Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 12,94 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix31.01.2017
ölçüsü12,94 Mb.
#7112
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

 

Sərdarabad qalasının rus qoşunları tərəfindən 

ikinci mühasirəsi, qəhrəmancasına müdafiəsi və süqutu 

(14-20 sentyabr 1827-ci il) 

 

1827-ci  il  avqustun  29-da  Üçkilsədə  toplaşan  rus  qoşunları  bu  dəfə 

Sərdarabad  qalasını  hədəf  seçdilər.  General  Paskeviçin  qalada  çoxlu  ərzaq 

ehtiyatının  olması  haqda  məlumatı  vardı  və  rus  qoşunlarının  gələcək  yürüşünü 

təmin etmək üçün bu qalanın alınması zəruri idi [64,138]. Sentyabrın 11-də general 

Paskeviç  birləşmiş  qüvvələrlə  Sərdarabada  doğru  yürüşə  başladı  və  səhəri  gün 

qalaya yaxınlaşdı. Bu xəbəri eşidən Abbas Mirzə öz qüvvələri ilə birlikdə Makuya 

doğru geri çəkildi. Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən 

xanın öz qüvvələri ilə müdafiə olunurdu [32, sonəd 518, s.561; 177,494]. 

Sentyabrın  14-də  Krasovskinin  başçılıq  etdiyi  qoşun  Sərdarabad  qalasını 

mühasirəyə  aldı  [59,  31].  10-12  il  bundan  əvvəl  İrəvan  xanı  tərəfindən  tikilmiş

*

 



Sərdarabad  qalası  Üçkilsədən  Alagözə  doğru  uzanan  geniş  düzənlikdə  yerləşirdi. 

Dördbucaq  şəklində  nəhəng  qüllə  və  qapıları  olan,  ikiqat  hündür  divarları  qalaya 

kifayət  qədər  müdhiş  görkəm  verir  və  onun  alınmasını  çətinləşdirirdi.  Qalanın  14 

topla  silahlanmış  iki  m i n l i k   qarnizonuna  Həsən  xanın  nəvəsi  gənc  və  təcrübəsiz 

Fətəli  xanın  başçılıq  etməsi  Paskeviçə  qalanın  tutulmasına  ümid  verirdi.  Lakin 

İrəvan  sərdarının  qardaşı  Həsən  xan  Qacar  qalaya  girməyə  müvəffəq  oldu  və 

müdafiəçilərin  döyüş  ruhunu  yüksəldərək  onları  qala  divarları  arasında 

öləcəklərinə,  amma  təslim  olmayacaqlarına  and  içdirdi  [32,  sənəd  518,  s.561; 

177,494-495;  93,  315-316].  Paskeviç  əvvəlcə  qalanı  hücumla  deyil,  düzgün  təşkil 

edilmiş  mühasirə  ilə  almaq  istədi  və  general-leytenant  Krasovskini  mühasirə 

korpusunun  rəisi  təyin  etdi.  Paskeviç  ilk  həmləni  qalanın  cənub  hissəsindən 

başlamağı qərara aldı. Sentyabrın 15-dən başlayaraq Sərdarabad top atəşinə tutuldu 

və  qaladakılar  cavab  atəşi  açdılar.  Sentyabrın  16-da  tezdən  mühasirə  artilleriyası 

gəlib yetişəndən sonra onların qala ətrafında yerləşdirilməsinə başlandı. Sentyabrın 

18-dən  başlayaraq  şəhər  24  topdan  şiddətli  atəşə  tutuldu.  2  gün  fasiləsiz  davam 

edən  atəşdən  sonra  qala  qarnizonu  ələ  keçməmək  üçün  mühasirədən  çıxmağa 

müvəffəq  oldu.  Sentyabrın  20-də  səhər  Paskeviç  əsas  qüvvələri  ilə  qalaya  daxil 

oldu  [32,  sənəd  518,  s.561;  177,  495-501;  93,  315-317].  Məcburiyyət  qarşısında 

atılan  bu  addım  Həsən  xanın  yüksək  sərkərdəlik  məharətini  nümayiş  etdirirdi. 

                                                           

*

 İ.Şopenin məlumatına görə, İrəvan xanı Hüseynqulu xan Qacar Sərdarabad qalasının əsasını 1810-cu 



ildə qoymuşdu [95, 255].

 


231 

 

Bununla belə, qaladakı  xeyli hərbi sursat və ərzaq  - 13 top, 14 min çetvert buğda 



ilə dolu anbar, çoxlu pambıq parça, xeyli hərbi sursat rus qoşunlarının  əlinə keçdi 

[177,  501-502;  32,  sənəd  518,  s.561-562,  563-564].  Şerbatova  görə,  qala 

qarnizonundan  500  nəfər  öldürülmüş  və  yaralanmış,  250  nəfər  isə  əsir 

götürülmüşdü. Burada ələ keçirilən taxıl ehtiyatı, Paskeviçin hesablamalarına görə, 

rus ordusunun bütün sağ cinahını altı ay  ərzaqla təmin edə bilərdi. Bundan əlavə, 

anbarlarda  çoxlu  barıt,  mərmi,  pambıq  və  s.  ehtiyatı,  qala divarlarında  isə  13  mis 

top  ələ  keçirilmişdi.  Paskeviç  hərbi  əməliyyatlar  jurnalında  yazırdı:  "Buradan  əldə 

edilənlərin  qiyməti  yoxdur,  onlar  olmadan  sonralar  İrəvanın  mühasirəyə  alınması 

şübhə  altında  qalardı.  Yəqin  ki,  Sərdarabad  Abbas  Mirzənin  ordusunu  ərzaqla 

təmin  edən  ehtiyat  anbarı  olmuşdur  [93,  318]".  Sərdarabad  qalasında  bu  qədər 

ehtiyatın  toplanması  göstərirdi  ki,  xan  öz  qoşunlarını  yadelli  işğalçılara  qarşı 

uzunmüddətli mübarizə üçün hazırlamışdı. Lakin çoxlu sayda top və batareyaların 

şəhəri  fasiləsiz  atəşə  tutması  nəticəsində  xan  və  onun  qoşunları  həmin  ərzaq  və 

hərbi  sursat  ehtiyatlarını  məhv  edə  bilməmişdi.  Bəzi  məlumatlara  görə, 

Sərdarabadın  itirilməsindən  sonra  şahın  İrəvan  və  Naxçıvan  xanlıqlarını  güzəştə 

getmək niyyətinə baxmayaraq, Abbas Mirzə onun Rusiya ilə sülh bağlamaq barədə 

əmrini yerinə yetirmirdi [132, 168]. 

 

Ġrəvan qalasının dördüncü mühasirəsi, 

erməni xəyanəti və Ġrəvan qalasının süqutu 

(24 sentyabr - oktyabr 1827-ci il) 

 

Qacarlar  İranının  hərbi  uğursuzluqlarına  baxmayaraq,  İrəvan  xanının 

qoşunları  işğalçılara  qarşı  müqavimət  göstərməkdə  davam  edirdi.  Əsas  diqqət 

İrəvan  qalasının  müdafiəsinə  yönəldilmişdi.  Sərdarabadın  mühasirəsindən  çıxa 

bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi [177,505]. Sentyabrın 21-

də  Paskeviç  mühasirə  artilleriyasını  Üçkilsəyə  yola  saldı.  Ertəsi  gün  bütün  dəstə 

İrəvana doğru yola düşməli idi. Sərdarabada polkovnik Xomutov komendant təyin 

edildi.  Qala  qarnizonu  Krım  alayından  bir  tabor,  iki  top,  erməni  və  kazak 

dəstələrindən  ibarət  idi  [93,  319].  Sentyabrın  23-də  Paskeviçin  hərbi  qüvvələri 

İrəvan  qalasının  2  verstliyində  düşərgə  salaraq  qala  divarlarından  750  sajen 

məsafədə  yerləşən  Muğanlıtəpə  kurqanını  tuldu  və  İrəvan  qalasına  baxış  keçirdi: 

"Zəngi çayının sıldırımlı sahilindən İrəvan qalasının bağları, minarə və qüllələri ilə 

birlikdə  içəridəki  binalar  görünürdü.  Dik  sahilin  zirvəsində,  200  sajen  məsafədə 

mazğalları  və  cinahlarda  bürcləri  olan  qala  divarları  uzanırdı.  İrəvanın  sahil 

müdafiə  xəttinə  lazımi  fikir  verilməmiş,  bəzi  yerlər  isə  uçub-tökülmüşdü.  Lakin 

sahilin  dik  olması  və  çayın  axını  sahil  müdafiə  xəttini  yarmağa  və  mühasirəyə 

almağa  mane  olurdu.  Qalanın  digər  üç  tərəfi  isə  50  topla  təchiz  edilən  və  su  ilə 

doldurulan  dərin  xəndəklə  əhatələnmişdi.  Bürclərdən  və  cinahlardan  müdafiə 



232 

 

olunan  ikiqat  qalın  divarların  olması  isə  qala  qarnizonunun  inadla  müdafiə 



olunacağından  xəbər  verirdi.  Sərdarabadın  süqutu  bundan  sonra  İrəvan  qalasına 

başçılığı öz üzərinə götürmüş Həsən xanın güc və fəaliyyətini zəiflədə bilməmişdi. 

Paskeviç kəşfiyyat nəticəsində öyrənmişdi ki, İrəvan qalasındakı çoxlu barıt, mərmi 

və taxıl ehtiyatı onun müdafiəsini və qarnizonun ərzaq ehtiyacını bir neçə ay ödəyə 

bilər. Lakin Həsən xanın qardaşı - İrəvan sərdarı Hüseynqulu xan tərəfindən İrəvan 

şəhərindən  və  qalanın  ətraf  ərazilərindən  qalaya  18  min  əhali  köçürülmüşdü. 

Yalnız  onların  tibbi-sanitariya  vəziyyəti  xanı  narahat  edə  bilərdi"  [93,  321-322]. 

Qalaya  baxış  keçirən  Paskeviç  oranın  mühasirəsinə  cənub-şərq  tərəfdən  başlamağı 

qərara  aldı  [93.  323].  İki  hündür  qülləsi  olan  İrəvan  qalasının  iri  xəndəklə  əhatə 

olunmuş divarları arxasında  toplar qurulmuşdu. Qala qarnizonu 2 miıı  əsgər və  2 

min atıcıdan ibarət idi. Qaladakı ərzaq ehtiyatı yarım  ilə nəzərdə tutulmuşdu [93, 

263]. 


Artıq  hər  tərəfdən  təcrid  olunduğu  üçün  qalanın  müdafiəsinin 

mümkünsüzlüyünü  yəqin edən Hüseynqulu xan Qacar öz  süvariləri ilə  Türkiyəyə 

tərəf geri çəkildi. Qalanın müdafiəsinə onun qardaşı Həsən xan Qacar başçılıq etdi 

[177, 492]. 

1827-ci  il  sentyabrın  24-də  İrəvanın  rus  qoşunları  tərəfindən  növbəti 

mühasirəsi  başlandı.  Paskeviç  həmin  gün  Muğanlıtəpədən  sağa  doğru  batareyalar 

qurdu  və  bütün  gecəni  qalanın  içərisini  top  atəşinə  tutdu  [93,323;  bax:  bölmənin 

sonu, şəkil 1]. Şəhəri ara vermədən 2 batareya 3 gün artilleriya atəşinə tutdu. Ağır 

topların atəşinə davam gətirməyən qala bürcləri dağıldı. Qala müdafiəçilərini sudan 

məhrum  etmək  məqsədilə  Paskeviçin  əmrilə  qala  divarlarının  dibindəki  kəhrizlər 

daşla dolduruldu. Eyni zamanda Paskeviç Həsən xandan qalanın təslim olunmasını 

tələb etdi. Lakin bu  müraciətə məhəl qoymayan Həsən xan Qacar  əksinə, bürcləri 

təmir etdirərək yeni döyüşə hazırlaşdı. Qala qarnizonu rus qoşunlarını güclü atəşə 

tutdu.  Lakin  işğalçıların  mühasirə  korpusu  topları  şəhərə  yaxınlaşdıra  bildi. 

Növbəti təslim cavabına müsbət cavab almayan Paskeviçin əmrilə İrəvan qalasına 

40 topdan 1000-dən artıq mərmi yağdırıldı. Şəhər od-alov içində yanmağa başladı. 

Uçqunlar  altında  və  yanan  şəhərin  tüstü-dumanı  içərisində  qalan  dinc  əhali 

içərisində təşviş və  ümidsizlik baş aldı [177, 505-511]. İrəvanlılar da düşməni top 

atəşinə  tuturdular.  Lakin  qaladakı  ermənilərin  xəyanət  edərək  düşmənlə  əlaqəyə 

girməsi  vəziyyəti  daha  da  ağırlaşdırdı.  Ermoni  casusları  Paskeviçlə  əlaqə  yaradıb 

qala  müdafiəçilərinin  mövqeyi,  sayı,  topların  yerləşdirildiyi  yerlər  və  s.  barədə 

bütün  hərbi  sirləri  ona  çatdırırdılar. Bundan  başqa,  təcrübəli  topçuların  olmaması 

üzündən  onların  atdığı  mərmilər  sərrast  olmurdu.  Digər  tərəfdən,  bəzi  topların 

arxasında  ermənilər  durduğundan  onlar  xəyanət  edərək  topu  rus  qoşununa  deyil, 

boş yerlərə atırdılar [84,36; 153,86]. Həmçinin qaladan bayırda olan ermənilər də 

İrəvan  qalasının  ələ  keçirilməsi  üçün  rus  qoşunlarına  yardım  edirdilər.  Əştərəkli 

Nerses adlı bir erməni sentyabrın 27-28-də rus qoşunlarına təcili yardım etmək üçün 

Üçkilsə  kəndlilərinə  xüsusi  çağırışla  müraciət  etmişdi  [172,44].  Bundan  başqa, 



233 

 

İrəvan  qalasının  müdafiəsi  zamanı  şəhərdə  yaşayan  azsaylı  ermənilər  rus 



qoşunlarına  hər cür  yardını  göstərirdilər. Hələ  1827-ci  ilin aprelində  şəhər  əhalisi 

ilə yerlərini tərk edib qalaya köçəndə ermənilər azərbaycanlılardan təcrid olunmuş 

şəkildə  qalada  yerləşdirilmişdi  [153,85-86].  Ermənilər  qala  divarlarının  üstünə 

qalxıb  papaqlarını  yellədə-yellədə  təslim  olduqları  barədə  işğalçılara  işarə 

verdikləri  halda  [143,  164],  qalanın  azərbaycanlı  əhalisi  özlərinin  qədim  şəhərini 

qəhrəmancasına müdafiə etməkdə davam edirdilər. 

Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha 

yaxın  mövqelərə  gətirildi.  Qala  divarları  bütün  mövqelərdən  atəşə  tutuldu.  Həsən 

xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən 

güclü atəşə tutdu. Lakin bu, istənilən nəticəni vermədi. 

Oktyabrın  1-də  qaladakı  ermənilər  işğalçılarla  əlaqəyə  girərək  qiyam 

qaldırdılar və Həsən xandan tələb etdilər ki, qalanı ruslara təslim etsin.

*

 Ermənilər, 



xanın bütün səylərinə baxmayaraq, qalanın şimal qapılarını rus qoşunlarının üzünə 

açdılar [32, sənəd 523, s.566]. Pottoya görə isə, qala qapılarının üzərində ağ bayraq 

qaldıran adamlar görünsə də, qapı açılmamışdı [177, 512-513]. Bu təslim bayrağını 

qaldıranlar  yaşadıqları  dövlətə  xəyanət  edən  ermənilər  idi.  Artıq  yuxarıda  qeyd 

olunduğu  kimi,  İrəvanın  mühasirəsi  zamanı  ermənilər  Paskeviçlə  əlaqəyə  girə 

bilmiş  və  azərbaycanlıların  qalanın  hansı  hissəsində  yerləşdiklərini,  top  atəşlərini 

hara  istiqamətləndirmək  lazım  olduğunu  ruslara  bildirmişdilər  [153,  85-86]. 

Bundan istifadə edən podpolkovnik Qurko və Şepelevin dəstəsi qalanın cənub-şərq 

qülləsini tutdu. Bundan  sonra qalanın  şimal  qapılarına  yaxınlaşan Krasovski tatar 

dilini (Azərbaycan türkcəsi - red.) yaxşı bilən Belova onlara elə həmin dəqiqə qala 

qapılarını  açmalarını  deməyi  əmr  etdi.  Bu,  sözlər  Belovun  ağzından  çıxan  kimi 

qaladan atəş açıldı və folkonetdən açılan iri mis mərmi onun beynini göyə sovurdu. 

Bu  İrəvan  qalasından  Həsən  xan  Qacarın  əli  ilə  atılan  sonuncu  mərmi  oldu.  Bir 

dəqiqədən sonra darvazalar açıldı və rus qoşunları qalaya soxuldu. Məlumata görə, 

İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar [bax: bölmənin sonu, şəkil 

5]  son  anda  qalanı  düşmənə  təslim  etməkdənsə  partlatmaq  məqsədilə  barıt 

qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və 

əli ilə yanan fitili götürmüşdü. Hlə bu anda qarnizon silahı yerə qoymuşdu. Həsən 

xan isə özünə sadiq adamları ilə məsciddə müdafiə olunurdu [175. 415; 177, 512-

513; 67,252]. 

M.Şerbatova görə isə, ruslar qala qapısını sındırıb içəri girmişdi [93, 329]. 

Ermənilərin  xəyanəti  nəticəsində  şəhərin  qərb  tərəfində  yerləşən  Təpəbaşı  adlanan 

məhəlləni tutmağa hazırlaşan ruslar Zəngi çayını keçərək orada batareya qurdular... 

Məhz  6  günlük  mühasirədən  sonra  bu  hissədən  qala  divarları  dağıdıldı  və  6 

qvardiya alayı şəhərə daxil ola bildi[153, 86]. 

Erməni  xəyanətindən  istifadə  edərək  qalaya  daxil  olan  rus  qoşunları  ilə 

                                                           

*

  Digər  mənbənin  məlumatında  bu  qiyamın  sentyabrın  28-də  baş  verdiyi  göstərilir  və  Həsən  xanın  bu 



tələbi rədd etdiyi qeyd olunur [bax: 177,508].

 


234 

 

onun  qəhrəman  müdafiəçiləri  arasında  qanlı  doyüş  baş  verdi.  200-dək  əyanla 



qaladakı məscidlərin birinə çəkilən Həsən xan Qacar müqavimət göstərməkdə yenə 

də  davam  edirdi.  Axşama  yaxın  İrəvan  qalası  işğalçıların  əlinə  keçdi.  Həsən  xan 

Qacarla

*

  bərabər  qalanın  Komendantı  Sübhanqulu  xan,



**

  xüsusi  tabor  komandiri 

Qasım  xan,  Mərəndli  Cəfərqulu  xan,  Təbrizli  Əlimərdan  xan,  Əhərli  Aslan  xarı 

Fətəli xan və başqaları ələ keçirildi. Həmçinin qala üzərindəki bütün toplar, silah və 

sursat ehtiyatı da düşmənin əlinə keçdi [32, sənəd 523 s.564-566; 93, 328-330; 177, 

514].  Bundan  əlavə,  vaxtilə  böyük  türk  sərkərdəsi  və  hökmdarı  Əmir  Teymura 

məxsus  olmuş,  dəstəyi  qızıl  və  qiymətli  daşlarla  bəzədilmiş  Həsən  xan  Qacara 

məxsus qiymətli qılınc

*

 da rusların əlinə keçdi. 



Rus qoşunlarının İrəvanda törətdikləri dağıntılar və şəhərə vurulan maddi 

zərərlə  bağlı  V.Potto  hadisənin  şahidi  olan  bir  nəfərin  dediklərini  olduğu  kimi 

yazırdı: "Mən qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısına 

təəccübləndim.  Mənə  elə  gəlir  ki,  mühasirə  artilleriyasının  dörd  gündə  etdiyini 

çərxi-fələk dörd əsrdə belə edə bilməzdi" [177, 516; bax:bölmənin sonu, şəkil 3,5,6]. 

Doğma  torpağının  azadlığı  naminə  dəfələrlə  yadellilərə  qəhrəmancasına 

müqavimət  göstərən  İrəvan  qalasının  ələ  keçirilməsi  Rusiya  imperatorunun 

sarayında  böyük  sevinclə  qarşılandı  və  təntənəli  mərasimlə  qeyd  olundu.  V.Potto 

bu  hadisəni  təsvir  edərək  yazır  ki,  İrəvan  qalasının  işğalı  xəbərini  alan  I  Nikolay 

Riqadan  tələsik  Peterburqa  qayıtdı.  Noyabrın  8-də  İrəvanın  alınması  münasibətilə 

imperator  bütün  ailə  üzvləri  ilə  birlikdə  Qış  sarayı  kilsəsində  dua  oxuma  mərasimi 

keçirdi. Elə həmin gün İrəvan qalası darvazasının açarları və qala divarlarından ələ 

keçirilmiş 4 bayraq şəhərin mərkəzi küçələrindən keçirilərək nümayiş etdirildi [bax: 

177, 518-519]. 

Erməni  xəyanəti  nəticəsində  əldə  olunan  bu  "qələbəyə  görə  Paskeviç  qraf 

titulu  aldı"  [93,  330].  Bundan  əlavə,  Paskeviç  Abbasabadın  alınmasına  görə  1-ci 

dərəcəli  Müqəddəs  Vladimir  ordeni,  İrəvanın  alınmasına  görə 2-ci dərəcəli  Georgi 

                                                           

*

  Doğma torpağının azadlığı uğrunda  işğalçılara  qarşı  rəşadətlə  vuruşan,  "Aslanlar başı" titulu daşıyan 



Həsən  xan  Qacarın  sonrakı  aqibəti  haqda  məlumat  olduqca  azdır.  Həsən  xan  Qacar  İrəvan  qalasının 

işğalından sonra Paskeviç tərəfındən Peterburqa - I Nikolayın yanına göndərildi. Lakin onun Peterburqa 

çatmasına  siyasi  şəraitin  dəyişməsi  mane  oldu.  Həsən  xan  Qacar  yolda  Terek  sahilində 

Yekaterinoqradda saxlanıldı [bax: 177. 516]. Xanın sonrakı taleyi haqda məlumat 

 

verilmir.



 

**

  Paskeviç  İrəvan  qalasının  işğalından  iki  gün  sonra  —  1827-ci  il  oktyabrın  3-də  verdiyi  raportunda 



Həsən xan Qacarla bərabər əsir düşən 6 nəfərin arasında Sübhanqulu xanın da olduğunu qeyd edir [bax: 

32,  sənəd  523,  s.566].  Digər  müəlliflər  isə  Sübhanqulu  xanın  bir  qədər  sonra  poruçik  tərəfindən 

zirzəmidən tapıldığını göstərirlər [bax: 177, 514; 93. 329].

 

*



 Əmir Teymur bu qılıncla vaxtilə (1402 red.) Osmanlı sultanı İldırım Bayazidi məğlub etmişdi. Əmir 

Teymurdan  Səfəvi  şahlarına  keçən  qılınc,  Nadir  şah  hakimiyyətə  gələrkən  Səfəvilərin  digər  qiymətli 

əmlakı ilə bərabər onun əlinə keçmişdi. Nadir şahdan sonra Qacarlar sülaləsinin əlinə keçən bu qılınc 

Fətəli  şah  Qacara  çatmışdı.  Fətəli  şah  türklər  üzərində  qələbədən  sonra  göstərdiyi  igidliyə  görə  bu 

qılıncı  Həsən  xan  Qacara  bağışlamışdı.  Həsən  xan  İrəvan  qalasından  kəndirlə  düşərkən  itirdiyi 

qılıncının tapılmasını general Krasovskidən xahiş etdi. Bu qiymətli qılınc tapılaraq I Nikolaya hədiyyə 

göndərildi [bax: 59, 61-62; 177, 515-516].

 


235 

 

ordeni,  sülhün  bağlanmasına  görə  1  milyon  rubl  dəyərində  əskinas  və  İrəvan 



qalasının  ələ  keçirilməsinə  görə  "Erivanski"  titulu  aldı  [177,  591].  Bundan  əlavə, 

İrəvan qalasının alınması münasibəilə xüsusi medallar təsis olundu [bax: bölmənin 

sonu,  şəkil  6,7].  İşğalçı  general  İrəvanda  Krasovskinin  rəhbərliyi  ilə  "müvəqqəti 

hökumət"  təşkil  etdi.  Ermənilərin  işğalçı  rus  qoşunlarına  göstərdikləri  "qulluğa" 

görə  arxiyepiskop  Nerses  həmin  hökumətə  üzv  seçildi.  Qafqazşünas  S.Qlinkanın 

qeyd etdiyi kimi "Krasovski və Nerses əlbir hərəkət edirdilər" [46, 34-35; 132, 170]. 

Paskeviçin  əmrilə  1827-ci  il  oktyabrın  2-də  İrəvan  qalasının  işğalı  ilə 

bağlı  rus  qoşunlarının  "qələbə"  paradı  keçirildi.  Parad  zamanı  İrəvanın  qala 

divarlarının  böyük  bir  hissəsi,  sanki  tarixin  bu  ədalətsizliyinə  tab  gətirməyərək, 

uçdu və  onun dağıntıları altında çoxlu işğalçı Rusiya əsgəri qalıb məhv oldu [177, 

517-518]. 

İrəvan  xanlığının  işğalı  ilə  Şimali  Azərbaycanın  bütün  ərazisi  Rusiyanın 

tərkibinə  qatıldı.  Məğlub  edilmiş  Qacarlar  İranı  ilə  1828-ci  il  fevralın  10-da 

Türkmənçayda müqavilə imzalandı. Müqavilənin üçüncü maddəsinə əsasən, Şimali 

Azərbaycanın  Gülüstan  müqaviləsinə  (1813)  daxil  edilməmiş  İrəvan  və  Naxçıvan 

xanlıqları  da  Rusiya  imperiyasına  ilhaq  edildi  [76,  125-126-131;  bax:  bölmənin 

sonu, sənəd 4]. 

Beləliklə, Türkmənçay  müqaviləsi ilə  Azərbaycan torpaqları iki imperiya 

arasında  yenidən  -  ikinci  dəfə  bölüşdürüldü.  Öz  torpağının  əsil  sahibi  olan 

Azərbaycan  xalqının  iradəsi  nəzərə  alınmadan  Azərbaycan  Rusiya  imperiyası  ilə 

Qacarlar  İranı  arasında  bölüşdüldü.  Şimali  Azərbaycan  çar  Rusiyasının,  Cənubi 

Azərbaycan  isə  Qacarlar  İranının  əsarəti  altına  düşdü.  Çox  keçmədən  -  1828-ci  il 

martın  21-də  (Novruz  bayramı  günlərindən  birində  -  red.)  imperator  I  Nikolayın 

xüsusi  fərmanı  ilə  Rusiya  işğalçıları  qədim  Azərbaycan  torpağı  olan  İrəvan  və 

Naxçıvan xanlıqları ərazilərində ―Erməni vilayəti‖ adlı qondarma qurum yaratdılar 

[76,  272-273;  32,  sənəd  437,  s.  487;  bax:  bölmənin  sonu,  sənəd  5].  Bununla 

Azərbaycan  torpaqlarında  sonralar  erməni  dövlətinin  yaradılmasının,  həm  də 

Cənubi Qafqaz regionunda yeni gərginlik ocağının əsası qoyuldu [163,37]. 



