Ġrəvan qalasının Rusiya işğalçıları tərəfindən
birinci mühasirəsi və şəhərin qəhrəmancasına müdafiəsi
(2 iyul-3 sentyabr, 1804-cü il)
1804-cü il iyunun 10-da Qacarlar İranı ilə Rusiya arasında diplomatik
danışıqlar kəsildi və bir neçə gündən sonra hər iki dövlət arasında müharibə
başladı. Gümrüdə möhkəmlənən rus qoşunları iyunun 15-də oradan Üçkilsəyə
doğru hərəkət etdi. Üçkilsəni və Qəmərlini böyük çətinliklə
**
ələ keçirən rus
qoşunları iyulun 2-də, sübh çağı İrəvan qalasını mühasirəyə aldı [26, sənəd 1668,
s.810; 74, 228, 266]. İrəvan xanının qoşunları yaxşı silahlanmışdı və qalanın
müdafiəsi də lazımınca təşkil olunmuşdu. Hətta erməni müəllifləri də bunu gizlədə
bilməyərək İrəvan xanının güclü müqaviməti barədə yazırdılar ki, "...1804-cü il
iyulun 24-də rus qoşunlarının İrəvan qalasına hərtərəfli hücumu başlandı. 60 topa
və 7000 əsgərə malik olan qala qarnizonunun ruslara qarşı inadlı mübarizəsi
başlandı [172,21]".
Həmin dövrdə İrəvan qalası və orada yerləşən müdafiə qarnizonu barədə
maraqlı məlumatlar vardır. Həmin məlumatlardan aydın olur ki, Zəngi çayının
kənarındakı ən yüksək təpədə inşa olunan İrəvan qalasının çay tərəfdən qala divarı
qalan divarlara nisbətən zəif idi. Qalanın digər divarları ikiqat hasarlardan ibarət
idi. Kərpic və daşdan hörülmüş qala divarları həm hündür, həm də qalın idi. Birinci
qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud 20 sajenə
*
bərabər idi.
Divarlar arasındakı xəndək su ilə doldurulurdu. Qalanın 17 bürcü var idi. İrəvan
qalasının üstündə qurulmuş 60 topdan yalnız 20-si saz vəziyyətdə idi. İrəvan
qalasında üç mortir (qısalüləli top - red.) də qurulmuşdu. Qalanı müdafiə edən
*
Bu döyüş Abbas Mirzənin rus qoşunlarına qarşı göndərdiyi Mehdiqulu xan Dəvəlinin rəhbərlik etdiyi
8 minlik dəstə arasında olmuşdu [bax: 127,30].
**
Üçkilsədə yerləşən Qacarlar İranının qoşunları ilə rus qoşunları arasında 5 gündən artıq qanlı döyüş
gedir. Bu döyüşlərdə rus qoşunları xeyli ilki verərək iyunun 26-da kilsəni tərk edir. Sisianovıın başçılıq
etdiyi rus qoşunları İrəvan yaxınlığında Zəngi çayi üzərində yerləşən, əlverişli strateji mövqeyi olan
Qəmərli kəndini ələ keçirməyə can atır. Bu zaman ermənilər general Sisianova artıq şah qoşunları
tərəfindən Üçkilsənin boşaldıldığını xəbər verirlər. General az miqdarda qoşun göndərərək kilsəni
müqavimətsiz ələ keçirir. Eyni zamanda Qəmərli kəndi uğrunda İrəvan xanının və Abbas Mirzənin
qoşunları ilə rus qosunları arasında qanlı döyüşlər gedir. Lakin iyunun sonunda əlavə kömək alan rus
qoşunları böyük çətinliklə də olsa mühüm strateji mövqeyi olan Qəmərli kəndini ələ keçirə bilir [bax:
74, 225-227, 261-266; 148, 314-315; 320-321; 188,38].
*
1 sajen 2,134 metrə bərabər idi.
201
qarnizon 7000 nəfərdən ibarət idi [74, 267; 115. 97].
Rusiya dövlətinin sifarişi ilə yazılmış XIX əsr Azərbaycan
salnamələrində, məsələn, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində də
irəvanlıların qəhrəmanlıq mübarizəsi öz əksini tapmışdı: "Qızılbaşlar (burada
İrəvan xanının və Qacar dövlətinin qoşunu nəzərdə tutulur - red.) gəliş-gediş
yollarını o dərəcədə kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər tərəfdən
üzülmüşdü. Hətta Sisianova qoşulub onunla bir yerdə gəlmiş olan gürcü knyazları
qaçdıqları zaman qızılbaşların əlinə keçib əsir alınmışdılar" [8,1, 68]. Ərazisində
yaşadıqları dövlətə xəyanət edən ermənilər isə rus qoşunlarının bu yürüşünə böyük
ümid bəsləyirdilər. Məlik Abovun oğlu Rüstəm və Qriqor Manuçaryan öz atlı
dəstələri ilə rus qoşunlarına kömək edirdilər [178, 150; 172, 21]. Məhz bu səbəbdən
qalanın müdafiəsinə rəhbərlik edən Məhəmməd xan Qacar və qaynı naxçıvanlı
Kalbalı xan qala sakinlərini ciddi nəzarət altında saxlayırdı. Ermənilərin xəyanətinə
bələd olan Məhəmməd xan Qacar inandığı adamların başçılığı ilə qala divarlarında
güclü nəzarətçi dəstələr yerləşdirdi. Hətta, gecə vaxtı öz adamlarını tanımaq üçün
onlara xüsusi parol təyin etmişdi və bu parollar tez-tez dəyişdirilirdi [188, 49].
İrəvan qalasının Rusiya işğalçılarına qarşı nəinki qəhrəmancasına müdafiə
olunmasını, hətta imkan düşdükcə qaladan çıxaraq bir neçə istiqamətdə qəfil
hücumlar edərək rus qoşunlarına ağır itki verməsini dövrün digər mənbələri də
təsdiqləyir [26, sənəd 1672, s.811, sənəd 1673, s.812; 148, 325]. Mühasirədə olan
irəvanlıların belə hücumları nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi
[178, 147; 67, 100]. Arxiv sənədlərində Qacarlar İranının qoşunlarının ilk dəfə
irəvanlıların köməyinə qalanın mühasirəsinin 15-ci günü gəlib çatdığı və rus
qoşunları ilə müdafiəçilər arasında baş verən 8 saatlıq döyüşdə rusların 3 zabit, 120
əsgər itirdiyi, 6 zabit, 200 əsgərinin isə yaralandığı qeyd olunur [74, 269-270].
Çarəsiz qalmış P.Sisianov İrəvan xanına məktubla müraciət edərək
məsələni ruslar tərəfindən az itki ilə həll etməyə çalışırdı. Lakin onun İrəvan xanı
ilə 6 ay davam edən yazışmaları nəticəsiz qaldı. Belə olduqda P.Sisianov
Məhəmməd xanın onun yanına gəlmiş sonuncu nümayəndəsi ilə kobud rəftar
etmiş, onu və İrəvan xanını təhqir edərək bir saat ərzində xanın Üçkilsə
monastırından apardığı xəzinəni və monastırın əsir götürülmüş yepiskopları David
və Danili geri qaytarmasını tələb etmişdi. Xanın nümayəndəsi qalaya qayıtdıqdan
sonra Məhəmməd xan tərəfindən Sisianova heç bir cavab verilmədi [115,97-98].
Qalanın müdafiəsinə tam arxayın olan və getdikcə havaların soyumasını
nəzərə alan Məhəmməd xan rus qoşunlarının ərzaq və sursatlarının tükənəcəyinə,
Tiflisdən sursat və ərzaq çatana qədər yolların keçilməz olacağına əmin idi. Ərzaq
təminatı ilə bağlı rus komandanlığının gördüyü bütün tədbirlər nəticəsiz qaldı.
Əvvəlcə avqustun 22-26-da mayor Levitskinin başçılığı ilə Üçkilsəyə ərzaq dalınca
gedən 100 nəfərlik dəstə geri dönmədiyinə görə polkovnik Maykovun başçılığı ilə
250 nəfərlik yeger dəstəsi ona köməyə göndərildi. Lakin müdafiəçilərlə işğalçılar
arasında baş verən qanlı döyüşdə rus qoşunlarından 20 nəfər öldürüldü. kapitan
202
Pirsov başda olmaqla 50 nəfər yaralandı [74, 274-275]. Avqustun sonlarında
P.Sisianov mayor Montrezoru
*
350 nəfər əsgər və 3 topla Tiflisdən gətirilən ərzağı
qəbul etmək məqsədilə Qarakilsəyə yolladı [148, 339; 178, 153; 132,49]. Bundan
əlavə, P.Sisianov aclıq çəkən rus əsgərlərinə bölgədə taxıl axtarmağı əmr etdi. Yerli
əhali düşmənə yardım etməmək üçün taxılı iri küplərə doldurub yerə basdırmışdı.
Sisianov gizlədilmiş taxılı tapanlara 50 qəpik gümüş pul verməyi vəd etsə də,
bunun heç bir nəticəsi olmadı. Bu zaman işğalçılara qoşulmuş ermənilər baş
komandana Üçkilsə monastırının ətrafında azərbaycanlılara məxsus biçilməmiş
taxıl zəmilərinin olduğunu çatdırdılar. Lakin işğalçı rus qoşunu gələnə qədər
irəvanlılar bütün taxıl zəmilərini yandırdıqları üçün bunun da faydası olmadı [148,
338-339; 74, 272; 115, 101-102].
Üçkilsə monastırı ətrafında yaşayan ermənilər rusların düşdüyü çətin
vəziyyətdən istifadə edərək əldə etdikləri taxılı çox baha qiymətə gizlincə rus
zabitlərinə satırdılar. Ermənilər bir funt unu ruslara bir abbasıya, ya da 34 qəpiyə
satırdılar ki, bu da o dövr üçün çox böyük məbləğ idi [74, 272-273].
Qacarlar dövlətinin müharibəyə başlaması ilə işğalçılara qarşı mübarizə
genişləndi və kütləvi xarakter almağa başladı. Car-Balakən üsyanları,
qarabağlıların Rusiya işğalı altındakı Yelizavetpol (Gəncə - red.) vilayətinə
hücumu [177, 372; 132, 50] və başqa azadlıq çıxışları
**
Rusiyanın Cənubi
Qafqazdakı mövqeyini xeyli sarsıtdı.
Gürcüstan valisi Aleksandr Mirzənin başçılıq etdiyi qoşunlarla birgə
hərəkət edən üsyan etmiş yerli əhalinin Tiflis İrəvan yolunu bağlaması İrəvandakı
rus qoşunlarının vəziyyətini daha da ağırlaşdırdı. Qarakilsə kəndinin 12
verstliyində mühasirəyə alınan mayor Montrezor, demək olar ki, bütün dəstəsi ilə
məhv edildi
*
[54, 241; 74, 275; 132, 50]. P.Sisianov əsirlikdən azad etdiyi 20 nəfər
İrəvan ermənisini qalaya göndərərək axırıncı dəfə Məhəmməd xandan qalanı təslim
etməyi tələb etdi [147, 275; 74,275; 132, 50]. Əvvəlki hədə-qorxuları mülayim
müraciətlərlə əvəz edən və xana müxtəlif güzəştlər vəd edən Sisianov axırıncı ana
qədər xanın qalanı təslim edəcəyinə ümid bəsləyirdi. Sisianovun "geridə qalmış" bir
xalqın nümayəndəsi hesab etdiyi İrəvan xanı onu çıxılmaz vəziyyətə salmışdı.
Məhəmməd xanın yaxşı hərbi hazırlığı və özünü doğrultmuş uğurlu taktiki
*
Vaxtilə Qarabağ xanı İbrahimxəlilə xəyanət edərək ailəsi ilə birlikdə Qarabağdan Gürcüstana qaçmış
xristian məliki Abovun oğlu Rüstəm Montrezora bələdçiliyi öz öhdəsinə götürdü [178, 150].
**
General Sisianov aclıq çəkən rus qoşunlarına ərzaq əldə etmək ücün Semyon Behbutovu Qazax
əyalətinə göndərdi. Bu "gürcü qəhrəman" işğalçı rus qoşunlarına qarşı üsyan qaldırmış qazaxlılar
tərəfindən ələ keçirilərək İran Qacarlar dövlətinə təhvil verilmişdi [bax: 74, 272]. İrəvan ətrafında olan
general-mayor Orbelianov yanındakı gürcü knyazları ilə birlikdə ərzaq çatışmazlığı səbəbindən Tiflisə
qayıtmaq əmrini verdi. Yolda Pəmbək hakimi Nağı bəy onları əsir götürdü. Əksəriyyatini öldürdü və
Orbelian, knyaz Baqration-Muxranski başda olmaqla, digərlərini (onların içərisində Sisianovun "məşhur
müşavir" rütbəsi verdiyi qılınc ustası Kaçaturi də vardı) Baba xana göndərdi [bax: 74, 273-274].
*
Bu qanlı döyüşdən yalnız bir erməni xilas ola bildi. Onun Sisianova çatdırdığı məlumata görə, "topları
ələ keçirdilər, yalnız 1 yaralı zabiti və 15 əsgəri əsir götürdülər, qalanlarını isə məhv etdilər". General
Sisianov bu məlumatın gizli qalmasını tələb etdi [bax: 74, 275].
203
manevrləri onun görkəmli siyasi və hərbi xadim olduğunu göstərirdi [bax: 26, sənəd
1241, s.618; 132, 50-51]. Xanın əsas gücünü Sisianovun həqarətlə yanaşdığı
vətənpərvərlər, mübariz azərbaycanlılar təşkil edirdi. Onlar yadelli Rusiya
işğalçılarına və onlarla əlbir olan ermənilərə qarşı öz doğma vətənlərini müdafiə
edirdilər.
1804-cü il avqustun 31-də knyaz Sisianov general-mayorlar Tuçkov,
Leontyev, Portnyagin, polkovnik Maykov, podpolkovniklər Simonoviç və baron
Klot fon Yurgenzburqun iştirakı ilə çağırdığı hərbi şurada
**
İrəvan qalasının
mühasirəsinin götürülməsini və qoşunların geri çəkilməsini qərara aldı. Həmin il
sentyabrın 1-də Sisianov axırıncı dəfə Məhəmməd xandan İrəvan qalasını təhvil
verməsini tələb etdi. Onun bu müraciətinə ertəsi gün Məhəmməd xan yenidən rədd
cavabı verdi. Yalnız bundan sonra - sentyabrın 3-də rus qoşunlarının geri çəkilməsi
barədə əmr verildi [26, sənəd 1242, s.619; 178, 154-155; 74, 275-276; 115, 104].
Cənubi Qafqazın işğalı zamanı Azərbaycana xəyanət edən və buna görə
də rus hərbçilərinin hər cür kömək göstərdiyi ermənilər yaşadıqları yerləri tərk edib
Rusiyanın işğalı altında olan Azərbaycan torpaqlarına köçürdülər. Belə ki, məlik
Abraham və yüzbaşı Qavril 200 ailə ilə birlikdə Rusiyanın nəzarəti altında olan
Qarakilsəyə köçərək Sisianova "İrəvan qalası ətrafında yaşayan və qaçmaq imkanı
olmayan 500 erməni ailəsinin də xilas edilməsi" üçün yalvarırdılar [26, sə-nəd 1256,
s.626; 74, 283; 172, 22]. Bundan əlavə, İrəvan xanının ona xəyanət edən təbəələrini
cəzalandırması təbii idi.
Göründüyü kimi, general Sisianov bu yürüşdə öz doğma torpağını
qoruyan Azərbaycan vətənpərvərlərinin inadlı müqavimətinə rast gəldi və
mühasirəyə aldığı İrəvan qalasını ələ keçirə bilmədi. Mənbənin məlumatına görə,
İrəvan qalasının birinci mühasirəsi zamanı Rusiya komandanlığı 2000-ə yaxın
hərbçi itirmişdi [26, sənəd 1682, s.815-816]. Beləliklə, rüsvayçı uğursuzluğa düçar
olan çar qoşunları geri çəkilməyə məcbur oldu. Lakin bu, məcburiyyət nəticəsində
atılan müvəqqəti addım idi. Rusiya qoşunları İrəvan qalasının mühasirəsindən əl
çəksələr də, strateji əhəmiyyətə malik İrəvan xanlığı ərazisinin işğal olunması
Rusiya hərbi dairələrinin əsas məqsədi olaraq qalırdı. Məhz bu səbəbdən İrəvan
xanlığının ərazisini hissə-hissə işğal etmək ön plana keçirildi. 1805-ci il martın
sonlarında İrəvan xanlığına tabe olan, strateji və iqtisadi baxımdan əlverişli olan
Şörəyel sultanlığı rus qoşunları tərəfindən tamamilə işğal edildi
*
[bax: 26, sənəd
**
Müzakirə zamanı podpolkovnik baron Klot fon Yurgenzburq bildirdi: "Qalada — qarşımızda
dəfələrlə güclü olan qarnizon, arxamızda isə çoxsaylı düşmən ordusu olduğu üçün qalaya hücum
mümkünsüzdür. Ona görə də mühasirəni götürməyi təklif edirəm". General Portnyagin isə çoxlu
yaralının olması və atların çatışmaması ucbatından geri qayıtmağın çətin olacağını bildirdi. Nəhayət,
gərgin müzakirələrdən sonra digər şura üzvləri də geri çəkilmək təklifini qəbul eldilər [bax-74, 275-
276].
*
Şörəyelin itirilməsi ilə barışmayan İrəvan xanı Məhəmməd xan Qacar öz sərkərdələri Qasım bəy və
Məhəmmədəli bəyin başçılığı ilə oraya 3 minlik qüvvə göndərdi. İrəvan xanının qoşunları ilə general-
mayor Nesvetayevin başçılıq etdiyi işğalçı rus ordusu arasında Böyük Talın kəndində qanlı döyüş baş
204
1672, s.572-574].
Rusiyanın işğalçılıq niyyətindən xəbərdar olan Abbas Mirzə 1805-ci ilin
yayında "xarici siyasətdə ardıcıl olmayan" Məhəmməd Hüseyn xan Qacarı
hakimiyyətdən uzaqlaşdırıb Mehdiqulu xan Qacarı İrəvan xanlığında hakimiyyətə
gətirdi [26, sənəd 1256, s.626; 200, 14-15; 188, 113].
1806-cı ilin əvvəllərində Sisianov yenidən İrəvan istiqamətində hücuma
keçmək qərarına gəldi. Lakin onun Bakı əməliyyatı zamanı öldürülməsi bu işğalçı
yürüşün həyata keçirilməsinə mane oldu. Həmin ilin iyununda Sisianovun yerinə
İ.V.Qudoviç Qafqazın ali baş komandanı təyin edildi və ona Azrbaycan
xanlıqlarını tamamilə işğal edib Rusiya imperiyasının tərkibinə qatmaq tapşırığı
verildi [8, 72-73; 39, 187-188].
Qeyd olunan dövrdə İrəvan xanlığının daxilində vəziyyət sabit deyildi.
Mehdiqulu xanın vergiləri artırması və əhalini qarət etməsi nəticəsində irəvanlılar
ona qarşı üsyan qaldırdılar [26, sənəd 1256, s.626-627]. 1806-cı ilin yayında
Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd xan əvəz etdi [82, 5; 74, 368-
370]. Marağalı Əhməd xan əhalinin Mehdiqulu xan tərəfindən qarət olunan
əmlakını geri qaytardı, İrəvanda xeyli abadlıq işləri və müdafiə tədbirləri gördü. O,
üç aylıq hakimiyyəti dövründə əhalinin rəğbətini qazansa da, İrəvanda baş qaldıran
epidemiya nəticəsində 1806-cı il oktyabrın 17-də vəfat etdi. Bu hadisə şahzadə
Abbas Mirzəni çox məyus etdi [98, 285-286; 74, 380]. Əhməd xan Marağalının
vəfatından sonra Fətəli şahın tələbi ilə xanlıqdan uzaqlaşdırılan Məhəmməd Hüseyn
xan Qacar yenidən İrəvan xanlığına geri qayıtsa da [bax: 27, sənəd 792, s.421],
hakimiyyətini davam etdirə bilmədi. Mənbələrdə artıq 1806-cı ilin dekabrında
İrəvan xanlığında hakimiyyətdə Hüseynqulu xan Qacarın olduğu qeyd edilir [27,
sənəd 129, s.69-70; 74,456; 95, 167; Bax: şəkil 1].
Bəhs olunan dövrdə beynəlxalq vəziyyət Rusiyanın xeyrinə deyildi. Çar
Rusiyasının Cənubi Qafqaza təcavüzü təkcə Qacarlar İranı və Türkiyənin deyil,
Fransa və İngiltərənin də qəti etirazına səbəb oldu. 1806-cı ilin dekabrında Osmanlı
dövləti Rusiyaya müharibə elan etdi. Bu, Rusiyanın Cənubi Qafqazda vəziyyətini
xeyli ağırlaşdırdı. Fransadan Türkiyəyə əsgərlərə təlim keçmək üçün zabitlər və
müdafiə istehkamları yaratmaq üçün mühəndislər göndərildi. Fransız
mühəndislərinin rəhbərliyi ilə Türkiyənin sərhəd bölgələrində hərbi istehkamlar və
qalalar inşa olundu [115, 106]. İki cəbhədə müharibə aparmağa çətinlik çəkən
Rusiya kapitan Stepanovu danışıqlar aparmaq üçün İrana göndərdi. Qudoviçin
təklifinə görə, Rusiya və İran arasında sərhəd İrəvan xanlığı da daxil olmaqla, Kür
və Araz çaylarından keçməli idi. Lakin İranda olan Fransa diplomatları bu
danışıqları poza bildilər [bax: 27, sənəd 831, s.456-460; 178, 268].
verdi. Lakin son nəticədə İrəvan xanının qoşunları məğlub olaraq Üçkilsəyə doğru geri çəkildi. Rus
qoşunları onları təqib etsə də, Məhəmməd xan Qacarın əlavə qüvvə toplayaraq hücuma hazırlaşması
xəbərini eşidən general-mayor Nesvetayev rus qoşunlarına geri çəkilmək əmri verir [26, sənəd 1672,
s.573-574].
205
1807-ci ildə bağlanmış Fransa - İran müqaviləsinə görə, Fransadan İrana
general Qardanın başçılığı ilə bir dəstə mühəndis gəldi. İrəvanın strateji əhəmiyyəti
nəzərə alınaraq, onların bir hissəsi şahın xahişi ilə İrəvana gələrək qalanın
müdafiəsini möhkəmləndirməyə başladı. General Qudoviç İrəvan qalasının fransız
hərbi mühəndisləri tərəfindən xeyli möhkəmləndirilməsi barədə yazırdı: "İrəvan
qalasının Avropa hərbi qaydaları üzrə möhkəmlənmiş iki divarı, xəndəyi və
torpaqdan düzəldilmiş səddi var. Təpənin üstünə əvvəllər burada yerli hərbçilər
tərəfindən istifadə edilməyən karteçlə işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas
bombalarından istifadə edirlər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin
nəticəsidir" [27, sənəd 467, s.254; 115, 107-108]. Yeri gəlmişkən, bu zaman
irəvanlılar tərəfə keçən podpolkovnik Koçnev də rusların yürüşü ərəfəsində bu işə
cəlb edilmişdi [74, 462-463; 132, 90].
Qudoviçin mərkəzə göndərdiyi məktublarından məlum olur ki, fransız
mühəndisləri Üçkilsə monastırını da möhkəmləndirməklə məşğul olurdular. Hətta,
fransızlar Qudoviçdən İrəvan diyarından çıxmasını tələb edirlər. O yazır: "...Mən
qoşunlarımla Pəmbək istiqamətində hərəkət edərək İrəvan sərhədlərinə
yaxınlaşmazdan əvvəl fransızlar öz mühəndis və zabitlərini ...İrəvan qalası və
Üçkilsə monastırını möhkəmləndirmək üçün göndərmişlər" [79, iş 4265, v.17-18; 115,
108]. Digər bir məktubunda isə Qudoviç bildirir ki, "fransızlar məndən İrəvan
vilayətini tərk etməyi tələb edirlər, halbuki bu yerlərə mən silah gücü ilə sahib
olmuşam" [75, sənəd 168, v.60-72; 115, 108].
Cənubi Qafqazı güzəştə getmək istəməyən Qacarlar İranı Rusiyanın sülh
təklifini qəbul etmədi. Rus qoşunları bundan bir bəhanə kimi istifadə edərək 1808-
ci ilin baharında İrəvan istiqamətində yenidən hücuma keçdilər. İrəvanı ələ
keçirmək üçün uzun müddət hazırlıq görmüş rus qoşunları İrəvan, Qars və Axalsıx
tərəfdən İran və Türkiyə qoşunlarının gözlənilməz hücumlarının qarşısını almaq
üçün Pəmbəkdəki Qarakilsə, habelə Dərəbaş, Hamamlı, Qacarabad, Gümrü kimi
yerlərdə istehkamlar inşa etmişdilər. 1808-ci ilin sentyabrında Qudoviç Pəmbəkdən
6 minlik qoşun və 12 topla İrəvan istiqamətində hərəkət etdi. Digər məlumatda isə,
rus qoşunlarının tərkibi 240 zabit və 7506 süvari əsgərdən ibarət idi. 500 nəfərdən
çox erməni süvarisi də işğalçı orduya qoşulmuşdu [151,209; 115, 109-110].
Təcavüzkar Rusiya ordusu və onlara köməklik göstərən ermənilərin
Azərbaycan torpaqlarında həyata keçirdikləri işğallarda hərəsinin öz marağı vardı.
İrandan və Osmanlı imperiyası ərazisindən İrəvan xanlığı ərazisinə axışmağa
başlayan ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın qərb
torpaqları hesabına "erməni dövləti" yaratmaq məqsədlərinə çatmağa çalışırdılar.
Məqsədlərinə yetmək üçün dəridən-qabıqdan çıxan ermənilər rus komandanlığına
müxtəlif cür məxfi xarakterli məlumatlar verir, Rusiya hakim dairələrinə müxtəlif
məzmunlu məktublar göndərir, onları özlərinin "xilaskarı" hesab edir, rus
qoşunlarını İrəvanın işğalına şirnikləndirir və səbirsizliklə onların yolunu
gözlədiklərini qeyd edirdilər [26, sənəd 1258, s.627]. Rusiya dövləti isə, öz
206
növbəsində, Cənubi Qafqazı ələ keçirdikdən sonra Azərbaycanın qərb
torpaqlarında yerli azərbaycanlılara və qonşu müsəlman dövlətlərinə qarşı "erməni
bufer vilayəti" yaratmaq məqsədilə ermənilərin göstərdikləri bütün köməklərdən, o
cümlədən maliyyə vəsaitlərindən lazımınca istifadə edirdi.
Rus zabitləri onlara kömək edən ermənilərin "cəsurluğunu" yüksək
qiymətləndirir, onlara tez-tez yazılı təşəkkürlər verməkdə öz səxavətlərini
əsirgəmirdilər [bax: 180, 7-30, 56-62, 85-103].
Rusiya dövlətinin İrəvan xanlığını işğal etmək niyyətindən əl
çəkməyəcəyini bilən Hüseynqulu xan Qacar hakimiyyətə gələn kimi dərhal müdafiə
tədbirlərinə başladı. O, hələ 1806-cı ilin dekabrında Zəngi çayından başlayaraq
İrəvan qalasının ətrafındakı xəndəyi daha da dərinləşdirdi və möhkəmlətdi, qalanı
müdafiə edən qoşunların sayını artırdı [27, sənəd 424, s.232; 74, 456]. Rus
qoşunlarının İrəvana hücumu ərəfəsində xan artıq İrəvan qalasını fransız
mühəndislərinin köməyi ilə Avropa üslubunda yenidən möhkəmləndirdi. İrəvanın
qalın qala divarlarının çöl tərəfində səngərlər qazıldı və bu səngərlərə toplar
düzüldü. Döyüşlərdə fuqas adlı xüsusi bombalardan istifadə olunurdu [27, sənəd
467, s.254]. Məhz bu səbəbdən Rusiya komandanlığı xüsusi casuslar vasitəsilə
İrəvan xanının qoşunlarının sayı haqda məlumatlar toplayırdı [27, sənəd 436,
s.235].
Sentyabrın 26-da artıq rus qoşunları dağıdılmış Abaran kəndinə gəlib
çatdı. Hüseynqulu xan Qacar İrəvanı müdafiə etmək üçün kiçik qardaşı Həsən xanı
2 min nəfər döyüşçü ilə qalada qoyaraq özü 4 min nəfər piyada ilə rus qoşunlarının
qarşısına çıxdı. Lakin Əştərəkdə məğlub olan İrəvan xanı geri çəkilməyə məcbur
oldu. 1808-ci il sentyabrın 30-da ermənilər Üçkilsəni rus qoşunlarına təslim etdilər.
İşğalçılar burada sevinclə qarşılandılar [27, sənəd 453, s.243].
Dostları ilə paylaş: |