə şübhəli bilinənlərin ailə üzvlərini qorxutmağa və təqib etməyə
davam etmişdir
.
18 – 35 yaşlı kişilər məcburi hərbi xidmətdə olmalıdır. Fiziki səbəblərdən,
məsələn, zəif görmə qabiliyyəti səbəbindən hərbi xidmətdən azad olma halı
mövcuddur. Amma çoxları inanır ki, hərbi xidmətdən pulla möhlət almaq
mümkündür. Vətəndaşlar habelə inanır ki, daha asan hərbi vəzifələrlə bağlı
tapşırıqları da pulla almaq mümkündür. Konstitusiya hərbi xidmətdən imtina edən
şəxslər üçün alternativ hərbi xidməti təmin edir; lakin hərbi xidmət haqqında
qanunda bunun aydın icra mexanizmi təmin edilməmişdir. Bəziləri hərbi xidmətə
getməyi deyil, həbsxananı üstün tutur.
Bölmə 2 Vətəndaş azadlığına hörmət, o cümlədən:
a. Söz və mətbuat azadlığı
Qanun söz və mətbuat azadlığını təmin edir və mətbuat senzurasını qadağan edir;
bununla belə, təcrübədə əksər hallarda hökumət bu hüquqlara hörmət etmir. İl
ərzində hökumət altı jurnalisti və iki bloqçunu həbsdən azad etmişdir, amma
media azadlığının məhdudlaşdırılması hələ də problem olaraq qalır
.
Sentyabrda beynəlxalq Article 19 QHT-si xəbər vermişdir ki, ölkədə jurnalistlər,
ictimai fəallar və adi vətəndaşların ifadə azadlığı 2005-ci ildən bəri “əhəmiyyətli
dərəcədə pisləşmişdir”. Article 19 aydınlaşdırmışdır ki, fəaliyyətin daxili
tənzimlənməsi “geniş vüsət almışdır” və bir çox vətəndaş cəmiyyəti və siyasi
partiya fəalları ifadə azadlığına getdikcə daha düşmən münasibət bəslənən
cəmiyyətdə yaşadıqlarını hiss edirlər. Beynəlxalq QHT – Beynəlxalq Böhran
Qrupu qeyd etmişdir ki, "azad və konstruktiv informasiya və ideya mübadiləsinin
yoxluğu etibarsızlıq və haqsızlıq mühitini törədir." Buna baxmayaraq, bir çox
müxalifət partiyası qəzet nəşr etdirməyə davam etmiş və insan haqları fəalları
əsasən təqib olunmaq qorxusu olmadan işlərini davam etdirə bilmişlər.
AZƏRBAYCAN
16
Oktyabrın 9-da polis islahat yönümlü Dalğa gənclər hərəkatının ofisinə reyd etmiş,
təşkilatın üzvlərini qərargahdan çıxarmışdır. Oktyabrın 11-də Dalğa ofisini
bağlamışdır. Məlumata görə, reyd Dalğa üzvlərinin 1918 – 1920-ci illərdə mövcud
olmuş birinci Azərbaycan Demokratik Respublikasının prezidenti, demokratik
islahatçı Məmməd Əmin Rəsulzadənin şəkli əks olunmuş köynəkləri geydiklərinə
cavab olaraq təşkil edilmişdir.
2009-cu ildə dövlət kütləvi informasiya vasitələri haqqında qanuna dövlətin nəşri
bağlamasını asanlaşdıran dəyişikliklər etmişdir.
İl ərzində bir sıra müxalifət və müstəqil media vasitələri fəaliyyət göstərmişdir.
Obyektiv və peşəkar məlumatın verilməsi nadir hal olsa da, mətbuat hökumətin
siyasətinə dair fərqli baxışlar ifadə etmişdir. Teleradio yayım vasitələri isə
xəbərlərin işıqlandırılmasında, demək olar ki, tam şəkildə dövlətin mövqeyinə
uyğun mövqedən çıxış etmişdir.
Ölkədə mətbuat orqanlarının əksəriyyəti hakim partiyaya, müxalifət partiyalarına
mənsub olmuş və ya tanınmış dövlət məmurları ilə əlaqəli olduqları hesab
edilmişdir. Həm iqtidar, həm də müxalifət qəzetlərinin gündəlik dövriyyəsi çox
aşağı olmaqla, əksər hallarda 5000 ədədi keçmir. Qəzetlərin böyük hissəsi paytaxtın
payına düşür. Ölkədə səkkiz milli və 14 regional televiziya stansiyası olmuşdur. 11
radio yayımlama şirkəti var idi. Hakimiyyət ölkənin FM tezliklərində və milli
televiziyada Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radiosu və BBC radiolarının
yayımını qadağan edib. Bu cür beynəlxalq yayımları olmadan ictimaiyyətin geniş
yayılmış media vasitələrindən qərəzsiz məlumat almaq imkanı olmamışdır. Bundan
başqa dövlətə məxsus qəzetlər, eləcə də şəhər və ya rayon səviyyəli məmurlar
tərəfindən maliyyələşdirilən bir sıra milli və yerli qəzetlər də vardır
.
İyulun 22-də - Milli Mətbuat günündə Prezident Əliyev 32 qəzetdən hər birinə
AZN 20,000 ($24,390) ayırmışdır. 32 qəzetdən ibarət qrupa həm iqtidar, həm də
müxalifətlə əlaqəli qəzetlər daxil olmuşdur.
