Azərbaycan texniKİ universiteti “NƏQLİyyat logiSTİkasi və HƏRƏKƏTİn təŞKİLİ” kafedrasi nəqliyyatda sığorta


İnformasiyanın yığılması və qeydiyyatı mərhələsində



Yüklə 230,72 Kb.
səhifə59/63
tarix02.01.2022
ölçüsü230,72 Kb.
#39325
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   63
Nəqliyyatda sığorta - mühazire 2020-2021

İnformasiyanın yığılması və qeydiyyatı mərhələsində sığor­ta­çı və sığortalı arasında münasibətlərin sənədlərlə rəsmiləşdirilməsi üçün çox­lu sayda sənəd forması istifadə olunur (müqavilələr, ara­yış­lar, kar­totekalar, klassifikatorlar, sorğu kitabçaları və s.). Bu sənədlər əl və ya texnikanın istifadəsi ilə doldurulan blanklar formasında olur. Sonra in­formasiya kompüterə daxil oluna biləcək şəklə gətirilir.

İnformasiyanın yığılması və qeydiyyatı mərhələsi ilkin sənəd­lə­rin qey­diyyatını və ilkin göstəricilərin maşın daşıyıcılarında (kom­pü­­ter və s.) hazırlanmasını təmin edir. Bu mərhələ əmək tutumu çox olan mər­hə­lədir. Bu mərhələdə sığorta fəaliyyətinin infor­masiya­larının işlən­mə­si­nin avtomatlaşdırılması aşağıdakıları nəzərdə tutur:

- sığorta fəaliyyətinin unifikasiya edilmiş və standartaşmış sə­nəd for­malarının istifadəsi;

- sənədləşmənin və sənəd mübadiləsinin elektron sisteminin, sə­­nəd dövriyəsinin standartlarının tətbiqi;

- sığorta fəaliyyətinin normativ-sorğu informasiyasının ve­ri­lən­­lər ba­zasına daxil olunma­sı;

- daxil olan informasiyanın etibarlılığına nəzarət (qiymət dia­pa­­zo­nu­­na, qiymət siyahısına, qiymətin formatına görə).




Yüklə 230,72 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin