15
Operativ yaddaşın idarə olunmasının ən sadə üsulu
onun bir neçə qeyd olunmuş
bölmələrə bölünməsidir. Bu sistemin generasiyası zamanı və
ya işə başlayanda operator
tərəfindən əl ilə yerinə yetirilə bilər. Yerinə yetirilməyə qəbul
olunan növbəti məsələ ya
ümumi növbədə və ya müəyyən bir bölmədə yerləşir.
Bu halda yaddaşı idarə edən alt sistem aşağıdakı vəzifələri yerinə yetirir:
- Yerinə yetirilməyə qəbul olunan proqramın ölçüsü boş olan
bölmələrin ölçüləri ilə
müqayisə edir və uyğun bölmə seçir.
- Proqramın yüklənməsi və ünvanların sazlanması yerinə yetirilir.
Bu üsul realizasiyasına görə çox sadədir, lakin yaddaşdan istifadə olunması nöqteyi-
nəzərdən əlverişli deyildir. Hər bir bölmədə ancaq bir proqram yerinə yetirildiyinə görə və
bölmələrin sayı məhdud olduğuna görə hətta kiçik həcmə
malik olan proqram bir tam
bölməni məşğul edir. Bu isə yaddaşdan səmərəli istifadə olunmamasına səbəb olur. Digər
tərəfdən operativ yaddaşın həcmi hər hansı proqramın yerinə yetirilməsinə imkan versə də
yaddaşın bölmələrə bölünməsi buna mane olur.
16
3-cü bölmə
Yaddaşın qeyd olunmuş bölmələrə paylanması:
a) Ümumi növbə ilə;
b) Ayrı-ayrı növbələr üzrə.
Yaddaşın dinamik bölmələrə paylanması zamanı maşının yaddaşı
əvvəlcədən
bölmələrə bölünmür. İlkin halda bütün yaddaş boş olur. Hər yeni qəbul olunan məsələ üçün
lazım olan qədər yaddaş sahəsi ayrılır. Əgər ayrılan yaddaş
sahəsi məsələ üçün kifayət
deyilsə, onda məsələ yerinə yerinə yetirilmək üçün qəbul olunmur və növbədə durur.
Yaddaş azad olduqda bu yerə digər proqram yüklənə bilər. Beləliklə, istənilən vaxt anında
operativ yaddaş təsadüfi olaraq boş olan və ya boş olmayan bölmələr ardıcıllığından
ibarətdir.
Bu üsulun realizasiyası zamanı əməliyyat sisteminin funksiyaları aşağıdakılardır:
- Başlanğıc ünvanı və ölçü göstərən boş və boş olmayan oblastların cədvəlini vermək;
- Yeni məsələ daxil olduqda onu analiz etmək, cədvəldən boş olan oblastları müəyyən
etmək, yeni məsələnin yerləşdirilməsinə kifayət edən bölməni müəyyən etmək;
- Yeni məsələni müəyyən
olunan bölməyə yükləmək, boş
və boş olmayan oblastlar
cədvəlini korrektə etmək;
b)
1-ci bölmə
2-ci bölmə