Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar sırasında Qara Qarayev xüsusi yer tutur. Onun dərin məzmunlu, yüksək zövqli, özünəməxsus üslublu musiqisi dünyanın müxtəlif ölkələrində səsləndirilir və XX əsr musiqisinin ayrılmaz bir kimi dəyərləndirilir.
Böyük bəstəkar,pedaqoq və ictimai xadim Q. Qarayev sənətdə daim yeni yollar sorağında olmuş, cəsarətli bədii ideyalar irəli sürmüşdür. Q.Qarayev musiqisi fəlsəfi dərinliyi,fikir doğruluğu ilə seçilir. Uzaq keçmişin və müasir dövrün ən mürəkkəb problemləri Q.Qarayev yarasıcılığında yüksək bədii əksini tapmışdır. Musiqinin, demək olar ki, bütün janrlarına müraciət etmiş Q.Qarayev balet və simfonik musiqiyə xüsusi diqqət yetirmişdir.Bəstəkarın klastik ənənələrini zəngin milli rəqs sənətimizlə parlaq şəkildə sintezləşdirdiyi Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yaratdığı “İldırımlı yollarla” baletləri dünyanım bir çox sahələrində uğurla göstərilmişdir.