Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta



Yüklə 230,72 Kb.
səhifə33/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

Aviasiya sığortası

Dəniz daşımaları ilə müqayisədə hava nəqliyyatı ilə daşımanı həyata keçirənlərin məsuliyyətinin müəyyən edilməsi daha sadədir. Bu etirazların verilməsinə də aiddir. Bu ilk növbədə yükün xarakte­rinə görə çatışmazlığı və zədəni müəyyən etməyin asan olması ilə əlaqədardır (burada tökülən, səpilən və ya süzülən yük yoxdur). İkin­cisi yükün çatdırılma vaxtı çox qısadır, itkinin yerini və səbəbini tap­maq asandır. Üçüncüsü itkiyə görə məsuliyyət yükün daşınmaya təh­vil alınması anından aviadaşıyıcının üzərinə düşür.

Yük daşıma müqaviləsi yük daşıyanın yiikgöndərənə yük qaiməsinin verilməsi ilə təsdiqlənir. Öz hüquqi qüvvəsinə görə bu sə­nəd konosamentlə eyni tutulur. Sığortaçı üçün bu sənədin əsas tərəfi daşıma şərtlərinin qeyd olunduğu arxa tərəfidir. Sığortaçı yükün sax­lanmasına (saxlana bilməməsinə) görə mübahisələrin nizamlanması üçün narazılıq və iddiaların verilməsi müddəti haqqında qaydalara xüsusi diqqət yetirməlidir. Varşava konvensiyasına görə yükün zədələnməsi zamanı narazılıq yükün təhvil verilməsindən 14 gün, itmə­sində isə 2 il müddətində bildirilməlidir. İddia müddəti 2 ildir. Am­ma bəzi ölkələr Varşava konvensiyasının müddəalarına baxmayaraq narazılığın verilməsi müddətini tam yerlər üçün 120 gündən 160 gü­nə qədər müəyyənləşdirmişlər. Hava daşımalarında daşımaçı iradlara 30 gün ərzində baxaraq cavab verməlidir.

Qeyd etmək lazımdır ki, narazılıqların verilmə müddətinin qurtarması yük sahiblərinin yükün vəziyyəti ilə əlaqədar iddialarının təmin olunmasına daşıyıcının imtinası üçün şərtsiz əsasdır. Müasir qaydalara əsasən daşıma şərtlərinin pozulması halında tələb irəli sürə biləcək şəxs kimi sığortaçı göstərilir. Bu sığortaçının, sığorta kom­pensasiyasının verilməsindən sonra daşıyıcıya subroqasiya tələbini verməsi zamanı vəziyyətini xeyli yaxşılaşdırır. Aviadaşıyıcıya veri­lən narazılıqları əsaslandıran sənədlər aşağıdakılardır:



  • yük qaiməsinin əsli;

  • kommersiya aktı;

  • yükə görə hesab və spesifikasiya;

  • ehtiyac olduqda qəza komissarının baxış əqdi.

Aviadaşıyıcının məsuliyyətinin məhdudlaşdırılması dəniz da­şımalarında olduğu kimidir, lakin bütöv yükə görə yox, yerlərin ha­mısına görədir. Müasir valyuta məzənnəsinə görə hər 1 kq itmiş və ya zədələnmiş yük üçün bu məsuliyyət həddi təxminən 20 ABŞ dol­ları həcmindədir.

Əks tələbin verilməsi üçün:

-iddia müddətinə riayət etməli;

-1 kq yükə görə məsuliyyət limitindən çıxış etməli;

-əlində yükalanın aviaşirkətə verdiyi narazılığın sürəti olmalı­dır.


Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin