97
Azərbaycanda, Savalanda ―Şirvan dərəsi‖ və Şirvan kəndi, Təbriz şəhəristanının
Ocan mahalında Şirvandeh kəndi var. Bizcə, Cənubi Azərbaycanın Heris
mahalındakı Şiran dağının ( Hund. 2596 m) ad ı bu etnonimin q ədim formasını
saxlamışdır.
Bununla ə laqədar ola raq Şimali Azə rbaycandakı
Şirvan toponimi diqqəti
cəlb edir.Şübhə yo xdur ki, bu toponim Şarvan etnonimindəndir. Nə zə rdə
tutulmalıd ır ki, Şirvan formasında olan toponim əslində Şarvandır.
Xaqani Şirvani
də məh z ―Şə rvan‖ kimi ya zır.
Şirvan tayfasının müəyyən hissəsi havaxtsa Şimali A zərbaycan ərazisində
məskunlaş mış və Alban dövlətinin süqutundan sonra Kürdən şimalda əyalət in
adına çevrilmişdir.
Qeyd etmə k la zımd ır ki, II əsr müə llifi Ptolo mey Suran və Sakan
tayfaların ın adını çəkir (Ptolo mey, VI, 8,16). Tədqiqatçılara görə, bu toponimlər
Şəki və Şirvan adlarının qədim yunanca yazılışı və
bir qədər də təhrif edilmiş
formalarıdır. Ərəb coğrafiyaşünaslarının əsərlərində Şarvan şəhəri qeyd olunur (I)
(bəzi ha lla rda hə min mənbələ rdə Şarvan və Şabran adla rı qarışıq salın mışdır).
Şirvan toponimin i İ. Markvart qədin farscca
“hşaya”
(şah) və van (ölkə)
sözlərindən yarandığını yazmışdır (197, 79). V.F.M inorski is ə Şirvan adını
Xəzə rdən cənubda yaşamış Şa r adlı tayfanın adı ilə ə laqələndirmiş (141, 34-35) və
onu İrandilli saymışdır. Bu fikrə Şirvanşahlar dövləti haqqında əsər yazmış
S.B.Aşurbəyli də tərəfdar çıxmışdır (63,13). Lakin bu fikirlərin heç biri düz deyil.
Şarvan türk mənşəli etnonimd ir və b ir sıra qədim türk mənşəli tayfa adlarında
(sarıqur, sarmat, saray, sart, sarık, saral, sarar və b.) əksin i tap mış ―sar‖
ko mponentindən düzəlmişdir. Ehtima l ki, bu etnonim ―saruan‖
kimi s əslənmiş,
lakin ―s‖ səsi ―ş‖ səsi ilə, həmin ―u‖ səsi ―v‖ səsi ilə əvəzlən miş və ―‖Şarvan
formasına düşmüşdür. Herodotun həmin etnonimi ―Saranq‖ (Saruandan təhrif)
kimi yazması da bunu göstərir.
Be ləliklə, Şirvan tayfasının üç area lı vardır: Şima li A zərbaycanda, Orta
Asiyada və İranda (Şirvan şəhər, Şirvan kəndi və Abi – Şirvan çayı).
Gü man ki,
Şarvan sak – massaget mənşəli tayfadır və onlar skiflərin və sakların er.əv. VII
əsrdəki köçləri ilə bağlı o laraq səpələn mişlər. Qeyd edilməlid ir ki, Şirvan adlı tayfa
türkmənlərdə, Şuran ad lı tayfa isə başqırdlarda vardır (124,53).
Herodotun qeyd etdiyi utilə r barədə yuxa rıda kutilərdən danışdıqda
mə lu mat vermişik.
Deyilənlər göstərir ki, türk xa lqla rın ın tarixində M idiyanın yeri obyektiv
müəyyən edilməli və onun tarixi başqa səpkidə yenidən araşdırılmalıd ır.
Dostları ilə paylaş: