Fikrət Əmirov xx əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir.Onun çılğın ühtirasla yoğrulmuş əsl Şərq təravətli, romantik əhval-ruhiyyəli musiqisi təkcə Azərbaycanda deyil, bir çox xarici də dinləyicilərin məhəbbətini qazanmışdır. F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məhşur dirijorları- G. Rojdestveniski (Rusiya),K.Abendrot (Almaniya),Ş. Münş (Fransa) və L. Stokovskinin (ABŞ) idarəsi ilə ifadə olunmuşdur. F.Əmirovmusiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur”, “KürdOvşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun “Nizami” simfoniyası, doğma Vətəni şövqlə tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan suitası”,”Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir. F.Əmirovun C.Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk lirik-psixoloji operadır.Bəstəkar musiqili komediya janrında da “Ürəkçalanlar”,”Gözün aydın” kimi maraqlı əsərlər yaratmışdır. F.Əmirovun gözəl baletləri- “Min bir gecə” və “Nəsimi” də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsələrdir. Azərbaycanda konsert janrının ilk nümunilərinidə F. Əmirovun yaratmışdır. Bəstəkarın bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı “Ərəb mövzularında konsert”i Azərbaycan Pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.