  

236 

 

 



237 

 


238 

 


239 

 

 



240 

 

 



241 

 

 



242 

 

 



243 

 

 



244 

 


245 

 


246 

 


247 

 


248 

 

 



249 

 


250 

 


251 

 

 



252 

 


253 

 

 



Ġşğal olunmuş Ġrəvan xanlığı ərazisində 

ermənilərin Ġrandan və Osmanlı imperiyasından 

kütləvi sürətdə köçürülməsi 

 

Köçürmədə məqsəd.  Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək 

və  özünün  gələcək  işğalçılıq  planlarını  həyata  keçirməkdən  ötrü  Türkmənçay

*

  və 


Ədirnə

**

  müqavilələrinin  şərtlərinə  əsaslanaraq  erməniləri  dərhal  İrandan  və 



Osmanlı  imperiyası  ərazisindən  kütləvi  surətdə  Şimali  Azərbaycan  torpaqlarına 

köçürməyə başladı. 

Ermənilərin  Azərbaycan  torpaqlarına  köçürülməsi  məsələsi  hələ  XVIII 

əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  torpaqlarında  erməni  dövləti  yaratmaq 

niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. 

İran  və  Türkiyə  sərhədlərində  bufer  xristian  zolağı  yaratmaq  niyyətində 

olan  Rusiya  erməniləri  başlıca  olaraq  Azərbaycanın  İrəvan,  Naxçıvan,  Qarabağ 

xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü. 

Əvvəlki  fəsillərdə  qeyd  etdiyimiz  kimi,  qriqorian  missionerləri  istisna 

edilməklə, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən İrəvan bölgəsinə köçüb 

gəlməsi  prosesi  1441-ci  ildə  erməni  katolikosluğunun  Kilikiyadan  Azərbaycan 

Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə köçürülməsindən sonra başlamışdı.

***

 

Erməni  katolikosluğunun  Qaraqoyunlu  ərazisinə  köçürülməsindən  sonra 



Qriqorian kilsəsinin müxtəlif vasitələrlə Azərbaycan türklərinə məxsus torpaqları ələ 

keçirməsinə  və  zaman-zaman  erməniləri  burada  yerləşdirməsinə  baxmayaraq, 

ermənilər  Çuxursəd  (İrəvan)  bölgəsində  say  etibarilə  həmişə  cüzi  azlıq  təşkil 

edirdilər. Ermənilər tərəfindən Rusiyaya və Avropanın digər dövlətlərinə çatdırılan 

məlumatların  həmişə  təhrif  olunmasını,  ermənilərinin  sayının  süni  şəklidə 

şişirdilməsini nəzərə alsaq (İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığını 

sübut  edən  faktlar  II  bölmədə  verilmişdir  –  red.),  İrəvan  bölgəsində  Erməni 

əhalisinin cüzi az bir azlıq təşkil etməsini hələ XVIII əsrin sonlarında tərtib olunmuş 

arxiv sənədləri də təsdiq edir. 1783-cü ildə P.Potyomkin İrəvan xanlığında yaşayan 

                                                           

*

  1828-ci  il  fevralın  10-da  Cənubi  Azərbaycanın  Türkmənçay  kəndində  Qacarlar  İranı  və  Rusiya 



imperiyası  arasında bağlanmış  müqavilə,  Rusiya    tərəfinin təkidi ilə bu müqavilənin 15-ci  maddəsinə 

əsasən  İran  ərazisində  yaşayan  ermənilərin  kütləvi  şəkildə  Azərbaycan  torpaqlarına  köçürülməsi 

rəsmiləşdirildi.

 

**



 1829-cu il sentyabrın  2-də Ədirnədə Osmanlı və Rusiya imperiyaları arasında bağlanmış müqavilə, 

Rusiya  tərəfinin  təkidi  ilə  bu  müqavilənin  13-cü  maddəsinə  əsasən  Osmanlı  imperiyasında  yaşayan 

ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi.

 

***



  Ermənilərin  bu  torpaqların  yerli  sakini  deyil,  gəlmə  olduqlarını  digər  xristian  qaynaqları  ilə  yanaşı 

erməni mənbələri də sübut edir. Bax: bölmə II. 

 


254 

 

ermənilərin  məktubları  üzərində  katolikosun  möhür  və  imzasının  niyə  olmadığı 



haqqında soruşduqda erməni nümayəndəsi bunu belə izah etmişdi: ―Katolikos bütün 

dünyaya səpələnmiş ermənilərin dini rəhbəri olduğundan o öz öhürünü ermənilərin 

bir qrupunun – Ararat ölkəsi sakinlərinin məktubu üzərinə vura bilməz‖ [214,107]. 

Göründüyü kimi XVIII əsrin sonlarında İrəvan xanlığı ərazisində yaşayan ermənilər 

çox az olduğu üçün erməni müəllif V.R.Qriqoryan da bu faktı etiraf edir. Buna görə 

də  erməni  işbazları  İrəvan  xanlığı  ərazisində  məskunlaşan  ermənilərin  azlıq  təşkil 

etməsini  ört-basdır  etmək  üçün  Rusiyaya  göndərilən  məktublarda  onların  sayını 

xüsusi  məqsədlə  süni  şəkildə  artırırdılar.  Məsələn,  İrəvan  xanlığındakı  erməni 

icmasının  başçısı  S.Ter-Sahakyan  1784-cü  ilin  dekabrında  knyaz  Q.Potyomkinə 

ünvanladığı  məktubunda  bildirirdi  ki,  H.Arqutyanın  (Rusiyadakı  ermənilərin  dini 

başçısı  –  red)  tapşırığına  görə  ermənilərin  sayını  dəfələrlə  çox  şişirdərək  göstərir 

[214,109].  İrəvan  bölgəsində  ermənilərin  azlıq  təşkil  etməsi  Rusiya  imperiyasının 

İran və Osmanlı sərhədində bufer xristian dövləti yaratmaq siyasətinə zidd idi. Elə 

bu  səbəbdən  də  Azərbaycanın  Arazdan  şimaldakı  torpaqlarını  işğal  edən  Rusizya 

imperiyası  erməniləri  kütləvi  şəkildə  ―Rusiya  təəbəliyində  olan  torpaqlar‖  adı 

altında  azərbaycanın  keçmiş  İrəvan,  Naxçıvan,   Qarabağ  xanlıqlarının  ərazilərində 

və  Gürcüstanın  məhz  azərbaycanlılara  məxsus  torpaqlarında  yerləşdirdi.  Rusiya 

imperiyasının  həyata  keçirdiyi  bu  qanlı  siyasət  Azərbaycanın  qədim  tarixi 

torpaqlarında  gələcəkdə  ermənilərə  dövlət  yaradılması  məqsədi  daşıyırdı.  Bu 

mənfur siyasəti rus müəlliflərinin özləri də etiraf edirlər. Ermənilərin köçürüldüyü 

torpaqlar  haqda  S.Qlinka  yazırdı  ki,  bu  ərazilər...  yer  üzünə  səpələnmiş  erməni 

tayfalarını  başına  toplayacaq  və  I  Nikolayın  xoşbəxt  dövləti  himayəsində  erməni 

çarlığı öz şöhrəti və bütün xatirələri ilə dirçələcək [46, 92]. 

Köçürmədən  əvvəlki  vəziyyət.  İrəvan  xanlığının  işğalından  sonra  həmin 

ərazilərdə  yeni  -  Rusiya  idarəçilik  sistemi  yaradılmasına  başlandı.  Bu  məqsədlə 

Qafqazın baş hərbi hakimi Paskeviçin  əmri ilə  1827-ci  il  oktyabrın 6-da  İrəvanın 

"Müvəqqəti  idarə"si   adlı  qurum  yaradıldı.  Yerli  qoşunların  komandanı  general 

Krasovski  onun  rəisi,  işğalçıların  əlaltısı  olan  erməni  arxiyepiskopu  Nerses  isə 

"Müvəqqəti idarə"nin üzvü təyin edildilər. Yerli  əhali olan azərbaycanlılar dövlət 

idarəçiliyi  və  himayəsindən  məhrum  edildilər.  Krasovski  Nersesə  qeyri-məhdud 

səlahiyyətlər  verdi.  İşğalçılarla  əlbir  hərəkət  edən  ermənilər  istədiklərinə  nail 

oldular.  Müharibədən  çıxmış  əhaliyə  paylamaq  üçün  verilən  4500  çetvert  taxılın 

                                                           

 Naxçıvan azərbaycanlılarının inadlı mübarizəsi nəticəsində ermənilər burada qərar tuta bilmədilər

 

  İşğal  etdiyi  Azərbaycan  ərazilərində  ermənilərə  dövlət  yaradılması  sahəsində  ―tarixi  təcrübəsi‖  olan 



Rusiya  hakim  dairələri  belə  bir  idarəçilik  formasını  təqribən  160  ildən  sonra  Azərbaycanın  ayrılmaz 

hissəsi olan Yuxarı Qarabağla bağlı yenidən təkrar etdi. 1989-cu il yanvarın 12-də SSRİ  Ali Sovetinin 

Rəyasət  Heyəti  ―Azərbaycan  SSR-in  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  xüsusi  idarəçilik  formasının 

tətbiqihaqqında‖ qərarı qəbul etdi. Ermənipərəst A.Volskinin rəhbərliyi ilə Moskvaya tabe olan Xüsusi 

İdarə  Komitəsinin  həyata  keçirdiyi  tədbirlər  nəticəsində  Qarabağın  yuxarı  hissəsi  əməli  olaraq 

Azərbaycanın tabeliyindən çıxarıldı. Eyni metod 1828-ci ildə ―Erməni vilayəti‖nin yaradılması zamanı 

da tətbiq olunmuşdu. 

 


255 

 

böyük hissəsi cüzi azlıq təşkil edən ermənilərə paylandı. Erməni azğınlığı az vaxt 



içərisində  o  həddə  çatdı  ki,  bu,  hətta  işğalçı  general  Paskeviçin  özünü  də  narazı 

saldı.  Belə  ki,  Paskeviç  baş  qərargah  rəisinə  göndərdiyi  məktubunda  belə  öz 

etirafını gizlətmirdi: "Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi 

ilə  hərəkət  edəcək.  Mənim  ona  verdiyim  təlimata  məhəl  qoymayıb,  yenicə  ələ 

keçirilmiş  əyalətin  idarə  edilməsi  qayğısına  qalmayacaq,  bütün  əhalinin  dörddə 

üçünü   təşkil  edən  müsəlmanlara  (Azərbaycan  türklərinə  -  red.)  himayədarlıq 

etməyəcək,  lazımi  vəsait  ayırmayacaq"  [32,  sənəd  438,  s.487-491;  109,  22;  bax: 

bölmənin sonu, sənəd 1]. 

Yeni rus idarəçiliyi yerli azərbaycanlı əhali arasında narazılığın artmasına 

səbəb  oldu.  Onlar  doğma  yurdlarını  tərk  edib  başqa  yerlərə,  o  cümlədən  Osmanlı 

ərazisinə  və  İrana  köçməyə  başladılar.  Naxçıvan  xanlığı  və  Pəmbək-Şörəyellə 

birlikdə  İrəvan  quberniyasını  tərk  edən  və  həlak  olan  müsəlmanların 

(azərbaycanlıların - red.) sayı 12,3-13,5 min nəfərə çatırdı [bax: 177, 335; 182, 112-

113]. Potto bu barədə yazırdı: "Oturaq əhali

**

 Arazm o biri tərəfinə keçmişdi. Tərə-



kəmə  tatarlarmın  az  hissəsi  Türkiyəyə,  çox  hissəsi  isə  İrana  getmişdi"  [177,  334]. 

General  Paskcviein  qraf  Ncsselroda  27  iyun  1827-ci  il  ta-rixli  məlumatından  bəlli 

olur ki, həmin ilin birinci yarısında İrəvan xanhğını 4500 tərəkəmə (elat) müsəlman 

tərk  etmişdi.  Belə  ki.  yerli  Azərbaycan  türkləri  olan  qarapapaqhlardan  800  ailə 

Arazın o tayma köçmüş, bundan əlavə, qarapapaqlılardan 100 ailə və ayrımlardan 

300 ailə Qarsa, güclü Uluxanh tayfasmdan 600 ailə Bayazidə pənah aparmışdı [32, 

sənəd 512, s.547]. 

Rusiyadan  narazı  qalan  azərbaycanlı  əhalinin  sərhədin  o  tayında 

cəmləşməsi  Paskeviçi  narahat  etdi.  Buna  görə  də  o,  Nersesi  İrəvanın  "Müvəqqəti 

idarə"sindən uzaqlaşdırmağa məcbur oldu. Türkmənçay nıüqaviləsi imzalandıqdan 

sonra  Paskeviç  general  Krasovskini  də  "Müvəqqəti  idarə"nin  rəisi  vəzifəsindən 

azad  etdi.  Bunun  ardınca  azərbaycanlı  əhaliyə  qarşı  bəd  əməllərindən  əl  çəkməyən 

Nersesi Bessarabiyaya sürgün etdirdi [109, 22; 172,72]. 

Türkmənçay müqaviləsinin təsdiq edilməsinin (20 mart, 1828) ertəsi günü 

I  Nikolay  "Erməni  vilayəti"  yaradılması  haqqında  fərman  imzaladı.  Fərmanda 

deyilir: "İranla bağlanmış müqaviləyə əsasən, İrandan Rusiyaya birləşdirilən İrəvan 

və  Naxçıvan  xanlıqlarını  bundan  sonra  "Erməni  vilayəti"  adlandırmağı  hökm  edir 

və  öz  titulumuza  daxil  edirik.  Həmin  vilayətin  quruluşu  və  onun  idarə  edilməsi 

qaydası haqqında Ali Senat lazımi fərmanları öz vaxtında alacaqdır" [76, 272-273; 

                                                           

  İrəvan  xanlığının  böyük  çətinliklə  işğal  edilməsində,  İrandan  və  Osmanlı  imperiyasından  çox-saylı 

erməni  əhalisinin  məqsədyönlü  şəkildə  bölgəyə  köçürülməsində  yaxından  iştirak  edən  Qafqazın  baş 

hərbi  hakim  general  Paskeviçin  erməni  köçünün  həyata  keçirilməsi  zamanı  belə  İrəvan  xanlığı 

ərazisində  əhalinin  dörddə  üçünün  Azərbaycan  türkləri  olmasını  etiraf  etməsi  ermənilərin  İrəvan 

bölgəsində çoxluq təşkil etməsi ilə bağlı uydurma fikirləri bir daha təkzib edir.

 

**



 V.Potto burada oturaq əhali dedikdə İrəvan xanlığının qədim yerli əhalisi olan Azərbaycan türklərini 

nəzərdə tutur. Bu faktın özü də İrəvan xanlığı ərazisinin ən qədim yerli əhalisinin məhz azərbaycanlılar 

olduğunu bir daha təsdiq edir.

 


256 

 

bax:  bölmənin  sonu,  sənəd  2].  Rusiyaya  ilhaq  olunan  iki  Azərbaycan  xanlığının 



torpaqları hesabına yaradılan "Erməni vilayəti" İrəvan və Naxçıvan əyalətlərinə və 

Ordubad  dairəsinə  bölünmüşdü  [32,  sənəd  437,  s.487].  İrəvan  əyalətinə,  keçmiş 

İrəvan  xanlığında  olduğu  kimi,  15  mahal,  Naxçıvan  əyalətinə  5  mahal,  Ordubad 

dairəsinə  də  5  mahal  daxil  idi.  "Erməni  vilayəti"  idarəsinin  rəisi  vəzifəsinə  yerli 

qoşunların  komandanı  general-mayor,  gürcü  knyazı  A.Q.Çavçavadze  təyin 

edilmişdi [32, sənəd 438, s.487; 109, 23]. 



Yüklə 12,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin