Rusiya işğalçıları tərəfindən Sərdarabad qalasının
birinci mühasirəsi və qəhrəmancasına müdafiəsi
(16-17 aprel 1827-ci il)
Çıxılmaz vəziyyətdə qalan Benkendorf aprelin 16-da Üçkilsə
monastırından Sərdarabada doğru istiqamət götürdü. Ətrafı quru xəndəklə əhatə
olunan Sərdarabad qalası 22 topa malik idi. Qala qarnizonunun sayı 3000 nəfərə
çatırdı. Qalanın rəisi İrəvan sərdarının qardaşı Həsən xan və nəvəsi (Fətəli xan -
red.) idi [59, 28]. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general
Benkendorf aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum etsə də, yalnız
axşam gizlicə qalaya yaxınlaşa bildi.
**
Lakin qaladakılar rusların gəlişindən xəbər
tutdular və qala müdafiəçiləri onlara aman verməyərək toplardan atəş açmağa
başladı. Niyyətinin baş tutmadığını görən Benkendorf qaladakıların könüllü təslim
olması üçün qala rəisinin yanına elçi göndərdi. Qala rəisi (Fətəli xan - red.)
Benkendorfun bu tələbini rədd edərək "qalanı təslim etməkdənsə onun dağıntıları
altında ölməyim yaxşıdı" cavabını verdi [177, 304-305]. Sərdarabad qalasının
müdafiəçilərindən rədd cavabı alan Benkendorf aprelin 16-dan 17-nə keçən gecə
qalanı güclü top atəşinə tutmağı əmr etdi. Lakin qala müdafiəçiləri düşmənə əks
zərbə endirməklə cavab verdilər. Bundan əlavə, ərzaq cəhətdən korluq çəkən rus
qoşunlarının ətraf kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Sərdarabad
*
General Benkendorfun dəstəsi Üçkilsədə tezliklə ağır vəziyyətə düşdü. Yürüşə cüzi ərzaq ehtiyatı ilə
başlayan rus qoşunu bu tələbatı ödəmək üçün ermənilərə böyük ümid bəsləyirdi. Başda Nerses Əştərəkli
olmaqla ermənilər rus komandanlığına həm maddi, həm də hərbi cəhətdən kömək edəcəklərinə vəd
vermişdilər. Lakin ermənilər tərəfindən ruslara heç bir kömək göstərilmədi [bax: 177, 287-288; 175.
h.IV, 409]. Şübhəsiz ki, dəfələrlə olduğu kimi, bu dəfə də ermənilərin məqsədi rus qoşunlarını İrəvan
xanlığına yürüşə şirnikləndirmək və tələsdirmək idi. Sonralar 1828-ci ilin noyabrında general Paskeviç
özünün yazdığı məxfi məktubunda rus qoşunlarının rüsvayçı məğlubiyyətlərinin səbəblərini məhz
erməni katolikosu Nersesin onları valançı vədlərlə aldatmasında görürdü [32, sənəd 214, s.258-259].
**
General Benkendorfun hərbi planlarından vaxtında xəbər tutan Həsən xan Qacar 1000 nəfər süvari
dəstəsi ilə rus qoşunlarını Sərdarabad qalasından 10 verst aralıda qarşılamış, məğlub olmasına
baxmayaraq, düşmənin qalaya hücumunu xeyli çətinləşdirmişdi [bax: 93. 243].
224
qalasının qəhrəman müdafiəçilərinin əzmkarlığı nəticəsində qalanı ala bilməyən
rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildi [93, 243-244;
177,305]. Bu zaman maddi cəhətdən korluq çəkən rus komandanlığı Qars və
Ərzurum paşalıqlarına müraciət etsə də, bu müraciət uğursuz oldu [93, 245].
Nəhayət, aprelin 23-də Tiflisdən rus qoşunlarına göndərilən ərzaqla dolu araba
karvanı düşərgəyə gəlib çatdı. Bu ərzaq rus qoşunlarını yalnız 10 gün təmin edə
bilərdi [177, 306]. Beləliklə, müvəqqəti də olsa ərzaq problemini həll edən rus
qoşunları əsas məqsədinə yetişmək - İrəvan qalasını ələ keçirmək və xanlığı
tamamilə işğal etmək üçün tələsdi.
Ġrəvan qalasının üçüncü mühasirəsi və qala
qəhrəmanlarının Rusiya isğalçılarına təslim olmaması
(27 aprel - 23 iyun 1827-ci il)
İrəvan sərdarı Hüseynqulu xan Qacar rus qoşunlarının məqsədini
anladığından İrəvan qalasının müdafiəsinə yaxşı hazırlaşmışdı. Xan ətraf
kəndlərdən qalaya çoxlu taxıl ehtiyatı toplatdı, qala qamizonunu daha da
möhkəmləndirdi. Təkcə İrəvan qalasında yerləşən qarnizonun sayı 5 minə çatırdı,
qalada 26 top yerləşdirilmişdi [59,28]. Dəfələrlə ermənilərin xəyanəti ilə üzləşən
Hüseynqulu xan bu dəfə ehtiyatlı davranıb Üçkilsə monastırını nəzarətə götürərək
burada 400 nəfərlik qarnizon yerləşdirmiş, kilsədə olan ərzaq ehtiyatını İrəvan
qalasına daşıtdırmış və burada bir neçə nəfər din xadimi qoyaraq qalan erməniləri
İrəvan qalasına gətirtdirərək nəzarət altında saxlayırdı [93,233]. İrəvan xanı
Hüseynqulu xan qardaşı Həsən xanı Sərdarabad və İrəvan qalasının mühafizəsinə
təyin etdi, özü isə qoşunla ətraf yerləri qoruyurdu [8,11, 84].
Vaxt itirmək istəməyən Benkendorf Üçkilsədə podpolkovnik Voljenskinin
başçılığı ilə 2 tabor qoyaraq aprelin 23-də oradan çıxdı. Səhəri gün Zəngi aşırımını
keçərək İrəvanın cənub-şərqinə doğru hərəkət edərək yüksəklikləri tutdu. Aprelin
24-dən 27-nə qədər İrəvan qalasının müdafiəçiləri ilə işğalçı rus ordusu və İrəvan
xanına xəyanət edən ermənilər arasında dəfələrlə qanlı döyüş baş verdi.
*
Çox çətin
mübarizədən sonra, aprelin 27-də isə mayor Voljenskinin başçılığı ilə İrəvan
qalasının şərq tərəfindəki şəhərətrafı adlanan hissə tutuldu. Bununla da İrəvan
qalasının mühasirəsi başa çatdı [93, 256-258; 177, 308-310]. Hər tərəfdən
*
Düşmənlə vuruşmaq üçün İrəvan qalasından ayrılan 500 nəfərlik süvari dəstə qala yaxınlığındakı
kəndlərin birində düşmənlə qanlı döyüşə girdi. İrəvan süvarilərinin inadla döyüşməsinə baxmayaraq,
yaxşı silahlanmış düşmən qalanın cənub-şərq hissəsindəki Muğanlıtəpə kurqanını ələ keçirdi. Lakin
qala müdafiəçiləri onları güclü top atəşinə tutdu. Aprelin 25-də düşmən qanlı döyüşdən sonra "İrakli
dağı" təpəsini ələ keçirdi. Həmin gün qala rəisi Sübhanqulu xanın başçılıq etdiyi hərbi dəstə şəhər
bağlarında yerləşən düşmən alayına hücum etdi. Düşmən alayı geri çəkildi, lakin rus qoşunları əlavə
hərbi kömək aldığı üçün İrəvan döyüşçüləri məğlub oldu... [bax: 93, 256, J57; 177, 308-309].
225
mühasirəyə alınmasına baxmayaraq, İrəvan qalasının müdafiəçiləri mərdliklə
mübarizə aparırdı. Buna görə də general Benkendorf qala rəisi Sübhanqulu
**
(Hüseynqulu xan Qacarın qardaşı oğlu və kürəkəni - red.) xan vasitəsilə
Hüseynqulu xanla danışıqlar aparmağa məcbur oldu. General əvvəlcə xanı pulla
ələ almaq istədi, bunun nəticəsiz olduğunu gördükdə xana könüllü təslim olacağı
təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki
gəlirlərinin özünə qaytarılacağına söz verdi.
Lakin Hüseynqulu xan Qacar generalın təklifini nəinki qəbul etmədi
əksinə, yenə də mübarizəni davam etdirməyi üstün tutdu. Aprelin 29-dan 30-na
keçən gecə İrəvan süvariləri Zəngi çayının üstündən keçən körpünü qoruyan
düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onları çətin vəziyyətdə qoydular.
Məqsəd düşmən mühasirəsini yarıb İrəvan qalasına daxil olmaq idi. Lakin rus
qoşununun güclü top atəşləri bu hücumun axıradək davam etdirilməsinə mane oldu
[177, 309-312].
Aprelin 30-da Həsən xan Qacar 200 nəfərlik süvari dəstə ilə şərq tərəfdən
mühasirəni yarmaq və qaladakılarla əlaqəyə girməyə çalışdı, lakin ruslar buna
imkan vermədilər [93, 258]. Mayın 1-də general Paskeviçin göndərdiyi 2-ci hərbi
sursatı alan Benkendorfun dəstəsi artıq ərzaqla təmin edilmiş, bundan əlavə, ona
Qara dəniz kazaklarının iki alayı da qoşulmuşdu. Həsən xan tez-tez süvari dəstəsi
ilə rusların düşərgəsinin ətrafında görünür, lakin ciddi toqquşmalara girişmirdi.
Yəqin ki, xanın əsas məqsədi rus qoşunlarını narahat etmək və yormaq idi [93,
260]. Mayın 7-də Həsən xan təqribən 4 minlik dəstə ilə Zəngi çayının mənsəbində
düşərgə qurdu. Ayın 8-i axşam Benkendorf 1200 kazak və 1 topla silahlanmış iki
bölüklə bərabər düşərgədən çıxaraq gcecə Uluxanlı kəndini keçib səhər Zəngi
çayının mənsəbinə çaldı. Çayın o biri sahilində Həsən xanın dəstəsi durmuşdu.
Sarvanlar kəndi yaxınlığında çayı keçən Benkendorf xanın sol cinahına doğru
yönəldi. Həsən xan Abaran çayına doğru geri çəkilərkən Benkendorfun Qara dəniz
və Don kazaklarının hücumuna məruz qaldı. Həsən xanın dəstəsini təqib edən
Benkendorf onların ölən və yaralananlarla birlikdə 300 nəfər itki verdiyini
bildirirdi. 54 nəfər isə əsir düşmüşdü. Əsir düşənlərin arasında Xoy və Qarapapaq
bəyləri, İrəvan sərdarının qayınatası da var idi. Sərdarabad yaxınlığında Həsən
xanın təqibi dayandırıldı. Səhərisi gün Benkendorf düşərgəyə qayıtdı. Həsən xan
Arazın cənubunda yerləşən Bəybulaqda düşərgə salıb bir sıra yerli tayfalardan
süvari dəstələr toplayaraq qoşunun sayını 5 min nəfərə çatdırdı [93, 261-162].
İrəvan qalası müdafiəçilərinin qəhrəmancasına müdafiə olunması,
mühasirənin uzanması baş komandan Paskeviçin şəxsən özünü İrəvan üzərinə səlib
**
Potto İrəvan qalasının komendantı Sübhanqulu xanın adını əsərinin bir yerində "Savatqulu" xan [177,
309-311], digər yerində isə "Suvanqulu" xan [177,514], Şerbatov isə "Suanqulu" xan [93, 264] kimi
təqdim edir. Lakin digər mənbədə Hüseynqulu xan Qacarın qardaşı oğlu, İrəvan qalasının komendantı
Sübhanqulu xan kimi verilir [32,566].
226
yürüşünə məcbur etdi. Belə ki, general Paskeviçin başçılıq etdiyi qoşun hissələri,
ona qoşulmuş erməni və gürcü dəstələrinin müşayiəti ilə mayın 12-də İrəvan
istiqamətində hərəkətə başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə
təşkil edilən ilk erməni atlı alayı
*
mayın 17-də İrəvan xanlığının ərazisinə doğru
hərəkət etdi. İrəvan sərhədlərində onların sayı 1000 nəfərə çatırdı [177, 323-324].
Bütün bunlar bir daha İrəvan qalasının o zaman necə möhtəşəm qala olduğunu
sübut edir.
İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan
xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı.
General Sərdarabad qalasında 1000 sərbazdan ibarət qarnizon və 500 Mazandaran
atıcısının olduğunu, qalanın torpaq səngərlərində 18 top yerləşdirildiyini və iki
aylıq ərzaq tədarükü görüldüyünü öyrənə bildi. İrəvan qalası haqda Paskeviç hərbi
əməliyyatlar jurnalında yazırdı: "İrəvan qalasının dərin xəndəklə əhatə ölunmuş
bürcləri olan iki hündür divarı var. Divarların arasındakı dar zolaq da sanki xəndək
kimi maneə rolunu oynayır. İç divarın qapalı bürclərində toplar yerləşdirilib, bayır
divar isə mazğal və bürclərdəki falkonet (kiçik çaplı top - red.) və tüfənglərdən açılan
atəşlə qorunur. Qala qarnizonu 2 min sərbazdan və təxminən bu qədər qeyri- nizami
atıcıdan ibarət idi" [93, 262-263]. Paskeviçin rəyinə görə, İrəvan qalasının müdafiəsi
kifayət qədər möhkəm idi və qala qarnizonunun yüksək əhval-ruhiyyəsi onun
əhəmiyyətini daha da artırırdı Alınmaz hesab edilən İrəvan qalasının hələ 1804-cü
ildə Sisianov 1808-ci ildə isə Qudoviç tərəfindən ələ keçirmək cəhdlərinin
uğursuzluqla nəticələndiyini [93, 263-264] Paskeviç yaxşı bilirdi və bu
uğursuzluqları təkrar etmək fikrində deyildi.
Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu
xanla (İrəvan qalasının komendantı - red.) danışıqlar apardığını öyrəndi. O, İrəvan
sərdarının yaxın köməkçisi və təbəəsi olan Sübhanqulu xana etibar etmirdi, lakin
qalanı döyüşsüz ələ keçirməyi ehtimal etdiyindən danışıqların davam etdirilməsinə
icazə verdi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə
rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç
qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə komendantdan deyil,
sərdarın özündən cavab aldıqda Benkendorf çox təəccübləndi. İrəvan sərdarı
Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim
edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə
verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim
etməyəcəyəm" [93, 264-265]. Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri
kəsməyi əmr etdi [93, 265; 132,167]. Krasovski 20-ci piyada diviziyası və iki kazak
alayı ilə İrəvan yaxınığına gəldi. Burada o, Paskeviçlə birlikdə hücuma keçməli olan
*
General Sipyagin 1826-cı ildə ermənilərin iranlıların (İrəvan xanının və Qacarlar İranının qoşunları -
red.) əleyhinə göstərdikləri xidmətlərdən fəxrlə danışırdı. Ona görə də ermənilərdən ibarət dəstələrin
yaradılmasına diqqət yetirən Sipyagin 1827-ci il mayın 24-də dəstələrə daxil olmaq istəyənlər üçün
xüsusi qaydanı imzaladı [153, 62-64].
227
Benkendorfun mühasirə dəstəsini əvəz etməli idi [177, 449].
Hava şəraiti ilə bağlı olaraq İrəvanın mühasirəsi artıq qoşunların qüvvəsi
xaricində idi. Yay bürküləri başlamış, eyni zamanda qoşunun arasında xəstəlik
yayılmışdı. Paskeviç bir günün içində İrəvanı mühasirə edən gürcü qrenadyor
alayında 240 nəfərin xəstələndiyini bildirirdi. Taborlar seyrəlməyə başlamışdı və
döyüşə biləcək əsgərlərin sayı 400 nəfərdən bir az artıq idi. Mühasirə artilleriyası
hələ gəlib çıxmamışdı (artilleriya yalnız iyunun 26-sında Tiflisdən yola düşmüşdü).
Buna görə də Paskeviç mühasirədən əl çəkərək qoşunu ərzaq və su ehtiyatı olan
dağlarda yerləşdirmək, yollara nəzarəti əldə saxlamaq və lazım gəldikdə tez bir
zamanda İrəvan, Üçkilsə və Sərdarabada yeritməyi düşünürdü.
*
Üçkilsəyə geri
dönən Paskeviç Həsən xanın 3 min süvari və sərbazla Arazı keçərək Alagöz
dağının şərq ətəklərinə yaxınlaşdığını eşitdi. Buna mane olmağa çalışan Paskeviç
iyunun 10-da Şipovun başçılığı ilə Həsən xana qarşı qoşun göndərdi. Onların
Başabarana çatdığını eşidən Həsən xan Qaracasara - Alagöz dağlarına doğru geri
çəkildi [93, 265-267].
İrəvan qalasını işğal etməyin mümkünsüzlüyünü görən general Paskeviç
Naxçıvan üzərinə yürüş etmək qərarına gəldi və qoşunlarını İrəvanın 25
verstliyində yerləşən Gərniçay kənarındakı düşərgəyə topladı. Lakin Naxçıvana
yürüşdən əvvəl İrəvan qalasının mühasirəsini möhkəmləndirmək tədbirlərini də
unutmadı. Benkendorfun yerinə general-leytenant Krasovski İrəvan mühasirə
dəstəsinin rəisi təyin edildi.
**
Paskeviç Krasovskinin dəstəsini İrəvan ətrafında
yerləşdirərək ona lazımi təlimatlar
***
verdi: havalar istiləşənədək İrəvanın
mühasirəsini davam etdirmək, sonra isə lazım olarsa, Sudakəndə doğru geri
çəkilməyi tapşırdı. Paskeviç xəbərdarlıq edirdi ki, İrəvan sərdarının, xüsusilə də
komendant Sübhanqulu xanın danışıqlar aparmaq cəhdi yalnız Krasovskini qəti
tədbirlərdən yayındırmaq məqsədi güdür. Buna görə də Krasovski onlarla mümkün
qədər az danışıqlara girsin [93, 267-273; 177, 332-333].
İyunun 19-da hərəkətə başlayan rus qoşunları ayın 21-də Dəvəli kəndinə
girdi. Kənd əvvəlcədən boşaldılmışdı [93, 273; 132,167] Qeyd olunduğu kimi,
sərdar əvvəlcədən əhalini İrəvana köçürmüş bəzi qalalarda isə mühafizə dəstəsi
qoymuşdu. Şerbatovun yazdığına görə, qalaya 18 min sakin köçürülmüşdü [93,
322; 132, 167].
İrəvanlıların güclü müqaviməti, havaların isti keçməsi və əsgərlər arasında
yayılan xəstəliklər İrəvan qalasını mühasirəyə alan rus qoşunlarının vəziyyətini
günbəgün ağırlaşdırırdı. Leytenant Krasovski iyunun 17-də gündəliyində yazırdı ki,
*
Dağlara çəkilmək fikri yalnız İrəvana hücum edən qoşuna aid idi, Paskeviç özü isə əsas qüvvələrlə
Naxçıvan üzərinə getməyi planlaşdırırdı [193,266].
**
İrəvan dəstəsində 3200-ə yaxın piyada, 1200 süvari, 16 top, əsas qüvvələrin tərkibində isə 4800
piyada, 800 nəfər nizami və 3000 nəfər qeyri-nizami süvari dəstəsi, 26 top var idi [93, 269-270].
***
Paskeviç gələcəkdə əyalətin idarə olunmasında yaxından iştirakı nəzərdə tutulan erməni
arxiyepiskopu Nersesə isə taxıl yığımına və tarlaların suvarılmasına xüsusi diqqət yetirməyi tapşırdı
[bax: 93, 273].
228
artıq Üçkilsə hospitalında 700-dən çox hərbçi yerləşdirilib [59,6]. Eyni fikri - iki ay
ərzində havaların çox isti keçməsini, əsgərlər arasında dəhşətli xəstəlik yayılmasını
V.Potto da təsdiq edərək yazırdı ki, avqust ayında gəlməsi gözlənilən mühasirə
artilleriyası olmadan qalanın alınmasından söhbət belə gedə bilməz. Mövcud
vəziyyət barədə Paskeviçə məlumat verən Krasovski İrəvan qalasının mühasirəsinin
mənasız olduğunu bildirir və mühasirədən əl çəkmək üçün ondan razılıq istəyirdi
[177, 449-451]. Pottoya görə, nəhayət, Paskeviçdən İrəvanın mühasirəsindən əl
çəkməyə icazə alan Krasovski iyunun 21-də gecə yarısı Üçkilsəyə doğru geri
çəkildi. Səhəri gün rusların geri çəkilməsindən xəbər tutan qala sakinləri 2 ay sürən
mühasirədən sonra rahat nəfəs aldılar. Onların sevinclərinin həddi-hüdudu yox idi
[177, 451].
Şerbatov isə Krasovskinin ayın 22-dən 23-nə keçən gecə mühasirədən əl
çəkərək Sudakəndə keçməyi planlaşdırdığını yazırdı [93.275]-Lakin Krasovskinin
özünün gündəliyində İrəvan qalasının mühasirəsindən əl çəkməsinin gizli şəkildə
həyata keçirildiyi və qalanı mühasirəyə alan birləşmiş qüvvələrin 1827-ci il iyunun
23-də gecə yarısı Üçkilsəyə doğru geri çəkildiyi qeyd olunur [59, 6].
Ruslar geri çəkildikdən sonra Hüseynqulu xan qalanı möhkəmləndirməyin
qayğısına qaldı və bunun üçün heç bir şeyi əsirgəmədi.
*
Hətta bəzi şayiələrə görə,
xan bir zərbədə rus korpusunun yarıdan çoxunu qıra biləcək dəhşətli top yaratmaq
təşəbbüsündə olmuş, yalnız bunun üçün əridilmiş metal azlıq etmişdi [177, 453-
454].
Naxçıvan qalası yaxınlığında rus qoşunları Qacarlar İranının Həsən xanın
və Nağı xanın komandanlığı altında olan süvari hərbi qüvvələri ilə qarşılaşdılar.
Lristovun komandanlığı ilə sayca üstün olan rus qoşunları üstün gəldilər [115,
118]. İyunun 26-da Naxçıvan ələ keçirildi. Naxçıvanı tutan Paskeviç iyulun 1-də
bütün qüvvəsi ilə Abbasabadın mühasirəsinə başladı [93, 275-280]. Bu zaman
Hüseynqulu xan Qacar Üçkilsəyə hücum etmişdi
**
[177, 454]. Görünür, İrəvan xanı
Abbasabad qalasını mühasirəyə alan rus qoşunlarının diqqətini yayındırmağa
çalışırdı.
İyulun 5-də Abbasabadın mühasirəsini yarmağa çalışan Abbas Mirzə
Həsən xanla birgə Xoy tərəfdən hücuma keçdi. Lakin Cavanbulaqda baş verən
döyüş onların məğlubiyyəti ilə bitdi. Qala şiddətli atəşə tutuldu. İyulun 7-də qala
qarnizonu təslim oldu. İyulun 8-də Paskeviç Abbasabada daxil oldu. İyulun 13-də
*
Rusların İrəvan qalasının mühasirəsindən əl çəkməsindən sonra Hüseynqulu xan məscidə gedərək
kafirlərin hücumundan xilas olduğu üçün Allaha dua etmişdi... İrəvan qalası Hüseynqulu xan üçün çox
əziz idi, onun 23 illik döyüş xatirələri, ən yaxşı günləri bu qalada keçmişdi [177.452. 453-454].
**
İyulun 4-də İrəvan sərdarı 4 minlik süvari dəstəsi və 2 topla silahlanmış 2 sərbaz taboru ilə İrəvan
qalasından çıxaraq Üçkilsəni tutmağa getdi. Sərdar komendanta məktub göndərərək arxiyepiskop
Nersesə qulaq asmayaraq monastın təslim etməyi təklif etdi. Təslim olmaq əvəzinə monastırdan top
atəşləri açıldı. Sərdarın dəstələri monastırı mühasirəyə aldı, Lakin bir neçə erməni monastırdan qaçaraq
Krasovskini xəbərdar etdi. Krasovski 2 tabor və 4 topla iyulun 5-da monastıra yönəldiyindən sərdar
mühasirədən əl çəkdi və İrəvana doğru geri çəkildi [177,454-455; 59,8].
229
general-mayor Saken qalanın komendantı və Naxçıvan vilayətinin rəisi təyin edildi
[93, 282-287, 293; 132,167]. 1827-ci il iyulun 19-da Qriboyedov baş tərcüməçisi
A.Bakıxanovla birlikdə Abbas Mirzənin düşərgəsinə gəldi. Danışıqlar zamanı
Qriboyedov İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya güzəştə gedilməsini və
hərbi təzminat ödənilməsini tələb etdi Abbas Mirzə isə hərbi əməliyyatların 10
aylığa dayandırılmasını təklif etdi. Danışıqlar uğursuzluqla nəticələndi [153, 76].
Üçkilsədə yerləşən rus qoşunu iyulun 1-dək buranın müdafiəsini
möhkəmləndirməklə məşğul oldu və qoşunun müəyyən hissəsini burada qoyaraq
Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə
saldı. Rus qoşunlarını təqib edən İrəvan qoşunları
*
isə onların düşərgəsindən 10
verst aralı Alagöz dağının ətəyində onlara nəzarət edirdi [59, 6; 177, 452-455].
Abbas Mirzə öz qüvvələrini cəmləşdirib (onun qoşununda 10 min piyada,
15 min süvari və 28 top var idi [93,301]), avqustun 17-də Uşağa vuruşmasında rus
qoşunlarına ağır zərbə endirdi. Səhər saat 7-dən gündüz saat 4-dək davam edən
qanlı döyüş Üçkilsənin 2 verstliyində başa çatdı. Döyüşdən qaçan Krasovski
Üçkilsə
monastırına
sığındı
Abbas
Mirzə
Uşağadakı
mövqelərini
möhkəmləndirərək hücum etməyə qərar vermədi [93, 302-303]. Gizetti adlı
müəllifin bu vuruşma haqqında məlumatına görə, Krasovskinin dəstəsi həmin
döyüşdə 1166 əsgər və zabit itirdi (685 nəfər öldürüldü, 347 nəfər yaralandı, 134
nəfər isə əsir düşdü) [146, 145; 132, 167]. Şerbatova görə isə, Krasovskinin
dəstəsindən 700-ə yaxın əsgər və zabit öldürüldü, 300 nəfərədək yaralandı və
generalın özü çiynindən ağır yara aldı. Şerbatov Abbas Mirzənin itkisinin 3 minə
çatdığını qeyd edir [93,303]. Görünür, müəllif Abbas Mirzənin itkisini çox,
ruslarınkını isə az göstərmişdir. Krasovskinin dəstəsi qaçaraq geri çəkildiyindən
rus qoşunlarının itkisi daha çox olmalı idi.
Krasovski öz məğlubiyyətinə haqq qazandıraraq bildirirdi: Abbas Mirzə
Uşağada mövqeyini elə möhkəmləndirmişdi ki, böyük qurbanlar və itkilər
vermədən oranı keçib yenidən düşərgəyə qayıtmaq nıümkün deyildi. Digər
tərəfdən, əgər mən bu təhlükəli hərəkətə qərar versəydim, onda Üçkilsənin
itirilməsi labüd olardı [93,303-304]. General Paskeviçin Uşağa döyüşündən sonra
Krasovskinin İrəvanın mühasirəsini yenidən davam etdirməyə qadir olmadığını
etiraf edərək yazır: "Hətta əgər Abbas Mirzə təkrar Krasovskiyə hücum etsəydi, o,
Üçkilsə monastırında çətin ki tab gətirə biləydi [177, 481]. Həmin döyüşdən bəhs
edən müəlliflər yazır: "İrəvanın mühasirəsindən əl çəkən Krasovski Üçkilsəyə
*
yürüş etdi. Bundan istifadə edən sərdar 4000 atlı, 2 briqada sərbazla oraya hərəkət
etdi. Avqustun 4-də Abbas Mirzə 30 minlik qoşunu ilə Üçkilsə düzündə göründü
və avqustun 6-da Əştərək kəndini tutdu. Onlar birləşərək avqustun 17-də rus
qoşunlarını mühasirəyə alıb, qırmağa başladılar. 200 əsiri çıxmaqla 24 zabit, 1130
*
Pottoya görə, qarapapaqlılardan ibarət bu ayıq və cəsur dəstəyə Nağı xan başçılıq edirdi [177-455].
*
Üçkilsə bir rus taboru ilə müdafiə olunurdu, Krasovski isə 2 minlik dəstəsi və ərzaq daşıyan transportu
(nəqliyyat) ilə ora yönəlmişdi [185.48].
230
əsgər öldürüldü" [185, 48; 177, 457, 469-478; 137, 21; 132, 168]. Bu qələbə rus
qoşunlarının İrəvana yürüşünü xeyli ləngitdi.
Dostları ilə paylaş: |