141
Şəkil 4. İrəvan bölgəsində Azərbaycan türklərinə məxsus qədim başdaşı.
160
Şəkil 29.
Qədim İrəvan xalçası. Şəxsi kolleksiyadan
161
Şəkil 30. Qədim İrəvan xalçası
*
. Azərbaycan türklərinə məxsus bu qədim
İrəvan xalçası da ermənilər tərəfindən saxtalaşdırılaraq internet saytında
―Erməni xalçası‖ kimi təqdim olunub.
162
Şəkil 31.İrəvanda azərbaycanlılara məxsus bədii parça nümunəsi
Şəkil 31.İrəvanda azərbaycanlılara məxsus bədii parça nümunəsi
*
Azərbaycan
türklərinə məxsus nümunələri erməni tərəfindən təhrif olunaraq ―erməni bədii
parçaları‖ kimi təqdim olunur.
163
Şəkil 32.İrəvanda azərbaycanlılara məxsus bədii parça nümunəsi.
*
Azərbaycan türklərinə məxsus bütün bədii parça nümunələrini erməni
müəllifləri tərəfindən təhrif olunaraq ―erməni bədii parçaları‖ kimi təqdim
olunur.
164
Şəkil 33. İrəvanda azərbaycanlılara məxsus rəngkarlıq nümunəsi.
*
Azərbaycan türklərinə məxsus nümunəni erməni müəllifləri tərəfindən təhrif
olunaraq ―erməni rənkarlıq nümunəsi‖ kimi təqdim olunur.
168
Şəkil 37. Azərbaycan türklərinə məxsus sənduqə.
*
İrəvan xanlığı (indiki
Ermənistan) ərazisindəki Azərbaycan türklərinə məxsus külli miqdarda daş
sənduqələr və qəbiristanlar erməni vandalları tərəfindən məhv edilmişdir.
171
Xarici siyasət
Azərbaycan xanlıqları, о cümlədən də İrəvan xanlığı Cənubi Qafqazla
bağlı beynəlxalq münasibətlərin olduqca kəskinləşdiyi bir tarixi şəraitdə
yaranmışdı. XVIII əsrin II yarısında inkişaf etmiş qərb dövlətlərinin Cənubi
Qafqaz regionuna maraqları daha da artmışdı. Həmin dövrdə regionda mənafeləri
toqquşan Rusiya və Osmanlı imperiyaları arasındakı münasibətlər daha da
kəskinləşmişdi. Buna görə də İrəvan xanları şəraitdən asılı olaraq çevik xarici
siyasət yürüdürdülər.
Azərbaycanın digər xanlıqları kimi, İrəvan xanlığı da mürəkkəb tarixi
şəraitdə öz müstəqilliyini qoruyub saxlamaq uğrunda çətin mübarizə aparırdı. Bu
mübarizənin əsasını xanın hakimiyyətini möhkəmləndirmək, yadelli təcavüzlərinin
qarşısını almaq, xarici iqtisadi əlaqələri gücləndirmək, qonşu dövlətlərlə qarşılıqlı
münasibətlər qurmaq təşkil edirdi [xanlığın dövlət atributları haqda bölmənin
sonunda verilmiş şəkillərə bax].
İrəvan xanlığının xarici siyasətində üç mərhələ nəzərə çarpır:
1.1747-ci ildən 1783-cü il Georgiyevsk müqaviləsinin bağlanmasına
qədərki dövr;
H. Georgiyevsk müqaviləsinin bağlanmasından XVIII əsrin sonlarına
qədərki dövr;
III. XIX əsrin başlanğıcından xanlığın Rusiya imperiyası tərəfindən
işğalına qədərki dövr (bu dövr haqqında növbəti fəsillərdə geniş məlumat verilir).
İrəvan xanlığının xarici siyasəlinin ilk mərhələsində aparıcı xətti
Azərbaycanın digər xanlıqları və qonşu dövlətlərlə - xüsusən də Kartli-Kaxeti
çarlığı və Osmanlı imperiyası ilə qarşılıqlı münasibətlər təşkil edir.
İrəvan xanlığı müstəqillik əldə etdikdən dərhal sonra öz sərhədlərini
genişləndirmək uğrunda mübarizəyə başladı. 1748-ci ilin əvvəllərində Mehdi xan
Əfşar (1747-1751) digər Azərbaycan xanlığı olan Urmiya xanlığına hücum edərək
onun bəzi ərazilərini tutdu və İrəvan xanlığının ərazisini xeyli genişləndirdi [112,
111]. Lakin 1749-cu ilin yayında İrəvan xanlığının özü digər Azərbaycan
xanlığının - Qarabağ xanlığının hücumuna məruz qaldı: qarabağlı Pənahəli xan 4
minlik qoşunla İrəvan xanlığının sərhədlərini кеçərəк Üçkilsə ətrafındakı
torpaqlara yürüş etdi [41,c.I,237-238; 115,52]. İrəvan xanlığında azlıq təşkil edən
gəlmə ermənilər bu hadisələrdən öz mövqelərini möhkəməndirmək üçün istifadə
etdilər. Onlar guya "özlərini müsəlmanlardan qorumaq" məqsədilə
*
, Kaxeti çarı II
İrakliyə yardım üçün müraciət etdilər [105, 172, 187; 214, 30]. II İrakli qoşun
toplayaraq Pənahəli xana qarşı göndərdi. Döyüşdə öz yaxınlarını itirən Pənahəli
*
İrəvan xanlığı ərazisində yasayan azsaylı ermənilər xanlıqda hakim mövqe tutmaq məqsədilə fürsət
düşən kimi gürcü çarına müraciət edərək onları İrəvana dəvət edirdilər. Məqsəd gürcü çarının köməyi
ilə İrəvan xanını zəiflətmək və hakimiyyəti ələ almaq idi.
172
xan geri qayıtdı.
Daim Azərbaycanın qərb torpaqlarına, о cümlədən İrəvana göz dikən
gürcü çarları
**
heç bir səbəb olmadan 1751-ci ilin sentyabrında gözlənilmədən
İrəvan xanlığına basqın edərək xanın qoşununu məğlubiyyətə uğratdılar və buradan
da Təbrizə tərəf irəlilədilər [41, c.I, 237-238; 387-388, 389; 115, 53].
Müdaxiləçilərlə danışıqlara girən İrəvan xanı bundan sonra gürcü çarları
ilə "müttəfiq" olacağına razılıq verdi. Həmin razılığa əsasən, o, 1751-ci ildə
qonşuluqdakı Şəki xanlığının qüvvətlənməsindən narahat olan Teymurazın və II
İraklinin çağırışı ilə Gəncə xanı ilə birlik də gürcülərə qoşularaq şəkili Hacı Çələbi
xana qarşı yürüşdə iştirak etdi. Bu yürüşü təşkil edən gürcü çarının əsas məqsədi
onun Azərbaycanın şimal-qərb torpaqlarını işğal etmək planlarına qarşı başlıca
maneə olan Şəki xanlığını zəiflətmək idi. Lakin gürcü çarının planı puça çıxdı.
Hacı Çələbi xan işğalçı gürcü çarının və ona qoşulmuş Azərbaycan xanlarının
hərbi qüvvələrini ağır məğlubiyyətə uğratdı [41,1,389-390; 115,53].
Bu hadisədən sonra İrəvan xanlığı cənubdan hücuma məruz qaldı. Mehdi
xan Əfşar tərəfindən 1748-ci ildə məğlubiyyətə uğradılmış urmiyalı Fətəli xan
Əfşar keçmiş məğlubiyyətin əvəzini çıxmaq üçün İrəvanı ələ keçirmək qərarına
gəldi. Bu məqsədlə o, vaxtilə Nadir şahın, sonra isə Əmiraslan xanın yanında
qulluq etmiş, indi isə Urmiya xanının xidmətində olan əfqanıstanlı Azad xanın
başçılıq etdiyi hərbi qüvvələri Urmiya döyüşçüləri ilə birlikdə (ümumilikdə 30 rnin
nəfər) 1751-ci ildə İrəvan xanına qarşı göndərdi. Bu qoşunların ön dəstəsi İrəvan
qalasını mühasirəyə aldı. İrəvan xanı yardım üçün "müttəfiqi" gürcü çarı II İrakilyə
müraciət etdi. Gürcü çarı yenə fürsəti əldən vermədi və dərhal İrəvana doğru
hərəkət etdi. Gürcü qoşunları
*
qalanı mühasirəyə almış əfşar-əfqan qoşunlarının
sayca az olan ön Bəstəsini məğlubiyyətə uğratdı [41,1, 238; 115, 53-54].
Lakin az sonra Urmiya və əfqan qoşunlarının əsas qüvvələrinin
yaxınlaşdığını eşidən gürcü çarı tələsik İrəvan ətrafını tərk edərək Gürcüstana
doğru üz tutdu. Azad xan İrəvan qalasını ələ keçirdi və bundan dərhal sonra II
İraklini təqib etdi. Gürcü qoşunlarını haqlayan Azad хаn ilk toqquşmadaca II
İraklinin hərbi qüvvələrini darmadağın etdi. Gürcü çarı özü üçün ağır şərtlərlə
barışıq bağlamağa məcbur oldu. О, 200 gürcü döyüşçüsünü, habelə Zal bəy və
Aslan bəy adlı iki nüfuzlu gürcü sərkərdəsini girov verdi [41, 1, 238; 112, 111-
**
1736-cı ildə Muğan qurultayında tacqoyma mərasimində Gəncə-Qarabağ hakimləri Nadirqulu xanın
Səfəvi dövlətinə son qoyması ilə razılaşmayıb, onun şah seçilməsinin əleyhinə çıxmışdılar. Həmin
qurultayda iştirak edən gürcü və erməni feodalları isə əksinə, gələcək şahın namizədliyini
dəstəkləmişdilər. Nadirqulu xan şah seçildikdən sonra Gəncə-Qarabağ bəylərini cəzalandırmaq üçün
onları hakimiyyətdən uzaqlaşdırmış, bir sıra Azərbaycan torpaqlarını, о cümlədən Qazax, Şəmşəddil və
Borçalının idarəsini gürcü çarı I Teymuraza həvalə etmişdi. Bu torpaqlarla qane olmayan gürcü çarları
daim Azərbaycanın şimal-qərb və cənub-qərb torpaqlarını bütünlüklə ələ keçirməyə can atırdılar.
*
İlk mənbələrin məlumatından aydın olur ki, II iraklinin İrəvan xanlığına "kömək" məqsədilə topladığı
qoşunların əksəriyyətini Qazax və Borçalı mahallarından səfərbər edilmiş azərbaycanlı-fer təşkil edirdi
[bax: 123. 200-201].
173
112]. Mənbələrdə II İraklinin bacısının da girov verilənlərin içərisində olduğu qeyd
edilir [220, 42; 112, 111-112].
Azad xanın başçılıq etdiyi əfşar və əfqan qoşunları Azərbaycanın şimalını
tərk edən kimi II İrakli yenidən Azərbaycana qarşı işğalçılıq siyasətini davam
etdirdi. R.V.Qriqoryan 1752-ci ildə II İraklinin guya İrəvan xanığına yürüş etdiyini
yazır [214,30]. Əslində isə, qeyd olunan vaxt II İrakli İrəvan xanlığına deyil,
Azərbaycanın о zaman on nüfuzlu xanı olan və Azərbaycanı vahid dövlət halında
birləşdirməyə çalışan şəkili Hacı Çələbiyə qarşı yenidən yürüş təşkil etdi. Hacı
Çələbi xanla təkbətək qarşılaşmaqdan ehtiyat edən gürcü çarı bir sıra Azərbaycan
xanlarını, о cümlədən İrəvan xanını, guya "Hacı Çələbi xana qarşı hərbi əməliyyat
planını müzakirə etmək" üçün Gəncə yaxınlığındakı düşərgəsinə dəvət etdi. II
İrakli danışıqlar zamanı hiylə işlədərək öz müttəfiqlərinə xəyanət etdi. O, Qızılqaya
adlı yerdə onunla danışıqlar aparmaq üçün gəlmiş müttəfiqlərini - Azərbaycan
xanlarını əsir alaraq Gürcüstana üz tutdu. Ona qarşı düşmənlə ittifaqa girmiş
xanlardan fərqli olaraq, Azərbaycanın ümumi siyasi mənafeyini üstün tutan Hacı
Çələbi xan bu xəbəri alan kimi gürcü qoşunlarına qarşı hücuma keçərək II İraklini
Tiflis yaxınlığında haqladı və ağır məğlubiyyətə uğratdı. II İrakli Azərbaycan
xanlarını sərbəst buraxaraq bir qrup süvari ilə Tiflisə qaçdı. Gürcü çarının piyada
qoşunlarından min nəfər öldürüldü və əsir götürüldü [41, 1, 238-239, 390-391;
115, 57-58]. II İrakli ilə "dostluğun" "dadını" görmüş Azərbaycan xanları, о
cümlədən İrəvan xanı bundan sonra gürcü çarından üz çevirib Hacı Çələbi ilə
birləşdilər.
Həsənəli xan Qacarın (1755-1759) və varisi Hüseynəli xan Qacarın (1759-
1783) dövründə Kartli-Kaxeti çarı İrəvan xanlığına daha tez tez yürüşlər etməyə
başladı. 1759-cu ildə İrəvan xanlığı məhz bu viranedici yürüşlər nəticəsində II
İraklinin xəzinəsinə illik bac ödəməyə məcbur oldu [166, 129]. Bununla
kifayətlənməyən II İraklinin İrəvan xanlığına hərbi yürüşləri 1762-1765, 1778-
1779-cu illərdə də davam etdi [214, 31]. Bununla belə, II İrakli İrəvan xanlığını
özündən asılı hala sala bilmədi.
Bəhs olunan dövrdə Cənub-Qərbi Qafqazın açarı və ən güclü qalası hesab
olunan İrəvanın hərbi-strateji əhəmiyyəti böyük olduğundan [166,205] İrəvan
xanlığı qonşu dövlətlərin diqqət mərkəzində idi. Bu dövrdə İranda real hakimiyyəti
ələ keçirən Kərim xan Zand gürcü çarının Azərbaycan xanlıqlarına hücumlarından
narazı qaldığını bildirərək Hüseynəli xandan II İrakliyə bac verməyi
dayandırmasını təbb etdi. Belə olacağı təqdirdə Kərim xan Zənd onu müdafiə
edəcəyinə söz verdi [115, 60]. Bu, bölgədəki siyasi vəziyyəti xeyli gərginləşdirdi.
Hətta, 1770-ci ilin yazında İrəvan uğrunda Kərim xan Zəndlə II İrakli arasında
müharibə olacağı gözlənilirdi [166, 142].
Bu mürəkkəb vəziyyətdə İrəvan xanlığı nəinki öz müstəqilliyi uğrunda
mübarizə aparır, həm də Azərbaycanın digər xanlıqlarında və qonşu dövlətlərdə
baş verən hadisələrə biganə qalmırdı. 1775-ci il iyunun 23-də İrəvan xanı
174
Hüseynəli xan, Qars mühafizi İzzət Mehmet paşa vasitəsilə Osmanlı dövlətinə
məktub göndərdi. Məktubda İrəvan xanının Rusiyanın Dağıstan ərazisindəki
fəaliyyətindən doğan narahatlığı ifadə olunurdu [191, 107; 125,38]. İrəvanı daim
diqqət mərkəzində saxlayan Osmanlı dövləli isə Rusiyanın Kartli-Kaxeti çarlığı
vasitəsilə Cənubi Qafqaza, о cümlədən İrəvana müdaxiləsinin güclənməsindən
ehtiyat edirdi. Sultan III Mustafa (1757-1774) öz vəzirinə yazdığı məktubda bu
müdaxilənin qarşısnıı almaq tədbirlərini müzakirə etmək üçün onunla görüşüb
məsləhətləşməyin zəruri olduğunu bildirirdi [14; 20, 57; 124, 159]. Şübhəsiz ki, II
İraklinin İrəvan xanlığına olan işğalçılıq niyyəti Azorbaycanın digər xanlıqlarını da
narahat edirdi. Məsələn, Şəki xanı Məhəmməd Həsən xan 1776-cı ildə Osmanlı
dövlətinə göndərdiyi məktubunda II İraklinin İrəvan qalasına hücum edəcəyi
təqdirdə Azərbaycan xanlarının və Dağıstan hakimlərinin ona qarşı birləşəcəyini
bildirirdi [20, 67].
Qeyd olunan dövrdə İrəvan xanlığının Kartli-Kaxeti çarlığı üçün iqtisadi
əhəmiyyəli çox böyük idi [166,205]. Məhz bu səbəbdən 1779-cu ilin əvvəllərində
II İrakli və oğlu Levan 12 minlik qoşunla (5 mini dağıstanlı muzdlu döyüşçü idi)
İrəvan qalasını mühasirəyə aldı və yenidən Hüseynəli xandan bac tələb ctdi. Lakin
İmeretiyada baş vermiş üsyanı yatırmaq üçün gürcü çarı İrəvanın mühasirəsindən
əl çəkib geri dönməyə məcbur oldu. II İrakli Gürcüstana qayıdarkən İrəvan
xanlığından bac əvəzinə çoxlu sayda silahsız dinc əhalini əsir alaraq özü ilə
Gürcüstana apardı [41, II, 73-74; 115, 60].
Kərim xan Zəndin ölümü (1779, mart — red.) İranda hakimiyyət uğrunda
mübarizənin və Azərbaycanda ara müharibələrinin daha da kəskinləşməsinə səbəb
oldu. Yaranmış əlverişli şəraitdən istifadə edən II İrakli İrəvan xanı Hüseynəli
xandan yenidən bac tələb etdi. Hüseynəli xan isə buna rədd cavabı verdi. II İrakli
1779-cu ilin sentyabrında 20 minlik qoşunla yenidən İrəvan xanlığına yürüş etdi
[53,22; 159,112]. Hüseynəli xan Osmanlı imperiyasının dəstəyinə arxalanaraq
Gürcüstana köçürülmüş ailələrin geri qaytarılmasını tələb etdi. Axalsıxlı Süleyman
paşanın vasitəçiliyi ilə Hüseynəli xanla II İrakli arasında sülh danışıqlarına
başlandı [214, 68-69]. II İrakli əvvəlcə sülh danışıqlarını yubatdı
*
. Lakin hadisələr
sonradan elə cərəyan etdi ki, Kartli-Kaxeti çarı sülh müqaviləsinin bağlanması
üçün özü addım atmalı oldu. Səbəblər aşağıdakılar idi: əvvəla, İrəvan xanı heç də,
erməni tarixçisi V.R.Qriqoryanın yazdığı kimi, gürcü çarından yarımasılı [214,73]
vəziyyətdə deyildi. Müstəqil xarici siyasət
*
yeridən Hüseynəli xan Qacar digər
*
Rus tarixçisi T.Q.Butkovun əsərində II İrakli ilə İrəvan xanı arasında sülh müqaviləsinin 1780-ci il
mayın ortalarında bağlanması haqqında məlumat verilir [bax: 41,11,75]. Lakin İrəvan xanı Hüseynəli
xanla II İrakli arasında gedən danışıqlar dəfələrlə baş tutmamışdı. Bu danışıqlarda İrəvan xanının
oğlanları Məhəmməd bəy və Qulaməli xan iştirak etmişdi. Nəhayət, bu sülh müqaviləsinin bağlanması
1781-ci ilin noyabrında baş tutdu [bax: 214.71,72,73].
*
1781-ci ildə xoylu Əhməd xanın Naxçıvan xanlığına hücumuna etiraz edən İrəvan xanı Hüseynəli xan
Qacar ona hədələyici məktub göndərərək öz ordusunu təcili Naxçıvan qalasından uzaqlaşdırmasını tələb
etdi. İrəvan xanı öz məktubunda Naxçıvan xanlığına özü sahib olmaq istədiyini bildirdi [115, 62].
175
Azərbaycan xanları ilə yaxınlaşıb II İraklidən heç bir asılılığı olmadığını
bildirmişdi. Bundan xəbər tutan II İrakli Azərbaycan xanlarından ehiyat edərək
Hüseynəli xana olan münasibətini dəyişməyə məcbur oldu [214,72]. Bu zaman II
İraklinin İrəvan xanlığına zahiri münasibətinin dəyişməsinin digər səbəbi
**
qarabağlı İbrahimxəlil xanın Xoy xanlığına olan hücumu idi [214,72].
1781-ci ilin martında II İraklı İrəvan xanının hüzuruna mərhum şahzadə
Levanın vəziri Georgini göndərdi. O, bir müddət İrəvanda qaldıqdan sonra Tiflisə
qayıtdı, lakin çox keçmədən ikinci dəfə təkrar İrəvana döndü [214,72]. Nəhayət,
1781-ci ilin noyabrında İrəvan xanlığı ilə Kartli-Kaxeti çarlığı arasında sülh
müqaviləsi bağlandı. II İrakli ildə 30 min tümən ödənc almaqla Gürcüstana əsir
olaraq aparılmış dinc əhalini geri qaytarmağa razılıq verdi [41, II, 75; 115, 63; 214,
73]. Lakin II İraklinin Azərbaycan torpaqlarına, о cümlədən İrəvan xanlığına olan
təcavüzkar niyyəti davam etməkdə idi. 1782-ci ilin sonlarında II İrakli Rusiya
imperatriçası II Yekaterinaya (1762-1796) məktub yazaraq Kartli-Kaxeti çarlığının
Rusiyanın himayəsinə qəbul edilməsini xahiş etdi. II İrakli Rusiya hökumətindən
onun İrəvan və Gəncə xanlıqlarının ərazisinə yiyələnməsinə kömək etməsini xahiş
etdi, əvəzində Rusiyanın Türkiyə və İranla aparacağı müharibələrdə öz köməyini
əsirgəməyəcəyinə söz verdi [166, 167]. Bundan əlavə, gürcü çarı Rusiya
imperiyasına tövsiyə edirdi ki, Azərbaycan xanlıqlarını ələ almaq üçün "mehriban
himayəçi" rolunu oynasın. General P.Potyomkin 1783-cü il mayın 3-də knyaz
Q.Potyomkinə verdiyi məlumatda bildirirdi ki, II İraklı və Reyneqs (Rusiyanın
İrəvandakı casusu - red.) generaldan müqavilənin (Georgiyevsk traktatınm - red.)
bağlanmasından əvvəl Cənubi Qafqaz xanlarına onları Türkiyədən qorumaq
məqsədilə fərmanlar göndərməsini xahiş etmişdir [214, 82].
Rusiya imperiyası da, öz növbəsində, Cənubi Qafqazı işğal etmək,
xüsusilə də Azərbaycan xanlıqlarını ələ keçirmək və Osmanlı dövlətinin burada
nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən, ilk növbədə
gürcü çarlarından istifadə etmək siyasəti yeridirdi. Elə buna görə də gürcü çarı
1783-cü il iyulun 24-də (avqustun 4-də) Georgiyevsk şəhərində Rusiyanın
himayəsinə keçmək haqqında saziş imzaladı [41, h.II, s.l 1; 166, 168-171].
İrəvan xanlığının xarici siyasətinin ikinci mərhələsi xanlıq üçün olduqca
ağır və mürəkkəb bir dövrə təsadüf edir. Georgiyevsk müqaviləsinin
bağlanmasından sonra Rusiya tərəfindən gizli şəkildə planlaşdırılan siyasətin -
Azərbaycan torpaqlarında, о cümlədən İrəvan xanlığı ərazisində erməni dövləti
yaradılması siyasətinin həyata keçirilməsi üçün real addımlar atılmağa başlandı.
**
Təbiidir ki, II İrakli İbrahimxəlil xanın müttəfiqi olduğu üçün bu yüıüşdə ona hərbi qüvvə ilə yardım
etməli idi. Bundan başqa, II İrakli özü Xoy xanlığını təsir dairəsinə almaq məqsədilə oraya qoşun
yeritməyə hazırlaşırdı. Bu qoşun İrəvan ərazisindən - Qırxbulaqdan keçməli idi. [bax: 214,72]. Bütün
bunlara görə sülh danışıqları sürətləndi və razılaşma əldə edildi.
176
Məhz bu təcavüzkar niyyətin qarşısını almaq üçün bəhs edilən dövrdə İrəvan
xanlığının xarici siyasətində aparıcı xətti Osmanlı dövləti ilə münasibətlər təşkil
edir.
Rusiya imperiyası çoxsaylı xanlıqlara və sultanlıqlara parçalanmış
Azərbaycanı işğal edərək, nəhayət, özünün regionla və bütövlükdə Şərq ölkələri ilə
bağlı işğalçılıq planlarını reallaşdırmaq istəyirdi. Rusiya Osmanlı dövləti ilə
həmsərhəd olduğuna və onunla yaxşı münasibətlər saxladığına görə İrəvan
xanlığını daim diqqət mərkəzində saxlayırdı. Çar Rusiyası bu xanlığı ələ keçirib
onun ərazisindən Osmanlı dövlətinə qarşı hərbi istinadgah kimi istifadə etmək
istəyirdi.
*
Rusiyanın himayəsini qəbul etmiş II İrakli Azərbaycan torpaqlarını, о
cümlədən İrəvan xanlığını ələ keçirmək üçün daha foal işğalçılıq siyasəti yeritməyə
başladı. Kartli-Kaxeti çarının İrəvan xanlığı ilə bağlı təcavüzkar niyyəti Osmanlı
dövlətini narahat etməyə bilməzdi. Qeyd olunan dövrdə Türkiyənin Azərbaycan
xanlıqları ilə qarşılıqlı münasibətində İrəvan xanlığı mühüm yer tuturdu [166, 205].
Rusiya özünün Cənubi Qafqazda işğalçılıq siyasətini həyata keçirmək
məqsədilə Azərbaycan xanlarını müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışırdı.
İmperiya siyasətçiləri bir tərəfdən Azərbaycan xanlarına "xəbərdarlıq" edir, hədə-
qorxu gəlir, İrəvan, Xoy və Təbriz xanlarının saraylarına elçilər və hədiyyələr
göndərir, digər tərəfdən isə Georgiyevsk sazişindən istifadə edərək hərbi Gürcüstan
yolu vasitəsilə Cənubi Qafqazda hərbi hazırlıq işlərini daha da gücləndirirdilər [20,
85; 21, 66; 125, 55]. Məhz bu səbəbdən, Georgiyevsk müqaviləsi bağlandıqdan
sonra Osmanlı dövləti ilə yaxın münasibətdə olan bəzi Azərbaycan xanları, о
cümlədən irəvanlı Hüseynəli xan Rusiya dövlətindən ehtiyal edərək osmanlılara
soyuq münasibət bəsləyir, hətta sultan tərəfindən göndərilən hədiyyələri belə
çətinliklə qəbul edirdi [125,54]. II Yekaterina Cənubi Qafqazda işğalçılıq planını
gerçəkləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bu məqsədlə jhələ
1782-ci ilin sonlarından İrəvan xanlığına göndərilən doktor Y.Reyneqs
*
hətta
irəvanlı Hüseynəli xanın etibarını qazanaraq İrəvan qalasının planını da çəkə
bilmişdi [37, sənəd 132, s.215-217-126,153]. Bununla qane olmayan Rusiya
hökuməti 1783-cü ilin payızında qraf Apraskini İrəvana göndərdi. İrəvan xanı
*
Rusiyanın hakim dairələri İrəvan xanlığını tutmağı asanlaşdırmaq üçün dini amildən də istifadə etmək
niyyətində idilər. Həmin dövrdə bunun üçün əlverişli şərait də yaranmışdı. Azərbaycan hökmdarlarının
himayəsindən istifadə edərək ölkənin qərbində - İrəvan xanlığının ərazisində möhkəmlənmiş Qriqorian
kilsəsi Avropada özünə dayaq tapmadığından üzünü Rusiyaya çevirmişdi. Asiya qitəsinə vaxtılə Balkan
yarımadasmdan köçüb gəlmə ermənilər, erməni kilsəsi və erməni işbazları hələ I Pyotrun dövründən
başlayaraq Rusiyanın köməyi ilə Azərbaycan torpaqları hesabına özlərinə daimi məskənlər və dövlət
yaralmaq, qondarma "Böyük Ermənistan‖ı dirçəltmək xülyasına düşmüşdülər. Bu proses II Yekaterina
dövründə daha da intensivləşdi [bax: 126].
*
Y.Reyneqs knyaz Q.A.Potyomkinin tapşırığı ilə Tiflisdə gizli kəşfiyyat işləri ilə məşğul olurdu.
Milliyyətcə frarısız, ixtisasca həkim olan Y.Reyneqs əslində Rusivanın İrəvan xanlığında casusu idi
[bax: 37, sənəd 132, s.215-217; 126, 153].
177
Hüseynəli xan Qacarın 1783-cü ilin oktyabrında P.S.Potyomkinə göndərdiyi cavab
məktubundan bəlli olur ki, qraf Apraksinin məqsədi İrəvan xanını II İrakliyə itaət
etməklə, bir növ, Rusiyanın tabeliyinə keçməyə çağırmaq idi. Hüseynəli xan bu
təklifi bəyəndiyini bildirsə də [37, sənəd 170, S.265-266], qəti addım atmadı.
XVIII əsrin II yarısına aid arxiv sənədlərində, habelə digər ilk mənbələrdə
göstərilir ki, II İrakli Rusiyanın himayəsini qəbul etdikdən sonra Azərbaycan
xanlarına könüllü surətdə Gürcüstana, dolayı yolla isə Rusiyaya itaət göstərməyi
təklif edirdi. Bu təklifə razı olmayacaqları halda onlara hərbi güclə hədə-qorxu
gəlinirdi [125,55]. Azərbaycan xanları isə müstəqilliklərini itirməmək naminə gah
Rusiya, gah da Osmanlı dövləti ilə əlaqəyə girirdilər.
Bəhs olunan dövrdə İrəvan xanı öz müstəqilliyini itirməmək, yaxınlaşan
Rusiya təhlükəsindən qorunmaq məqsədilə Osmanlı dövlətinə müraciət etdi.
Cənubi Qafqazda öz maraqlarını qorumağa çalışan Osmanlı dövləti İrəvan xanının
müraciətinə biganə qalmadı. Xanın müraciətindən dərhal sonra sultanın əmri ilə
gizli surətdə İrəvana üç nəfər nümayəndə göndərildi. Onlar irəvanlıları möhkəm
durmağa çağırır və onlara kömək üçün İstanbuldan Qarsa xeyli top gətirildiyini
bildirirdilər [81, v.360]. Türkiyədən İrəvan xanına göndərilən məktublardan
birində yazılırdı: "Siz irəvanlılar təbiətcə türksünüz. Əgər bəd qüvvələr İrəvan
qalasını almaq istəsələr, müdafiə olunaraq dinimizin qanunlarını qorumalısınız.
Sultan Qars, Bayazid paşalarma sizi həmişə müdafiə etməyi tapşırmışdır. Ən
qədim dövrlərdən biz qonşu və dost olmuşuq. Biz həmişə dinimizin qanunlarını
qorumağa hazırıq" [81, v.331]. Axalsıxlı Süleyman paşanın irəvanlı Hüseynəli
xana göndərdiyi başqa bir məktubda isə deyilirdi: "...Böyük hökmdarımız Sultanın
və vəzir Həsənin göstərişinə əsasən qapıçıbaşı Məhəmməd Səlim bəy vasitəsilə
sizə və Azərbaycanın başqa xanlarına pul və hədiyyələr göndərirəm. Allahın
köməyi ilə biz həmişə sizinlə dost olacağıq və bu dostluğu nəyin bahasına olursa-
olsun qoruyub saxlamalıyıq. Sizə nə lazımdırsa, əmr edin" [81, sənəd 366, v.209].
Rusiya imperiyasının Cənubi Qafqazla bağlı öz işğalçılıq planlarını gürcü
çarı II İrakli vasitəsilə həyata keçirməsi Osmanlı sarayına yaxşı məlum idi. Bunu
Osmanlı sultanının İrəvan xanına göndərdiyi bir məktub da təsdiq edir: "Bizə gəlib
çalıbdır ki, Tiflis çarı Rusiya ilə birləşərək Azərbaycan xanlarının arasını vurmağa,
onların arasında Rusiyaya meyil yaratmağa çalışır. Siz bizimlə birləşməyə səy
edin. Bizim məqsədimiz odur ki, çar İrakli sizə zərər vura bilməsin" [81,
sənəd331,v. 54-551.
Yeri gəlmişkən, Osmanlı dövləti ilə İrəvan xanlığı arasındakı yaxınlaşma
artıq Rusiya imperiyasının hakim dairələri ilə əlaqəyə girmiş və onlar tərəfindən
dəstəklənən gəlmə erməniləri də təşvişə salmışdı. Artıq onlar xanlıq ərazisində baş
verən hadisələr barədə Rusiya imperiyasının müxtəlif strukturlarına məxfi
məlumatlar çatdırırdılar. Bu zaman Rusiyanın İrəvandakı baş casusu Stepan
Saakyan (rusdilli sənədlərdə Stepan Saakoviç Popov red.) idi [159, 113].
Osmanlı dövlətinin Rusiyanın Cənubi Qafqazda işğalçılıq planlarının
178
qarşısını almaq üçün gördüyü tədbirlər II İraklini də narahat edirdi. (X bu barədə
öz sarayında olan Rusiya nümayəndəsi polkovnik Stepan Burnaşevi müntəzəm
məlumatlandırırdı [1, 17; 125, 55]. Göründüyü kimi, Rusiyanın Cənubi Qafqazda
işğalçılıq planlarını həyata keçirməsində əsas dayağı gürcü çarları və bir də erməni
işbazları idi.
Yaranmış beynəlxalq şəraitdə İrəvan xanı Hüseynəli xan müəyyən
diplomatik danışıqlardan sonra digər Azərbaycan xanları ilə əlaqələrini
möhkəmləndirdi və onların Türkiyə dövlətinə meyillərinin güclənməsinə nail ola
bildi. Bu barədə irəvanlı Hüseynəli xanla xoylu Əhməd xan birgə məktub yazaraq
Qars hakimi Əli paşa vasitəsilə Osmanlı sarayına müvafiq məlumat da verdilər
[bax: 125, 89]. Əli İrəvan xanlığından üzülmüş II İrakli Hüseynəli xanı
hakimiyyətdən devirmək üçün onun qardaşı Məhəmmədhəsən xanla məxfı sazişə
girdi [115,69].
1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi.
*
Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar
gəldi [37, 267; 159, 114]. Hüseynəli xanın ölümü xanlıqda vəziyyəti
kəskinləşdirdi. II İrakli fürsətdən istifadə edərək öz qaynı Baqrationu qoşunla
İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük
oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək hücumu davam etdirməyib geri döndü
[115,69-70]. Beləliklə, Rusiyaya arxalanan gürcü çarının İrəvanla bağlı növbəti
hiyləsi də baş tutmadı.
Dövrün ilk mənbələri Georgiyevsk müqaviləsinin bağlanmasından sonra
Rusiyaya arxalanan II İraklinin Azərbaycan xanlıqlarına, о cümlədən İrəvan
xanlığına qarşı işğalçılıq niyyətinin daha da güclənməsini sübut edir. Qeyd olunan
dövrdə Azərbaycan xanlarının II İraklinin təcavüzü ilə bağlı Osmanlı sultanına
göndərdiyi məktuba [20, 62; 21, 87; 125, 54-55] əsaslanaraq 1783-cü ilin
noyabrında Çıldır valisi Süleyman paşa tərəfindən hazırlanmış bir sənəddə qcyd
olunur ki, İrəvan xanı Hüseynəli xanın vəfatından sonra II İrakli Rusiya
hərbçilərinin köməyi ilə İrəvan qalasını ələ keçirmək niyyətindədir [20, 72-74; 125,
55]. Osmanlı dövlətinin Azərbaycan xanları, о cümlədən İrəvan xanı ilə
yaxınlaşması nəticəsində özünün Cənubi Qafqaz siyasətinin iflasa uğrayacağından
ehtiyat edən çar Rusiyası 1783-cü ilin sonlarında bölgədə hərbi qüvvələrinin sayını
artırmağa başladı. Tiflisə və Kaxetiyə yeni hərbi qüvvələr göndərdi. Burada
yerləşən hərbi hissələrə Rusiyadan çoxlu top və digər hərbi sursat gətirildi və daha
35 min əsgərin göndəriləcəyi planlaşdırıldı [20, 88; 125, 55].
Osmanlı dövlətinin İrəvan xanlığı ilə həmsərhəd bölgələrinin paşaları
*
İrəvan xanı Hüseynəli xanın ölümü ilə bağlı müxtəlif məlumatlar var. Bəzi tədqiqatçıların fikrincə,
Hüseynəli xan İrəvanda baş verən üsyan nəticəsində öldürülmüşdür [115. 69]. Mənbələr isə təsdiq edir
ki, Hüseynəli xan ağır xəstəlikdən sonra vəfat etmişdir [bax: 37, 274; 214, 81]. Yeri gəlmişkən. Hacı
Hüseynəli xan mömin bir insan olmuşdur. Çünki xanın cənazəsi Bağdada aparılaraq orada dəfn
edilmişdir [bax: 37, 274; 159, 268] .
179
İrəvan xanı və Azərbaycanın digər xanları ilə razılığa gələrək Rusiya tərəfindən
gözlənilən təhlükənin qarşısını almaq üçün hərbi hazırlıq görməyə başladılar.
Tiflisdəki rus qoşunlarının komandanı S.Burnaşev 1784-cü il fevralın 9-da
P.S.Potyomkinə məktubunda bildirirdi ki, Axalsıx, Qars, Ərzurum və Bayazid
paşalıqlarının nümayəndələri İrəvan şəhərində Qulaməli xanın yanındadırlar; onlar
İravan xanlığı ilə Osmanlı dövləti arasında daha yaxın münasibət yaratmaq və
xanın köməyilə Azərbaycanın digər xanlıqlarını da Rusiya və Gürcüstanın əleyhinə
qaldırmağı planlaşdırırlar. S.Burnaşev bunun qarşısını almaq üçün çariçənin
mütləq tədbir görməsini P.S.Potyomkindən xahiş edirdi [1, 17; 125, 56]. Bundan
əlavə, Rusiyanın Ənzəlidəki konsulu Tumanovski 1784-cü ilin aprelində yazdığı
məktubunda bu hazırlıq barədə Həştərxan qubernatoru Jukova ətraflı məlumat
verirdi. Onun yazdığına görə, Ərzurum və Bayazid paşaları Gürcüstana hücum
etmək üçün xeyli qoşun toplayaraq Azərbaycan və Dağıstan hakimlərini də bu işə
cəlb etməyə çalışırlar. Onlar bu yürüşdə iştirak edəcək döyüşçülərin hər birinə ildə
200 rubl verməyi vəd etmişlər [115, 73-74]. Yaranmış vəziyyətlə bağlı II İrakli də
təşvişlə polkovnik S.Burnaşevə məlumat verir, o da, öz növbəsində, bu məlumatı
general P.Potyomkinə çatdırırdı. S.Burnaşevin P.Potyomkinə göndərdiyi 1784-cü il
16 fevral tarixli məruzəsində Axalsıx paşası Dədəgül ağanın müəyyən təkliflərlə
İrəvan xanının yanına gəlməsi xəbəri verilir. Bu təkliflər əsasən xristianların qüvvə
toplamasına imkan verməmək, Rusiya qoşunlarını Cənubi Qafqaza dəvət etdiyi
üçün II İraklinin üzərinə hücum etmək məqsədilə Azərbaycanın digər xanları ilə
birləşmək və s.-dən ibarət idi [78, h.VII, v.173; 214, 83].
Qeyd olunan dövrdə Osmanlı dövlətinin nümayəndəsi Xəlil əfəndi
Azərbaycan xanları və Dağıstan hakimləri ilə görüşüb bir müddət İrəvanda qaldı
[166, 203; 115, 74].
Xəlil əfəndinin tövsiyəsi ilə irəvanlı Qulaməli xan II İrakliyə bac
verməkdən imtina etdi [20, 84, 85, 296; 124, 189] və hətta digər Azərbaycan
xanlarına da yardım göstərdi. S.Burnaşev 1784-cü il martın 26-da göndərdiyi
məruzəsində İrəvan xanının naxçıvanlı Abbasqulu xana yardım
*
göstərməsi
haqqında məlumat verir [214, 84], P.Potyomkinə ünvanladığı digər məxfi
məktubda isə yazırdı: "İrəvan xanı Qulaməli xanın çara (II İrakliyə - red.)
münasibəti birdən-birə dəyişmişdir və indi o, türklərə meyillidir" [1, 110; 125, 56].
General P.Potyomkinin 1784-cü il 2 mart tarixli gizli təqdimatına əsasən,
polkovnik S.Burnaşev II İrakli ilə İrəvanın alınması məsələsini müzakirə edir.
Lakin II İrakli İrəvanın alınması üçün lazımi ordunun olmadığını bildirir [78,
h.VII, v.245; 214, 87]. Bu, bir daha İrəvan qalasının alınmazlığını, xanlığın hərbi-
strateji mövqeyinin güclü olduğunu sübut edir.
General Potyomkin bir gürcü zadəganı vasitəsilə İrəvan xanına qarşı qəti
tədbirlər görmək üçün polkovnik S.Burnaşevə yazılı əmr göndərir. Generalın
*
Bu zaman Naxçıvan xanı Abbasqulu xan hakimiyyətdən devrilmişdi, İrəvan xanı Hüseynəli xan ona
sığınacaq vermişdi [bax:l 15,49-53;214,84-85].
180
əmrini alan S.Burnaşev II İraklinin yanına məsləhətləşməyə gedir [214, 86-87].
İrəvan xanlığına təcavüzün elə də asan olmadığını başa düşən II İrakli öncə
diplomatik vasitələrlə
*
əl atır. Lakin bunun ciddi nəticə vermədiyini görən Rusiya
hakim dairələri və gürcü çarı digər vasitələrə əl atır. Belə ki, 1784-cü ilin yayında
Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir.
**
Hakimiyyətə xanın 12
yaşlı oğlu Məhəmməd xan Qacar gəlir [166, 205; 215, 74]. Qars mühafizi Mustafa
paşanın məlumatına görə, "Yaranmış real təhlükə qarşısında İrəvan xanının
Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi
olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi" [125; 56-57].
Arxiv sənədləri də İrəvan xanına qarşı törədilən qəsdin hansı istiqamətdən
hazırlandığını aydın göstərir. 1784-cü ildə rus canişini Mixail Markov polkovnik
S.Burnaşevə göndərdiyi məktubunda İrəvanla bağlı yazırdı: "...yaranmış əlverişli
şəraitdən istifadə edərək, çar (II İrakli - red.) nəyi isə bəhanə gətirərək oranı
(İrəvan xanlığını - red.) ordu ilə ələ keçirməlidir" [1, 15; 125, 56].
İrəvan xanlığına rus-gürcü hərbi müdaxiləsinin qarşısını almaq üçün
Osmanlı hökuməti təcili tədbir gördü. Osmanlı dövlətinin dəstəyi ilə xoylu Əhməd
xan dərhal öz kürəkəni, keçmiş İrəvan xanı Hüseynəli xanın 12 yaşlı oğlu
Məhəmməd ağanı (1784-1805) İrəvan taxtına çıxardı [115, 71; 124, 191]. Sultan I
Əbdülhəmid (1774-1789) yeni İrəvan xanı ilə sıx münasibətlər yaradılmasını
diqqət mərkəzinə götürdü. Sultan Ərzurum paşasına pul, Axalsıx, Qars və Bayazid
paşalarına fərmanlar göndərərək onlara İrəvanı II İraklinin təcavüzündən qorumağı
tapşırdı. Fərmanda xoylu Əhməd xanın birləşmiş qoşunların baş sərkərdəsi təyin
edildiyi, bütün paşa və vəzirlərə İrəvan xanına kömək etmələri tapşırıldı [81,
siy.1/194, sənəd 336, h.VIII, v.54-55; bax: 166, 206; 124, 192]. İrəvan xanlığının
Osmanlı dövləti ilə yaxınlaşması rus-gürcü siyasətinə ağır zərbə vura bilərdi. Məhz
buna görə II İrakli İrəvana iki min nəfərlik qoşun göndərdi. O.P.Markovanın
yazdığına görə, İrəvan xanı tələsik axalsıxlı Süleyman paşaya bildirdi ki, o, II
İrakliyə xidmət edəcəkdir. Bununla da tərəflər arasındakı gərginlik müvəqqəti
olaraq sakitləşdi [166, 206; 115,75].
Lakin ilk mənbələrin məlumatları göstərir ki, İrəvan xanı Məhəmməd xan
Qacarın bu mövqeyi müvəqqəti diplomatik gediş idi. Çox keçməmiş, 1784-cü il
sentyabrın 28-də Məhəmməd xan II İraklinin İrəvan qalasına hücum təhlükəsi
qarşısında Osmanlı dövlətinə məktubla müraciət etdi. Çıldır valisi, Qars mühafizi
və Bayazid hakimləri xoylu Əhməd xanla birləşib II İrakliyə qarşı birlikdə çıxış
etmək üçün damşıqlar apardılar [20, 93; bax: 125, 57]. Bunun ardınca Məhəmməd
*
Hüseynəli xanın ölümündən bir neçə ay keçməsinə baxmayaraq, oğlu Qulaməli xanın hələ də yas
libasını çıxarmadığını nəzərə alan II İrakli adəta uyğun olaraq ona rəngli libaslar göndərir və kəşfiyyat
üçün bu fürsətdən istifadə etmək qərarına gəlir [bax: 214, 87].
**
Qulaməli xanın qətli ilə bağlı müxtəlif məlumatlar var: 1.1784-cü il iyunun 7-də Bünyatəli bəy adlı
bir nəfər İrəvan meydanında Qulaməli xanı və onun iki qulluqçusunu odlu silahla qətlə yetirmişdir [bax:
159,266-267); 2. 1784-cü ilin yayında xalqla qəddar rəflarına görə Qulaməli xan qardaşı ilə birgə
İrəvanda baş vermiş iğtişaşlar zamanı öldürülmüşdür [bax: 166,205].
181
xan, digər Azərbaycan xanları və Ərzurum valisi Bayazid hakimi ilə birləşib
düşmənin hücumuna qarşı hazır olduqları barədə Osmanlı sarayına yenidən rəsmi
məlumat göndərdilər [20, 32; 125, 57].
Bu müraciətlərin qarşılığı olaraq 1784-cü ilin payızında Cənubi Qafqaza
İstanbuldan çoxsaylı (60 nəfər) nümayəndə heyəti göndərildi. Onlar Azərbaycan
xanlarına və Dağıstan hakimlərinə qiymətli hədiyyələrlə yanaşı Sultan
Əbdülhəmidin fərmanını da gətirmişdilər. Fərmanda sultan bütün Cənubi Qafqaz
müsəlmanlarını Rusiya təcavüzü qarşısında birləşməyə və müqəddəs müharibəyə
hazır olmağa çağırırdı [81, siy.1/194, sənəd 350, h.II, v.4; bax: 115, 75].
Cənubi Qafqazda Rusiyanın və onun əlaltısı olan gürcü çarının açıq
müdaxilə siyasətinə başlaması Osmanlı dövlətini daha konkret addımlar atmağa
sövq etdi. Rusiyadakı ermənilərin dini başçısı H.Arqutyan 1785-ci il fevralın 25-də
Stepan Saakova göndərdiyi məktubunda Qarabağ və Xoy xanlarının Axalsıx paşası
vasitəsilə sultandan hədiyyə və məktub aldıqları barədə xəbər verdi. Sultanın
məktubunda yazılırdı: "..sizə birləşməyi və İrəvanın düşmən əlində qalmaması
üçün onu ələ keçirməyə cəhd etməyi təklif edirəm, bunun üçün istədiyiniz qədər
qüvvə və pul ala bilərsiniz" [bax: 214, 115].
Azərbaycan xanlıqları ilə Osmanlı dövləti arasında siyasi əlaqələrin
güclənməsi ermənilərin təşvişinə səbəb oldu. Çünki bu, Azərbaycanın tarixi
torpaqları hesabına ermənilərə "dövlət yaradılması" planının baş tulmasına ciddi
əngəl törədə bilərdi. Erməni müəllifi A.İoannisyanın yazdığına görə,
İ.Arqutinskinin Axalsıxdan gəlmiş qardaşı oğlu xəbər verirdi ki, osmanlılar məktub
və pul göndərərək Azərbaycan xanlarını rus qoşunlarına müqavimət göstərməyə,
habelə Gürcüstan əleyhinə çıxmağa çağırmışdı. Eyni zamanda osmanlılar Qarabağ
və Xoy xanına məsləhət görmüşlər ki, ruslara İrəvan şəhərini almağa imkan
verməsinlər [159, 134-135].
İrəvan xanlığına birbaşa təcavüz etməkdən əli çıxan II İrakli digər
vasitələrə əl alır. O, 1785-ci ilin payızında Gürcüstana yürüş edən Azərbaycanın
Car-Balakən hakimi Ömər xanın
*
qoşunlarını İrəvan istiqamətinə göndərməyə
çalışsa da, bu, mümkün olmur [214,135].
Ömər xanın yürüşündən bir qədər keçdikdən sonra İrəvan xanlığının
alınması üçün yeni planlar hazırlanır. 1787-ci il mayın əvvəlində II İrakli
P.Potyomkini xəbərdar edir ki, Xoy xanı, Car-Balakən hakimi Ömər xan və
Qarabağ xanı İbrahimxəlil xanla birlikdə İrəvanı almaq qərarına gəlmişlər [78,v.
469; bax: 159,182].
Bütün bu tədbirlər Osmanlı dövləti tərəfindən sakit qarşılanmadı. 1787-ci
ilin iyununda Xoyda yenicə hakimiyyətə gəlmiş Hüseynqulu xana göndərilən
sultan fərmanında deyilirdi: "Tiflis valisi rusları Azərbaycanı və bizim torpaqları
*
Car-Balakən hakimi və ya Avar xanı Ömər xanın adı rusdilli sənədlərdə "Omar xan" yazıldığı halda
[bax: 24. f. VUA 482. op.144, d. 41481; op. 148, d. 41929] Azərbaycan dilinə tərcümədə səhv olaraq
Ümmə xan kimi verilir.
182
qarət etmək üçün dəvət etmişdir. ...Biz heç zaman İrəvanın qarət olunması və
dağıdılması ilə razılaşa bilmərik. Odur ki, ehtiyac olarsa, Bayazid, Van və Muşun
rəislərinə sizə qoşun göndərməyi əmr etmişik. Əgər Tiflis valisi sərhədi keçmək
fikrinə düşsə, o zaman sizə Ərzurum paşası Mustafa kömək edəcəkdir" [79, iş
4252,v.l26].
Osmanlıların hərbi fəallığının artmasından xəbər tutan Qafqazdakı rus
qoşunlarının komandanı general P.S.Potyomkin türklərin İrəvan istiqamətində
hücum edəcəkləri halda necə hərəkət etməli olduğu barədə mərkəzə sorğu göndərdi
[79, iş 4252, v. 126].
Polkovnik S.Burnaşev 1787-ci il 8 iyul tarixli məktubunda general
P.S.Potyomkinə bildirirdi ki, onun məlumatlarına görə, Osmanlı sultanı
Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus
olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır.
Bundan əlavə, sultan Ərzurum paşasına və digər həmsərhəd paşalara nəyin
bahasına olursa-olsun rus qoşunlarının qarşısına çıxmağı əmr etmişdir. Regionda
siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və
digər Azərbaycan xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək
üçün birləşmişlər [81, siy. 1/194, sənəd 416, h.I, v.354; 115,77-78].
1787-1791-ci illər Rusiya - Osmanlı müharibəsi zamanı da Rusiyaya
arxalanan II İrakli Azərbaycan xanlıqlarına qarşı öz işğalçılıq siyasətini davam
etdirməkdə idi. Belə ki, Georgiyevsk müqaviləsinə əsaslanan II İrakli 1787-ci il
noyabrın 22-do Qafqazdakı rus qoşunlarının komandanından yardım istədi.
Rusiyadan alacağı köməyə ümid bağlayan gürcü çarı İrəvanı ələ keçirmək və
Azərbaycan xanlarına qarşı yenidən hücuma keçmək niyyətində idi [20, 122; bax:
125,82-83]. Bunu başa düşən irəvanlı Məhəmməd xan 1787-ci il noyabrın 26-da
yaxınlaşan təhlükəyə qarşı öz elçisi Zeynalabdin vasitəsilə Osmanlı sultanından
yardım istədi. Elə həmin ilin dekabrında İrəvan xanlığının elçiləri İstanbulda
səmimi qarşılandı və onun xahişi müsbət qarşılandı [19, b. N° 9, 6, 71; 125, 83].
Sultan vəziyyətin ciddiliyini və müraciətin əhəmiyyətini nəzərə alaraq İrəvanı "əl-
Rumun (Türkiyənin red.) kilidi və Azərbaycanın Dərbəndi" adlandırmışdı [11; 15,
215; 20, 123, 324; 124, 222]. Beləliklə, İrəvan xanlığının xarici siyasətinin ikinci
mərhələsində Osmanlı dövləti ilə qarşılıqlı münasibətlər önəmli yer tutur.
XVIII yüzilliyin 90-cı illərinin ortalarında İrəvan xanlığı cənubdan daha
bir güclü təhlükə ilə üz-üzə qaldı. Məlum olduğu kimi, Kərim xan Zəndin
ölümündən sonra İranda hakimiyyəti Azərbaycan-türk tayfası qacarlardan olan Ağa
Məhəmməd xan ələ keçirdi. Onun ata-babaları vaxtilə I Şah Abbas tərəfindən
Azərbaycandan İranın Astrabad vilayətinə köçürülmüşdü. Ağa Məhəmməd xan öz
şahlıq iddiasını rəsmiləşdirmək üçün səfəvilərin və Nadir şahın idarə etdikləri
bütün keçmiş ərazilləri, o cümlədən Cənubi Qafqazı ələ keçirməyə çalışırdı. Bu
siyasət eyni zamanda müstəqil Azərbaycan xanlıqlarına qarşı da çevrilmişdi. Qacar
1795-ci ilin yazında Şimali Azərbaycana və Gürcüstana hərbi yürüşə başladı.
183
Ağa Məhəmməd xanın güclənməsi ilə müstəqillikləri cənub tərəfdən də
təhlükə altına düşən Azərbaycan xanlıqlarının qonşu dövlətlərlə diplomatik
münasibətləri daha da genişləndi. Qarabağlı İbrahimxəlil xan və irəvanlı
Məhəmməd xan Osmanlı dövlətindən yardım almaq üçün 1789-1790-cı illərdə
İstanbulda danışıqlar aparmaq üçün öz elçilərini Çıldır valisinin yanına göndərdilər
[12; 124, 229].
Ağa Məhəmməd şah yürüş ərəfəsində Şimali Azərbaycan xanlarına
fərmanlar göndərərək ona tabe olmalarını və itaət əlaməti olaraq girovlar
vermələrini tələb etdi. Şahın Cənubi Azərbaycandakı hərəkətlərini yaxından
izləyən İrəvan xanı onun yaxın müddətdə Şimali Azərbaycana yürüş edəcəyini
yəqin etmiş və Qars mühafizinə göndərdiyi məktubunda bu barədə məlumat
vermişdi. Qars mühafizi də öz növbəsində İstanbula xəbər çatdırmış, Ağa
Məhəmməd şahın İrəvan üzərinə yürüş edəcəyi halda Qars ətrafındakı bölgədən
xeyli köçkün olacağı üçün əlavə qüvvə və hərbi təchizat göndərilməsini istəmişdi
[20, sənəd 43, 134-135; bax: 124, 2291.
Ağa Məhəmməd xanın güclənməsi ilə bağlı Azərbaycanda baş verənləri
Osmanlı dövləti də diqqətlə izləyirdi. Belə ki, Qars mühafizi Kamal paşa hələ
1791-ci ildə Osmanlı sarayına göndərdiyi məktubda göstərirdi ki, Ağa Məhəmməd
xan Təbrizdən 6 saatlıq məsafədə olan Müşki ənbər çölünə gələrək Cənubi
Azərbaycan xanlarından bir neçəsini özünə itaət göstərməyə razı salmışdı. O,
irəvanlı Məhəmməd xanın da yanına gəlməsini tələb etmişdi. Lakin Məhəmməd
xan özü getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi.
Ağa Məhəmməd şahın İrəvana hücum edəcəyini yəqin edən Məhəmməd
xan İrəvan qalasının müdafiəsini möhkəmləndirmiş, Qars mühafizindən kömək
istəmiş, İrəvanın mühasirəyə alınacağı halda əhalinin bircə çıxış yolu olan Qarsa
köçəcəyini bildirmişdi. Bu məlumatla əlaqədar Osmanlı sultanı bölgəyə xüsusi
hazırlığı olan kəşfiyyatçılar göndərərək dəqiq məlumat əldə olunmasını və real
vəziyyətə uyğun cavab verilməsini əmr etmişdi [16; 124, 230].
Ərzurum valisi Yusif Ziya paşanın köməkçisi Məmiş ağanın 1795-ci il 15
may tarixli məktubunda da eyni narahatlıq nəzərə çarpır: Ağa Məhəmməd xan
İrəvana hücum edərsə, qala darısqal olduğundan təxminən 20-30 min nəfər elat ora
sığmayacaq və onların çoxunun Qars, Bayazid və Ərzurumun sərhəd sancaqlarına
pənah gətirəcəkləri yəqindir [20, sənəd 46, s. 145-146, 339-340; 124, 236].
Yaranmış olduqca mürəkkəb tarixi şəraitdə İrəvan xanı çıxış yolu olaraq
qardaşını Ağa Məhəmməd xanın sarayına girov kimi göndərdi, özü isə müqavimət
göstərmək məqsədilə hazırlıq görməyə başladı. Lakin Ağa Məhəmməd xan İrəvan
xanının hiyləsini başa düşərək qardaşı Əliqulu xanı 20 min döyüşçü ilə İrəvan
qalasını fəth etməyə göndərdi. Qacar qoşunları qalaya yaxınlaşaraq onu
mühasirəyə aldılar. İrəvan qalasının müdafiəçiləri 35 gün müqavimət göstərsələr
də, Məhəmməd xanın tabe olmaqdan başqa bir əlacı qalmadı. O, Qacarlar
dövlətinin xəzinəsinə ildə 8 funt qızıl və 80 min rubl bac ödəməyə razılıq verməyə
184
məcbur oldu. Bundan əlavə, İrəvan xanı lazım gəldikdə öz hərbi dəstəsi ilə Qacarın
hərbi xidmətinə getməli idi [115, 79-81].
Məlum olduğu kimi, Ağa Məhəmməd xan 1795-ci ildə Cənubi Qafqaza
birinci yürüşü zamanı Qarabağ xanlığının mərkəzi Şuşa şəhərini 33 gün
mühasirədə saxlamış, Gürcüstana yürüş etmiş və Tiflis şəhərini tutmuşdu. Bundan
sonra Ağa Məhəmməd xan qışlamaq üçün Muğan düzünə gəlmiş, oradan isə
Tehrana qayıtmışdı [9, 260-261].
Ağa Məhəmməd xanın Cənubi Qafqaza yürüşü və rəsmən Rusiyanın
himayəsində olan gürcü çarlığına hücumu Rusiyanın regiondakı maraqlarına və
nüfuzuna ağır zərbə vurmuşdu. Odur ki, Rusiya regionda öz qəsbkarlıq siyasətini
həyata keçirmək üçün bəhanə axtarırdı. Buna görə də fürsətdən istifadə edən
Rusiya imperatriçası II Yekaterina 30 minlik bir korpusu qraf V.Zubovun başçılığı
ilə Cənubi Qafqaza, özü də Azərbaycana göndərdi. Bu, Rusiya imperiyasının
Azərbaycana ikinci yürüşü idi.
V.Zubov Şimali Azərbaycanın bir sıra bölgələrini ələ keçirsə də, bu hərbi
əməliyyat, nəticə etibarilə, rus dövləti üçün uğursuz oldu. 1796-cı ilin noyabrında
11 Yekaterinanın ölümündən sonra taxta çıxmış oğlu I Pavel Rusiyanın xarici
siyasət xəttini dəyişərək rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı.
Rus qoşunlarının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda hərbi
əməliyyatlara hazırlaşması Osmanlı imperiyasını çox narahat edirdi. Buna görə də
5000 nəfərlik qoşunla Çıldırda olan Yusif paşa öz nümayəndəsini İrəvan xanının
yanına göndərərək onu rus qoşunlarının təcavüzü əleyhinə çıxmağa çağırdı [24,
v.80-81]. Kəşfiyyatdan rus ordusu qərargahına qayıtmış Nikolay Mirzəyev də eyni
fikirləri söyləmişdi: "Türklər çalışırlar ki, İrəvan xanı Gürcüstanın tabeliyinə
keçməsin" [24, v.80-81].
Osmanlı dövlətinin Cənubi Qafqazdakı fəallığı Rusiya dövlətinin
təcavüzünə real maneə olduğundan Rusiya xristian dini amilindən fəal surətdə
istifadə edirdi. Buna görə də Rusiya imperiyası Kartli-Kaxeli çarlığına Osmanlı
imperiyasına qarşı bufer dövlət kimi baxır və hər vasitə ilə ona kömək etməyə
çalışırdı. Təsadüfi deyildir ki, rus ordusu ali baş komandanının göstərişinə əsasən
İrəvan xanlığını özündən asılı vəziyyətə salması üçün II İrakliyə kömək göstərmək
qərara alınmışdı [80, sənəd 628-631, v.19].
Ağa Məhəmməd şah 1797-ci ilin iyununda ikinci dəfə Azərbaycanın
şimalına yürüş etdi. O, bu dəfə Şuşa qalasını ələ keçirə bildi. Lakin elə buradaca
sui-qəsdlə qətlə yetirildi. Sərkərdəsini itirmiş İran qoşunları geri - İrana qayıtmağa
məcbur oldu [9, 261-262].
Ağa Məhəmməd şah ikinci yürüşü ərəfəsində irəvanlı Məhəmməd xan
Qacarı yanına çağıraraq, onunla qohum olmasına baxmayaraq, rus qoşunları ilə
əməkdaşlıqda suçlandırıb həbs etmiş və Tehrana
*
göndərmişdi [41, II, 428; 95,
*
Q.P.Butkova görə, Qəzvinə göndərilmişdi [bax: 41, II, 431].
185
164]. Ağa Məhəmməd şahın əmrinə əsasən onun ögey qardaşı Əliqulu xan Qacar
İrəvanda hakimiyyəti idarə edirdi [41, II, 426; 95, 164; 200, 9]. Lakin Əliqulu
xanın vergiləri artırması səbəbindən İrəvan əhalisi üsyan edib onu hakimiyyətdən
qovdu [41, II, 431; 214, 59]. C.Bornoutyan isə bu hadisəni fərqli təqdim edərək
yazır ki, Əliqulu xan Qacar qardaşı Ağa Məhəmməd xanın ölümündən dərhal sonra
şah taxt-tacı iddiası ilə Tehrana tələsdi. Yaranmış vəziyyətdən istifadə edən Həsən
xan Makulu İrəvan xanlığında hakimiyyəti ələ keçirdi və xalqdan ağır vergilər
tələb etdi [200,9]. Ağa Məhəmməd şahın 1797-ci il iyulun 4-də Şuşada
öldürülməsindən sonra taxta çıxan varisi Fətəli şah (1797-1834) İrəvanı silah
gücünə əldə saxlamağın mümkün olmadığını nəzərə alaraq, İrana - Qacarlar
dövlətinə sədaqətini saxlaması şərtilə, Məhəmməd xanı həbsdən azad edib İrəvana
göndərdi [115, 85]. Lakin Məhəmməd xan qacarların müti vassalı olmadı. Əksinə,
xoylu Cəfərqulu xanla birləşərək yeni şaha tabe olmaqdan imtina etdi. Lakin onlar
şahzadə Abbas Mirzənin və sərdar Süleymanın başçılıq etdiyi Qacar qoşunu
tərəfindən məğlubiyyətə uğradıldılar. Bundan bir neçə il sonra Abbas Mirzə İrəvan
xanlığına hücum edərək İrəvan qalasını 40 günlük mühasirədə saxladı. Bu
müddətdə ətraf kəndlər və ellər çapılıb-talandı. Nəticədə Məhəmməd xan Abbas
Mirzəyə təzminat və sədaqət əlaməti olaraq girovlar verməyə məcbur oldu [115, 8
5-86].
XIX əsrin əvvəllərində Axalsıx hakimi Şərif paşanın sultana qarşı qiyamı
ilə bağlı olaraq İrəvan xanlığı ilə Osmanlı dövləti arasında münasibətlərdə
gərginlik yarandı. İrəvanlı Məhəmməd xanın Şərif paşanı dəstəkləməsi Osmanlı
imperiyası ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Qiyamın yatırılması
Ərzurum paşasına həvalə olundu. Ərzurum paşası bu zaman Fransa ilə müharibədə
Türkiyə ilə ittifaq bağlamış Rusiyanın Qafqazdakı qoşunlarının komandanı
K.F.Knorinqə kömək üçün müraciət etdi. K.F.Knorinq Tiflisdə olmadığından onun
köməkçisi, erməni mənşəli general İ.P.Lazaryev gürcü şahzadəsi Davidi
Borçalıdan və Qazaxdan topladığı azərbaycanlılardan ibarət dəstələrlə birlikdə
Ərzurum paşasının köməyinə göndərdi (türkləri bir-birinə qırdırmaq siyasəti!!! -
red.). Bununla yanaşı, 1801-ci ildə Ərzurum paşası K.F.Knorinqə məktub
göndərərək Məhəmməd xanın Şərif paşaya kömək etməkdən əl çəkməsinə təsir
göstərməsini ondan xahiş etdi [25, sənəd 1031, s.705].
1802-ci ildə Fətəli şah onun hakimiyyətini qəbul etməyən Azərbaycan
xanlarını özünə tabe etmək məqsədilə tədbirlər görməyə başladı. İrəvan xanını
Naxçıvandan olan köçkünləri Naxçıvana qaytarmadığı üçün hədələyən Fətəli şah
sərkərdəsi Abbasqulu xanı İrəvan xanlığına qarşı göndərdi, özü də 1802-ci ilin
martında İrəvana gəlmək və öz qüvvələrini buradan Gürcüstana yönəltmək fikrində
idi. Müdafiəyə hazırlaşan İrəvan xanı qalanı möhkəmləndirdi, hərbi sursat və ərzaq
ehtiyatı topladı. Lakin öz qüvvələrinə arxayın olmadığından ruslardan kömək
istədi. General-leytenant Knorinq Fətəli şahın qoşununu Gürcüstandan kənarda
qarşılayacağını və onları İrəvana buraxmayacağını vəd etdi [41, II, 513-514].
186
İmperatorun verdiyi 23 aprel 1802-ci il fərmanında Knorinqə bildirilirdi
ki, o, Fətəli şahın qüvvələrini Gürcüstana buraxmasın və hər vasitə ilə İrəvan
xanının Rusiya himayəsinə qəbul edilməsinə və İrəvanın rus qoşunları tərəfindən
tutulmasına nail olsun. Lakin Fətəli şah İrəvana və Gürcüstana yürüşünü təxirə
saldı. Bu zaman İrəvan xanı nəinki Rusiya təbəəliyindən imtina etdi, hətta rusların
düşməni sayılan naxçıvanlı Kalbalı xanla birlikdə Gürcüstandakı rusları buradan
sıxışdırıb çıxara bilməsə də, imkan düşdükcə onlara zərər yetirməyə başladı [41, II,
514-516].
1802-ci ilin mayında naxçıvanlı Kalbalı xan, onun qardaşı Abbasqulu xan
və İrəvan xanının birləşmiş qüvvələri Qars əyalətinə hücum və qarət məqsədilə
Pəmbək və Qars paşalığı istiqamətində hərəkət etdi. Qarslı Məhəmməd paşa
kömək üçün Knorinqə müraciət etdi. Knorinq Pəmbəkdəki rus qoşunlarının
komandanına Qarsla olan sərhəd xəttinin lap yaxınlığında Qars paşasının qüvvələri
ilə birləşməyi və xanlıqların birləşmiş qüvvələrinə zərbə endirməyi tapşırdı. 1802-
ci ilin iyununda rusların və Qars paşasının birləşmiş qüvvələri irəvanlı Məhəmməd
xanla naxçıvanlı Kalbalı xanı məğlubiyyətə uğratdı [41, II, 516-517].
Bebliklə, İrəvan xanlığı tarixinin bütün istiqamətlərdə araşdırılması aydın
sübut edir ki, bu dövlətin idarə olunmasında ermənilərin heç bir iştirakı olmamışdır
[162,44]. Əksinə, ermənilər İrəvan xanlığının ərazisini ələ keçirib burada öz
dövlətlərini yaratmaq üçün xanlığa qarşı bütün istiqamətlərdən hücuma keçən
təcavüzkarlara fəal köməklik göstərirdilər. Azərbaycan torpağında - ölkənin
qərbində yaranmış bu xanlıqda bütün hakimiyyət Azərbaycanın qədim türk tayfası
olan Ağcaqoyunlu Qacarların əlində cəmlənmişdi və bu dövlət Azərbaycanın
dövlətçilik ənənələri tarixində xüsusi yer tutur.
|