AzƏrbaycan vƏ dünya ölkƏlƏrinin tarixindƏ iz qoyan bƏstəkarlar



Yüklə 321,5 Kb.
səhifə3/13
tarix30.12.2021
ölçüsü321,5 Kb.
#23558
1   2   3   4   5   6   7   8   9   ...   13

Ferens list (1811-1886)

  • Macar musiqisinin klassiki Ferens List həm görkəmli bəstəkar, virtuoz pionoçu, məharətli dirijor, həm də həssas pedaqoq, fəal musiqi-ictimai xadimi və nəhayət, gözəl ədəbi qələm sahibi kimi tanınmışdır.Çoxşaxəli fəaliyyətinin, demək olar ki,bütün sahələrində List böyük nailiyyətlər əldə etmiş, müasirləri tərəfindən qəbul olunmuş və layiqincə qiymətləndirilmişdir. Hələ uşaq ikən Macarıstanı tərk edib ömrünün əsas hissəsi Fransa,Almaniya və İtaliyada keçirilmiş List doğma vətəni ilə əlaqəsini heç zaman itirməmişdir.Fortepiano üçün yaratdığı məşhur “Macar rapsodiyaları”, “Macarıstan”simfonik əsəri bu fikrin əyani sübutudur. Ümumiyyətlə, List musiqisinin ruhu,onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnırəqslərdən bəhrələnir. 1875-ci ildə Budapeştdə yaratdığı Musiqi Akademiyasında bəstəkar Macarıstanda mili musiqi kadrlarının yetişdirilməsi üçün vargücü ilə çalışır. Listromantizim dövrünün ən qabaqcıl sənətkarları –Berlioz, Şopen, Paqani, Hüqo, Jorj Sand, Balzak, Heyne və başqaları ilə sıx yaradıcılıq ünsiyətində olub. Sənətşünasların fikrincə, məhz Paqanininecazkar sənəti Listin həm ifaçı, həm də bəstəkar kimi püxtələşməsinə ciddi təsir göstərib. List fortepiano musiqisini Paqanininin skripka ifaçılığında əldə etdiyi yüksək nailiyyətlər səviyəsinə qaldırmağı qarşısına məqsəd qoyur və nail olur. List hətta Paqaninin skiripka üçün yazdığı kapriz adlanan virtuoz əsərlərini fortepiano üçün işləyir və onları etüd şəklində təqdim edir.






Yüklə 321,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin