5. Səhmdar sığorta – sığorta fəaliyyətinin elə təşkili formasıdır ki, burada sığortaçı sifətində öz nizamnamə kapitalını səhmlər hesabına formalaşdıran səhmdar cəmiyyətlər çıxış edir. Bu, təsisçilərə imkan verir ki, digər fiziki və hüquqi şəxslərin pul ehtiyatlarının cəlb edilməsi hesabına mövcud olan xüsusi vəsaitlərlə sığorta əməliyyatlarının aparılması sürətlə genişləndirilsin. İlkin kapitalın təşkil edilməsi qaydalarından asılı olaraq, açıq tipli və qapalı tipli səhmdar cəmiyyətləri fərqləndirilir.
Açıq səhmdar cəmiyyəti formasında yaradılmış sığorta şirkətində iştirakçılar (səhmdarlar) onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilərlər.Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış sığorta şirkətinin səhmdarları isə şirkətin onlara mənsub olan səhmlərini sərbəst özgəninkiləşdirmək hüququna malik deyillər. Səhmlər ilk növbədə şirkətin səhmdarlarına təklif edilməlidir və səhmdarların səs çoxluğu ilə başqa şəxslərə satıla bilər.
Səhmdar cəmiyyət hüquqi şəxsdir, öz ayrıca adı, qeydiyyatdan keçmiş xüsusi nişanı, öz xüsusi möhürü var. Cəmiyyət dövlət qeydiyyatından keçən andan hüquqi şəxs sayılır. Bununla yanaşı, sığortanın aparılması üçün lisenziyanın alınması vacibdir. Siyasi partiyalar, ictimai birliklər, fondlar(qeyri-kommersiya təşkilatları) istisna edilməklə, bir və ya bir neçə hüquqi şəxs bilavasitə sığorta fəaliyyətini həyata keçirmək üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilatı hüquqi formalarda sığortaçını təsis edə bilərlər. Xarici investisiyalar haqqında qanunvericiliyə uyğun olaraq xarici hüquqi və fiziki şəxslər təsisçi kimi çıxış edə bilərlər.
Mühazirə 6.
Dostları ilə paylaş: |