Ermənilərin Osmanlı imperiyasından Ġrəvan
xanlığı ərazisinə köçürülməsi
1826-1828-ci illər Rusiya - İran müharibəsində qələbədən ruhlanan rus
ordusu 1828-ci il iyunun 14-ə Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından
12 minlik qoşunla Arpaçayı keçərək Şərq Anadoluda işğallara başladı və iyunun 23-
də Qars qalasını ələ keçirdi. Hücumu genişləndirən rus qoşunları iyulun 24-də
Axalkələyi, avqustun 15-də Ahıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi
tutdular.1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus
ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu və Bayburtu işğal etdi [109, 33].
Yeri gəlmişkən, birinci və ikinci Rusiya - İran müharibələri nəticəsində İrəvan
xanlığının ərazisindən - öz ata-baba yurdlarından didərgin salınan azərbaycanlılar
əsasən Şərqi Anadoluda sığınacaq tapmışdılar. Rusların Şərqi Anadoluya hücumu
zamanı qırğınlara və yenidən köçkün düşməyə məruz qalanların əksəriyyəti yenə də
azərbaycanlılar idi. Bu dəfə onlar Türkiyənin içərilərinə doğru köçməyə məcbur
oldular [193.826; 109,33].
1829-cu ilin avqustunda rus ordusu Balkan cəbhəsindən İstanbula
yaxınlaşdıqda II Sultan Mahmud Rusiyaya barışıq təklif etdi və sentyabrın 2-də
Ədirnə müqaviləsi imzalandı. Yeni təyin olunan rus-türk sərhədinə görə, Axılkələk
qalası və Axıska şəhəri Rusiyaya ilhaq olundu, müharibə zamanı ruslar tərəfindən
zəbt edilmş Qars, Trabzon, Bayazid və Ərzurum paşalıqları isə Türkiyəyə
qaytarıldı [183, 180].
Köçürməyə hazırlıq. Ədirnə müqaviləsinin 13-cü addəsinə əsasən,
Türkiyənin işğal olunmuş ərazilərindəki ermənilərə 18 ay müddətində daşınan
əmlakları ilə birlikdə Rusiya təbəəliyinə keçmək hüququ verilmişdi. Rus
qoşunlarının Qars, Ərdəhan, Bayazid, Ərzurum və digər bölgələrdən geri çəkilməsi
264
hərbi əməliyyatlar zamanı türklərə xəyanət edən erməniləri çıxılmaz vəziyyətə saldı.
Rus qoşunlarının komandanlığı İran erməniləri kimi, Türkiyə ermənilərini də yenicə
işğal edilmiş Azərbaycan torpaqlarına köçürmək və bununla da Türkiyə ilə
sərhədboyu ərazilərdə də ermənilərin say üstünlüyünü təmin etrirək qərarına gəldi.
Bu məqsədlə də 1829-cu il oktyabrın 10-da general Paskeviç imperator I Nikolaya
raport yazıb Ərzurumda və Qarsda yaşayan ermənilərdən 10 min nəfərin
Gürcüstanda və "Erməni vilayəti"ndə yerləşdirilməsinə icazə istədi [32, sənəd 818,
s.830].
1829-cu il noyabrın 18-də hərbi nazir Çernışev Paskeviçə bildirdi ki,
imperator onun təklifini bəyənmişdir [32, sənəd 819, s.830-832] Bundan xəbər tutan
Paskeviç dərhal əməli fəaliyyətə başladı. O, dekabrın 3-də Gürcüstanın mülki
qubernatoruna məktubla xəbər göndərdi ki, Türkiyədə yaşayan və könüllü surətdə
Gürcüstana və Rusiyaya məxsus digər vilayətlərə köçmək istəyən, bunun üçün
maddi yardım tələb etməyən ermənilərə yola düşmək üçün lazımi sənədlər verilməsi
barədə yerli qoşun rəislərinə icazə verib və bundan istifadə edən bir çox erməni
ailəsi dərhal yola düşmüşdür [32, sənəd 820, s.831]. Paskeviç ermənilərin
köçürülməsi və köçürülən erməni ailələrinin məskunlaşdırılması işinə rəhbərlik
etmək üçün xüsusi komitə yaratmışdı. Həmin komitənin fəaliyyətini tənzimləmək
üçün 12 maddədən ibarət ümumi qaydalar müəyyənləşdirilmişdi [32, sənəd 822,
s.835-836].
Köçürmənin həyata keçirilməsi və köçürülənlərin yerləşdirilməsi. Qars
və onun ətraflarından köçürülən ermənilər yaşadıqları yerlərin iqlim şəraitinə
uyğun olan Ələyəz (Alagöz) dağı ətrafındakı boşaldılmış Azərbaycan kəndlərində
məskunlaşdırıldı. General Pankratyev Paskeviçə xəbər göndərdi ki, Loru dərəsində
yerləşmək üçün 95 erməni ailəsinə sənəd verilmişdir. General-mayor Bereman da
Qarsdan Gümrüyə yola düşən 400 erməni ailəsinə sənəd verdiyini bildirirdı [32,
sənəd 820, s.831]. İrəvan xanlığına, Gəncəbasara, Qarabağa və digər Azərbaycan
torpaqlarına, həmçinin Gürcüstana köçürülən ermənilər yerli müsəlman əhalinin
torpaqlarında – təbii gözəlliyi, yaxşı iqlimi, saf suyu ilə fərqlənən dağətəyi bölgələrdə
və şəhərlərdə yığcam şəkildə yerləşdirildi. Hətta, Sərdarabad qalasında olan 270 ev
belə həmin vaxt ermənilər tərəfindən tutulmuşdu [71, IV, 291; 122, 95]. Bir qədər
keçdikdən sonra M.Vladikin ermənilərin bura köçürülməsi barədə yazırdı: "İrəvan
quberniyasında yaşayan ermənilərin əksəriyyəti buranın yerli sakinləri olmayıb, 1828-
1829-cu illər müharihəsindən sonra Türkiyədən bu ərazilərə köçürülmüşlər" [142, 12;
122, 95].
1830-cu il yanvarın 22-də Paskeviçin Çernişevə göndərdiyi məlumata görə,
Qars və ətrafından köçən 2500 erməni ailəsi onun sərəncamına əsasən yaşadıqları
yerin iqliminə uyğun olan Ələyəz (Alagöz) dağı yaxınlığında - Pəmbək
distansiyasındakı boşaldılmış Azərbaycan kəndlərində yerləşdirildi [32, sənəd 821,
s.833].
Türkiyə hökuməti də, İran kimi, onun ərazisində səpələnmiş halda
265
yaşayan ermənilərin ruslar tərəfindən köçürülüb sərhəd boyunca ərazilərdə yığcam
şəkildə yerləşdirilməsindən ehtiyat edirdi. Ona görə də Osmanlı hökuməti bu
köçürmənin qarşısını almaq məqsədilə Rusiya işğalları zamanı ermənilərin
Türkiyəyə etdiyi xəyanəti, törətdikləri vəhşilikləri bağışlamaq barədə qərar verdi və
fevralın 17-də yerlərdəki ermənilərə "əfvnamə"lər göndərdi. Türkiyə tərəfi, eyni
zamanda, ermənilərin köçürülməsinin qarşısını almaq məqsədilə işğala məruz qalan,
lakin Ədirnə müqaviləsinin şərtlərinə əsasən Rusiya tərəfindən boşaldılmalı olan
Ərzurum, Qars, Bayazid, Ələşgird və s. bölgələrə öz nümayəndələrini göndərdi [189,
386-387; 109, 37-38].
Köçürülən ermənilərin qoyub getdikləri əmlak və torpaqların salınması
məsələsini həll etmək üçün Paskeviç öz nümayəndəsi mayor Vannikovu Ərzuruma
göndərdi. Yeri gəlmişkən, bu ərazilərdəki erməni kəndlərinin əksəriyyəti əvvəllər
onlara məxsus deyildi. Həmin kəndlər bir qədər əvvəl, yəni müharibə zamanı
təhlükəsiz yerlərə köçməyə məcbur olan müsəlmanların tərk etdiyi kəndlər idi.
Ermənilər bu yolla təkcə Qars bölgəsində 80 kəndə tamamilə, 15 kəndin isə
yarısına yiyələnmişdilər. Digər tərəfdən, Rusiyanın işğal etdiyi ərazilərdən (əsasən,
Axılkələk və Axıska bölgələrindən) Türkiyənin digər bölgələrinə qaçan türklərin
qoyub getdikləri əmlak və torpaqları, onların boşaltmağa məcbur olduqları
kəndlərin taleyi Rusiya tərəfi əsla maraqlandırmırdı [109, 38].
Ədirnə müqaviləsi ilə müəyyən edilən müddətin başa çatması ərəfəsində,
yəni 1831-ci il aprelin 3-nə qədər tərtib edilən sənəddə Türkiyədən köçürülən erməni
ailələrinin təxmini sayı və məskunlaşdıqları ərazilər göstərilmişdir. Türkiyədən
köçürülən ermənilər Axıska Pəmbək-Şörəyel və "Erməni vilayəti"ndə yerləşdirildi
[32, sənəd 830 s.847]. Həmin sənəddən məlum olur ki, Türkiyə paşalıqlarından
Rusiya hüdudlarına (yəni Axıska paşalığı, Borçalı distansiyası, Pəmbək və Şörəyelə,
Talın mahalı, Göyçə gölü ətrafı və Baş Abarana) 14044 erməni ailəsi
köçürülmüşdür. Ərzurumdan köçürülən 7288 erməni ailəsindən 5000-i, eləcə də
Ərdəhandan 67 erməni ailəsi Axıska paşalığı
*
ərazisində, 1050 ailə Borçalı
distansiyasında və Çalqa ətrafında, qalan 1305 ailə isə Pəmbək və Şörəyel
distansiyalarında məskunlaşdırılmışdı. Qarsdan köçürülən 2464 ailədən 2264-ü
Pəmbək və Şörəyel distansiyalarında, 200-ü isə Talın mahalında, Bəyaziddən
köçürülən 4215 ailə Göyçə gölü ətrafında və Baş Abaranda məskunlaşdırılmışdı
[32, sənəd 830, s.847]. Həmin sənədə aid əlavə qeyddə göstərilir ki, tam və dəqiq
hesabat təqdim edilmədiyi üçün Türkiyədən neçə nəfərin köçürüldüyü dəqiq
göstərilməmişdir. Lakin hesablama komissiyasının təxmini sayına görə, Osmanlı
dövləti ərazisindən 84 min nəfərdən artıq erməni və yunan köçürüldüyü məlum olur
[32, sənəd 830, s.847]. Lakin 1831-ci il aprelin 24-də qraf Paskeviçin adına verilmiş
*
Axıska paşalığı indiki Gürcüstan Respublikasının Cavaxeti bölgəsidir. XX əsrin ortalarında Stalin
rejmi bölgənin yerli əhalisi olan Məhsəti türklərini zorla Mərkəzi Asiyaya köçürdükdən sonra yenidən,
ikinci dəfə bu bölgəyə erməniləri yerləşdirdi. Qonşulara qarşı saxta torpaq iddialarından çəkinməyən
ermənilər müasir dövrdə Cavaxeti (Məhsəti) bölgəsinə də ərazi iddiası sürürlər.
266
Əlahəzrətin buyuruğunda Türkiyə vilayətlərindən köçürülmüş xristianlar, yəni
erməni və yunanlardan ibarət 14 mindən çox ailə (min nəfərə qədər) üçün 380 min
rubl gümüş pul ayrıldığı bildirilirdi [89, 61; 32, sənəd 832, s.847]. General
Paskeviç özü köçürülənlərin 90 ildən artıq [32, sənəd 829, s.845; 172, 66],
erməni tarixçisi Tavakalyan isə 100 min nəfərə yaxın olduğunu göstərirlər
[186,37].
Osmanlı imperiyası ərazisindən Gürcüstana köçürülən ermənilər əsasən
Azərbaycan və Məhsəti türklərinin yaşadığı bölgələrdə yerləşdirildi. Bu faktı gürcü
müəllifləri də öz əsərlərində təsdiq edirlər. Ədirnə müqaviləsindən sonra 106
mindən çox erməni general Paskeviçə Axıska torpağında məskunlaşmaq üçün
müraciət etdi. Köçürmənin birinci böyük axını Axıskaya, ikincisi isə Kvemo-Kartliyə
(Borçalı, - red.) oldu [212, 75]. General Paskeviç Ərzurumdan köçürülən 100 min
ermənini Axılkələk və Axıska bölgələrinə yerləşdirdi [212, 100]. Artıq 1832-ci ildə
Axıska əhalisinin əksəriyyətini ermənilər təşkil edirdi [213, 82-111]. Digər müəllifin
məlumatına görə, Rusiya tərəfindən köçürülən 20 min erməni ailəsi Cavaxetidə
[Axıska - red.] yerləşdirildi [21 1,70].
Ümumiyyətlə, Türkiyədən keçmiş İrəvan xanlığı ərazisinə köçürülən
ermənilər şəhərlərdə yerləşmək istəmədiyindən özləri üçün yaşayış məskəni olaraq
Göyçənin cənubunu və qərbini, Dərəçiçək, Abaran, Sürməli və Talın mahallarını
seçdilər [45, 93; bax: 182, 118]. Beləliklə, yeni köçürülənlərin əksəriyyəti İrəvan
vilayətinin şimal və mərkəzi hissələrində və demək olar ki, bütünlüklə Pəmbək-
Şörəyeldə yerləşdirildilər. Bunun nəticəsində Pəmbək və Şörəyeldə ermənilər 96 faizə
çatdırıldı [71, II, 303-304; 182, 118].
Ermənilərin İrandan köçürülməsi zamanı fəallıq göstərən hərbçilər və din
xadimləri mükafatlandırıldıqları kimi, Türkiyədən köçürülmələr zamanı da xidməti
olanlara yüksək mükafatlar verildi. İ.Şopenin apardığı siyahıyaalmanın nəticələrinə
görə, ümumiyyətlə, 1828-1829-cu illər Rusiya – Türkiyə müharibəsindən sonra
"Erməni vilayəti"nə Türkiyədən 21666 nəfər (3682 ailə) erməni, 324 nəfər (67 ailə)
yezidi kürd köçürülmüşdür. Köçürülən ermənilər əsasən keçmiş İrəvan xanlığının
Qırxbulaq, Sürməli, Talın, Körpübasar Abaran, Dərəçiçək və Göyçə mahallarının
129 kəndində yerləşdirildi [95,636-642; 109,40]. Qeyd olunmalıdır ki, Şimali
Azərbaycana məxsus olan Şörəyel Lori-Pəmbək bölgələri 1801-1805-ci illərdə
Gürcüstana birləşdirildiyindən, "Erməni vilayəti"nə daxil edilməmiş və Gürcüstanın
tərkibində qalmışdı. 1829-cu ilədək (yəni Rusiya - Türkiyə müharibəsindən sonra
ermənilərin rəsmi surətdə köçürülməsinə qədər) Şörəyel-Pəmbək distansiyasına
1536 erməni ailəsi (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148
ailə (10575 nəfər kişi cinsi) köçürüldü. 1832-ci ilin sonu, 1833-cü i l i n əvvəlində
Türkiyədən Zalqayaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən
Şörəyel-Pəmbək distansiyasına gətirildi. Köçürülənlər arasında 169 nəfər yunan və
963 nəfər erməni katoliki də var idi [71, h.II, 302-304; 109, 41]. Smirnova görə isə,
Türkmənçay və Ədirnə müqavilələrinin onlara verdiyi hüquqdan yararlanan
267
ermənilər İrandan 90 min nəfər, Türkiyədən isə təxminən 75 min nəfərədək
köçürülərək Azərbaycan ərazisində məskunlaşdırıldı [183,180]. Erməni mənşəli
amerikan tarixçisi C.Bornoutyan öz tədqiqatında Rusiya işğalından sonra İrəvan
xanlığına xeyli sayda erməni əhalinin köçürülüb gətirildiyini, azərbaycanlıların isə
ata-baba yer adlarının erməniləşdirildiyini etiraf edir; məsələn, Osmanlı
imperiyasından ermənilər köçürülükdən sonra Göyçə mahalının mərkəzinin [Kəvər -
red.] ermənilər tərəfindən dəyişdirilərək Nor Bayazid adlandığını qeyd edir [200,37-
38;145,122].
Ġrəvan xanlığı ərazisində etnodemoqrafik
vəziyyətin ermənilərin xeyrinə dəyişdirilməsi
Rusiya imperiyası tərəfindən həyata keçirilən bir qanlı siyasət nəticəsində
İrəvan xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdirildi.
Qeyd etdiyimiz kimi, 1828-ci il martın 21-də Azərbaycan torpaqları
hesabına yaradılan "Erməni vilayəti" İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad
dairəsinə bölünmüşdü. İmperatorun fərmanı ilə "Erməni vilayəti" təşkil olunan
zaman İrəvan əyalətində 4 dairə yaradıldı: İrəvan, Sərdarabad, Şərur və Sürməli.
Həmin dairələrə daxil edilən mahallar isə əvvəllər sayında saxlanıldı [71, IV, 270].
Ermənilərin İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə köçürülməsi
işğaldan sonra uzun müddət davam etdirildi. Malenadaranda saxlanılan sənədlərə
istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 ailə
olduğunu qeyd edir [186, 33].
1834-cü ilin kameral təsvirinə görə, İrəvan şəhərinin ətrafında yaşayan
2750 ailədən 1807 ailə tatar (yəni Azərbaycan türkü - red.), 898 ailə erməni, 40
boşa (qaraçı - red.) ailəsi vardı və onların içərisində çoxu müxtəlif peşədən olan
ustalar və sənətkarlar idi [71, IV, -91]. Həmin kameral təsvirə görə, bütövlükdə
İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil
edirdi. Bunların 29690 nəfəri tatar (yəni Azərbaycan türkü - red.), 10350 nəfəri
əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən
ermənilər, 1000 nəfərə yaxını Bayazid paşalığından buraya köçürülən yezidi kürdlər
və az bir hissəsi boşa adlanan qaraçılardan ibarət idi [71, IV, 270-271; bax:
bölmənin sonu, cədvəl 5].
Azərbaycanlı əhalinin doğma torpağından
didərgin salınmasımn haşlanması
Ermənilərin köçürülməsi ilə bağlı olaraq azərbaycanlı əhalinin təqib
olunması və sıxışdırılması nəticəsində 1828- ci ildə İrəvan və Naxçıvandakı
müsəlmanlar açıq və ya gizli şəkildə vətənlərini tərk edib xarici ölkələrə pənah
aparmaqda davam edirdilər [32, sənəd 622 s.646; sənəd 623, s.647]. Bu cür vəziyyət
268
Rusiya işğalçılarını və gəlmə erməniləri tamamilə təmin edirdi. Belə ki, 1828-ci ilin
aprelində Paskeviçin verdiyi əmrə görə, İrəvan əyalətini tərk edən müsəlman
köçkünlər Rusiya hüdudlarına (yəni öz vətənləri olan İrəvan xanlığı ərazisinə - red.)
yalnız onun xüsusi icazəsi əsasında qayıda bilərdilər [32, sənəd 438, s.490].
1829-cu ilin əvvəlində qraf Paskeviç- "Erivanski"nin tapşırığı ilə kollec
asessoru İ.Şopen "Erməni vilayəti"ndə kameral siyahıyaalma keçirdi. Əlyazması 20
cilddən ibarət olan həmin siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr
edilən "Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi
abidəsi" adlı əsərində verilmişdir. İ.Şopenin siyahıyaalmasına görə, müharibələrdən
sonra "Erməni vilayəti"ndə mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u
Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi [95, 485-508]. Müharibə
nəticəsində vilayətin ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyallətində
(nəzərə almaq lazımdır ki, o vaxt Şərur mahalı İrəvan əyalətinə daxil idi - red.), 43
kənd Naxçıvan əyalətində, 6 kənd isə Ordubad dairəsində xaraba qaldı. Bu
Azərbaycan kəndlərinin əhalisi kütləvi qırğınlara məruz qaldı və öz doğma yurd-
yuvalarından didərgin salındı [95, 510-518]. Deməli. dağıdılmış və xaraba qalan
kəndlərlə birlikdə "Erməni vilayəti"ndə cəmisi 1111 kənd (359 xaraba qalmış və 752
abad kənd) olmuşdur ki, bunların da 831-i (521 abad və 310 xaraba kənd) əvvəllər
İrəvan xanlığının ərazisinə daxil idi [109, 23; bax: bölmənin sonu, əlavə 2;3].
İ.Sopenin hesablamasına görə, İrəvan və Naxçıvan xanlıqlarının Rusiya
tərəfindən işğal edilməsinədək "Erməni vilayəti"ni təşkil edən ərazilərdə təxminən
23730 ailə (İrəvan əyalətində 17000, Naxçıvan əyalətində 4600, Ordubad
dairəsində isə 2130 ailə) yaşamışdır ki, bu da orta hesabla hər ailəyə 5 nəfər
olmaqla, 118650 nəfər edir [95, 542].
Siyahıyaalmanın nəticələrinə görə, köçürülməyədək vilayətdə 81749 nəfər
müsəlman və 25151 nəfər erməni
*
qeydə alınmışdı. Bu tarixi fakt ermənilərin
kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, yerli azərbaycanlı əhalinin
yenə də böyük üstünlük təşkil etdiyini göstərir. Bundan əlavə, İ.Şopenin
siyahıyaalmasında ayrı-ayrı yaşayış məntəqələri üzrə İrandan (35560 nəfər) və
Türkiyədən (21666 nəfər) Azərbaycan torpaqlarına köçürülən erməni ailələrinin
sayı (ümumilikdə 10631 ailə) və onların hansı yaşayış məntəqələrində
məskunlaşdırıldığı da göstərilmişdir [95, 639-642]. Bu da siyahıyaalmanın o
zamankı tarixi reallığı əks etdirən ilk mənbə olduğunu göstərir [bax: bölmənin
sonu, əlavə 1].
Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi sonrakı illərdə də
davamlı olaraq həyata keçirilirdi. Qədim Azərbaycan torpağı olan İrəvan xanlığının
ərazisində Rusiya işğalından sonra gəlmə ermənilərin sayının süni surətdə
artırıldığını, yerli Azərbaycan türklərinin isə sayının azaldığını çox aydın göstərir.
Belə ki, 1826-1828-ci illər Rusiya işğalınadək İrəvan xanlığında ermənilərin sayı 20
*
İ.Şopenin siyahıalmasına əsasən, "Erməni vilayəti"ndə "əvvəllər yaşayan" ermənilər bura XIX əsrin
əvvəllərindəki Rusiya – İran və Rusiya – Türkiyə müharibələri zamanı köçürülmüşdülər.
269
faizdən
**
də az olduğu halda, işğaldan sonra - 1832-ci ildə artıq onların sayı 55,5
%-ə çatdırılmışdı.
Əhalinin demoqrafik tərkibində zorla aparılmış dəyişikliyi rus mənbələri
də təsdiq edir: "Pəmbək və Şörəyelin əhalisi rus işğalından sonra dəyişdi. Yerli
əhalini (yəni Azərbaycan türklərini - red.) gələnlər (yəni ermənilər - red.) əvəz etdi.
Belə ki, yerli əhali içərisində oranın əvvəlki sakini olmuş hər hansı hir qoca ermənini
nadir halda taparsan. Yeni əhali buraya əsasən "Erməni vilayəti"ndən, Ərzurumdan,
Qars və Kürdüstandan köçürülmüşdür. Hazırda Pəmbək distansiyasının sakinləri 2
hissəyə bölünür. Yerli sakinlər (yəni Azərbaycan türkləri red.) və yeni köçürülənlər
(yəni ermənilər - red.). Axırıncılar Rusiya – Türkiyə müharibəsindən sonra 1829-cu
ildə rus hökumətinin təbəəliyinə keçənlərdir". 1829-cu ilin kameral təsvirinə görə,
distansiyanın əhalisi - yerli sakinlər 1536 ailə (5425 nəfər) və yeni köçürülənlər
3148 ailədən (10575 nəfər kişi cinsi) ibarətdir [71, II, 303; 122, 95-96].
Ən çox etnik dəyişikliyə İrəvan və Naxçıvanın kənd əhalisi məruz qaldı. Hər
iki əyalətdə ermənilərin sayı 2 dəfədən çox artdı. İrəvanda ermənilər sayca yerli əhali
ilə bərabərləşdi, Naxçıvanda isə əhalinin 1/3-nə çatdı. Şəhər əhalisi içərisində
azərbaycanlılar - İrəvan şəhərində 64%, Naxçıvanda 66% çox, Ordubadda 98%
üstünlük təşkil edirdi [95, 635-638; 182,118]. Qeyd etmək lazımdır ki, Naxçıvan
bölgəsində yerli əhalinin kütləvi narazılıqları nəticəsində ermənilər bu yerləri tərk
etməyə məcbur oldular.
N.Voronov qeyd edirdi ki, ümumiyyətlə, köçürülənlər məskunlaşdırılarkən
rus hökuməti erməniləri bu ərazilərə yerləşdirməklə müsəlman elementinin
əhəmiyyətini azaltmağa çalışırdı [45, 92].
1832-ci il siyahıyaalmasına görə, İrəvan əyalətindəki kəndlərdən 463-də
müsəlmanlar [Azərbaycan türkləri - red] 98-də ermənilər" 65 kənddə isə
azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Əvvəllər ermənilərin heç
yaşamadığı Göyçə, Abaran, Vedibasar, Şərur digər mahallarda onların kütləvi
şəkildə yerləşdirilməsi diqqəti cəlb edir. İrandan köçürülən ermənilər Azərbaycan
türklərinin tərk etməyə məcbur olduqları 62 kənddə, Azərbaycan türklərinin
yaşadığı 68 kənddə, qarışıq əhalisi olan 24 kənddə və yalnız yeni salınmış 32 erməni
kəndində məskunlaşdılar. Türkiyədən köçürülən ermənilər, İrandan köçürülənlərdən
fərqli olaraq, rus işğalına qədər ancaq müsəlmanların yaşadıqları, lakin məcburiyyət
qarşısında tərk etdikləri 64 kənddə yerləşdirildi. Onların bir hissəsi bundan əvvəl
köçüb gəlmiş ermənilərin (15 kənd) və İran ermənilərinin (23 kənd) və ya əhilinin
qarışıq yaşadığı kəndlərdə (12 kənd) məskunlaşdırıldı. Yalnız Türkiyə ermənilərinin
cüzi hissəsi azərbaycanlı-erməni kəndlərində (12 kənd) yerləşdi. Beləliklə, erməni
köçkünləri boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlıların yaşadığı 70
kənddə, 22 qarışıq vo 47 erməni kəndində məskunlaşdırıldılar [95, 543-630; bax:
**
Qeyd etdiyimiz kimi, İrəvan xanlığıl əhalisinin təqribən 20 %-ə qədərini təşkil edən ermənilərin
əksəriyyəti bura əsasən XIX əsrin əvvəllərində Rusiya işğalının başlandığı dövrdə köçürülmüşdü.
270
182, 118-119].
Hətta, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsini
hazırlayan Qriboyedovun özü belə köçürmə prosesini mənfi qiymətləndirmiş və
ermənilərin dövlət torpaqlarında deyil, əsasən müsəlmanlara - mülkədarlara və
kəndlilərə məxsus torpaqlarda yerləşdirildiklərini və onların burada müsəlmanları
sıxışdırdıqlarını qeyd edir [32, sənəd 618, s.642].
Şimali və Qərbi Azərbaycana köçürülən ermənilərin böyük hissəsi dövlət
kəndliləri olan azərbaycanlıların torpaqlarında yerləşdirilirdi. Bu torpaqların
sahiblləri yay aylarında yaylaqlarda olduqlarına görə ilk vaxtlar gəlmə ermənilərin
yerləşdirilməsi əməliyyatı sakit bir şəraitdə gedir, elə bir münaqişə baş vermirdi.
Lakin sonralar yerli əhali yaylaqdan qayıtdıqdan sonra bu prosesin daimiləşdiyini
görən müsəlmanların ciddi narazılıq dövrü başlandı. Rus diplomatı Qriboyedov bu
məsələ ilə əlaqədar olaraq yazırdı: "Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara
əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan vahiməni aradan
qaldırmaq və sonuncuların düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini
bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik" [47,
341]. Maraqlıdır ki, Rusiya səfirinin təklifinə əsasən müsəlmanlara ermənilərin
onların torpaqlarında məskunlaşdırılması barədə yalan məlumatlar verilirdi.
Qriboyedov yazırdı ki, indi biz müsəlmanları düşdükləri bu çətin vəziyyətlə
barışdırmalı və onları inandırmalıyıq ki, ermənilər bu torpaqlarda müvəqqəti
qalacaqlar. Çünki, azərbaycanlılarda belə bir fikir yaranıb ki, "ermənilər ilk dəfə
ayaq basdıqları torpaqlara həmişəlik yiyələnirlər". Biz müsəlmanları bu fikirdən
daşındırmalıyıq [47, 341].
Köçürmə komissiyasının verdiyi təlimata görə, yeni salınan xristian-erməni
kəndləri müsəlman-azərbaycanlı kəndlərindən ayrı olmalı, xristianlar-ermənilər
xüsusi dairə və mahallarda yetişdirilməli idi[90, 159].
İrəvan xanlığının ərazisinə ermənilərin kütləvi köçürülmələri sonrakı
dövrlərdə də davam etdirildi. Ermənilərlə yanaşı, yezidi kürdlər də İrəvan xanlığı
ərazisində yerləşdirildi. 1834-cü iliıı məlumatına görə, Bayaziddən gətirilən 1000
nəfər (təqribən 300 ailə) yezidi kürd İrəvan əyalətində məskunlaşdırıldı [71, h.IV,
270-271]. Ələyəz (Alagöz) dağının ətəyindəki bir sıra boşaldılmış Azərbaycan
kəndlərində də yezidi kürdlər məskunlaşdırıldı. Yezidi kürdlər 1839-cu ildə Mirək
Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək,
Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşdirildi.
Nəhayət, 1877-ci ildə yezidi kürdlər Bağdad-Dolu-Taxt və Kiçik Cəngi (və ya Şah
Səngər) kəndlərində yerləşdirildi [70, 4]. Türkiyədən köçürülən yunanlar isə əsasən
Şörəyel-pəmbək distansiyasının Bayandur, Sisimədən, Alakilsə (Baytar)
kəndlərində və Gümrüdə məskunlaşdırıldı [109,42].
Ümumiyyətlə, 1826-1828-ci illər Rusiya - İran və 1828-1829-cu illər
Rusiya - Türkiyə müharibələrindən sonra kütləvi köçürmələr zamanı "Erməni
vilayəti"nə - İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57226
271
nəfər erməni (10631 ailə) köçürüldü. Köçürülmələrdən əvvəl həmin ərazidə cəmisi
25151 nəfər (4428 ailə) erməni yaşayırdı ki, onlar da bundan əvvəlki müharibələr
zamanı köçürülmüşdü. Müharibələr nəticəsində İrəvan və Naxçıvan xanlıqlarının
ərazisindən Azərbaycan türklərinin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749
nəfər (16078 ailə) azərbaycanlı qalmışdı. Kütləvi köçürmələrdən sonra "Erməni
vilayəti"ndə ermənilərin sayı 82377 nəfərə (15059 ailə) çatdı. Nəticədə vilayətdə
erməni əhali müsəlmanları, cüzi də olsa, sayca üstələdi [95, 642; 109,42]. Bununla da
bu qanlı siyasəti həyata keçirən çar Rusiyası və erməni siyasətçiləri öz çirkin
məqsədlərinə nail oldular. Ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-nun
"Erməni vilayəti"ndə yerləşdirilməsi nəzərə alınsa, Onda belə qənaətə gəlmək olar
ki, qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülmüşdür [109, 32].
1840-cı ildə "Erməni vilayəti" ləğv edildi. Onun əvəzində İrəvan qəzası
yaradıldı və bu qəza Gürcü-İmereti quberniyasının tərkibinə daxil edildi. Bununla
Azərbaycanın ərazi-dövlətçilik ənənələrinə növbəti zərbə vuruldu və İrəvan
xanlığının ərazisində erməni dövləti yaratmaq üçün növbəti addım atıldı. 1849-cu
ildə İrəvan, Aleksandropol [Gümrü — red.], Naxçıvan, Ordubad və Novo-Bayazid
[Göyçə mahalının şərq hissəsi - red.] qəzalarından ibarət İrəvan quberniyası təşkil
edildi və 1917-ci ilə qədər bu struktur əsasən dəyişməz qaldı [109, 24]. İrəvan
quberniyasının yaradılması Şimali Azərbaycan ərazisində erməni dövləti
yaradılması yolunda həlledici addım oldu.
Yeri gəlmişkən, XIX əsrin əvvəlində Rusiya imperiyasının bəzi hakim
dairələri Cənubi Qafqazda Azərbaycan torpaqlarında ermənilərin deyil, məhz rus
kolonistlərinin - kazaklar, molokanlar duxoborlar və başqa təriqəllərdən olan
xristian əhalinin yerləşdirilməsinə üstünlük verirdi. Bu məqsədlə bir neçə layihə
hazırlansa da. sonralar onların icrası təxirə salındı.
N.N.Şavrov Rusiyanın Cənubi Qafqazdakı müstəmləkəçilik siyasəti
haqqında yazır: "Biz müstəmləkəçilik fəaliyyətimizə Cənubi Qafqazda rusların
deyil, bizə yad olan xalqların yerləşdirilməsindan başladıq... 1826-1828-ci illər
müharibəsinin qurtarmasından sonrakı iki il ərzində - 1828-ci ildən 1830-cu ilədək
Cənubi Qafqaza 40 min İran və
84 min Türkiyə ermənisi köçürdük və onları
erməni əhalinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı
dövlət torpaqlarında yerləşdirdik. Onları, həmçinin, Tiflis quberniyasının Borçalı,
Axıska və Axılkələk qəzalarında yerləşdirdik. Onların yerləşdirilməsi üçün 200
min desyatindən artıq dövlət torpağı ayrıldı, müsəlmanlardan 2 milyon rubldan
artıq məblağdə xüsusi mülkiyyət torpaqları satın alındı. Yelizavetpol
quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahili həmin ermənilərlə
məskunlaşdırıldı. Nəzərə almaq lazımdır ki, rəsmi köçürülən 124 min nəfər erməni
ilə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə,
köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır" [92, 63; 109,43].
Ermənilərin keçmiş İrəvan xanlığı ərazisinə axını 1877-1878-ci illər
Rusiya – Türkiyə müharibəsindən sonra daha da gücləndi. XIX əsrin 90-cı illərində
272
Türkiyədə dövlətə qarşı baş verən erməni qiyamlarının yatırılmasından sonra daha
400 minə yaxın erməni yenə də Cənubi Qafqaza Azərbaycan torpaqlarına köçdü.
N.Şavrov qeyd edir ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1.300.000
ernəninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik.
N.Şavrovun yazdıqlarını orijinalda olduğu kimi təqdim edirik: "Кроме армян в
наши пределы переселилось не которое количество айсор, а также и
мусульман (в Бакинскую губернию), по наибольшее количество переселенцев
выпадает на долю армян: так, из 1.300 т., проживающих ныне в Закавказье
армян, более 1.000.000 душ не принадлежит к числу коренных жителей края
и поселены нами" [92,63].
Beləliklə, XIX əsrin əvvəllərində Qacarlar İrani və Osmanlı dövlətini
məğlubiyyətə uğradaraq Cənubi Qafqazı işğal edən Rusiya imperiyası zor gücünə
regionun etnik mənzərəsini dəyişdi. İran və Türkiуəуə qarşı yeni müharibələrə
hazırlaşan çar Rusiyası Cənubi Qafqazda yeni xristian bufer xətti yaratmaq üçün
kütləvi surətdə erməniləri İran və Türkiyədən yenicə işğal olunmuş Şimali
Azərbaycan torpaqlarına keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə
və digər yerlərə köçürdü.
Bununla XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik
xəritəsində yeni toplum erməni toplumu peyda oldu. İran və Osmanlı dövlətinə
qarşı müharibələrdə daim Rusiyaya hər cür xidmət göstərən və Azərbaycan,
Gürcüstan, Türkiyə əraziləri hesabına özünə dövlət yaratmağa çalışan ermənilər
Cənubi Qafqazda daimi gərginlik ocağı yaratdılar. Bütün Cənubi Qafqazda və
Şərqi Anadoluda ermənilərin və onların havadarlarının əli ilə törədilən soyqırımları
və deportasiyalar dövrü başlandı. Bu qanlı siyasətin əsas hədəfi isə Azərbaycan və
Türkiyə oldu.
|