ƏLAVƏ № 1
Azərbaycanın Çuxursəd (İrəvan) bölgəsini idarə edən əmirlər və bəylərbəyiləri:
Əmir Səəd (XIV əsrin sonlarından 1410-cu ilə qədər)
Pir Hüseyn (1410-1413)
Pir Yaqub (Pir Hüseyn oğlu) (1420-ci illər)
Əbdül (Pir Hüseyn oğlu) (1440-cı illər)
Yaqub bəy (1440-cı illər)
Həsənəli Qaraqoyunlu (1460-cı illər)
Div Sultan Rumlu (1515-dən)
Hüseyn xan Sultan Rumlu (1550-ci ildən)
Şahqulu Sultan Ustaclı (1550-1575)
Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583)
Xıdır paşa (1583)
Lələ paşa(1577)
Məhəmməd Şərif paşa (1604-cü ilədək)
Əmirgünə xan Qacar (1604/5-1625)
Təhmasibqulu xan Qacar (1625-1635)
Fərhad paşa (1635)
Kalbalı xan (1636-1639)
Çağata Kötük Məhəmməd xan
*
(1639/40-1648)
Xosrov xan
**
(1648-1652/53)
Məhəmmədqulu xan Lələ bəy (1652/53-1659/60)
Nəcəfqulu xan (1659/60-1663)
Abbasqulu xan Qacar (Əmirgünə xan Qacarın oğlu) (1663-1666)
Səfi xan (Alxas Mirzə)
***
(1666/67-1674)
Sarıxan bəy (1674-1675)
Səfiqulu xan
****
(1675-1679)
Zal xan
*****
(1679-1688)
Murtuzaqulu xan
******
(1688-1691)
*
XVIII əsrə aid mənbədə — "Cambı"da Kötük Əhməd xan kimi [105,156], dövrün mənbəsini isə
Cağata Kötük Məhəmməd xan kimi təqdim olunur və onun Səfəvilərlə Osmanlılar arasında imzalanmış
Qəsri-Şirin sülh müqaviləsi (1639) danışıqlarının ilkin mərhələsində iştirak etdiyi qeyd olunur [66,129].
**
Mənbədə mənşəcə gürcü olduğu göstərilir [66.140].
***
Bəzi mənbələrdə ləzgi olduğu göstərilir [105,156; 82.4]. Əylisli Zəkəriyyə onu Səfiqulu xan Teymur
Qaybək kimi qeyd edir [104,63], əsərinin digər yerində isə Səfiqulu xan Alxas Mirzə kimi təqdim edir
[104,80,84,88].
****
Cambr"da gürcü olduğu qeyd olunsa da [105,156], digər mənbələr bunu təsdiq etmir. Dövrün
mənbələrində Təbrizli Rüstəm xanın oğlu olduğu qeyd olunur [66,182; 104,102]. Bu faktı XIX əsr
rusdilli mənbə də təsdiq edir [82,4].
*****
Mənşəcə gürcü olduğu göstərilir [82,4]. Dövrə aid mənbədə Abbasqulu xan Qacarın kürakəni
olduğu qeyd olunur [66,1951.
32
Məhəmmədqulu xan (1691-1694)
Zöhrabxan (1694-1699)
Fərzəli (Fətəli) xan Qacar (1699-1705)
Əbdül Məhəmməd xan (1705-1709)
Mehrəlixan (1709-1719)
Allahquluxan (1719-1725)
Rəcəbpaşa (1725-1728)
İbrahim paşa və Mustafa paşa (1728-1734)
Əli paşa dəftərdar (1734)
Hacı Hüseyn paşa (1734)
M əhəmməd qulu xan (1735)
Pir Məhəmməd xan (1736)
ƏLAVƏLƏR №2.
Irəvan xanları:
Mehdi xan Qasımlı (Əfşar)
*
(1747-1748)
Məhəmməd Hüseyn xan Gəraylı
**
(1748-1751)
Xəlil xan Özbək
***
(1751-1755)
Həsənəli xan Qacar (1755-I759)
Hüseynəli xan Qacar (Həsənəli xan Qacarın qardaşı)
(1759/60
****
- 1783, noyabr)
Qulaməli xan Qacar (Hüseynəli xan Qacarın oğlu)
(1783-1784, yay
*****
)
Məhəmməd Hüseyn xan Qacar (Hüseynəli xan Qacarın oğlu)
(1784-1805, iyun
******
)
******
Naxçıvanlı Məhəmmədrza xanın oğludur [66,224: 82,4].
Mənbələr:
[Əylisli Zəkəriyyə. Gündəlik. İrəvan, 1938]. Канакерци З.Хроника. Москва, 1969.
Аракел Даврижеци. Книга Историй, (перевод с армянского, предисловие и комментарий
Л.А.Ханларян). Москва, 1973.
[Simуon İrəvanlı. Cambr. Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların toplusunun müfəssəl
aynası və xatirə kitabı.Vaqarsapad, 1873].
СМОМПК, вып. I. Тифлис, 1881.
*
Farsdilli qaynaqlar Mehdi xanı Əfşarlann Qasımlı qoluna aid edir [bax: 221,93].
**
Farsdilli qaynaqlar Mehdi xan Əfşardan sonra hakimiyyətdə yerli nümayəndə Məhəmməd хаn
Gəraylının olmasını qeyd edir [bax: 221,93].
***
Xəlil xan Özbəkin İrəvan xanı olması haqda məlumatlar yetərli deyil [əlavə məlurmat üçün bax:
bölmə I, s.51].
****
İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyətə gəlməsi bir mənbədə 1764-cü ildən göstərilsə
də[82, 5]. dövrə aid mənbədə "Cambr"da 1759-1760-cı illərdən başlayaraq xatırlanır [105,137].
*****
Hüseynəli xanın oğlu Qulaməli xan Qacar cəmi 8 ay hakimiyyətdə olmuşdur.
******
İrəvan xanı Məhəmməd Hüseyn xan Qacarın hakimiyyəti dövründə 1797-ci ildə üç aylıq fasilə
yaranmışdı [əlavə məlumat üçün bax: bölmə I, s.53].
33
Əliqulu xan Qacar (Ağa Məhəmməd şah Qacarın qardaşı) (1797, iyun)
Həsən xan Makulu (Ağa Məhəmməd şah öldürüləndə qarışıqlıqdan islifadə edərək
İrəvan xanlığında hakimiyyətə gəlmişdir) (1797, yay) Mehdiqulu xan Qacar (1805,
yay - 1806, avqust) Əhməd xan Marağalı (1806, avqust-oktyabr)
Hüseynqulu xan Qacar (Qoyunlu) (atası vaxtilə İrəvan xanı olub)
*******
(1806, dekabr
********
- 1827, oktyabr)
Mənbələr:
Qarabağnamələr. I kitab. Bakı, 1989.
Qarabağnamələr, II kitab. Bakı, 1991.
AKAK, т. II. Тифлис, 1868.
AKAK,
T
.
III. Тифлис, 1869.
Бакиханов А.А. Гюлистани-Ирам. Баку, 1991.
СМОМПК, вып.1. Тифлис, 1881.
Шопен И.И. Исторический памятник состояния армянской области в
эпоху еѐ присоединения к Российской империи. СПб., 1852.
Brydges H.J.The dynasty of the Kajars, translated from original Persian
manuscript. New York, Arno Press, 1973.
Boumoulian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828, Mazda
Publishers in association with Bibliotheca Pcrsica.. Costa Mesa, California and
New York, 1992. [Mirzə Rəşid. Tarixe-Əfşar. Tehran, 1329].
[Simeon İrəvanlı. Cambr. Müqddəs Üçmüədzin kilsəsinin və ətraf monastırların
toplusunun müfəssəl aynası və xatirə kitabı. Vağarşapad, 1873].
*******
C.Bornoutyanın verdiyi məlumata görə Hüseynqulu xan Qacarın atası Mohəmmədxan Qacar
XVIII əsrdə İrəvan xanı olub [bax: 200, 17].
********
C.Bornoutyanın Hüseynqulu xan Qacarın hakimiyyətini 1807-ci ildən götürməsi düzgün
deyildir. Dövrə aid sənədlərdən birinin 10 dekabr 1806-cı il məlumatından bəlli olur ki, Hüseynqulu xan
Qacar artıq İrəvan xanıdır [bax: 27. sənəd 129, s.69-70].
40
Xanlığın əhalisi
Erməni katolikosluğunun Qərbi Azərbaycana köçürülməsi və ermənilərin
Üçkilsə ətrafında məskunlaşmağa başlaması. Azərbaycanın ayrılmaz tərkib hissəsi
olan İrəvan xanlığının ərazisi ən qədim zamanlardan başlayaraq müxtəlif tarixi
dövrlərdə Azərbaycan türklərinin elliklə ən sıx yaşadığı bölgələrdən biri olmuşdur.
Azərbaycan xalqı bu diyarda öz tarixinin ən zəngin və ən şanlı səhifələrini
yaratmışdır. Qriqorian missionerləri istisna edilməklə, ermənilərin bu Azərbaycan
torpaqlarında peyda olması prosesi 1441-ci ildə erməni katolikosluğunun
Kilikiyadan
Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə
köçürülməsindən [34,326-327; 105,19] sonra başlamışdır. Bunu Üçkilsə
katolikoslarının Azərbaycan hökmdarlarının qılığına girərək onlardan aldıqları
kəndlərin, torpaqların və digər əmlakın Matenadaranda saxlanılan alqı-satqı
sənədləri tam açıqlığı ilə sübut edir [bax: bölmənin sonu, cədvəl 1].
İrəvan bölgəsindəki Azərbaycan torpaqlarını ermənilərin hansı yollarla ələ
keçirmələri ilə bağlı Matenadaranda saxlanılan 1687-ci il tarixli bir sənəd olduqca
əhəmiyyətlidir. Həmin sənəddə qeyd olunur ki, biz (yəni ermənilər - red.)
Azərbaycan türklərinə məxsus olan torpaqları "...ya satın alır, ya zəbt edir, ya
sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud da
zorla ələ keçiririk" [51,28]. Erməni müəllifi qeyd edir ki, məhz bu yollarla XV-
XVIII əsrlərdə erməni kilsəsinin və dünyəvi feodallarımn torpaq mülkiyyəti
formalaşmışdı [51,28].
Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə
Çuxursəd (İrəvan) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç
bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta, erməni katolikosluğunun
yerləşdiyi Üçkilsə (Valarşabad
*
) kəndi belə 1443-cü
ildən başlayaraq hissə-hissə
müxtəlif vasitələrlə Azərbaycan, türklərindən alınmışdı. Məsələn, Azərbaycan
Qaraqoyunlu hökmdaları Cahanşahın razılığı ilə Üçkilsə katolikosu təyin olunan
(1443) Qriqor Makulu, tanınmış azərbaycanlı nəslinin nümayəndəsi, azyaşlı Səid
bəyin mülkü olan Üçkilsə (Valarşabad) kəndinin bir hissəsini 8 min 40 dinara
[105,100], 3 il sonra isə qalan hissəsini və əlavə 6 kəndi müsəlman Rüstəmdən 90
min dinara satın ala bilmişdi [105,102; bax: bölmənin sonu, cədvəl: 1].
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən istifadə
edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın bu
hissəsində ermənilərin kök salıb çoxalmasına başçılıq etmişlər. Belə ki, erməni
keşiş Q.Kiğamiyans ermənilərin "qurtuluş hərəkatının onların Qriqorian kilsəsi
*
Erməni dilində heç bir izahı olmayan "Valarşabad" toponimi Arşakilər (Arsaklılar) sülaləsindən olan
Sanatürkün (Sanatrukun) oğlu Valar şahın (194-216) adı ilə bağlıdır. Uzun tarixi dövr ərzində
"Valarşabad" kimi işlənmiş bu toponim erməni ədəbiyyatında təhrif olunaraq "Vağarşabad" formasma
salınmışdı. Valarşabadm əsası Valar şah tərəfindən qoyulmuşdu [bax: 95,116; 190, 29].
41
tərəfindən vahid mərkəzdən idarə olunduqları zamandan başlandığını qeyd edərək
yazırdı ki, avropalı missionerlor qriqorianlara müraciətlə deyirdilər: "Əgər siz də
bizim kimi Papa ilə birlikdə olsanız, siz də bizim kimi əziz olarsınız və onda hətta
istiqlaliyyətinizi də ələ alarsınız". Bununla Şərqə əl uzatmağa çalışan avropalılar
XVI-XVII yüzilliklərdə Kilikiyadan İrana (Səfəvi dövləti ərazisinə - red.) köç
edərək burada məskunlaşan ermənilərin dini duyğularını alovlandırırdılar [117, 3-
4; 126, 33]. İlk dövrlərdə ermənilər İrəvan şəhərinin özündə deyil, ələ keçirə
bildikləri Üçkilsə katolikosluğunun ərazisində və ona bitişik torpaqlarda
məskunlaşmışdılar.
Beləliklə, xaricdəki havadarlarının və xristian missionerlərinin hesabına
varlanan erməni kilsəsi Azərbaycan hakimlərindən pulla ermənilərə yeni-yeni
torpaqlar və kəndlər alaraq Azərbaycanın tarixi torpaqlarında özlərinə daimi
məskənlər yaradırdılar.
Ermənilərin
Çuxursəd
(İrəvan)
bəylərbəyiliyinin
ərazisində
məskunlaşmasına təkan verən amillər. Qeyd etmək lazımdır ki, ermənilərin
Çuxursəd bəylərbəyiliyinin ərazisində məskunlaşmasına təkan verən amillərdən
başlıcası XVI-XVII əsrlərdə və XVIII əsrin I yarısında baş vermiş Səfəvi -
Osmanlı müharibələri idi.
Çünki qeyd olunan müharibələr zamanı yerli müsəlman əhali -
Azərbaycan türkləri ya qırılıb tələf olur, ya da şiə məzhəbindən olduqlarına görə
Osmanlı ordusunun hücumları zamanı doğma torpaqlarını tərk etməyə məcbur
olurdular. Məsələn, dövrün ilk mənbələri əsasında aparılmış tədqiqatlar təsdiq edir
ki, 1583-cü ilin avqustunda Fərhad paşanın başçılıq etdiyi Osmanlı ordusu İrəvan
bölgəsinin Şörəyel və Talın mahallarına daxil olan zaman yerli əhali öz
torpaqlarını tərk edib Ağrıdağ və onun yaxınlığındakı yaylaqlara çəkilmişdi
[192,346]. Belə hallarda yaranmış fürsətdən istifadə edən erməni kilsəsi
osmanlıların işğal etdikləri Azərbaycan kəndlərini onlardan əlverişli qiymətə satın
alır və Türkiyənin müxtəlif vilayətlərindən buraya axışan erməniləri həmin
ərazilərə yerləşdirirdi.
Qeyd etmək lazımdır ki, Üçkilsə və onun ətrafındakı Azərbaycan
torpaqlarında məskunlaşan ermənilərin burada daha da möhkəmlənməsinə Səfəvi
hökmdarı I Şah Abbas (1587-1629) geniş imkanlar yaratmışdır. Belə ki, onun
fərmanı ilə ermənilərə Səfəvi dövlətinin xarici ticarət əlaqələrinin həyata
keçirilməsində geniş imtiyazlar verilmiş, dövlətin ərazisində yerləşən erməni
kilsələrinə xüsusi güzəştlər
*
edilmişdi [174, 181-182; 126,29,32].
Bunu o zaman Üçkilsədə məskunlaşan ermənilərin özləri də təsdiq
*
Səfəvi şahlarının xristianlara, o cümlədən ermənilərə belə qayğı göstərməsi Avropa dövlətlərinin
Şərqin müsəlman ölkələrində yaşayan "xristianları himayə" siyasətinin və I Şah Abbasın Osmanlı
imperiyasına qarşı apardığı müharibələrdə qərb dövlətlərindən odlu silahlar almaq siyasətinin "nəticəsi
idi.
42
edirdilər. Bununla bağlı bir fakta diqqət yetirək. Üçkilsədəki erməni icmasının
başçısı Filippos II Şah Abbasa (1642-1667) müraciətində yazırdı: "Hazırda bizim
vilayətdə yaşayanların (yəni ermənilərin red.) əksəriyyəti buraya müxtəlif
vilayətlərdən siz Əlahəzrət hökmdarın tükənməz qayğısı və sevgisi nəticəsində
köçürülüb. Üçkilsədəki 300 mömin gecə-gündüz sizə dua edir ki, onlar burada
yaşamaları üçün tamamilə Əlahəzrət hökmdarın mərhəmətinə borcludur"
[73,368-369; 126,32, bax: bölmənin sonu, sənəd 2J.
XVl-XVII əsrlərdə baş vermiş Səfəvi — Osmanlı müharibələrinin
Azərbaycan üçün ən acı nəticələrindən biri azərbaycanlıların öz ata-baba
torpaqlarını tərk etməsi idi. İrəvan əyalətinin 1590-cı il tarixli "Müfəssəl dəftər"in
məlumatına görə, İrəvan əyalətinin türk-müsəlman əhalisinin sayı azalaraq 67,5%-
ə [6,13], 1728-ci il tarixli "İcmal dəftər"inin məlumatına əsasən isə 61,2%-ə
enmişdir [6,18].
XVIII əsrin I yarısında isə bu proses bir az fərqli şəkildə davam edirdi.
Məsələn, 1735-ci ildə Nadir xan İrəvan əyalətini osmanlılardan azad etdikdən
sonra bu əyalətdən Üçkilsə katolikosları isə İrəvanda ermənilərin sayını artırmaq
üçün əllərinə düşən hər bir imkandan istifadə edirdilər. Məsələn, Nadir şah
Muğanda tacqoyma mərasimindən sonra (1736) Azərbaycan xanlarının hamısını
erməni əsirləri payladı. Bu zaman şahın qılığına girən katolikos Kənəkirli Abraham
xristian məliklərinin köməyi ilə Azərbaycan totrpaqlarında ermənilərin sayını
artırmaq üçün Xorasanda və müxtəlif yerlərdən alınmışerməni əsirlərinin bir
qismini İrəvan bölgəsi əhalisinin demoqrafiq tərkibində ermənilərin xeyrinə
nəzərəçarpacaq dəyişikliklər baş verirdi.
İrəvan xanlığının əhalisi: Bütün bunlara baxmayaraq, yenə də əhalinin
etnik tərkibində mühüm yeri Azərbaycan türkləri tuturdu. Bunu dövrün mənbələri
bir daha təsdiq edir. XVIII yüzilliyin əvvəlində missionerlik məqsədilə İrəvana
gəlmiş iezuitlər ordeninin üzvü, missioner Monye yazır: ―Evlərdən daha çox
bağçalar və üzüm bağlarına qərq olmuş şəhər ikiqat qala divarları ilə əhatə
olunmuşdur. Əhalinin ¼ ermənilərdir‖ [100, 154]. XVIII yüzillikdə İrəvanda
olmuş Mami-Klerak Monyenin faktlarından təkcə faydalanmamış, hətta onu,
redaktə etmişdir. Erməni tədqiqatçısı A.Q.İoannisyan da bu faktla razılaşaraq
fransız tarixçisi, mühəndis Mami-Kleraka istinad edərək yazır ki, "qaynaqların
məlumatına görə, ermənilər İrəvan şəhəri əhalisinin 1/4-ni, azərbaycanlılar isə
böyük əksəriyyətini təşkil edirdi" [100 153: 34, LXXVII]. Beləliklə, bəhs olunan
dövrdə də Azərbaycanın qədim Çuxursəd (İrəvan) bölgəsində və İrəvan şəhərində
yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi. Bunu
yuxarıda göstərilən erməni mənbələrinin məlumatları, həm də İrəvanda olmuş
Avropa səyyahları və missionerlərinin verdiyi konkret faktlar, dövrün
mənbələrindəki toponimlər və azərbaycanlılara məxsus mülklərin siyahısı da təsdiq
edir [bax: bölmənin sonu, sənəd 1. əlavə 2].
Bundan əlavə, Nadir şahın dəftərində təsvir olunan İrəvan kəndlərinin
43
siyahısına nəzər saldıqda Şörəyel məntəqəsində yerləşən 109 kəndin, demək olar
ki, hamısının Azərbaycan türklərindən ibarət olması həmin kəndlərin adlarından da
bəlli olur [58,42,43; bax: bölmənin sonu, əlavə 1]. XVIII əsrin II yarısının mənbəsi
sayılan "Cambr"da qeydə alınmış toponimlərimiz də Üçkilsə və onun ətrafındakı
torpaqlarda yaşayan ermənilərin yerli deyil, Azərbaycan torpağı olan İrəvan
xanlığının ərazisinə gəlmə olduqlarını bir daha təsdiq edir [bax: bölmənin sonu,
cədvəl 1, əlavə 2].
1813-cü ildə İrəvanda olmuş ingilis diplomatı Ceyms Moryer İrəvan
xanlığı əhalisinin 100 min nəfər olduğunu göstərir və onun 25 min nəfərinin
yaylaq-qışlaq (yaylaq-aran) təsərrüfatı ilə bağlı olduğunu qeyd edir [102,256].
Məhəmməd Həsən Vəlili də qeyd olunan dövrdə İrəvan xanlığında 115 min nəfər
əhalinin yaşadığını yazırdı [133,22].
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində İrəvan xanlığında əhalinın saymı
və etnik mənsubiyyətini müəyyən etmək üçün başlıca mənbə İrəvan xanlığının
işğalından sonra qraf İ.F.Paskeviçin göstərişi ilə İ.Şopen
*
tərəfindən (1829-1832- ci
illərdə) tərtib olunan Kameral Siyahıyaalmadır [95]. Lakin bu mənbənin məhz
İrəvan xanlığının işğalından sonra tərtib olunmasını daim nəzərdən qaçırmamaq
lazımdır.
Rusiya işğalı ərəfəsində İrəvan xanlığının bütün xristian
**
əhalisinin
ümumi sayı 20%-dən çox olmamışdır. Bu faktı İ.Şopenin tədqiqatlarına əsaslanan
erməni mənşəli qərb tarixçisi G.Bornoutyan da öz tədqiqatlarında etiraf edir [bax:
200, 59; 201,78; 145,121 ]. Bundan əlavə, müəllif İrəvan xanlığı ərazisindəki
ermənilərin sayı ilə bağlı yazır: "Hər bir halda fars hakimiyyəti dövrünün (müstəqil
İrəvan xanları dövrü — red.) heç bir vaxtında erməni əhalisi nə çoxluq təşkil etmiş,
nə də sayca müsəlmanlara bərabər olmuşdur. Tədqiqat bəzi mahallarda erməni
çoxluğunu göstərsə də, bu həmin ərazidən 25.000-dən çox müsəlmanın
getməsindən sonra baş vermişdi, buna görə də fars hakimiyyəti dövründə
ermənilərin çoxluğu barədə heç bir dəlil yoxdur" [200, 59-60].
İrəvan xanlığının ərazisində yaşayan və əhalinin 80%-dən çoxunu təşkil
edən müsəlman əhali
***
haqda ilk mənbələrdə zəngin məlumatlar vardır. Qədim
*
Şopen İvan İvanoviç (1798-1870) uzun müddət Qalqazda hərbi xidmətdə olmuş alman mənşəli bu şəxs
Qafqazın hərbi hakimi İ.F.Paskeviçin tapşırığı ilə bölgənin siyahıyaalmasını tərtib etmiş və həmin
əsərini 1852-ci ildə çap etdirmişdi. Həmin əsər Rusiya işğalı ərəfəsində və işğaldal) sonra İrəvan
xanlığında demoqrafik vəziyyətin və etnik tərkibin öyrənilməsində əvəzolunmaz mənbədir. Bu haqda
IX bölmədə ətraflı məlumat verilir.
**
İrəvan xanlığı ərazisində ermənilərin sayını süni şəkildə artırmaq məqsədilə əksər erməni
müəlliflərinin əsərlərində burada yaşayan bütün xristianlar (qaraçılar, gürcülər, yəhudilı-aysorlar,
xristian kürdləri və s.) erməni kimi qəlamə verilir və bununla İrəvan bölgəsinin tarixi bilərəkdən
ermənilərin xeyrinə saxtalaşdırılır. Məsələn, İrəvan şəbərində varlı xristian qaraçılardan ibarət 100
ailənin yaşadığı qeyd olunur [38,12].
***
Mənbələrdə çoxsaylı Azərbaycan türkləri və əsasən Səfəvi — Osmanlı müharibələri zamanı
osmanlılar tərəfindən bölgəyə köçürülmüş müsəlman kürd tayfaları "müsəlman əhali" adı altında qeydə
alınmışdır.
44
dövrdən Çuxursəd vilayətində yaşayan Sədli, Rumlu, Ustaclı, Alpout, Bayat və
başqa Azərbaycan tayfaları İrəvan bölgəsinin idarəçiliyində mühüm rol oynayırdı.
1 Şah Abbasın dövründən isə bölgənin idarəçiliyində aparıcı rol buranın qədim
sakinləri olan Ağcaqoyunlu Qacar tayfasına keçdi [173,141].
İ.Şopenin verdiyi məlumata görə, İrəvan xanlığı ərazisində öz saylarına
görə bir-birindən fərqlənən aşağıdakı Azərbaycan-türk tayfaları yaşayırdı: 5000-ə
yaxın Qarapapaq, 3000-ə yaxın Ayrumlı, hər biri min nəfərdən çox olan Böyük
Çobanqara, Sədli, Seyidli — Axsaq1ı (Ağsaqqallı — red.), Muğanlı, Qacarların
Şahdilli
*
və Sədərəkli oymaqları, Cəlali və b. [95,535-538; Bax: cədvəl 2]. Nəzərə
almaq lazımdır ki, bu tayfaların sayı Rusiya işğalından sonrakı dövrdə Qarapapaq
və Ayrumlı tayfalarının və həmçinin digər tayfaların xeyli hissəsinin xanlıq
ərazisini tərk etməsindən sonra hesablanmışdır.
İ.Şopenin məlumatlarına görə, işğal ərəfəsində İrəvan xanlığında 49.875
nəfər müsəlman (azərbaycan türkü — red.), 324 nəfər kürd, 20.073 nəfər isə
erməni
yaşayırdı [95,635-642]. İrəvan xanlığında yaşayan müsəlman
(azərbaycanlı) əhalinin sayını dəqiq müəyyən etmək üçün bu faktı da nəzərə almaq
lazımdır. İrəvan xanlığında mövcud olan 521 kənddən 153-də müsəlman
(azərbaycanlı) əhalinin yaşadığı qeydə alınmamışdır [200.38]. Şübhəsiz ki, bu
kəndlərin azərbaycanlı əhalisi ya hərbi əməliyyatlar zamanı həlak olmuş, ya da
Rusiya işğalından sonra xanlığı tərk etməyə məcbur olmuşdu. Əgər bu kəndlərin
hər birində orta hesabla 25 ailənin və hər bir ailənin minimum 5 nəfərdən
**
ibarət
olduğunu nəzərə alsaq, onda həmin kəndlərdə ən azı 19125 nəfərin yaşadığını
ehtimal etmək olar.
İ.Şopenin digər məlumatına görə, "İrəvan xanlığında 521 yaşayış məskəni
və 310 tərk edilmiş
***
kənd var idi" [95,509-517]. Əgər bu kəndlərin hər birində
orta hesabla 25 ailə və hər bir ailədə minimum 5 nəfərin olduğunu nəzərə alsaq,
onda hər kənddə 125 nəfərin yaşadığmı və tərk edilmiş 310 kəndin əhalisini də
nəzərə alsaq, təqribən 3750 nəfərin yaşamış olduğunu qeyd etmək olar.
****
Beləliklə, İrəvan xanlığının Rusiya tərəfindən işğalı ərəfəsində bu diyarın
müsəlman-türk əhalisinin sayı azı 107.750 nəfər olmuşdur. Rusiya işğalı ərəfəsində
erməni əhalinin sayı isə ümumi əhali sayının 18%-ə qədərini təşkil etmişdi.
Bundan başqa, erməni mənşəli qərb tədqiqatçısı G.Bornom da qeyd edir
ki, İrəvan xanlığında ermənilər heç zaman nəinki üstünlük təşkil etmiş, hətta sayca
*
C.Bornoutyan öz əsərində "Şahdəli" kımi təqdim edir [bax: 200. 2311.
**
Məlumdur ki, müsəlman ailələrində uşaqların sayı çox olurdu və hər bir ailənin minimum 5 nəfər
hesablanması şərti olaraq götürülmüşdür.
***
Şübhəsiz, həmin tərk edilmiş 310 kəndin əhalisi Azərbaycan türkləri idi. Onlar öz doğma kəndlərini
tərk etməyə ya məcbur olmuş, ya da güclə çıxarılaraq qovulmuşdular.
****
Bu İrəvan xanlığını təkcə 1828-1832-ci illərdə məcburi şəkildə tərk etmiş Azərbaycan türklərinin
təqribi hesablanmış sayıdır.
45
azərbaycanlılara bərabər belə olmamışlar.
*
Mənbələrdə bu faktı təkzib edəcək heç
bir məlumat yoxdur [200,60]. Çoxsaylı faktlar sübut edir ki, bu əzəli Azərbaycan
torpağından minlərlə müsəlman (Azərbaycan türkləri — red.) mühacirət etmiş,
ermənilər isə İrandan və Osmanlı imperiyasından bu torpaqlara köçürülmüşdür.
Nəticədə xristian əhali əhəmiyyətli sayda artmışdı (bu haqda IX bölmədə ətraflı
məlumat verilir).
İrəvan şəhərinin əhalisi. İrəvan bölgəsindən fərqli olaraq, qeyd olunan
demoqrafik proseslər İrəvan şəhəri əhalisinin etnik tərkibinda ciddi dəyişiklik
yaratmadı. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan
türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Məsələn, XVII əsr fransız
səyyahı Şardən İrəvanda olankən (1673) Səfiqulu xan Çuxursəd bəylərbəyi və
İrəvan hakimi idi. Şardən onun incəsənəti və elmi sevdiyini, hamının ona hörmət
etdiyini göstərir [10,23]. Səyyahın məlumatma görə, "...İrəvan qalası təxminən
səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar (yəni Azərbaycan
türkləri - red.) yaşayırlar" [10,21].
Bununla yanaşı, digər avropalı səyyah — 1700-cü ilin yazında İrəvanda
olmuş alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və
siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır: "İrəvan
şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində red.) yalnız iranlılar
**
(Azərbaycan türkləri -red.), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə —
red.) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayır.
Onlar iranlılara (Azərbaycan türklərinə - red.) vergi verirlər" [224,118]. "Qədim
İrəvan" kitabında İrəvan əhalisindən bəhs edən Y.Şahəziz 1673-cü ildə İrəvanda
olan fransız səyyahı Şardənin İrəvan qalasında yaşayan əhali haqda məlumatını bir
daha təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, ermənilərin orada
(İrəvan şəhərində - red.) yalnız dükanları var idi, onlar orada gündüzlər alver edir,
axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdilər [215,34; 116,5-6].
Ermənilər tərəfindən Rusiyaya və Avropanın digər xristian dövlətlərinə
çatdırılan məlumatların təhrif olunmasını, ermənilərin sayının həmişə süni şəkildə
şişirdilməsini nəzərə alsaq, demək olar ki, İrəvan şəhərinin özündə oturaq erməni
əhalisi yaşamamışdır. Hələ, XVIII əsrin əvvəllərində İrəvan şəhərində oturaq
erməni əhalinin yaşamadığını həmin dövrdə tərtib olunmuş arxiv sənədləri də
təsdiq edir. Erməni-rus əlaqələrinə həsr olunmuş sənədlər toplusunun II cildinin I
hissəsinə daxil edilmiş sənədlər içərisində maraqlı bir məlumat verilir. 1701-ci il
25 iyul tarixli "Yaddaş qeydləri" adlanan həmin sənəddə erməni avantüristi İsrail
*
İrəvan xanlığının bütünlüklə 15 mahalındakı əhalinin sayı 115.155 nəfər olmuşdu [bax: 95.635-638].
**
Avropa ölkələrindən Səfəvi dövləti ərazisinə gələn sayyahlar bir qayda olaraq məlumatarı Üçkilsə
katolikosundan alırdılar. Onların təsiri ilə bu missioner-səyyahlar Səfəvi dövlətini ―İran
dövləti".
Azərbaycan türklərini isə "iranlılar" adlandırırdılar. İrəvan xanlığının real tarixi təkzibolunmaz ilk
mənbələr, xüsusilə bölgədəki bütün yer adlarının məhz Azərbaycan türkcəsində olması sübut edir ki,
burada yaşayan qədim əhali məhz Azərbaycan türkləri idi.
46
Ori rus qoşunlarını Cənubi Qafqaza yürüşə həvəsləndirmək üçün I Pyotra 18
bənddən ibarət layihə təklif edir. Layihənin 7-ci bəndində Rusiya imperatoruna
İrəvan şəhəri haqda kəşfiyyat xarakterli məlumatlar çatdırılır və göstərilir ki,
İrəvan şəhərində cəmi 300 nəfərdən bir az artıq erməni yaşayır və onlar da ticarətlə
məşğul olurlar [35,213; 126,31].
Nəzərə almaq lazımdır ki, İrəvanda olan avropalılar, o cümlədən
missionerlər şəhərin xristian əhalisi barədə məlumatı Üçkilsə katolikosundan
alırdılar. Buna görə də həmin məlumatlar çox zaman bilərəkdən şişirdilir və
həqiqəti əks etdirmirdi. Bununla belə, Avropa səyyahları Şardən, Şillinger, XVIII
əsr arxiv sənədləri və hətta erməni müəllifi Şahəziz də İrəvan qalası əhalisinin
bütünlüklə, şəhər əhalisinin isə böyük əksəriyyətinin azərbaycanlılardan ibarət
olduğunu yazır. İrəvan şəhərində yaşayan əhalinin sayı haqda digər məlumatlar da
var. C.Perri qaynaqların məlumatına əsaslanaraq Kərim xan Zəndin hakimiyyəti
dövründə (1759-1779) İrəvan şəhəri əhalisinin 20 min nəfər olduğunu qeyd edir
[210,230]. A.Muriel isə İrəvanı Cənubi Qafqazın ən sıx əhalisi olan şəhəri kimi
göstərir [197,12]. Göründüyü kimi, İrəvan xanlığında əhalinin əksəriyyətini yerli
Azərbaycan türkləri təşkil edirdi. Onlar siyasi hakimiyyətə tam sahib olmaqla
xanlığı idarə edirdilər. Lakin məhz yuxarıda qeyd olunan səbəblər üzündən
ermənilər zaman keçdikcə Azərbaycanın qərb torpaqlarında — əvvəlcə Çuxursəd
bəylərbəyiliyinin, sonra isə İrəvan xanhğının ərazisində məskunla bildilər.
Ümumiyyətlə, XIX yüzilliyin əvvəlində — Rusiya işğalına qədər
ermənilərin Azərbaycan torpaqlarında toplu halında yaşamasını dövrün heç bir
qaynağı təsdiq etmir. Beləliklə, nəzərdən keçirilən rəsmi sənədlərin, müxtəlif
dövrlərdə tərtib olunmuş arxiv materiallarının, dövrün xristian missionerlərinin və
səyyahlarının, erməni müəlliflərinin, eyni zamanda, elmi ədəbiyyatda toplanmış
məlumatların müqayisəli təhlili İrəvan xanlığından yaşayan əhalinin etnik tərkibi
barədə aşağıdakıları təsdiq edir: XVI əsrin əvvəllərindən başlayaraq davam edən
Səfəvi — Osmanlı müharibələri nəticəsində Azərbaycanın qərb bölgəsinin şiə
məzhəbli əhalisinin xeyli hissəsi öz doğma yurdunu tərk etməyə məcbur olmuş və
bu səbəbdən də həmin bölgələrdə Azərbaycan türklərinin sayı müvəqqəti də olsa
azalmışdır; - Hakimiyyət dəyişikliyindən yararlanan erməni kilsəsi boşalmış türk
(Azərbaycan — red.) kəndlərini və torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirərək
burada erməniləri yerləşdirmişdir [bax: 126,219];
Yuxarıda göstərilən səbəblər üzündən artıq XVIII əsrin əvvəllərində
mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyinin Üçkilsə və ona yaxın
kəndlərində ermənilərin sayı artmışdı. Bununla belə, göstərilən dövrdə də İrəvan
şəhəri və ona yaxın bölgələrdə ermənilər elliklə məskən sala bilməmiş, yalnız
müvəqqəti olaraq ticarətlə, habelə missionerlik fəaliyyəti ilə məşğul olmuşlar.
57
ƏLAVƏ 1. "Nadir şahın dəftərinə görə İrəvan bölgəsinin Şörəyel
distansiyasındakı kəndlərin siyahısı:Şörəyel distansiyası 109 kənddən ibarətdir.
Həmin kəndlər bunlardır: 1) Məliki, 2) Quqarlı, 3) Başkənd, 4) Savucbulaq. 5)
Tuləkli, 6) Dərəkənd, 7) Boğazkəsən, 8) Yenikənd, 9) Qulucan, 10) Qaraqışlaq,
11) Qurukənd 12) Yenikənd, 13) Kəndümə, 14) Cöyərçinliülya, 15) Kərhəsən, 16)
Qaratəpə, 17) Tünkeçi, 18) Şiştəpə, 19) Qaramlı, 20) Sarıqaya, 21) Dərbənd, 22)
Əlikli, 23) Qonaqpiran, 24) Yuva, 25) Cəyirli, 26) Üçtəpə, 27) Ortakilsə, 28)
Rincame, 29) Duztəpə, 30) Qarakilsə və Tatarlı, 31) Anurdərə, 32) Ağuran-Tatarlı,
33) Gülablı, 34) Hurqala, 35) Qəfəsəli, 36) Qarabulaq-Muğanlı, 37) Bağdacıq, 38)
Gümrü, 39) Qapılı, 40) Ərtik, 41) Qıpçaq, 42) Arxvəli 43) Bəykəndi, 44) Horum,
45) Məscidli, 46) Dəmirdaş, 47) İlanlı, 48) Tağacıq, 49) Yuvamlı, 50) Yeniqalaça,
51) Qabaqtəpə, 52) Gül kəndi, 53) Malkəndi, 54) Günbəzli, 55) Abnus, 56)
Xalqverdi, 57) Тəpədölək, 58) Duzkəndülya, 59) Şirəli, 60) Yolkeçən, 61) Ağkilsə,
62) Sulukənd, 63) Çiləkli, 64) Şiştəpə, 65) Büzük, 66) Verpilər, 67) Nəcəfbulaq,
68) Mehdiqulu, 69) İsaxanlı, 70) Pukiqıran, 71) Qarahəmzəli, 72) Qarakələ, 73)
Ağbulaq, 74) Həsənkəndi, 75) Kürkübulaq, 76) Qoşayataq. 77) Kökörən, 78)
Qarakilsə, 79) İlanlı-Muğanlı, 80) Ağcakənd, 81) İshaq, 82) Ərmə, 83) Qat, 84)
Porsuxlu 85) Xarçəkəsən, 86) Ağbulaq, 87) Cülkəndi, 88) Çobangirməz, 89)
Qaraqotur, 90) Qırxdəgiranlar, 91 Nəzərəlikəndi, 92) Qalaça, 93) Xasmənli, 94)
Saf, 95) Muncisli, 96) Əlikiçik, 97) Əsradür, 98) Qızılqoç, 99) Şərəbxana, 100)
Sərək, 101) Şəkərabad
?
102) Əlifəna, 103) Bulaqçox, 104) Xanımkəndi, 105)
Göyərçinli, 106) Qaramabad, 107) Başxaraba, 108)Qarabulaq, 109)Çinikənd,
Dostları ilə paylaş: |