AZƏRBAYCAN
42
Həyat yoldaşı tərəfindən təhqir və zorlama ilə bağlı qanunlar yoxdur, lakin həyat
yoldaşlarından biri şikayət edərsə, belə cinayətlər üzrə cinayət məcəlləsinin digər
maddələrinə müvafiq olaraq məhkəmə işi açıla bilər. Məişət zorakılığı daxil
olmaqla qadınlara qarşı zorakılıq problem olaraq qalmışdır. Kənd yerlərində
qadınların həyat yoldaşları və digərləri tərəfindən zorakılığa məruz qalmalarına
qarşı effektli mexanizm yoxdur.
Zorlama yaxud məişət zorakılığının qurbanları üçün hökumət tərəfindən
maliyyələşdirilən heç bir proqram olmamışdır. Bakıdakı Sülh və Demokratiya
İnstitutu tərəfindən idarə edilən qadın böhran mərkəzi qadınlar üçün pulsuz tibbi,
psixoloji və hüquqi yardım təmin etmişdir. Mərkəz habelə Qafqaz regionunda
gender zorakılığı və insan alveri ilə mübarizə aparmaq üçün beynəlxalq donorların
maliyyələşdirdiyi bir sıra layihələr üzrə fəaliyyət göstərmişdir. İnstitutun
nümayəndələri qadın məsələlərini müzakirə etmək üçün vaxtaşırı olaraq populyar
ictimai televiziya debatlarında iştirak etmişlər.
Qanun cinsi zorakılığı qadağan edir; lakin hökumət bu qadağanı nadir hallarda
tətbiq etmişdir. Belə şikayətləri qəbul edəcək heç bir xüsusi təşkilat olmamışdır.
Cütlüklər və şəxslər uşaqlarının sayını, uşaqlara sahib olmaq vaxtını və bununla
bağlı fasiləni sərbəst şəkildə müəyyən etmək hüququna malikdirlər.
Ailə və
fərdlərin ayrı-seçkilik, zorakılıq və məcburiyyət olmadan reproduktiv qərarlar verə
bilməsi üçün məlumat əldə etməsi mümkün olmuşdur. Kontraseptivlər geniş
miqyasda mövcud olsa da, demoqrafik tədqiqatlar onlardan istifadə səviyyəsinin
aşağı olduğunu göstərmişdir. Doğuş zamanı peşəkar xidmət, habelə hamiləlik
zamanı qayğı, əsas mamalıq və doğuş sonrası yardım mümkün olmuşdur
.
Beynəlxalq təşkilatların hesablamalarına görə, anaların ölüm faizi 2008-ci ildə hər
100,000 doğuşa təqribən 38 ölüm halı olmuşdur. Qadın və kişilərin HİV daxil
olmaqla cinsi yolla yoluxmuş infeksiyalarla bağlı diaqnoz və müalicəyə çıxışı
bərabər olmuşdur. Bununla belə, mədəni, tarixi və sosio-iqtisadi amillərə əsaslanan
patriarxal normalar bəzi hallarda qadınların reproduktiv hüquqlarını
məhdudlaşdırmışdır
.
Qadınlar nominal olaraq kişilərlə eyni hüquqlara malikdir, amma cəmiyyətdə
ayrı-seçkilik problem olaraq qalmışdır. Ənənəvi sosial normalar və ölkənin
regionlarının geridə qalmış inkişaf səviyyəsi qadınların iqtisadiyyatda rolunu
məhdudlaşdırmaqda davam etmişdir və qadınların cinsi ayrı-seçkilik səbəbindən
öz qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkdiklərinə dair məlumat
verilmişdir. Yüksək biznes vəzifələri daxil olmaqla qadınlar yüksək vəzifələrdə az
təmsil olunmuşlar. Bir yerli QHT-nin bildirdiyinə görə, qadınların maaşları
kişilərin maaşlarının 70 faizi həddindədir
.
AZƏRBAYCAN
43
Uşaqlar
Ölkədə vətəndaşlıq doğuş və ya valideynlərin vətəndaşlığı ilə müəyyənləşdirilir
.
Qanun hökumətdən uşaqların təhsil və tibbi xidmət hüquqlarını qorumağı tələb
edir. Təcrübədə hökumət proqramları uşaqlar üçün aşağı standartlı təhsil və tibbi
xidmət təmin etmişdir. Təhsil 17 yaşa kimi icbari, pulsuz və ümumi olsa da,
yoxsul kənd yerlərində yaşayan böyük ailələr bəzən qız uşaqlarını evdə işləmək
üçün saxladıqları halda, oğlan uşaqlarının təhsilinə yüksək üstünlük vermişlər.
Bəzi yoxsul ailələr isə uşaqlarını məktəbə getmək əvəzinə işləməyə və ya
dilənməyə məcbur etmişlər. Bakı şəhərində küçə uşaqları ilə işləyən QHT
bildirmişdir ki, dilənən və/yaxud fahişəliklə məşğul olan oğlan və qızlar ayda
müəllimdən üç dəfə çox pul qazanır.
Dekabr ayının 29-da xəbər verilmişdir ki, Bakının Xocasən rayonunda valideynlər
həmin ayın əvvəlində Təhsil Naziri tərəfindən elan edilmiş hicab qadağasına etiraz
olaraq qızlarını evdə saxlayır və məktəbə göndərmir (bax bölmə 2.b.).
Daxili İşlər Nazirliyi il ərzində uşaqlara qarşı zorlama yaxud cinsi zorakılıq
hallarına dair hər hansı informasiya təmin etməmişdir. Verilən xəbərlərə görə,
uşaqlar cinsi istismar və dilənçilik məqsədilə insan alverinin qurbanı olmuşlar. İl
ərzində insan alveri cinayətinin qurbanı olmuş şəxslərin üç nəfəri 18 yaşadək
olmuşdur
.
Bir beynəlxalq və iki yerli QHT uşaq nikahının artmaqda olan problem olduğunu
bildirmişdir. Qadınlar arasında Həmrəylik İctimai Birliyi (QHİB) qeyd etmişdir ki,
dövlət qurumlarından statistik məlumat əldə etmək mümkün olmamışdır. QHİB
bildirmişdir ki, problem cənub və şimal regionlarından ölkənin bütün ərazisinə
yayılmışdır. Qanunvericilik o qədər də aydın deyildir; erkən nikahlar
konstitusiyanın 34-cü və Cinayət Məcəlləsinin 152 və 153-cü maddəsi ilə cinayət
məsuliyyətini tələb etsə də, heç bir cinayət təqibi həyata keçirilməmişdir. QHİB
aydınlaşdırmışdır ki, kənd yerlərindəki qızlar səkkiz və doqquzuncu siniflərdə
ikən ailə qurur. Dini nikah müqavilələri (kəbin yaxud kəbinnamə) ilə ailə quran
qızlar dövlət qurumlarından yan keçir və boşanma olduğu təqdirdə yuxarıda qeyd
edilən qanunlar statusun tanınması hüququnu vermir. Amerika Vəkillər
Assosiasiyası (AVA) bildirmişdir ki, 12 yaşlı qız sözarası sinif yaldaşlarına deyib
ki, “ərim məni qucağına alır”. AVA habelə həyat yoldaşından boşandıqdan sonra
əmlak yaxud əmlaksız qalmış 15 yaşlı qadına kömək etməyə çalışdıqlarını
bildirmişdir. QHİB kişilərin iş üçün Rusiyaya getmələri ilə bağlı çox saylı hallar
barədə məlumat vermişdir, bu zaman onlar yetkinlik yaşına çatmayan həyat
yoldaşlarını Azərbaycanda qoyub gedirlər.
Yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə qanunla qadağan edilir və "18 yaşına
AZƏRBAYCAN
44
çatmış şəxsin 16 yaşa çatmamış digər şəxslə cinsi əlaqədə olması və ya cinsi
xarakterli digər hərəkətlər etməsi” kimi müəyyən edilir və üç ilə kimi həbs cəzası
nəzərdə tutulur. Qanun qeyd edir ki, qız uşağı 17 yaşında və yerli səlahiyyətli
orqanın icazəsi ilə 16 yaşında ailə qura bilər. Qanunda daha sonra deyilir ki,
oğlanlar 18 yaşında evlənə bilər. 2002-ci ildə Qafqaz Ruhani İdarəsi 18 yaşı nikah
yaşı kimi elan edən fətva vermişdir, lakin dini kəbinlərdə bu, böyük təsirə malik ola
bilməmişdir
.
Uşaq pornoqrafiyası qanunla qadağan edilir və onun istehsalı, yayılması və ya
reklam edilməsi üç ildən beş ilədək həbs cəzasını nəzərdə tutur. Əgər
pornoqrafiyanı uşağın valideynləri, müəllimləri yaxud digər təlimçilər yaradarsa,
cəza dörd ildən yeddi ilədək artır
.
Çox sayda qaçqın və məcburi köçkün uşaqlarının yaşayışı standartlardan aşağıdır.
Bəzi hallarda bu uşaqlar məktəbə gedə bilməmişlər.
Ölkə Beynəlxalq Uşaq Oğurluğunun Mülki Aspektləri üzrə 1980-ci il Haaqa
Konvensiyasına qoşulmamışdır.
Anti-Semitizm
Ölkənin yəhudi icmasına qarşı anti-semit hərəkətlərlə bağlı etibarlı məlumat
olmamışdır.
İnsan alveri
İnsan alveri ilə bağlı informasiya üçün bax Dövlət Departamentinin www,
state, gov/g/tip internet səhifəsi, illik İnsan Alveri Hesabatı.
Fiziki qüsurlu şəxslər
Qanun fiziki, hissi, zehni və əqli qüsuru olan şəxslərin məşğulluq, təhsil, tibbi
qayğı və digər dövlət xidmətlərinin təminatı sahəsində ayrı-seçkiliyə yol verməni
qadağan etsə də, hökumət bu müddəaları effektiv şəkildə tətbiq etməmişdir.
Məşğulluqda ayrı-seçkilik problem olaraq qalmışdır. Geniş yayılmış fikrə əsasən,
fiziki qüsuru olan uşaqlar xəstədir və başqa uşaqlardan ayrılmalı və digər
müəssisələrdə təhsil almalıdır. Bir sıra beynəlxalq və yerli QHT fiziki qüsuru olan
uşaqlar barədə düşüncə tərzini dəyişmək və qüsurlu uşaqları cəmiyyətə yenidən
inteqrasiya etmək üçün təhsil kampaniyaları həyata keçirmişlər
.
AZƏRBAYCAN
45
Fiziki qüsuru olan şəxslərin dövlət və digər binalara girişinə şəraitin yaradılmasını
nəzərdə tutan qanun yoxdur və əksər binalara giriş onlara müyəssər olmamışdır.
Ruhi xəstə və fiziki qüsurlu şəxslər üçün müəssisələrdə tibbi xidmət səviyyəsi
fərqli olmuşdur; bəziləri lazımi xidmət təmin etdiyi halda, digərlərində xidmət
göstərən şəxslərin, avadanlığın və sanitariya şəraitinin, habelə lazımi pəhrizi təmin
etmək üçün təchizatın qıtlığı mövcud olmuşdur.
Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri fiziki qüsurlu şəxslərin
hüquqlarının müdafiəsinə görə məsuliyyət daşımışlar.
Milli/irqi/etnik azlıqlar
Ölkə ərazisində yaşayan təxminən 20 000 erməni mənşəli şəxslər tarixən
məşğulluq, təhsil, mənzil təminatı, sosial xidmətlər və digər sahələrdə onlara qarşı
ayrı-seçkiliyin olduğundan şikayətlənmişlər. Etnik erməni olan Azərbaycan
vətəndaşları çox vaxt pasportlarında etnik mənsubiyyəti qanuni yolla dəyişərək öz
etnik mənsubiyyətlərini gizlətmişlər. İl ərzində ermənilərə qarşı hər hansı
zorakılığa dair məlumat olmamışdır
.
Bəzi qruplar bəzən ayrı-seçkilik halları, onların öz dillərində dərs demək
imkanlarının məhdudlaşdırılması və yerli orqanlar tərəfindən incidildiklərini
bildirmişlər. Bu qruplara cənubda talışlar, şimalda Qafqaz ləzgiləri, köçkün
Məhsəti türkləri və Ermənistanın dəstəklədiyi Dağlıq Qarabağ separatçılarının
nəzarət etdiyi Laçın rayonundan olan qaçqın kürdlər daxildir.
Cəmiyyətdə seksual oriyentasiya və cinsi mənsubiyyətə görə pis rəftar,
ayrı-seçkilik və zorakılıq hərəkətləri
Yerli QHT-yə əsasən, seksual oriyentasiyasına görə şəxslərə qarşı polis
qəddarlığına dair çoxsaylı hallar olmuşdur. Səlahiyyətli orqanlar buna görə
məsuliyyət daşıyan şəxslərin hərəkətlərini araşdırmamış yaxud
cəzalandırmamışdır; bunun əsas səbəbi zorakılıq qurbanının ictimai qınaq
qorxusundan şikayət etmək istəməməyi olmuşdur
.
İl ərzində lesbiyan, gey (homoseksual), biseksual və transgender (LGBT) icmasının
üzvləri qisas yaxud repressiv təqibdən qorxaraq hüquq-mühafizə orqanlarına qarşı
rəsmi şikayət verməkdən imtina etməyə davam etmişlər. Habelə il ərzində LGBT
icması demək olar ki, hər ay yığıncaqlar keçirmiş və bunlar mütəmadi olaraq polis
reydlərinə məruz qalmışlar.
AZƏRBAYCAN
46
2009-cu ildə polis dörd dəfə gey barlarında reyd keçirmiş və demək olar ki, 50-yə
yaxın şəxsi həbs etmişlər. Əldə edilən məlumata görə polis onları saxlamış və
rüşvət ödəməyəcəkləri təqdirdə onların seksual oriyentasiyasını açıq bəyan
edəcəkləri ilə hədələmişlər. İnsan hüquqları üzrə ombudsman aparatı bu məsələləri
həll etmək üçün müdaxilə etmişdir.
Ölkədə LGBT (seksual azlıqlar) məsələləri ilə məşğul olan bir QHT vardır. Bu
QHT HİV/QİÇS-in yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət
göstərmiş və hüquqi məsləhət, psixoloji yardım və məlumatlandırma fəaliyyəti
göstərmişdir. QHT fəaliyyətində hər hansı rəsmi təqiblə üzləşmədiyini
bildirmişdir. İl ərzində gey paradlarının təşkilinə cəhdlər edilməmişdir, lakin
Beynəlxalq Anti-Homofobiya Gününü qeyd etmək üçün 17 may tarixində kiçik
toplantı olmuşdur.
Avqust ayının 11-də polis iki transgender şəxsin – Zamiq Qasımov və Yadigar
Kuzminin Bakı şəhərində meyidini tapmışdır. Polis seksual azlıqlara qarşı nifrət
zəminində iki nəfəri öldürdüklərini boynuna alan üç cinayətkarı həbs etmişdir.
Yerli QHT bildirmişdir ki, cinayət işinin istintaqı qapalı aparıldığından onunla
bağlı yeni məlumatı ala bilməmişdir.
Dekabr ayında Baş Prokurorluq İdarəsi ölüm təhqiqatı ilə bağlı bəyanat vermişdir,
Həmin bəyanata əsasən “qeyri-ənənəvi” seksual oriyentasiya cinayət davranışı ilə
əlaqələndirilmiş və ona müvafiq təfsir edilmişdir.
LGBT şəxslərə qarşı ictimai qərəz olmuşdur. Seksual oriyentasiyaya görə işdən
çıxarılma qeyri-qanuni hesab edilsə də, LGBT şəxslər işə götürənlər tərəfindən
onları işdən çıxarmaq üçün başqa səbəblərin tapıldığını qeyd etmişlər. Tibbi
xidmətin təmin edilməsi sahəsində ayrı-seçkilik problem olaraq qalmışdır.
Cəmiyyətdə digər zorakılıq və ayrı seçkilik halları
HİV/QİÇS daşıyıcıları olan şəxslərə qarşı sosial zorakılıq yaxud ayrı-seçkilik halı
olmayıb
.
Bölmə 7 İşçi hüquqları
a. Birləşmə hüququ
Qanunda həmkarlar ittifaqlarını yaratmaq hüququ daxil olmaqla birləşmə
azadlığının təmin olunması nəzərdə tutulur. Lakin təcrübədə bu hüquqa müəyyən
məhdudiyyətlər qoyulmuşdur. Hərbçilər və polisin həmkarlar ittifaqına qoşulması
qadağan olunur.
AZƏRBAYCAN
47
Qanun həmçinin rəhbər heyətin həmkarlar ittifaqına qoşulmasını qadağan etsə də,
dövlət sənaye sahələrində idarəetmə səviyyəsində çalışan şəxslərin həmkarlar
ittifaqına üzvlük haqları avtomatik olaraq onların maaşlarından tutulmuşdur.
Qanun həmkarlar ittifaqlarına öz fəaliyyətlərini dövlət müdaxiləsi olmadan həyata
keçirməyə icazə verir, lakin təcrübədə əksər həmkarlar ittifaqları müstəqil
olmamışdır. Bəzi jurnalist birlikləri istisna olmaqla həmkarlar ittifaqlarının böyük
əksəriyyəti hökumətlə sıx təmasda fəaliyyət göstərmişdir.
Ölkədə yeganə həmkarlar ittifaqı konfederasiyası olan Azərbaycan Həmkarlar
İttifaqı Konfederasiyası (AHİK) rəsmi iqtisadiyyatdakı işçi qüvvəsinin təqribən 37
faizini təmsil etmişdir. AHİK müstəqil qurum kimi qeydiyyata alınsa da, bəzi
işçilər onun hökumətlə sıx əlaqələrinin olduğunu hesab etmişdir
.
Qanun əksər işçilərin tətil etmək hüququnu tanıyır. Tətil etmələrinə qadağa
qoyulmuş işçi kateqoriyalarına aşağıdakılar aiddir: yüksək vəzifəli icra və
qanunverici orqan rəsmiləri; hüquq-mühafizə orqanlarının işçiləri; məhkəmə
işçiləri; yanğınsöndürənlər; səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir
yolu və hava nəqliyyatına nəzarət işçiləri. İctimai nəqliyyatın işini pozmuş tətilə
çıxmış şəxslər üç ilə qədər həbs cəzasına məhkum edilə bilərlər. Qanun işdən
çıxarma və ya başqa işlə əvəzolunma kimi cəzalarla tətilə çıxanların
cəzalandırılmasını qadağan edir. Həm yerli, həm də beynəlxalq QHT-lər iddia
etmişdir ki, əksər sənaye sahələrində çalışan işçilərin böyük qismi öz hüquqlarını
bilmir və şikayət edəcəkləri təqdirdə cəzalandırılacaqlarındann qorxurlar. Bu,
xüsusilə, dövlər sektorunda çalışan şəxslərə aiddir.
Əmək qanunvericiliyi ölkə ərazisindəki bütün işçilərə və müəssisələrə şamil
edilsə
də, hökumət çoxmillətli təşkilatlarla ikitərəfli razılaşmaları müzakirə edə bilmiş və
nəticədə bu cür müəssisələr milli əmək qanununa riayət etməkdən azad
olunmuşlar. Məsələn, hökumətlə çoxmillətli enerji müəssisələri arasında
imzalanmış İstehsalın Bölüşdürülməsi üzrə Sazişlər (İBS) əməkdaşların həmkarlar
ittifaqlarında iştirakını nəzərdə tutmur.
Əmək təşkilatları və yerli QHT-lər bildirmişdir ki, bu şirkətlərdən bəziləri öz
işçilərini həmkarlar ittifaqı yaratmaqdan çəkindirmiş və istisnalar olmasına
baxmayaraq, İBS üzrə fəaliyyət göstərən çoxmillətli təşkilatların əksər işçiləri
həmkarlar ittifaqının üzvü olmamışdır. British Petroleum şirkətində çalışan işçilər
həmkarlar ittifaqında birləşmişlər, lakin digər çoxmillətli korporasiyalarda,
xüsusilə Çinli subpodratçıların idarə etdiyi şirkətlərdə vəziyyət daha acınacaqlı
olmuşdur. AHİK bildirmişdir ki, 2009-cu ildə yeni həmkarlar ittifaqlarının
yaradılmasında bəzi irəliləyişlər olmuş və ölkədəki çoxmillətli korporasiyalar bu
təşəbbüsləri təqdir etməyə başlamışlar.
AZƏRBAYCAN
48
Qanun həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmağı, siyasi partiyalarla
birləşməyi və ya siyasi partiyalardan maliyyə dəstəyi almağı qadağan edirdi,
amma bu müddəa daimi olaraq təmin edilməmişdir
.
Rəsmi iqtisadiyyatda üstünlük təşkil edən dövlət müəssisələrinin əksəriyyəti
işçilərin əmək haqqlarından həmkarlar ittifaqı üçün üzvlük haqqını tutmuş, lakin
həmin haqları həmkarlar ittifaqlarına çatdırmamışlar. Neft işçiləri ittifaqı üçün
toplanmış haqların dörddə biri həmkarlar ittifaqının idarə edilməsi ilə bağlı
“inzibati xərclər” üçün nəzərdə tutulmuşdur. Bununla belə, şəffaflığın olmaması
səbəbindən həmin haqlardan əslində necə istifadə olunduğunu bilmək
qeyri-mümkündür. Həmkarlar ittifaqları və onların üzvlərinin tutulmuş vəsaitləri
araşdırmaq üçün qanuni vasitəsi olmamışdır.
Neft-qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqında üzvlüyü Dövlət Neft
Şirkətinin 65 000 işçisi üçün məcburi olaraq qalmışdır. Onların həmkarlar
ittifaqına üzvlük haqqı (hər işçinin əmək haqqının 2 faizi) avtomatik olaraq
onların əmək haqqından çıxılmışdır.
b.
Təşkilatlanmaq və kollektiv sövdələşmək hüququ
Qanun işçiləri kollektiv sövdələşmə üzrə razılaşmalar əldə etmək hüququ ilə təmin
edir; hökumət tərəfindən təyin edilən şuralar əsas dövlət şirkətlərini idarə
etdiklərinə və bütün hökumət işçiləri üçün maaş səviyyələrini müəyyən etdiklərinə
görə həmkarlar ittifaqları faktiki olaraq maaş səviyyələrini və iş şəraitini effektiv
şəkildə razılaşdıra bilməmişdir. Kollektiv sövdələşməyə dair razılaşmalar, çox
vaxt, formallıq kimi nəzərdən keçirilmiş və tətbiq edilməmişdir. AHİK bildirir ki,
il ərzində cəmi 11 890 kollektiv müqavilə üçün 130 yeni saziş imzalanmışdır.
Bundan əlavə, AHİK bildirmişdir ki, qeyri-dövlət sektoru ilə həmkarlar ittifaqları
arasında 1,971 kollektiv müqavilə imzalanmışdır ki, bu da, illik artımın 7.5 faizi
deməkdir. AHİK habelə bildirmişdir ki, birgə müəssisələrdə yaxud xarici
investisiyaları olan müəssisələrdə 2 157 üzvü olan 11 təşkilat daxil olmaqla il
ərzində 88 yeni həmkarlar ittifaqı yaradılmışdır.
Bakıda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən həmkarlar ittifaqına qarşı
ayrı-seçkiliyə dair məlumatlar olmuşdur. Əmək QHT-ləri bildirmişdir ki,
çoxmillətli enerji şirkətləri və onların subpodratçıları çox vaxt əməkdaşlarını
həmkarlar ittifaqlarına üzvlükdən çəkindirmişdir. Bir sıra çoxmillətli şirkətlər
üçün İBS-lərdə həmkarlar ittifaqlarında üzvlük hüquqlarının olmaması bu
davranışa rəvac vermişdir.
İxrac emal zonaları mövcud olmamışdır.
c.
Məcburi yaxud icbari əməyin qadağan edilməsi
AZƏRBAYCAN
49
Müharibə vəziyyəti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə
qərarının icrası ilə bağlı hallar istisna olmaqla konstitusiya və qanun məcburi
əməyi qadağan edir. Bəzi müşahidəçilər bildirmişdir ki, məcburi yaxud icbari
əmək halları olmuşdur. Bundan əlavə, kişi və oğlanlar məcburi əmək üçün
Rusiyaya aparılmışlar. Həmçinin bax Dövlət Departamentinin illik İnsan Alveri
üzrə Hesabatı www, state. gov/g/tip.
İnşaat və Ağac Emalı Sənayesi İşçilərinin Beynəlxalq Birliyi (İAB) bildirmişdir ki,
Azərbaycanın İnşaat Kompleksi İşçilərinin Müstəqil Həmkarlar Təşkilatı; Bosniya
və Herseqovinanın İnşaat və İnşaat Materialları Həmkarlar İttifaqı; Serb
Respublikasının İnşaat, Mənzil Tikintisi və Kommunal Xidmətlər sahəsinin
Həmkarlar İttifqı və İAB aprel ayının 1-də miqrant işçilərinin hüquqlarının
müdafiəsi üzrə əməkdaşlıq sazişi imzalamışlar. İAB-a görə, sazişin imzalanmasına
Azərbaycanda Bosniya və Herseqovina və Serbiyadan olan işçilərlə fəaliyyət
göstərən SerbAz şirkəti ilə bağlı vəziyyət təkan vermişdir. SerbAz-la bağlı fakt
2009-cu ilin oktyabrında aşkar edilmiş və təqribən 496 qurbanı ehtiva etmişdi.
d.
Uşaq əməyinin qadağan edilməsi və minimal məşğulluq yaşı
Qanun uşaqları iş yerində istismar edilməkdən və onların sağlamlığı üçün təhlükəli
olan işlərdən qoruyur vəuşaq əməyinə dair qanunların pozulması barədə
şikayətlərin sayı az olmuşdur. İki yerli QHT bildirmişdir ki, pambıq istehsalında
əhəmiyyətli azalma bu sektorda işləyən uşaqların sayını azaltmışdır. Bundan əlavə
hökumət QHT vasitəsilə məsələni daha da ünvanlamaq üçün yardım həyata
keçirmişdir. Verilən məlumatlara görə, uşaqlar həmçinin kommersiya məqsədi ilə
cinsi istismar və dilənçilik üçün insan alverinə məruz qalmışlar.
Həmçinin bax Dövlət Departamentinin illik İnsan Alveri üzrə Hesabatı www. state.
gov/g/tip.
Minimal məşğulluq yaşı işin növündən asılı olmuşdur. Bir çox hallarda qanun
uşaqlara 15 yaşdan sonra işləməyə icazə verir; 14 yaşlı uşaqlar ailə bizneslərində
yaxud valideynlərinin icazəsi ilə sağlamlıqlarına təhlükə törətməyən, məktəbdən
sonra işlərdə gün ərzində işləyə bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24
saatdan artıq, 16 – 18 yaş arası uşaqlar həftədə 36 saatdan artıq işləyə bilməzlər.
Qanun 18 yaşına çatmamış uşaqların çətin və təhlükəli iş şəraitində işləməsini
qadağan edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq əməyinə dair
qanunların icrasına görə məsuliyyət daşısa da, bu qurumun məsuliyyəti səmərəsiz
hesab edilmişdir
.
e.
Məqbul iş şəraiti
AZƏRBAYCAN
50
Avqust ayının 31-də hökumət aylıq minimal əmək haqqını 85 manata (təqribən
$104) qaldırmışdır. Minimal əmək haqqı inzibati baxımdan müəyyən edilmişdir.
Yerli QHT-lər bildirmişdir ki,bu, işçi və ailəsinin orta yaşayış standartının təmin
edilməsi üçün yetərli deyildir. Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu minimal əmək haqqının
tətbiqinə görə birgə məsuliyyət daşıyırlar. Lakin təcrübədə minimal əmək haqqı
effektiv şəkildə tətbiq edilməmişdir.
Qanun xarici və yerli işçilərə bərabər hüquqları nəzərdə tutur. Buna baxmayaraq,
yerli insan hüquqları qrupları, o cümlədən Neft İşçilərinin Hüquqlarını Müdafiə
Komitəsi (NHMK) bildirmişdir ki, işə götürənlər, xüsusilə xarici neft şirkətləri heç
də həmişə yerli və xarici işçilərə bərabər münasibət bəsləməmişdir. Xarici neft
şirkətlərinin yerli işçilərinin əmək haqqları çox vaxt daha aşağı olmuş və onlar
əmək müqaviləsi və tibbi sığortaları olmadan işləmişlər. NHMK habelə çoxmillətli
şirkətlərdə əmək mübahisələrinin həll olunmasını yerli şirkətlərə nisbətən daha
asan olduğunu bildirmişlər Bunun səbəbi çoxmillətli şirkətlərin əmək
münasibətləri sahəsində daha təcrübəli və şəffaf olduqları ilə izah olunmuşdur.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndəsi qeyd etmişdir ki, dövlət
tənzimləyici orqanlarında çalışan bir çox şəxslərin biznes maraqlarının olması bu
sahədə maraqların toqquşmasına səbəb olmuşdur.
Qanun 40 saatlıq iş həftəsini nəzərdə tutur; maksimal gündəlik iş növbəsi 12
saatdır. Təhlükəli sahələrdə çalışan işçilərə həftədə 36 saatdan artıq işləməyə icazə
verilmir. Qanun əmək müqavilələri və kollektiv razılaşmalara əsasən müəyyən
edilən nahar və istirahət vaxtlarının olmasını tələb edir. Yerli şirkətlərin əlavə iş
vaxtı üçün qanunla tələb olunan ödənişləri təmin edib-etmədiyi məlum olmasa da,
beynəlxalq şirkətlər adətən bunu təmin etmişlər. İş vaxtından artıq davam edən
məcburi işə qadağa qoyulmur. Lakin əksər insanlar hökumətin müqavilə və ya
əmək qanunlarını tətbiq etmədiyi qeyri-rəsmi iqtisadiyyat sahələrində işləmişlər.
Qanunla tibbi və təhlükəsizlik standartları müəyyən edilmişdir. Bununla belə,
hökumətin iş şəraitinə nəzarəti zəif və səmərəsiz olmuş və standartlara məhəl
qoyulmamışdır. AHİK əmək və peşə qaydalarına necə riayət olunmasına nəzarət
etmiş və buraya sağlamlıq və təhlükəsizlik şəraiti daxil olmuşdur. 2008-ci ildə
AHİK-ə 236 220 şikayət daxil olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə isə cəmi bir şikayət daxil olmuşdur.
Qanun sağlamlıq və təhlükəsizlik standartlarını müəyyən edir, halbuki,, hökumətin
iş şəraitini yoxlaması zəif və səmərəsiz olmuş və standartlara geniş anlamda məhəl
qoyulmamışdır. 2009-cu ildəki 236 220 şikayət ərizəsi ilə müqayisədə AHİK 158
627 şikayət ərizəsi almışdır.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası bildirmişdir ki, hökumətin
çoxmillətli şirkətlərlə məzmunu məxfi saxlanılan ikitərəfli müqavilələri əmək
AZƏRBAYCAN
51
haqlarının
pozulmasına şərait yaratmışdır. 2007-ci ildə Azərbaycan
Respublikasının Neft-Qaz Sənayesi İşçilərinin İttifaqı Dövlət Neft Şirkəti ilə daha
çox sosial müdafiə, sağlamlıq və təhlükəsizlik öhdəliklərini nəzərdə tutan yeni
saziş imzalamışdır. 2009-cu ilin sonuna müqavilə müddəalarının 20 faizinə riayət
edilmişdi və ilin sonuna yeni məlumat olmamışdır.
İşçilər məşğulluqlarına zərər yetirmədən sağlamlıqlarını təhlükə altında qoyan
vəziyyətdən özlərini uzaqlaşdırmaq hüququna malik olmamışlar. BƏT-in
Azərbaycan ofisinin təmin etdiyi məlumata əsasən, 2009-cu ildə ilin ilk iki ayı
ərzində 33 ölümlə nəticələnən qəza və 122 xəsarət hadisəsi baş vermişdir, 18
ölüm və 38 xəsarət hadisəsi yalnız tikinti sektorunda baş vermişdir. Neft
sektorunda çalışan işçilərin hüquqlarını müdafiə edən bir QHT – Neftçilərin
Hüquqlarını Müdafiə Komitəsi (NMHK) bildirmişdir ki, 2010-cu ildə doqquz
ölüm hadisəsi olmuşdur: Dövlət Neft Şirkətində yeddi, Salyan Oil-də bir və Asfen
Tekfendə bir. Neft sektorunda habelə yeddi xəsarət halı qeydə alınmışdır. NHMK
37 məhkəmə işinin başlanması xəbərini vermişdir ki, bunlardan 17-si uğurla
nəticələnmişdir
.
Dostları ilə paylaş: |