AZƏRBAYCAN
34
Radiosunun veb səhifəsində onunla bağlı məlumat verilmişdir. Bununla bağlı
xəbər verildikdən sonra, onun ailəsinə dörd hədələyici telefon zəngi edilmiş və
noyabr ayının 14-də polis Səxavətin kiçik qardaşı Sabiti ittiham irəli sürmədən
yeddi gün saxlamışdır. Sabit Səxavətin seçki müşahidəçilərindən biri olmuşdur.
Dekabr ayının 10-da Naxçıvanın Püsyan kəndində polis Əliyevin digər ailə
üzvlərini, o cümlədən başından xəsarət almış Səxavətin qardaşı Çapay Əliyevi
bərk döymüşdür. Polis ailənin beş digər üzvünü də döymüşdür: iki əmisi qızı,
bacısı və yeznəsi. Həmin basqın zamanı polis ailəyə məxsus mağazanı buldozerlə
dağıtmışdır. Yerli xəstəxana köməyə ehtiyacı olan qadınlardan birini müalicə
etməkdən imtina etmişdir. Tibbi yardım maşınları zərərçəkmişlərin yardımına
gəlməkdən imtina etmişdir. Taksi sürücüləri zərərçəkmişləri xəstəxanaya
daşımaqdan imtina etmişdir. Yerli QHT-lər kəndin ətrafında polis kordonunun
olması barədə məlumat vermişdir. Dekabr ayının 25-də yaxud o ərəfədə polis
kordonu götürmüş, amma ilin sonunda Çapay Əliyev hələ də tibbi yardım
almamışdı.
Noyabr ayının 22-də Məmmədqulu Əliyev özünün və oğlunun Naxçıvanda
müəllim vəzifələrindən azad edilməsinə etiraz olaraq bir həftəlik aclıq aksiyası
keçirmişdir. Məmmədqulu Əliyev Müsavat Partiyasının yerli filialının sədri
olmuşdur. Əliyev və onun oğlu seçkiləri müşahidə etmiş və müşahidə etdikləri
seçki saxtakarlığına diqqəti yönəltmələri nəticəsində işlərinin itirmələrini
bildirmişlər.
Dekabr ayının 7-də RATİ xəbər vermişdir ki, Zülfüqar Tağıyev Şərur rayon
elektrik şəbəkəsində 20 il tutduğu vəzifəsindən azad edilmişdir. RATİ bildirmişdir
ki, Tağıyevə deyilmişdir ki, o və ailəsi Səxavət Əliyevə səs verdiklərinə görə işdən
çıxarılmışlar. Tağıyev habelə iddia etmişdir ki, o, hələ də işdən çıxarılma ilə bağlı
məktub almamışdır və bu səbəbdən də məhkəməyə müraciət edə bilmir. Tağıyev
Naxçıvan Ali Məclisinə (Parlament) və Şərur rayon polis şöbəsinə müraciət
etmişdir.
Dekabr ayının 7-də RATİ xəbər vermişdir ki, Şərur rayon kommunikasiya
qovşağının rəhbəri seçkilərdə müstəqil müşahidəçi olmuş Zakir Əsgərovun işdən
çıxmasını tələb etmişdir.
2009-cu ilin dekabrında ölkə ərazisində bələdiyyə seçkisi keçirilmişdir. Mətbuat
müşahidəçiləri belə qənaətə gəlmişlər ki, bütün televiziya kanalları seçkiöncəsi
dövrü geniş şəkildə diqqətdən kənarda qoymuşlar. Siyasi partiyaların öz
namizədlərini bütün bələdiyyələrin ən azı yarısında qeydiyyatdan keçirməsi tələb
olunmuşdu, bu, onların sərbəst efir məkanından istifadə edə bilməsi üçün lazım
idi. Bu tələbə yalnız hakim Yeni Azərbaycan partiyası cavab verirdi və o, bu
hüququndan imtina etdi. Müxalifət partiyaları və yerli QHT-lər namizədlərin
qeydiyyat prosesinə müdaxilə olduğunu bildirmişlər. Rəsmi nəticələr seçkilərdə
iştirakın 32 faiz olduğunu göstərib ki, bu, ölkə üçün aşağı rəqəmdir və seçicilərin
həmin seçkilərə laqeydliyini nümayiş etdirmişdi. MSK seçkisonrası şikayətlərə
cavab olaraq bəzi seçki məntəqələrində seçkilərin yenidən keçiriləcəyini
planlaşdırdığını elan etsə də, ilin sonunadək belə seçkilər keçirilməmişdi.
2009-cu ilin mart ayında səlahiyyətli orqanlar kostitusiyanın 29 maddəsinə təklif
olunan 41 dəyişikliyə dair referendum keçirmişlər. Həmin dəyişikliklərə, başqa
məsələlərlə yanaşı, prezidentlik müddətinə məhdudiyyətin aradan qaldırılması və
müharibə şəraitində seçkiləri təxirə salan müddəa daxil edilmişdir. Rəhbərliyin
həyata keçirmək istədiyi dəyişikliklər üçün Milli Məclisə və ya ictimaiyyətə çox az
vaxt verilmişdi. Müxalifət qrupları qeydiyyat üçün imza toplama və seçki
kampaniyası dövründə həbslər və saxlamalar da daxil olmaqla, geniş miqyaslı
zorakılıqlara məruz qaldıqlarını bildirmişlər. Seçicilər geniş referendum məsələləri
üzrə məlumatlı seçim etmək üçün lazım olan məlumatlara malik olmayıblar
.
Referendum günündə səsvermə prosedurları qüsurlu olmuş və 2008-ci il prezident
seçkilərindən daha pis hesab edilmişdir. Müşahidəçilər habelə səslərin sayılması və
protokolların tərtib edilməsi prosesində əhəmiyyətli qüsurların olduğunu qeyd
etmişlər. Seçici iştirakı, müşahidəçilərin hesablamalarına görə, rəsmi bildirilən 71
faiz deyil, 43 faiz olmuşdur. Bu cür aşağı rəqəm qanun üzrə referendumun etibarlı
olması üçün tələb olunan 25 faizlik həddən yüksək olmuşdur
.
Ölkədə 2008-ci ilin oktyabr ayında prezident seçkiləri keçirilmişdir. ATƏT-in seçki
müşahidə missiyasının yekun hesabatında qeyd edilmişdir ki, xüsusən də seçki
inzibatçılığının bəzi texniki aspektləri baxımından ölkə ATƏT qarşısında
götürdüyü öhdəliklərə və digər beynəlxalq starndartlara doğru nəzərəçarpan
irəliləyişlərə nail olsa da, seçki prosesi bu öhdəliklərin heç də hamısına cavab
verməmişdir. 2008-ci il seçkilərindən əvvəlki dövr əsas müxalifət partiyaları üçün
söz və toplaşma azadlıqlarına davamlı məhdudiyyətlərin qoyulması ilə xarakterizə
olunmuşdu. Əsas müxalifət partiyaları bu məhdudiyyətlər, seçki məcəlləsi və
xüsusən də onların effektiv seçki kampaniyası keçirmək qabiliyyətini
məhdudlaşdıran müddəalarla bağlı problemləri qeyd edərək seçkiləri boykot
etmişdi.
Hakim Yeni Azərbaycan Partiyası siyasi arenada dominantlıq etməyə davam
etmişdir. Yerli müşahidəçilər bildirmişlər ki, hakim partiyaya üzvlük dövlət
vəzifələrinin tutulması kimi müəyyən üstünlüklər qazandırır. Noyabr ayından
keçirilən parlament seçkilərindən əvvəl siyasi blokların yaradılmasına baxmayaraq,
əsas müxalifət partiyalarından heç biri rəsmi nəticələrə görə Milli Məclisə
seçilməmişdir.
Müxalifət üzvlərinin rəsmilər tərəfindən incidilməsi və əsassız qaydada həbs
edilməsi və saxlanması ehtimalı digər vətəndaşlardan daha böyük olmuşdur.
Müxalifət partiyalarının rayon şöbələrinin üzvləri yerli orqanların gündəlik partiya
fəaliyyətlərinin qarşısını almaq üçün tədbirlər həyata keçirdiklərini bildirmişlər.
Məsələn, restoran sahiblərinə onlara məxsus ərazilərin müxalifət partiyaları
AZƏRBAYCAN
36
tərəfindən toplantı və tədbirlərin keçirilməsi üçün istifadə edilməsinə imkan
verməmək məqsədilə təzyiqlər göstərmişlər. Partiya üzvləri çox vaxt keçirdikləri
toplantıların məqsədlərini gizlətməli və bunları uzaq məntəqələrdə həyata keçirməli
olmuşlar
.
Müxalifət partiyasının üzvləri polisin çox vaxt çayxanalarda kiçik
toplantıları dağıtdığını və iştirakçıların sorğu-sual üçün saxlandığını qeyd etmişlər.
Məsələn, şimal bölgəsində müxalifətdən olan namizəd xəbər vermişdir ki, onun
qeydiyyat ərizəsini nəzərdən keçirmək üçün seçki komissiyasının toplanma vaxtı
ilə bağlı ona məlumat verilməmişdir. Ona görə də komissiya onun ərizəsini rədd
etmiş və o, öz adından müvəkkillik etmək üçün orada olmamışdır. Namizədlərin
qeydiyyat prosesinin sonuna qədər getmələrini təmin etmək üçün yetərli sayda
imza vərəqələrinin verilməməsi ilə bağlı geniş yayılmış şikayətlər mövcud
olmuşdur.
2006-cı ildən bəri müxalifət partiyaları ofis yerlərinin icarəsı ilə bağlı ciddi
çətinliklərlə üzləşmişlər; ev sahiblərinin rəsmi təzyiqlərə məruz qaldıqlarından ofis
ərazisini bəzi partiyalara icarəyə verməyə qorxmuşlar. Bu səbəbdən partiyalar öz
liderlərinin mənzillərində fəaliyyət göstərmişlər
.
7 noyabr parlament seçkilərindən sonra
hal-hazırki
parlamentdə 19 qadın deputat
vardır, əvvəlki parlamentdə bu rəqəm 14 idi. Milli Məclisin sədr müavini daxil
olmaqla bir neçə qadın ali dövlət vəzifələrini tutur. Hicran Hüseynova Ailə, Qadın
və Uşaq Məsələləri üzrə Komitənin sədridir – vəzifə nazir səviyyəli hesab edilir.
Qadınların siyasətdə iştirak etmələrinə heç bir hüquqi məhdudiyyət
qoyulmamışdır. Bununla belə, ənənəvi sosial normalar qadınların siyasi rollarını
məhdudlaşdırmış və onlar dövlət idarələrində az təmsil olunmuşlar. Heç bir qadın
icra başçısı (yerli səlahiyyətli orqan) vəzifəsini tutmur.
Talış, avar, rus və yəhudi kimi etnik azlıqlar Milli Məclis və hökumətdə qulluq
etməkdə davam etmişlər.
Bölmə 4 Rəsmi korrupsiya və hökumətin şəffaflığı
Qanun rüşvəti qadağan etməklə korrupsiyaya görə cəzanı nəzərdə tutur; lakin
dövlət qulluğu, hökumət nazirlikləri və ən yüksək hökumət səviyyələri daxil
olmaqla cəmiyyətin bütün sahələrində cəzasız korrupsiya geniş yayılmışdır.
Dünya Bankının dünya miqyaslı idarəetmə göstəriciləri korrupsiyanın ciddi
problem olduğunu əks etdirmişdi. Transparency International (Beynəlxalq
Şəffaflıq) Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə əlaqədar olaraq il
ərzində bəzi irəliləyişlərin olduğunu və dövlət və bələdiyyə əmlakının idarə
edilməsi sahəsində korrupsiya ilə əlaqəli pozuntu halları ilə mübarizədə
koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı xəbər vermişdir. Bununla belə,
Beynəlxalq Böhran Qrupu bildirmişdir ki, “virtual olaraq ictimai həyatın bütün
sahələrində dominantlıq etmək məqsədilə” elit təbəqə tərəfindən korrupsiyaya
güvənmə halları artmışdır.
AZƏRBAYCAN
37
İl ərzində xırda korrupsiya halları ilə əlaqədar, xüsusilə rüşvətxorluqda ittiham
edilməkdə cinayət işləri artmışdır. Buna baxmayaraq, belə işlər ölkədə
rüşvətxorluq, xırda və iri korrupsiyanın miqyasına cüzi təsir göstərmişdir yaxud
heç bir təsir göstərməmişdir.
2009-cu ildə Prezident Apparatı Bakı şəhər Nizami rayonunun İcra Başçısı Mehbalı
Əliyevi, xəbər verildiyinə görə, korrupsiyaya görə vəzifəsindən kənarlaşdırmışdır.
İlin sonuna kimi Əliyevə qarşı heç bir cinayət işi açılmamışdır
.
Hüquq-mühafizə orqanlarında korrupsiya problem olmuşdur. Polis çox vaxt yol
hərəkəti və digər kiçik pozuntu halları ilə bağlı saxta, qeyri-rəsmi cərimələr tətbiq
etmiş və yerli sakinlərdən “proteksiya” üçün pul almışdır. Ötən illərdə korrupsiya
ilə mübarizə məqsədilə yol polisi əməkdaşlarının əmək haqqları əhəmiyyətli
dərəcədə artırılmışdır; buna baxmayaraq, digər hüquq-mühafizə orqanlarının digər
əməkdaşlarının əmək haqqlarının aşağı olması polisin korrupsiyasına şərait
yaratmağa davam etmişdir. İl ərzində nazirlik bildirmişdir ki, o, altı polis zabitini
işdən azad etmiş və onları cinayət məsuliyyətinə cəlb etmişdir: bunlardan biri
rüşvətxorluqda ittiham və beş əməkdaş isə zorla pul almaq ittihamı ilə məsuliyyətə
cəlb edilmişdir. Ədliyyə Nazirliyi bildirmişdir ki, o, 220 nəfər ədliyyə
əməkdaşından izahat tələb etmiş və 26 əməkdaşı Ədliyyə Nazirliyində müxtəlif
vəzifələrdən azad etmişdir.
Daxili İşlər Nazirliyi bildirmişdir ki, o, insan hüquqları və azadlıqlarının pozulması
ilə bağlı 174 fakt qeydə almış, o cümlədən: 51 kobud rəftar, 38 əsassız saxlama,
polisə əsassız gətirmə ilə bağlı 46 hal, sürücü hüquqlarının pozulması ilə bağlı 22
hal, əsas olmadan cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı beş hal, xarici
vətəndaşların yaxud vətəndaşlığı olmayan şəxslərin hüquqlarının pozulması ilə
bağlı üç hal və doqquz müxtəlif hüquq pozuntuları. Nazirliyə əsasən, o, 276
əməkdaşı intizam məsuliyyətinə cəlb etmiş, 18 əməkdaşın rütbəsini aşağı salmış, 20
nəfəri işdən azad etmiş və 238 nəfərə qarşı digər intizam tədbirləri görmüşdür.
Məhbusların geyimini qaytarmaq və onları azad etmək üçün məhkəmə
cərimələrindən əlavə polis zabitlərinin əlavə pul tələb etmələri ilə bağlı məlumat
olmuşdur.
Hökumətin şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə dair 2007-ci il milli
strategiyasının əsas müddəaları ilin sonuna kimi hələ də həyata keçirilməmişdir.
Strategiya hökumətin hesabatlılığının artırılması, vətəndaş cəmiyyəti ilə
əməkdaşlıq və korrupsiya əleyhinə yönəlmiş tədbirlərin sistemli izlənməsi və
bildirilməsi üçün çərçivə müəyyən etmişdir. Milli strategiyanın əsas
elementlərindən biri olan maliyyə bəyannaməsinə dair qanun rəsmilərdən illik
gəlirlərini, gəlirin mənbələrini, əmlak və maliyyə öhdəliklərini açıqlamalarını tələb
edir. Qanunda həmçinin qohumbazlıq və dövlət rəsmilərinə və üçüncü tərəfə
hədiyyələrin yaxud birbaşa və ya dolayı maliyyə mənfəətlərinin verilməsi də
qadağan edilir
.
AZƏRBAYCAN
38
Qanun ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən hökumət məlumatına ictimai çıxışı
təmin edir, halbuki hökumət çox vaxt çıxış imkanlarını təmin etməmişdir.
Hökumət nazirliklərinin məlumat üçün müraciət etməklə bağlı fərqli prosedurları
olsa da, onlar adi qaydada müraciətlərə mənfi cavab vermişlər. Onların əsas iddiası
bu məlumata malik olmadıqları olmuşdur. İnsanların məlumatdan imtina ilə bağlı
məhkəməyə müraciət etmək hüququ vardır, lakin məhkəmələr, bir qayda olaraq,
nazirliklərin verdikləri qərarları olduğu kimi saxlamışlar
.
Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) iştirak etmişdir,
bu təşəbbüs onun müvafiq hasilat sənayelərindən əldə edilən ödəniş və gəlirlərin
açıqlanması üçün hökumət, şirkətlər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq
münasibətlərini qurmaqla təbii ehtiyatların cəmiyyətin bütün üzvlərinin mənfəəti
naminə idarə edilməsinə dair 12 razılaşdırılmış MSŞT prinsipinə uyğun olmağı
tələb edir.
2009-cu ilin fevral ayında beynəlxalq MSŞT Şurası Azərbaycana MSŞT-ə tam
riayət edən ilk ölkə statusu vermişdir. MSŞT prinsiplərinin həyata keçirilməsinə
görə məsuliyyət daşıyan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) həmçinin neft
və qaz gəlirlərinə dair məlumatlara çıxış səviyyəsini artırmışdı. Amma bəzi
müşahidəçilər həmin vəsaitin xərclərin yoxsulluğun azaldılması yaxud kommunal
xidmətlərin təmin edilməsinə yönəldiyini təmin etmək üçün nəzərdə tutulmaması,
tənzimlənməməsi yaxud idarə edilməməsindən şikayətləniblər. Bundan əlavə,
müşahidəçilər onu da qeyd edirlər ki, neft-qaz gəlirləri bütövlükdə ARDNF
tərəfindən idarə edilməmiş və MSŞT şəffaflıq təcrübələri tətbiq edilməmişdir.
Ölkədəki 26 neft-qaz şirkətinin hamısı MSŞT prosesində iştirak etsə də, çox az
sayda şirkət təfərrüatlı gəlir hesabatına razılıq vermişdi. Fevral ayında ölkədə çox
saylı maraqlı tərəflərdən ibarət qrup yaradılmışdır, bu müşahidəçi qrupda
hökumətin, özəl sənayenin və vətəndaş cəmiyyətinin üzvləri bərabər sayda təmsil
olunmuşlar. Qrupun yaradılmasında məqsəd vətəndaş cəmiyyətinin fəal iştirakını
təmin etmək və ictimai debata rəvac verməkdən ibarət olmuşdur
.
Bölmə 5 İddia edilən insan hüquqlarının pozuntularının beynəlxalq və
qeyri-hökumət təşkilatları tərəfindən araşdırılmasına hökumətin
münasibəti
Bir sıra yerli və beynəlxalq insan hüquqları qrupu insan hüquqları ilə bağlı halları
təhqiq və nəşr etdirməkdə hökumət məhdudiyyəti olmadan fəaliyyət göstərmişlər.
Hökumət bəzi insan haqları ilə məşğul olan QHT-lərlə əlaqələr saxlayaraq onların
sorğularını cavablandırsa da, bəzi hallarda digər insan haqları üzrə QHT-ləri və
onların fəallarını tənqid etmiş və qorxutmuşdur.
Ədliyyə Nazirliyi bəzi insan haqları ilə məşğul olan QHT-ləri müntəzəm olaraq
qeydiyyatdan keçirməkdən imtina etmişdir. İl boyu QHT-lər bildirmişlər ki,
adlarında insan haqları, demokratiya, institut və cəmiyyət sözləri olan QHT-lərə
müntəzəm şəkildə qeydiyyatdan imtina edilməyə davam edilmişdir. Bundan əlavə,
imtinanın səbəbləri əsassız olmuşdur. Məsələn, Ədliyyə Nazirliyi bir QHT üçün
AZƏRBAYCAN
39
özünün xoşladığı nizamnaməni qəbul etmiş, amma özünün xoşlamadığı, fərqli
təşkilat adı ilə eyni nizamnaməni rədd etmişdir. Digər QHT-nin qeydiyyata alınması
cəm şəkilçisinin olmaması səbəbindən rədd edilmişdir. Bir neçə iş məhkəmə
sistemindən keçməkdə idi. Ədliyyə Nazirliyi qeyd etmişdir ki, o, yalnız sənədləri
qanunvericiliyə uyğun olmayan təşkilatları qeydiyyata almaqdan imtina etmişdir.
Avqust ayının 9-da Turan Xəbərlər Agentliyi xəbər vermişdir ki, Bakı şəhər İcra
Hakimiyyəti qeydiyyata alınmamış QHT-lərin yürüşünə icazə verməkdən imtina
etmişdir. QHT-lər Ədliyyə Nazirliyinin yaxınlığında yürüş üçün icazə istəmişdilər.
Qeydiyyata alınmayan QHT-lərin sayı 1000-ə qədər olmuşdur. İl ərzində Ədliyyə
Nazirliyi 124 QHT-ni qeydiyyata almışdır.
İnsan haqları ilə məşğul olan əsas QHT-lər bunlardır: Qadın Hüquqlarının
Müdafiəsi Birliyi, İnsan Hüquqları və Qanuna Hörmət Bürosu, Azərbaycan
Demokratik İnkişaf və İnsan Hüquqlarının Müdafiəsi Fondu, İşgəncələrə Qarşı
Azərbaycan Komitəsi, Sülh və Demokratiya İnstitutu, Helsinki Vətəndaş
Assambleyası, RATİ və Azərbaycan İnsan Hüquqları Mərkəzi. Əksər aparıcı
QHT-lər iki müstəqil, çərçivə təşkilatı olan İnsan Hüquqları Federasiyası və İnsan
Hüquqları üzrə Təşkilatların Monitorinq Qrupuna qoşulmuşlar.
2009-cu il ərzində bir neçə QHT fəaliyyətlərinə görə onlara qarşı təzyiqlərin
artdığını bildirmişdir. Məsələn, Daxili İşlər naziri Sülh və Demokratiya
İnstitutunun rəhbəri Leyla Yunusu İnternetdə yayımlanan bir qəzetə müsahibəsində
polisin işini tənqid etdiyinə görə məhkəməyə vermişdi. Sonradan nazir həmin işi
dayandırmışdı. Bundan əlavə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
mərkəzinə qoşulmuş bir neçə seçki müşahidəçisi müşahidə fəaliyyətinə görə yerli
orqanlar tərəfindən təqibə məruz qalmışdılar (bax bölmələr 2.b. və 3
).
Bir neçə QHT bildirmişdi ki, hökumət və polis onları vaxtaşırı olaraq QHT
fəallarına hədə-qorxu gələn, hücum edən və onların əmlakını talayan
təxribatçılardan qorumaqdan imtina etmişdir. İl ərzində bəzi yerli QHT yerli
məmurlara qarşı rəsmi şikayət etmiş vətəndaşlara qarşı təzyiqlərin artması ilə bağı
məlumat vermişdir. Məsələn, aprel ayında insan hüquqları üzrə fəal və
Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin sədri Vidadi İsgəndərov
Göyçay rayonunda polisin rüşvətxorluğu ilə bağlı Azadlıq qəzetində məqalə çap
etdirmişdi. May ayının 3-də Göyçay rayon polis şöbəsinin keçmiş rəisi Vüqar
Məmmədyarov, İnzibati Prokurorluğun rəisi Bəxtiyar Həşimov, və müstəntiq
idarəsinin rəhbəri Rüfat İbayev İsgəndərovu böhtanda ittiham edərək onu cinayət
məsuliyyətinə cəlb etmişdirlər. İlin sonunda iş məhkəmə icraatında idi.
AZƏRBAYCAN
40
2009-cu ilin dekabr ayında Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və
tələbələrindən ibarət bir qrupun həmin universitetdə korrupsiya halını təhqiq edən
Naxçıvan Demokratiya və QHT-lərin İnkişafı Resurs Mərkəzinin iki
nümayəndəsini döydüyü bildirilmişdi. Universitetdən olan qrup habelə hücum
yerinə gəlib çıxmış RATİ jurnalistinə hədə-qorxu gəlmişdi. QHT nümayəndələri
hücumun gözlənildiyindən qorxduqları və qorunmaq istədikləri üçün hadisədən
əvvəl polisə xəbər vermişdi. Lakin hücum edənlər həmin yerdən
uzaqlaşmayanadək polis gəlib çıxmamışdı. Yerli orqanlar hadisələrin baş verdiyini
təkzib etmiş və 2010-cu ilin yanvarında Resurs Mərkəzində vergi yoxlaması təyin
etmişdi. Audit hesabatın gecikmə ilə təqdim edilməsinə görə mərkəzi AZN 332
($393) məbləğində cərimələmişdi. QHT iddia etmişdir ki, Vergi Orqanı cərimə
tətbiq etməzdən qabaq ilk olaraq bəyanatın təqdim edilməsi ilə bağlı olan ehtiyacla
bağlı məlumat verməli idi. İl ərzində QHT-nin habelə ofis tapmaqla bağlı problemi
olmuş və iki dəfə ofisdən çıxmağa məcbur edilmişdi. İlin sonunda mərkəzin ofisi
yox idi
.
2009-cu ildə Helsinki Vətəndaş Assambleyasının fəalı Akifə Əliyeva Gəncə
şəhərində ukraynalı məhbusun hüquqlarını müdafiə etməsi ilə bağlı işinə görə
yerli orqanlar tərəfindən dəfələrlə təqib edildiyini bildirdikdən sonra ölkədən
qaçmışdır. O vaxtdan bəri o, xaricdədir.
QHT-lərin qeydiyyat prosesi çətin olaraq qalmış və buraya xarici təşkilatlardan
alınan qrantları qeydiyyatdan keçirmək tələbi daxil edilmişdi. Xarici təşkilatlardan
alınan QHT qrantlarından işçi əmək haqqının 22 faizi nisbətində sosial sığorta
haqqı tutulur, halbuki hökumətlə ikitərəfli müqaviləsi olan çox az sayda ölkədən
alınan qrantlardan yalnız 2 faizlik vergi tutulmuşdu. QHT fəalları bu müddəaların
onların təşkilatlarının fəaliyyətini məhdudlaşdırdığını bildirmişlər.
İl ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası 352 QHT-yə 2.10 milyon ($2.56
milyon) məbləğində vəsait təmin etmişdir, 2009-cu ildə QHT-lərin sayı 250
olmaqla vəsait AZN 1.8 milyon (təqribən $2.2 milyon) olmuşdu. Bu QHT-lərin
çoxunun hökumət yönümlü olması hesab edilsə də, hökumət barədə tənqidi fikirdə
olan bəzi QHT-lər də qrantlar almışlar. Bir QHT onun üçün ayrılan qrantın geri
alınmasına görə şuranı məhkəməyə vermişdi. Şuranın qrantların verilməsi
prosesinin korrupsiyaya uğradığını iddia edən rəsmi şikayətdən sonra QHT ona
verilən qrantın geri alındığını bildirmişdir. Ali Məhkəmə iyun ayının 30-da işi
rədd etmişdir.
Ümumən hökumət BMT nümayəndələri və BQXK-nin timsalında digər
beynəlxalq təşkilatların nümayəndələrinin səfərlərinə icazə vermişdir.
Sərhədsiz Reportyorlar kimi beynəlxalq QHT-lər ümumən hökumətin maneəsi
olmadan fəaliyyət göstərmişlər.
AZƏRBAYCAN
41
Vətəndaşlar dövlət yaxud ayrı-ayrı şəxslərin törətdiyi pozuntulardan insan
hüquqları üzrə ombudsmana – Elmira Süleymanovaya müraciət edə bilərlər.
Ombudsman bir ildən çox olan zorakılıq halları, anonim şikayətlər və məhkəmə
icraatında olan işləri qəbul etməkdən imtina edə bilər. Ombudsman 2009-cu ildə
8000 müraciət qəbul etmiş, bunun 83.7 faizi il ərzində edilmiş şikayətlər
olmuşdur; şikayətlərin 51 faizi təhqiqat üçün qəbul edilmiş və təhqiq edilənlərdən
44.7 faizi müvəffəqiyyətlə həll edilmişdir. Milli Məclis mart ayının 5-də Elmira
Süleymanovanı ikinci müddətə seçmişdir
.
2009-cu ildə ombudsman bildirmişdir ki, beş alt komitədən ibarət insan haqlarına
dair milli fəaliyyət planının (MFP) işçi qrupu fəaliyyət planında prioritet kimi
müəyyən olunmuş sahələr üzrə işi davam etdirmişdir. İl ərzində ombudsman insan
haqları ilə bağlı şikayətləri dinləmək üçün ölkə boyu səfərlər etmiş, xarici
diplomatlar və insan haqları ilə məşğul olan yerli QHT-lərlə əməkdaşlıq etmiş və
Millli Məclisə illik hesabat təqdim etmişdir.
Milli Məclis və Ədliyyə Nazirliyi şikayətləri dinləyən, təhqiqatlar aparan və
müvafiq hökumət orqanlarına tövsiyələr verən insan hüquqları üzrə şöbələrə
malikdir. Xarici İşlər Nazirliyinin İnsan Hüquqları idarəsinin rəsmiləri narahatlıq
doğuran məsələləri müzakirə etmək üçün diplomatik missiyalarla müntəzəm
görüşlər keçirmişlər
.
Bölmə 6 Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri
Qanun irq, cins, fiziki qüsur, dil və ya sosial statusa əsasən ayrı-seçkiliyi
qadağan etsə də, təcrübədə hökumət bu qadağalara heç də həmişə hörmətlə
yanaşmamış və ya onları səmərəli şəkildə tətbiq etməmişdir
.
Qadınlar
Zorlama qanunsuzdur və maksimum 15 illik həbs cəzası daşıyır. 2009-cu il ərzində
hökumət 35 zorlama halının baş verdiyini bildirmişdir. Hökumət 15 şəxsə qarşı
zorlama yaxud zorlamaya cəhd ilə bağlı 16 faktın və 40 nəfərə qarşı seksual
xarakterli zorakılıq hərəkətləri ilə bağlı 48 faktın olduğunu bildirmişdir.
Əksər zorlama qurbanları təcavüz edənləri tanısalar da, qorxduqları və
utandıqlarına görə baş verən hadisələr barədə məlumat verməmişlər.
|