Avqustun 1-də gündəlik iki əsas müxalifət qəzetindən biri olan Azadlıq qəzetini
çap edən nəşriyyat Azadlığın əməkdaşlarına iki gün ərzində çap fəaliyyətini
qadağan etmişdi, buna səbəb kimi nəşriyyata AZN 16,000 ($19,510) məbləğində
olan borc göstərilmişdir. Hadisə ilə bağlı mətbuatda gedən yazılarda qeyd edilir ki,
baş redaktor Qənimət Zahid ödənişlə bağlı tələbi hakimiyyətin təzyiqi və bundan
əvvəl verdiyi maliyyə yardımının geri alınması kimi xarakterizə etmişdir.
Bəzi özəl telekanallar fəaliyyət göstərmiş, amma bəzi müstəqil mətbuat
araşdırmaları göstərir ki,bu telekanalların proqramlarında hakim partiyanın xeyrinə
qərəzli verilişlər yayımlanır. Auditoriyanın lideri sayılan ANS Televiziyası 2006-cı
ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən müvəqqəti bağlandığına
qədər nisbətən obyektiv xəbərlər mənbəyi kimi qəbul edilirdi.
AZƏRBAYCAN
17
Lakin bir çox mətbuat müşahidəçiləri düşünürlər ki, o vaxtdan bəri ANS xəbərlər
yayımında daha ehtiyatlı və özünü məhdudlaşdıran bir yanaşma tətbiq edərək çox
vaxt iqtidar tərəfindən maliyyələşdirilən media vasitələri ilə eyni baxışdan çıxış
etmiş və eyni xəbərləri yaymışdır. Avqustda ANS-in analitik proqramında jurnalist
Mirşahin Ağayev həbsdə olan jurnalist Eynulla Fətullayevi tənqid etmiş və onun
azadlığa çıxması üçün müvəkkillik edən vətəndaş cəmiyyəti və müxalifət
qruplarını aşağılamışdır. Bir çox müşahidəçilərin fikrinə görə proqram hakimiyyət
tərəfindən sifariş edilmiş və teleyayımdakı müstəqilliyin azalmasını təzahür
etdirmişdir
.
ATƏT/DTİHB media monitorinqi belə qənaətə gəlmişdir ki, "monitorinq edilən
bütün televiziya kanalları media əhatəsinin əhəmiyyətli hissəsini səlahiyyətli
orqanlara və onların fəaliyyətinə həsr etmişdir. İqtidaryönlü namizədlər rəsmi
kampaniya dövrünün başlanmasından qabaq rəqiblərinə nisbətən üstünlüyə malik
idilər, monitorinq edilən televiziya kanallarında onların rəqibləri ilə bağlı demək
olar ki, heç bir məlumat verilməmişdir."
İl ərzində hakimiyyət altı jurnalisti azad etmişdir; lakin il ərzində iki nəfər həbsdə
qalmış və ya böhtan və digər onların işlərinə aid olmayan ittihamlarla cinayət
işləməkdə təqsirli bilinərək həbs edilmişlər. Beynəlxalq və yerli şərhçilər
düşünürlər ki, hakimiyyət jurnalistləri dövlət məmurları və siyasətini tənqid
etmələri ehtimalına görə hədəfə almışdır.
Martın 17-də hakimiyyət prezidentin əfvindən sonra Azadlıq qəzetinin baş
redaktoru Qənimət Zahidi azad etmişdir. Zahid 2007-ci ildə dələduzluq və yüngül
bədən xəsarəti yetirməyə görə məhkum edilmişdi. Beynəlxalq və yerli
müşahidəçilər onun həbsinin siyasi motivlərlə bağlı olduğunu hesab edirdilər.
İyulun 6-da Qaradağ Rayon Məhkəməsi üzərində heroin tapıldığına görə Eynulla
Fətullayevi iki al altı aylıq həbs cəzasına məhkum etmişdir. Həmin qərar qəbul
edilərkən Fətullayev terrorizmi dəstəkləmək, etnik nifrət yaratmaq və vergidən
yayınmaq ittihamlarına görə səkkiz il altı aylıq həbs cəzasını çəkməkdə idi.
Beynəlxalq və yerli müşahidəçilər onun həbsinin siyasi motivlərlə bağlı olduğunu
hesab edirdilər. ATƏT-in media azadlığı üzrə nümayəndəsi narkotiklə bağlı
ittihamı “olduqca inanılmaz” adlandırmışdır. Yerli insan haqları müdafiəçiləri bu
hadisənin AİHM-in əvvəlki ittihamlarla bağlı ona bəraət verilməsi ilə bağlı
gözlənilən qərarından sonra da Fətullayevin təcridxanada saxlanılması üçün təşkil
olunduğunu düşünürlər. Aprelin 22-də AİHM Fətullayevin dərhal azad edilməsini
tələb etmiş və ona təzminat ödənilməsi ilə bağlı qərar qəbul etmişdir. Hakimiyyət
qərarla bağlı AİHM-in Ali Palatasına apellyasiya şikayəti vermiş, Palata oktyabrın
4-də işi dinləməkdən imtina etmişdir. Noyabrın 5-də Apelyasiya Məhkəməsi
narkotik ittihamı ilə bağlı apelyasiya dinləməsinin həyata keçirilmədiyi səbəbindən
Fətullayevin təcridxanada saxlanması ilə bağlı dinləmə keçirmişdir. Noyabrın 11-də
|