104
orada). Qədim türk dillərindəki
ipi
– ―çörək‖ , ―ye mə k‖ sözündən yaranmış ―ippaka‖
dilimizdə işlənən ‖əppək‖ ifadəsində qalmışdır.
Herodot yazır ki, skiflərin yastıburun hissəsi (deməli, skiflərin içərisində
monqoloid irqə mənsub türk tayfaları da vard ı)
pontik
adlı ağacın (bəzi
tədqiqatçılar onu albalı, ya xud meş ə gilası sayırla r) meyvəsini yeyirlər. Bu ağac
əncir ağacı böyüklükdədir və onun çəyirdəkli meyvəsi olur. Meyvə dəydikdən
sonra onu parçada sıxıb şirəsini çıxarırlar; ondan
asxi
adlanan qara rəngli şirə a lın ır
və bu şirəni südə qatıbn içirlə r (Herodot, IV, 23). Bu mə lu matda
skiflərin dilinə
mənsun
“pontik”
və
“asxi”
sözləri çəkilmişdir. Pontik ifadəsi türk d illərində
bun
–
―şorpa‖, ―horra‖ sözündən və
-dık (-lık)
şəkilç isindən ibarət ―bundık‖ sözün
təhrifidir. Mah mud Qaşqari ya zır ki, türklərdə
“bun”
sözü
“mun”
kimi də işlənir,
lakin onun yazdığına görə, sözün bun forması suvar, qıpçaq və oğuz dilləri üçün
səciyyəvidir. De məli, qədim yunanca
pontik
kimi yazılmış
bundık
sözü ―horra üçün
nəzərdə tutulan‖ mənasındadır. He rodotun qeyd etdiyi ―asxi‖ sözünü b əzi
tədqiqatçılar türkcə ―ac ı‖ d igərlə ri ―aş‖ sözü saymışla r. Bizcə, ―as xi‖ türk
dillərindəki
acıqay
ejiqey
– ―kəsmik‖, ―süzmə‖ (166, I, 235) sözünün yunanca
yazılışıdır.
Skiflərin antik müəlliflər tərəfindən qeyd
olunmuş bəzi adətləri də
türkmənşəlidir.
Skiflərin səciyyəvi adətlərindən biri at südü iç mə k id i. Hələ Ho mer
kimmerlə ri ―at südü içənlər‖ adlandırmışdı. Maldar türk tayfa ları tarix boyu at südü
içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, ―skiflərin böyük əksəriiyəti
yalnız at südü ilə qidalanırlar‖ (ВДИ, 1947, с. 234). İrandilli xalqların heç birind ə
bu adət olma mışdır. Arxeoloqla r skiflər üçün səciyyəvi o x ucluq larının və ―skif
heyvan stili‖ nin Altayda və Qərbi Sibirdə İrandilli etnosların yaşamadığın ı sübüt
etməyə ehtiyac yo xdur. Bu skiflərlə Altay tayfala rın ın etnik mənsubiyyətcə mənşə
birliy ini göstərir.
Herodot yazır ki, skiflərdə çar öləndən sonra dördkünc çala qazır və
mey iti mu mlayıb dəfn edirlər (Herodot, IV, 71). Altayda arxeoloji qazıntılar
zaman ı bu adəti S.A.Rudenko aşkar etmişdir (164, 122- 224). Tuva ərazisində isə
bu dəfn qaydasını M.P.Qrya znov müəyyən etmişdir (90). Ölü lərin mu mlan ması
adəti Mid iyada da vardı (gü man ki, A zərbaycan dilindəki ―ağzını mu mla‖ ifadəsi
bu adətlə bağlıdır).
Herodot yazır ki, skiflərdən olan aqrippilər ağ gecə ilə örtülmüş ağac
altında yaşayırlar (Herodot, IV, 23). Bununla antik mü əllif bu tayfanın ağ gecə ilə
örtülmüş alaçıqlarda yaşadığını göstərmişdir.
Herodota görə, skif falçıları qovaq ağacının çubuqlarına baxaraq yozurlar
(Herodot, IV, 68). ―Kitabi Dədə - Qorqud‖ da Beyrəyin dilindən deyilmiş ―Sübh
erkən durmuşsan, ağ ormana g irmişs ən, ağ qovağın budağından yirğalanıb
keçmişsən‖ sözləri diqqəti cəlb edir.
Gü man ki, bu, qədim türklərin qovaq ağacına
sitayiş etməsi ilə bağlıdır.
105
Herodot yazır ki, skiflər əti heyvanın qursağına doldurub bişirirlər
(Herodot, IV, 61). Bu adəti türk xa lqlarının ə ksəriyyətində və buryatlarda
müşahidə etmişlər.
Herodot skiflə rdə qardaşlaşma adətinin təsvirin i (Herodot, IV, 70)
vermişdir. Erkən orta əsrlərdə bu adət qıpçaqlarda da olmuşdur (141, 54).
Skiflərin qədim türklə r olduğunu göstərən faktlardan biri də onların
allah larının adlarıd ır (Herodot, IV, 59).
A p i
(Yer ilahəsi). İran mənşəli ad sayılır və fars dilindəki ab – ―su‖ sözü
ilə ə laqələndirilir. Türkcə
ebi, əbi
– ―ulu nənə‖ (―babanın nənəsi‖), ―böyük
ana‖, ‖ulu ana‖ (babanın anası, 166, I, 220, 224) sözündəndir. Qəd im türklərdə
aba
,
həm ―ana‖, hə m də ―əcdad‖, ―ulu ata‖ mənala rında idi (yenə orada). İ.Miziyevə
görə, Şimali Qafqazda yaşayan türk balkar – qaraçaylarda indi də Apisat (Api və
türkcə
sat
– ― müqəddəs‖ sözündən) allah ına sitayişin qalıq ları vard ır (141, 76).
P a p a y (Baş allah). İranmənşəli ad sayılır və fars mənşəli
papak
–
―qoruyucu‖ sözü ilə əlaqələndirilir.
Əslində türkcə
baba
– ―ulu baba‖, ―babanın
babası‖, ―soybaşı‖ (166, II, 10- 11) sözündəndir. Qədim türklərin məişətində
əcdada sitayiş mühüm yer tuturdu. Herodot midiyalılarda, Strabon albanlarda
əcdadlara sitayişin olduğunu yazmışdır.
Q o y t o s i r (allah adı). İran mənşəli ad sayılır. Türkcə
qoy, qok
– ―göy‖,
―mav i səma‖ və
tesir, teşir
(teşmə k, deşmə k, yarmaq, yarıb keç mək felindən)
sözlərindəndir. Azərbaycanca ifadə etsək, bu ad ―göyü deşən‖, ―göyü yarıb gələn‖
(Günəş şuası) mənasındadır. İzahımızın doğruluğunu Herodotun belə bir məlu matı
təsdiq edir ki, skiflə rdə Qoytosir yunanlardakı Apollondur. Yunanlarda is ə Apollon
allah ı ―Günəş işığı‖, ―Günəş ziyası‖ mənasında idi.
A r q i m p a s (i lahə ad ı). Herodot qeyd edir ki, skiflə rdə bu ilahə
yunanlarda Afrodita – Uraniya ilahəsi ilə eynidir (IV; 59).
Yunanlarda is ə hə min
ilahə məhsuldarlıq allahı id i. Türkcə
irk in
– ―bir neçə gün aramsız yağan yağış‖
(100, 212) və
baş
– ―başçı‖ sözlərindəndir. Bir neçə gün yağan yağış məhsuldarlığa
səbəb olur. De məli, Arqimpas ―yağış başçısı (ilahəsi)‖ mənasındadır.
Skiflərin türkmənşəli o lduğunu onların ş ə xs adları da göstərir.
Dostları ilə paylaş: