Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 12,94 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix31.01.2017
ölçüsü12,94 Mb.
#7112
1   2   3   4   5   6   7   8   9   ...   18

 

101 

 


102 

 

 



103 

 

 



104 

 


105 

 

 



106 

 


107 

 


108 

 


109 

 

 



110 

 

 



111 

 

 



112 

 


113 

 

 



114 

 

 



115 

 

 



116 

 

 



117 

 

 



118 

 


119 

 

 



120 

 

 



121 

 

 



Mədəniyyət 

 

İrəvan  xanlığının  ərazisində,  xüsusən  də  xanlığın  mərkəzi  İrəvan 

şəhərində  kiçik  fasilələrlə  dağıdıcı  müharibələr  baş  versə  də,  elm  və  mədəniyyət 

daim  inkişaf  etmişdir.  İrəvan  xanlığının  ərazisində  tarixin  yaddaşına  çevrilmiş 

yüzlərlə maddi-mədəniyyət, memarlıq və incəsənət abidələri - məscidlər, türbələr, 

epiqrafik  abidələr,  qoç  heykəlləri,  təsviri  və  dekorativ  tətbiqi  sənət  nümunələri 

olmuşdur. İrəvandakı Əlyazmalar İnstitutunda - Matenadaranda saxlanılan yüzlərlə 

əlyazma İrəvan xanlığının mövcud olduğu dövrə aiddir. 

İrəvan xanlığının ərazisindəki maddi-mədəniyyət və memarlıq abidələri, o 

dövrün  mədəniyyəti  və  incəsənəti,  habelə  təhsil  sistemi  barədə  fransız 

səyyahlarından Jan Tavernye və Jan Şardənin, Rusiyanın həmin ərazini işğalından 

sonra  isə  İ.Şopenin,  ingilis  səyyahı  H.Linçin  əsərlərində  kifayət  qədər  məlumat 

verilmişdir.  XIX  əsrin  əvvəllərinədək  sırf  türk  -  azərbaycanlı  yurdu  olan  İrəvan 

xanlığının  ərazisində  maddi-mədəniyyət  abidələrinin  hamısı  Rusiya  imperiyası 

tərəfindən  XIX  əsrin  əvvəllərindən  etibarən  İrəvan  xanlığının  ərazisinə  kütləvi 

surətdə  köçürülən  ermənilər  tərəfindən  vəhşicəsinə  dağıdılmış  və  yer  üzündən 

silinmişdir  [bax:  bölmənin  sonu,  şəkil  35,  36,  37,  38.  39,  40].  Bununla  belə,  ilk 

mənbələr və ayrı-ayrı tədqiqat əsərləri İrəvan xanlığının ərazisində mövcud olmuş 

maddi-mədəniyyət  abidələri.  habelə  incəsənət,  maarif  və  ədəbi  mühit  haqqında 

kifayət qədər məlumat əldə etməyə imkan verir. 



Elm  və  təhsil.  İrəvan  xanlığının  ərazisində  təhsil  sistemi  haqqında  ən 

dolğun  məlumat  xanlığın  Rusiya  tərəfindən  işğalından  sonra  həmin  ərazidə 

kameral  siyahıyaalma  keçirən  rus  tarixçi-statistiki  İ.Şopenin  "Erməni  vilayətinin 

Rusiyaya  birləşdirilməsi  dövrünün  tarixi  yaddaşı"  əsərində  verilmişdir.  Həmin 

məlumatlardan  aydın  olur  ki,  İrəvan  xanlığının  ərazisindəki  təhsil  sistemi 

Azərbaycanın  digər  xanlıqlarındakı  təhsil  sisteminin  analoqu  olmuşdur  [95,  901-

911]. 

İ.Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə, əsasən din 



xadimləri məşğul olurdu. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə 

fəaliyyət göstərirdi. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz 

adlandırılırdılar.  Mədrəsələrdə  geniş,  dərs  otaqları  ilə  yanaşı,  tələbələrin 

yaşadıqları kiçik otaqlar - hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidlər 

dərs  deyirdilər  ki,  onları  dinləmək  üçün  ölkənin  hər  yerindən  dinləyicilər  gəlirdi. 

İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərində 200 şagird təhsil alırdı 

[95,901-911]. 

İ.Şopenin  məlumatına  görə,  müsəlman  alimləri  bütün  elmləri  üç  əsas 

sahəyə  bölürdülər:  Əl-ərəbiət,  Əl-şəruə  və  Əl-hakimə.  Birinci  sahəyə  əsasən  ərəb 

dilinin  qaydaları,  tarix  və  "Quran"ın  oxunması  daxil  idi.  İkinci  sahəyə  "Quran"ın 

təfsiri,  hadisələrin  öyrənilməsi,  dini  hüququn  əsaslarının  öyrənilməsi  daxil  idi. 


122 

 

Üçüncü  sahəyə  isə  məntiqin,  riyaziyyatın,  həndəsə  və  astronomiyanın,  tibbin  və 



nəzəri fəlsəfənin öyrənilməsi daxil idi. İrəvanda gənclərin əksəriyyəti Şərqin böyük 

şairləri  Nizaminin,  Rudəkinin,  Firdovsinin,  Caminin,  Hafizin.  Sədinin  və 

digərlərinin  şeirlərini  əzbərdən  söyləyərdilər.  İrəvan  şairlərindən  biri  öz  şeirlərini 

elə avazla oxuyarmış ki, onu Mirzə Əndəlif (Mirzə Bülbül) deyə çağırırmışlar [95, 

903]. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsn-xəttə xüsusi diqqət yetirilirdi. 

İrəvan  xanlığının  ərazisində  məktəb  və  mədrəsələrdən  başqa  fərdi  tədris 

növü də mövcud idi. Xanın və yaxud sərdarın, əyanların və tacir uşaqlarının təhsili 

ilə onların evində ayrıca müəllimlər məşğul olurdu. 

İ.Şopenin  verdiyi  məlumata  görə,  məktəblərdə  tədris  olunan  fənlərə, 

xüsusən  də  "Quran"a  və  şəriətə  aid  kitabların  nüsxələrinə  hər  bir  müsəlmanın 

evində, Özü də hərəsindən bir neçə nüsxə rast  gəlmək olar. Onun  yazdığına  görə, 

ermənilər kitab sarıdan kasıbdırlar. Yalnız bəzi varlı ermənilərin evlərində "İncil"ə 

və yaxud hansısa kitaba rast gəlmək olar [95,917].   Bütün bunlar ona dəlalət edir 

ki,  İrəvan  şəhəri  xanlıqlar  dövründə  Azərbaycanın  inkişaf  etmiş  elm  mədəniyyət 

mərkəzlərindən  biri  olmuşdur.  Müsəlmanlardan  fərqli  olaraq,  gəlmə  ermənilərdə 

elm və təhsil inkişaf etməmişdi. 



Epiqrafik  abidələr.  XVIII  əsr  epiqrafik  abidələrinə  memarlıq  abidələri, 

məzar daşları, saxsı, metal, taxta və s. bərk materialdan düzəldilmiş məişət əşyaları 

üzərində  rast  gəlinir.  Həmin  kitabələr  İrəvan  xanlığı  ərazisində  mövcud  olmuş 

müxtəlif  formalı  sənduqə,  başdaşı.  sinədaşı,  at  və  qoç  heykəlli  məzar  daşları, 

karvansara, hamam, mədrəsə, qala divarları və s. üzərində qoyulmuş lövhələrdə əks 

olunmuşdur.  İlk  mənbələrdən  və  epiqrafik  abidələrdən  məlum  olur  ki,  İrəvan 

xanlığı  ərazisində  bir  sıra  tikinti  işləri  aparılmış,  İrəvanda  Sərdar  (xan)  sarayı, 

imarətlər, İrəvan və Sərdarabad qalaları tikilmişdir. Həmin qalalarda karvansaralar, 

məscidlər,  hamamlar,  bazarlar  və  s.  inşa  edilmişdir  [bax:  bölmənin  sonu,  şəkil 

24,25]. 


İrəvan  xanlığının  ərazisində  mövcud  olmuş  Azərbaycan-türk  memarlıq 

abidələrindən  bugünümüzə  gəlib  çatanı  İrəvan  yaxınlığındakı  Cəfərabad 

(ermənistan  SSR  Ali  Sovetinin  04.04.1946-cı  il  tarixli  fərmanı  ilə  Arqavand 

adlandırılmışdır)  kəndindəki  türbədir.  Həmin  türbənin  üzərindəki  kitabəni  tədqiq 

edən  görkəmli  alim  Məşədixanım  Nemət  bu  barədə  yazır  ki,  Cəfərabad  türbəsi 

buraların keçmişindən söhbət açan yeganə tarixi abidə və sənət əsəridir [Nemətova 

M. Əsrlərin daş yaddaşı Bakı, Elm, 1987, s.40-41 L95,917]. Yerli tuf daşdan inşa 

edilmiş onikiüzlü, hündürlüyü 12 metr, içəridən diametri 5 metr olan məqbərə orta 

əsrlər  Şərq  memarlıq  üslubu  ilə  bəzədilmişdir  [bax:  bölmənin  sonu,  şəkil  1,2]. 

Məqbərə  Qaraqoyunlu  əmiri  Əmir  Səədin  oğlu,  İrəvan  çuxurunun  hakimi  Pir 

Hüseyn tərəfindən atasının qəbri üzərində 1414-cü ildə ucaldılmışdır. Məqbərənin 

günbəzinin  altında  50  sm  enində  friz  üzərində  nəsx  xətti  ilə  məqbərənin  kim 

tərəfindən  inşa  etdirildiyi  qeyd  edilmiş  və  "Quran"dan  ayələr  həkk  olunmuşdur. 

Erməni tarixçisi A.Papazyanın yazdığına görə, yerli sakinlər məlumat vermişlər ki, 



123 

 

Əmir  Səəd  sülaləsinə  məxsus  məqbərədən  başqa,  həmin  ərazidə  nisbətən  kiçik 



həcmdə  günbəzvari  daha  iki  məqbərə  olmuşdur  ki,  sonradan  ermənilər  tərəfindən 

sökülən həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə istifa də edilmişdir 

[Папазян  А.Арабская  надпись  на  гробнице  туркменских  Эмиров  в  селе 

Аргаванд.  Журнал  «Ближний  и  средний  Восток».  Сб.  статей  памяти 

Б.И.Заходера, Москва, 1961, c. 68-75]. 

Epiqrafik  abidələrə  həmçinin  məzar  daşlarına  həkk  olunmuş  yazılar  - 

epitafiyalar  da  daxildir.  Epitafiyalarda    dəfn  olunmuş  şəxsin  adı,  ölüm  tarixi  və 

ictimai  vəziyyəti  haqqında  məlumat  verilirdi.  Mərhumun  başdaşında  və 

sinədaşında  adətən  onun  peşəsi  və  yaxud  məşğuliyyəti  ilə  bağlı  təsvirlər  həkk 

olunurdu.  Gözəl  nəsx  xətti,  qabartma  üsulu  ilə  həkk  olunmuş  kilabələrin 

əksəriyyəti  nəbati  ornament  motivləri  ilə  əhatələnirdi.  Bütün  kitabələrdə  islami 

naxışlar  həkk  olunurdu.  Məsələn,  Gümrü  yaxınlığındakı  bir  azərbaycanlı-türk 

qəbiristanlığındakı  başdaşlarının  yuxarı  hissəsi  üçkünc  və  yaxud  qövsvari 

düzəldilmişdir.  Şəkildə  göründüyü  kimi,  öndəki  başdaşı  üzərində  iki  dairəvi 

altıləçəkli  ulduz  həkk  olunmuş,  onlann  üstündə  isə  ayparaçəkilmişdir.  Dairələrin 

altındakı üfüqi çərçivədə Quran ayəsi həkk olunmuşdur. Həmin çərçivənin altında 

düzbucaqlı  zolaq  qabardılmışdır  ki,  hərri  qılınca  bənzəyir,  həm  də  "həyat  ağacı" 

simvolunu ifadə edir. Həmin qəbiristanlıqda dairəvi günbəzli məqbərə də mövcud 

olmuşdur.  [Ахундов  Д.А.Apxитeктypa  древного    и  раннесредневекового 

Азербайджана,  Баку,  1968,  s.  250-251;  bax:  bölmənin  sonu,  şəkil  41.  Lakin 

İrəvan  xanlığının  qədim  ərazisində,  eləcə  də  nıüasir  Ermənistan  Respublikasının 

ərazisində  bütün  qəbiristanlıqlar  erməni  vandalları  tərəfindən  dağıdılmış  və  yerlə 

yeksan edilmişdir. Müsəlman qəbiristanlıqlarının üzərində evlər tikilmiş və yaxud 

onlar əkin sahələrinə çevrilmişdir.  



Memarlıq  və  incəsənət.    Bir  sıra  yazılı  qaynaqlar  İrəvan  xanlığının 

ərazisində,  xüsusən  də  İrəvan  şəhərində  yüzlərlə  memarlıq  abidəsinin 

mövcudluğunu  və  xalq  -  dekorativ  sənətinin  geniş  rəvac  tapdığını  təsdiq  edir. 

Xanlıqlar  dövrünün  əsas  cəhətlərindən  biri  iqamətgahların  və  onun  müvafiq 

istehkamı  kimi  saray  komplekslərinin  yaradılması  zərurəti  olmuşdur.  Şəhər 

ətrafında  və  xanlıq  ərazisində  müdafiə  sistemlərinin  inşası  da  mühüm  idi.  İbadət 

yerlərinin  inşasında  məscidlərin  tikilməsi  əsas  yer  tuturdu  [107,481]  İrəvan 

şəhərində  şəxsi  yaşayış  evlərinin  xüsusi  memarlıq  üsulu  ilə  tikilməsinə  xüsusi 

önəm verilirdi [bax: bölmənin sonu, şəkil 27, 28]. 

İrəvan  xanlığının  ərazisində  müdafiə  məqsədilə  tikilmiş,  lakin  memarlıq 

kompleksi  kimi  tarixə  daxil  olan  İrəvan  və  Sərdarabad  qalalarından  bu  gün  əsər-

əlamət qalmamışdır. Şah İsmayılın göstərişi ilə 1510-1517-ci illərdə tikilən İrəvan 

qalası  aramsız  müharibələr  nəticəsində  dəfələrlə  dağıdılsa  da,  sərdarlar  və  xanlar 

tərəfindən  yenidən  bərpa  olunmuşdur.  XIX  əsrin  əvvəllərində  İrəvan  qalasının 

ruslar  tərəfindən  işğalından  sonra,  tərtib  edilən  plana  görə,  qala  təxminən  kvadrat 

formasında  (790  x  850  m)  olmuş,  7  hektar  sahəni  əhatə  etmişdir.  İkicərgəli  qala 



124 

 

divarlarının  uzunluğu  4,5  km  olmuşdur.  Xarici  divarının  hündürlüyü  10,5-12  m 



olan  qala  divarları  ərazini  şimal-Şərq,  cənub-şərq  və  cənub-qərb  tərəfdən  əhatə 

edirmiş.  Ərazinin  digər  tərəfı  isə  sıldırımlı  Zəngi  çayına  söykənirmiş.  Qala 

divarlarının bir-biri ilə məsafəsi 36-42 m təşkil etmişdir. 

Həm xarici, həm də daxili müdafiə divarları kifayət qədər qalın olan qala 

divarlarında  yarımdairəvi  qüllələr  tikilmişdir.  Qüllələrdə  atəş  üçün  təqribən  2450 

mazğal  olmuşdur.  Müdafiə  divarları  boyunca  53  top  yerləşdirilirmiş  İrəvan 

qalasının Təbriz  və  Şirvan darvazaları olmuşdur. Qala divarlarının xarici konturu 

boyunca  torpaq  səngər  qazılmışdır  və  həmin  çuxur  Gedər  çayının  suyu  ilə 

doldurulurmuş [bax: bölmənin sonu, şəkil 5,6].  

1672-1673-cü illərdə İrəvanda olmuş Jan Şardən qeyd etmişdir ki,  ancaq 

təmizqanlı  səfəvilərin  yaşadığı  İrəvan  qalasında  daha  2  məscid  və  hamam 

olmuşdur  [10,21-22].  Dövrünün  möhtəşəm  tikilisi  olan  İrəvan  qalası  və  qalanın 

içərisindəki  memarlıq  abidələri  hazırda  yer  üzündən  silinmişdir.  Şardən  İrəvan 

qalasından bir top qülləsi məsafədə qədim bir türbə olduğunu, lakin onun nə vaxt 

tikildiyini  öyrənə  bilmədiyini  qeyd  etmişdir  [10,21-22].  Erməni  tədqiqatçıları 

həmin  türbənin  Atabəylərin  Naxçıvandakı  memarlıq  abidəsinə  bənzədiyini  qeyd 

edirlər. Türbənin Şardon tərəfindən çəkilmiş rəsmində abidəni arxasında minarələri 

göylərə  ucalan  iki  əzəmətli  məscid  təsvir  olunmuşdur.  Təsvir  olunan  memarlıq 

abidəsi  də  XIX  əsrin  əvvəllərində  yer  üzündən  silinmişdir  [bax:  bölmənin  sonu, 

şəkil 3]. 

İrəvan  xanlığının  ərazisində  mövcud  olan  memarlıq  tikililərindən  biri  də 

Sərdarahad qalası idi. 1815-1817-ci illərdə İrəvan xanı Hüseynqulu xan tərəfindən 

inşa  etdirilən  bu  möhtəşəm  qala  kvadrat  şəklində  idi.  Fransız  mühəndislərinin 

iştirakı ilə tikilən Sərdarabad qalasının ikiqat divarı, möhkəm qüllələri və darvazası 

var  idi.  Rus  rəssamı  Qriqori  Qaqarin  1840-cı  ildə  yağlı  boya  ilə  çəkdiyi  şəkildə 

Sərdarabad  qalasının  önündə  döyüş  mənzərəsini  əks  etdirmişdir  [bax:  bölmə  8, 

şəkil 4]. 

Bu möhtəşəm qalanı da erməni vandalları yer üzündən silmişlər. Avropa 

səyyahları  Kerr-Porter,  Ceyms  Morier,  Monpere,  Kameron,  Linç  və  başqaları 

müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı 

və  şəhərdəki  məscidləri,    hovuz  və  hamamları,  Zəngi  çayından  enib  keçən  yeraltı 

mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər. 

Mülki  memarlıq  nümunələrindən  ən  diqqətçəkəni  Sərdar  sarayı,  yaxud 

Xan  sarayı  olmuşdur.  Şardən  Sərdar  sarayının  qalada,  Zəngi  çayının  sahilindəki 

uçurumun  kənarında  tikildiyini  və  yay  aylarında  çox  xoş  təəssürat  bağışladığını 

yazır.  Yeni  Xan  sarayı  Hüseynəli  xanın  hakimiyyəti  dövründə  (1764-1783) 

görkəmli  Azərbaycan  memarı  Mirzə  Cəfər  Xoylu  tərəfindən  inşa  edilmişdir. 

Sarayın  əsas  hissəsi  olan  Güzgülü  salon  və  Yay  köşkü  1791-ci  ildə  Hüseynəli 

xanın oğlu Məhəmməd xan tərəfindən əlavə etdirilmiş və beləliklə, bina memarlıq 

baxımından  monumental  saray  binası  kimi  təkmilləşmiş  və  tamamlanmışdır 


125 

 

[Kərimov Kərim. "İrəvan sərdarının sarayı", "Yeni fikir" qəzeti, 18 oktyabr 1995-ci 



il,  №  5].  1837-ci  ildə  Sərdar  sarayının  tərtib  edilmiş  mükəmməl  planına  əsasən, 

sarayın  1  hektar  ərazini  tutduğu  aydın  olur.  Saray  qala  kompleksinin  şimal-qərb 

hissəsində  yerləşirmiş  və  qaladan  saraya  qapı  açılırmış.  Bir-birinə  bitişik  olan  və 

uzun  fasada  malik  saray  və  hərəmxana  vahid  memarlıq  kompozisiyası  təşkil 

edirmiş. Hərəmxana sarayla kiçik dəhlizlə birləşirdi [bax: bölmənin sonu, şəkil 7, 

8, 9, 10, 11]. 

Saray  kompleksinin  özü  bir  neçə  saraydan  ibarət  olmuşdur.  Rəsmi 

tədbirlər  üçün  nəzərdə  tutulmuş  ən  böyük  ikimərtəbəli  saray  trapesiya  (ölçüləri 



36x35x31x25m)  formasında  olmuşdur.  Sarayın  ortasında  şahın  təntənəli 

qarşılanması  üçün  böyük  eyvan  olmuşdur.  Eyvanın  qurtaracağında  Zəngi  çayına 

açılan  və  rəngli  şüşələrlə  bəzədilmiş,  şəbəkələrlə  ayrılan  yataq  yerləri  -  taxçalar 

düzəldilmişdi.  Hazırda  İrəvandakı  tarix  muzeyində  saxlanılan  taxçanın 

döşəməsində  müalicəvi  xüsusiyyətli  damarlı  əqiq  daşlarından  (oniks)  ulduzvari 

hovuz  düzəldilibmiş.  Bundan  əlavə,  həmin  saraya  bitişik  daha  iki  saray  —  biri 

yaşayış hissəsi, digəri yardımçı bina olmuşdur. 

İkimərtəbəli  düzbucaqlı  formada  tikilən  hərəmxana  cənub-qərb  tərəfdən 

saraya  bitişik  olmuşdur  və  tikilinin  ortasında  çimmək  üçün  böyük  hovuz 

düzəldilibmiş. 

Saray  kompleksinə  həmçinin  məscid  və  hamam da daxil  idi. Mozaika  və 

mərmər  plitələrlə  bəzədilmiş  hamamın  içində  böyük  hovuz  olmuşdur.  Şərq 

memarlığının  bu  möhtəşəm  incisi  XX  əsrin  əvvəllərində  erməni  vandalları 

tərəfindən yer üzündən silinmişdir. 

1880-ci  ildə  İrəvana  gələn  rus  arxeoloqu  Praskovya  Uvarova  yazırdı: 

"Möhtəşəm qaladan qalan yalnız sərdarın Şərq üslubunda tikilmiş güzgüsü, bəzəyi, 

zövqü,  səriştəsi  ilə  insanı  valeh  edən  salondur.  Bu  salon  bəzəkli-düzəkli  çay 

qutusuna  bənzəyir.  İlahi,  sini  -  xonça  kimi  bəzəkli  imarələri  necə  yerlə  yeksan 

ediblor! Əsrlər boyu ucaldılmış abidələri yer üzündən silmək, yox etmək üçün gör 

nə qədər səy sərf etməli olmuşlar?!" [J21, 57JJ. 

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi 

memarlıq  abidələrində  öz  əksini  tapmış  divarüstü  boyakarlıq  olmuşdur.  Avropa 

səyyahlarmı  və  rəssamlarını  valeh  edən,  tərif  dolu  təəssüratlarını  yazmağa  vadar 

edən  də  sərdar  sarayının  memarlığından  daha  çox  onun  zəngin  bədii  tərtibatı, 

divarları  bəzəyən  portret  və  süjetli  kompozisiyalardan  ibarət  monumental 

boyakarlıq əsərləri olmuşdur. 

İrəvan  Xan  sarayının  daxili  tərtibatı  haqqındakı  yazılar,  1828-ci  ildə  rus 

rəssamı  akademik  V.Maşkovun,  1840-cı  illərdə  arxeoloq  alim  və  rəssam 

Q.Qaqarinin,  XIX  əsrin  60-cı  illərində  fotoqraf  D.Yermakovun,  əsrin  sonunda 

ingilis  səyyahı  H.Linçin  bilavasitə  naturadan  çəkdikləri  rəsm  əsərləri  və  fotolar 

sarayın bədii tərtibatı, divar rəsmlərinin  məzmunu, forma  və  üslubu, professional 

sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir. 



126 

 

Sarayın  Güzgülüsalonu  və  Yay  köşkünün  divarlarını  bəzəyən  ilkin 



rəsmlərin  müəllifi  bəlli  deyil.  Dekorativ  və  süjetli  divar  rəsmləri  həmin  dövrdə 

mövcud  olmuş  kanonlara  və  ənənəyə  əsaslanır.  Bir  qayda  olaraq,  divarların 

paneldən  yuxarı  səthində  tağlarda  və      tağlararası  pannolarda  həndəsi  və  stilizə 

edilmiş  nəbati  motivlərdən  ibarət  dekorativ  kompozisiyalar,  gül  və  çiçəklərin, 

heyvan  və  quşların  canlı,  real  təsvirləri    verilmişdir    [Bax:      Kərim      Kərimov.   

Göstərilən məqalə]. 

Sarayın  bədii  tərtibatının  əsasını  portret  təsvirləri  və  çoxfiqurlu  süjetli 

kompozisiyalar təşkil edirdi [Bax: Kərim Kərimov. Göstərilən məqalə]. 

H.Linc İrəvan xan sarayının Güzgülü salonunu belə təsvir edir: "Şəbəkəli 

tağların  saysız-hesabsız  güzgüləri  ətrafa  büllur  kimi  şölə  saçır.  Salonun  tavanı 

başdan-başa  bəzəyə  qərq  olmuşdur.  Tavanın  aşağısı  bolluca  nəbati  naxışlarla 

bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir" [101,216]. 

Güzgülü  salonu  dərin  çatma  tağlı  formada  olan  ön  divarında  ornamental 

pannolarla  tavan  arasında  qalan  zolaqda  oxşar  və  eynibiçimli  çərçivə  daxilində 

Fətəli şahın, onun oğlu Abbas Mirzənin, Trəvan xanı Hüseynqulu xanın və qardaşı 

Həsən xanın, qəhrəman Fərəməzin, Rüstəm Zalın, onun oğlu Zöhrabın, habelə bir 

qadının portretləri təsvir olunmuşdur [101, 217; 215,181]. 

1827-1828-ci  illərdə  rus  ordusunun  İrəvana  hücumunda  iştirak  edən 

V.Maşkovun  çəkdiyi  rəsmdə  Fətəli  şahla  Abbas  Mirzənin  portretləri  arasında 

izdihamlı ov səhnəsi təsvir olunmuşdur [Bax: Kərim Kərimov. Göstərilən məqalə]. 

XIX  əsrin  50-ci  illərində  baxımsızlıq  üzündən  yararsız  hala  düşən, 

nəmişlikdən  divar  rəsmləri  korlanan,  karniz  və  tavanın  güzgüləri  qopub  tökülən 

Xan sarayında qismən də olsa bərpa işləri aparılmışdır. Bərpa işlərini Azərbaycan 

dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) həyata keçirmişdir. 

Xüsusi  rəssamlıq  təhsili  almayan  M.Q.İrəvani  bu  sənəti  bədii  oyma  ustası  olan 

atasından  öyrənmişdi.  Yaradıcılığının  ilk  dövrlərində  dekorativ  sənətlə  məşğul 

olmuş,  bir  sıra    portretlər  -  "Süvari", "Rəqqasə",  "Dərviş"  (Azərbaycan  İncəsənət 

Muzeyi)  və  s.  yaratmışdır.  İrəvan  sərdarının  sarayındakı  pannoları  və  süjetli 

kompozisiyaları  bərpa  etmiş,  sarayın  Güzgülü  salonunda  yağlı  boya  ilə  bir  neçə 

monumental  portret  (Fətəli  şah,  Abbas  Mirzə  və  s.)  çəkmişdir.  Onun  1860-70-ci 

illərdə  yaratdığı  "Vəcihulla  Mirzə",  "Molla",  "Ayaq  üstə  dayanmış  qadın", 

"Oturmuş qadın", "Gənc oğlan" rəsmləri Azərbaycan İncəsənət Muzeyində, "Mah 

Tələt"  Gürcüstan  Dövlət  İncəsənət  Muzeyində,  "Çiçəklər  və  quşlar"  Sankt-

Peterburqda Ermitajda saxlanılır [ASE VI, Bakı, 1980, s. 517-518; bax: bölmənin 

sonu, şəkil 12, 13]. 

Sarayın  bərpadan  əvvəlki  və  sonrakı  tərtibatına  aid  əyani  materialın 

müqayisəli  təhlili  göstərir  ki,  divar  rəsmlərinin  ancaq  bir  hissəsi  -  portretlər  və 

dekorativ  pannolar  bərpa  edilmişdi.  Ov,  döyüş  və  məhəbbət  səhnələrini  bərpa 

etmək mümkün olmadığından, onların yerində yeni ornamental-dekorativ pannolar 

çəkilmişdi.  Portrelləri bərpa  edərkən M.Q.İrəvani işə  mexaniki  yanaşmamış,  yeni 



127 

 

texniki  vasitələrlə,  əvvəlkilərdən  fərqlənən  yeni  əsərlər  yaratmışdır.  Böyük  ölçülü 



kətan  üzərində  yağlı  boyalarla  işlənilib  sonradan  divara  yapışdırılmış  bu  əsərlər, 

əslində, realist monumental boyakarlığın ilkin nümunələri idi. Məhz buna görədir 

ki,  bu  əsərlər  yüksək  qiymətləndirilir  və  "Asiya  boyakarlığının  ən  yüksək 

nümunəsi" hesab edilir [Bax: Kərim Kərimov. Göstərilən məqalə]. 

Özlərini dünyanın "mədəni xalqı" kimi qələmə verməyə çalışan ermənilər 

Şərqin  nadir  sənət  incisi  olan  Sərdar  sarayını  da  1918-ci  ildə  yerlə  -  yeksan 

etmişlər. 

İrəvan  xanlığının  ərazisində  mövcud  olmuş  məscidlərin  hər  biri  nadir 

memarlıq nümunəsi idi. Tədqiqatlar göstərir ki, islami dəyərlərin həyat normasına 

çevrildiyi İrəvan şəhərində Şah İsmayıhn omri ilə I5IO-cu ildə  möhtəşom məscid 

ucaldılmışdır.  Məscidin  geniş  həyəti,  çarhovuzu,  hündür  minarəsi  olmuşdur.  Şah 

İsmayıl  məscidi  kimi  tanınan  bu  məscidin  içərisinə  ermənilər  1918-ci  ildə 

azərbaycanlıları doldurmuş, üstlərinə neft tökərək yandırmışlar [113,449]. 

İrəvanda  müsəlman  abidələrini  tədqiq  edən  Azərbaycan  arxeoloqu  İsa 

Əzimbəyov  1929-cu  ildə  dərc  etdirdiyi  məqaləsində  qeyd  edir  ki,  o,  Sərdar 

sarayının  yaxınlığında  Şah  Abbasın  fərmanı  ilə  tikilən  məscidi  görmüşdür. 

Yarıuçuq  vəziyyətdə  olan  məscidin  həyətindəki  mədrəsədə  bir  neçə  qaçqın  ailəsi 

yaşayırdı. O, məscidin üzərindəki aşağıdakı misranı çətinliklə oxuduğunu yazır: 



"Zəmane Şah Abas cənnətməkan,  

Əz  u  kəşt  abad  mulke-cahan"  [Известия  Азкомистариса,  выпуск  4, 

1929, səh. 299]. M.Əzimbəyov həmin ərazidə Şah Abbas məscidindən daha qədim 

birməscidin  olduğunu  da  yazır.  Şah  Xudabəndə  tərəfшndən  inşa  etdirilən  həmin 

məscid  onun  adı  ilə  adlandırılmışdır.  Bişmiş  qırmızı  kərpicdən  tikilən  həmin 

məscidin  üzərindəki  kitabədə  onun  1685-ci  ildə  Şah  Süleyman  Səfəvi  dövründə 

təmir  edildiyi  göstərilmişdir  [Известия  Азкомистариса,  выпуск  4,  1929,  səh. 

299]. 

Rusiya imperiyasının İrəvan xanlığını işğal etməsi ərəfəsində təkcə İrəvan 



şəhərində  8  məscid  mövcud  olmuşdur.  Şopenin  verdiyi  məlumata  görə,  həmin 

məscidlərdən  2-si  qalanın  içərisində,  6-sı  -  Zal  xan,  Novruzəli  xan,  Sərtip  xan, 

Hüseynəli  xan,  Hacı  İnamverdi,  Hacı  Cəfər  bəy  məscidləri  isə  qaladan  bayırda 

yerləşirdi  [95,468].  Məscidlərin  içərisində  ən  möhtəşəmi  və  Azərbaycan 

memarlığının  nadir  incisi  olan  Hüseynəli  xan  məscidi,  yaxud  Göy  məscid  idi. 

Divarlan  göy  rəngli  kaşı  ilə  üzləndiyi  üçün  bu  məscid  Göy  məscid  adlanırdı. 

İrəvandakı  mərkəzi  örtülü  bazarıa  üzbəüz  yerləşən  həmin  məscid  1760-1768-ci 

illərdə  Hüseynəli  xanın  hakimiyyəti  dövründə  inşa  edilmişdir.  Göy  məscid  öz 

kompozisiyası  və  əsas  ibadətxanasının  formasına  görə  1616-cı  ildə  Şah  Abbas 

dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyirdi. Onun ölçüləri 97,2x66 

m idi. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar 

əkilmişdi.  Həmin  məscidi  ermənilər  1988-ci  ildə  yandırmışlar.  Son  vaxtlar  onun 

yerində  miqyasca  ən  dəfə  kiçik  bir  məscid  inşa  etmiş,  adını  da  "Fars  məscidi" 


128 

 

qoymuşlar. 



Qədim İrəvandakı Zal xan, yaxud şəhər məscidi (inşa edildiyi tarix məlum 

deyil) və Novruzəli xan məscidi bir-birinə bənzəyirdi və Göy məsciddən kiçik idi. 

Digər üç məscid isə XVII-XVIII əsrlərdə inşa edilmişdi [bax: bölmənin sonu, şəkil 

13,14,15,16, 17, 18, 19, 20. 21]. 

Rəcəb  paşa  məscidi  1725-ci  ildə,  Abbas  Mirzə  məscidi  isə  Hüseynqulu 

xanın  dövründə  -  XIX  əsrin  əvvəllərində    inşa  edilmişdi.  İkimərtəbəli  binası  və 

çoxlu hücrələri olan Zal xan məscidi indiki İrəvan mehmanxanasının yaxınlığında 

yerləşirdi.  İkinci  dünya  müharibəsindən  sonra  məscidin  təyinatı  dəyişdirilmişdir. 

Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir. 

XX  əsrin  birinci  yarısınadək  İrəvanda  bir  neçə  məscid  fəaliyyət 

göstərmişdir.  Abbasqulu  xanın  tikdirdiyi  Təpəbaşı  məscidi,  İrəvan  qadınlar 

klubunun  yaxınlığında  yerləşən  Əsəd  ağanın  tikdirdiyi  məscid,  Körpübulaq 

məscidi  ermənilər  tərəfindən  dağıdılaraq  yer  üzündən  silinmişdir.  Hacı  Müzəffər 

ağanın tikdirdiyi Çətirli məscid isə 1988-ci ildə yandırılaraq məhv edilmişdir [113, 

452; bax: bölmənin sonu, şəkil 23]. 

Əvvəllər  yəhudi  sinaqoqu  olmuş,  XIX  əsrin  sonlarında  ermənilər 

tərəfindən  pulla  alınmış  və  "erməni  kilsəsi"nə  çevrilmiş  memarlıq  abidəsi  bu  gün 

də Bakının mərkəzində qorunub saxlanıldığı halda, XX əsrin əvvəllərində İrəvanda 

mövcud olmuş 8 Azərbaycan məscidinin hamısı erməni vandalları tərəfindən yerlə 

- yeksan edilmişdir. 

İrəvan  şəhərində  hər  biri  nadir  memarlıq  abidəsi  olan  8  hamam  mövcud 

olmuşdur.  Erməni  müəlliflərin  yazdıqlarına  görə,  bu  hamamların  hamısının 

salonları  Şərq  üslubunda  tikilmiş,  hər  birinin  günbəzi  olmuş  və  yuxandan 

işıqlandırılmışdır.  Bişmiş  kərpiclə  və  əhəng  məhsulu  ilə  hörülmüş  hamamların 

hamısı hazırda dağıdılmış J.Şopen isə hamamların adlarını belə vermişdir: 1. Şəhər 

(Şəhri)  hamanm;  2.  Şeyxülislam  hamamı;  3.  Mehdi  bəy  hamamı;  4.  Hacı  Bəyim 

hamamı;  5.  Təpəbaşı  hamamı;  6.  Hacı  Əli  hamamı;  7.  Hacı  Fətəli  hamamı;  8. 

Kərim bəy hamamı [95, 469]. 

İrəvan  xanlığı  dövründən  bugünədək  külli  miqdarda  dekorativ-tətbiqi 

incəsənət nümunələri, o cümlədən daş və ağac üzərində bədii oyma, döymə metal 

məmulatı,  xalçalar,  saxsı  qablar  və  naxıştikmələr  qoıunub  saxlanılmışdır.  Təəssüf 

ki,  bu  cür  sənət  nümunələrinin  böyük  əksəriyyəti  hazırda  Ermənistan 

Rcspublikasının  ərazisində  mövcud  olan  muzeylərdə  və  digər  saxlanan  yerlərdə 

"ermənilərə  məxsus"  sənət  nümunələri  kimi  nümayiş  etdirilir.  İrəvan  xanlığında 

dekorativ  incəsənət  növləri  arasında  xalçaçılıq  xüsusi  yer  tuturdu.  Qarabağ  və 

Təbriz  xalçaçılıq  məktəbinə  daha  yaxın  olan  İrəvan  xalçaçılıq  məktəbinin 

nümunələri  zaman-zaman  xarici  ölkələrə  daşınmış,  erməni  kolleksionerlərinin 

malına  çevrilmişdir.  Bu  gün  "Yerevan  xalçası",  adı  altında  dünya  bazarlarına 

çıxarılan xalçaları azərbaycanlı ilmə ustaları toxumuşlar. Xalça, kilim, palaz, şəddə 

və  s.  toxumaq  tarixən  qoyunçuluqla  məşğul  olmayan  ermənilərin  milli 



129 

 

mentalitetinə yad xüsusiyyətdir [bax:bölmənin sonu, şəkil 29, 30]. 



Bu gün İrəvandakı qədim əlyazmalar institutunda - Matenadaranda İrəvan 

xanlığı  dövrünə  aid  yüzlərlə  əlyazma,  basma  naxışlı  kitablar  saxlanılır.  İrəvanın 

özündə  boyakarlıqla  məşğul  olan  məhəllə  olmuşdur.  Həmin  məhəllə  Şiləçi 

məhəlləsi  adlanırdı.  Boyaq  bitkilərindən  alınan  al-əlvan  rənglərlə  basma  naxışlı 

parçalar istehsal edilirdi [bax: bölmənin sonu, şəkil 31, 32, 33]. 

Xalq  yaradıcılığının  geniş  yayılmış  növlərindən  biri  də  bədii  tikmədir. 

İrəvan xanlığı dövrünün bədii tikmə nümunələrindən 2-si hazırda Milli Azərbaycan 

Tarixi  Muzeyində  saxlanılır.  1827-ci  il  oktyabrın  1-də  İrəvan  qalası  rus  qoşunları 

tərəfindən  işğal  edildiyi  zaman  İrəvan  xanlığının  4  bayrağı  rus  qoşunlarının  əlinə 

keçmişdi.  [177,361].  Sonralar  bu  bayraqlar  Qafqaz  Hərb  Tarixi  Muzeyində  sax 

lanılırdı.  Bu  bayraqlardan  2-si  1924-cü  ildə  indiki  Milli  Azərbaycan  Tarixi 

Muzeyinə verilmişdir. 461 və 473 №-li inventarlar adı altında saxlanılan bayraqlar 

bədii  tikmə  sənətinin  nadir  nümunələri  hesab  olunur.  Burada  yalnız  bayraqlardan 

birinin  təsvirini  verəcəyik.  İrəvan  sərdarına  məxsus  üçkünc  bayrağın  qumaş 

hissəsinin  ölçüləri  145x261x217  sm-dir.  Tünd  qırmızı  mahud  parçadan 

hazırlanmışdı

r

. Bayrağm yuxarı enli hissəsində şir və  günəş (şiri-xurşid) təsvirləri 



qurama  üsulu  ilə  tikilmişdir.  Sarıya  çalan,  açıq  qəhvəyi  rəngli  quramadan 

hazırlanmış  şir  yandan  təsvir  olunmuş,  quyruğu  belinə  qatlanmış,  sağ  qabaq 

pəncəsi  qaldırılmışdır.  Şirin  gözləri  qara  və  sarı,  dişləri,  dili  və  qaynaqları  sarı 

sapla  tikilmişdir.  Şirin  arxasından  yarımdairə  formasında    çıxan    insan    sifəlli  

günəş  sarı  mahud parçadan hazırlanıb. Günəşin burnu və qaşları qara, gözləri isə 

qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi 

ipək  saplarla  bayrağın  qumaşma  tikilmişdir.  Şir  və  günəşin  təsvirindən  yuxarıda, 

ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli 

kartuş  quranmışdır.  Şirin  quyruğu  yanındakı  kartuşda  ərəb  dilində  "Mən  qanuna 

(şəriətə) uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" 

sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa  müxtəlif rəngli 

(qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumaşını 

bayrağın  sapına  taxmaq  üçün  tikilmiş  torbacıq  yaşıl  mahud  parçadandır.  Bayraq 

sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır. Həmin 

bayraq 1825-26-cı illərdə (hicri 1241) hazırlanmışdır. 

Mirzə Qədim İrəvaninin çəkdiyi portretlərdə də bədii tikmənin ən zəngin 

nümunələri öz əksini tapmışdır.  

Ziyarətgahlar, qəbirüstü abidələr və müqəddəs ocaqlar. İrəvan xanlığının 

ərazisində  xalq  tərəfindən  ziyarətgaha  çevrilmiş  çoxlu  sufi,  alim,  şeyx,  mövlana 

məzarları, pirlər və müqəddəs ocaqlar mövcud olmuşdur. Şopenin yazdığına görə, 

İrəvanda  tatarlar  (yəni  azərbaycanlılar  -  red.)  öz  ölülərini  yaşadıqları  evlərin 

yaxınlığında, şəhərin mərkəzindəki qəbiristanlıqda (həmin qəbiristanların hamısını 

ermənilər  məhv  etmişlər  -  red.),  bəzi  hallarda  öz  bağlarında,  həyətlərində,  hətta 

evin  astanasında  dəfn  edirlər.  Hər  il  zəvvarlar  Məkkəyə  və  Kərbəlaya  gedərkən 


130 

 

həmin  məzarlardan  sümükləri  yığrşdırıb  aparır  və  müqəddəslərin  uyuduqları 



qəbiristanlıqlarda dəfn edirmişlər [95,716-717]. Bu, irəvanlıların müqəddəs yerlərə 

həddindən artıq bağlı olmalarından irəli gəlirdi. 

İrəvan  xanlığının  ərazisində  2  dağ  Ziyarət  dağı  adlanırdı.  Onlardan  biri 

Göycə  gölü  hövzəsində,  digəri  isə  İrəvan  yaxınlığında  idi  [170,98].  İlin  bütün 

fəsillərində  əhali  həmin  dağlara  ziyarətə  gələr,  nəzir-niyaz  verər,  qurban  kəsərdi. 

İrəvan şəhərinin özündə içərisində qara daş olan pir vardı. Həmin pir Həzrət Abbas 

ocağı adlanırdı. Ermənilər dəfələrlə bu müqəddəs ocağı söküb yerində nəsə tikmək 

istəmişdilərsə  də,  hər  dəfə  qəza  baş  vermiş,  sökmək  işini  başa  çatdıra 

bilməmişdilər.  Son  vaxtlar  çəpərə  alınmış  Həzrət  Abbas  ocağını  təkcə 

azərbaycanlılar  deyil,  ermənilər  də  ziyarətə  gələr,  şam  yandırardılar.  İrəvan 

xanlığının  ərazisindəki  müqəddəs  ocaqlardan  biri  də  Dərələyəzin  Ələyəz 

kəndindəki Əxi Təvəkkül məqbərəsidir. Onun qəbrini həm azərbaycanlılar, həm də 

ermənilər  ziyarət  edirdilər.  1543-cü  il-də  tikilmiş  bu  məqbərənin  və  onun 

ətrafındakı  tikililərin  yalnız  özülləri  qalmışdır  [Heмaт  M.  Эпиграфические 

памятники Азeрбайджана, III cild, Bakı, 2001, s. 75; bax: bölmənin sonu, şəkil: 

26]. 


İrəvan  xanlığının  ərazisində  mövcud  olmuş  ocaqlardan  biri  də  Miskin 

Abdal  ocağıdır.  Göycə  aşıq  məktəbinin  banisi  olan  Miskin  Abdal  qızılbaşların 

rumlu  soy  birləşməsinə  daxil  olan  Miskinli  tayfasının  ən  nüfuzlu  başçılarından 

olmuşdur. Rumlular şiəlik dini-fəlsəfi ideologiyasının yayılmasında səfəvilərin ən 

yaxın  köməkçiləri  olmuşlar.  Miskin  Abdalla  Şah  İsmayıl  arasında  yaxın  dostluq 

münasibətləri  olmuşdur.  1470-ci  ildə  Göycə  mahalının  Sarıyaqub  (bu  kəndin 

qədim adı Siyaqut olmuşdur) kəndində anadan olan Miskin Abdalı 500 ildən artıq 

xalqın  qan  yaddaşında  yaşadan  təkcə  onun  aşıq-şairliyi  deyil,  həm  də  Övliya, 

müqəddəs insan, Allah-Taaladan verilən haqq vergisi olmuşdur. Hər zaman qonaq-

qarası, ziyarətçisi əskik olmayan, binəsiblərin ümid yeri, şəfasızların şəfa yeri olan 

bu  ocaq  J  988-ci  ilə  kimi  Sarıyaqub  kəndində  yerJəşirdi.  Hazırda  Miskin  AbdaJ 

ocağı Goranboy rayonunun Qaradağlı kəndinə köçürülmüşdur. 

Şah  Sultan  Hüseyn  (J  694-1722)  Miskin  Abdal  ocağına  gəlmiş,  onu 

ziyarət  etmiş  və  "Fatihə"  oxumuşdur.  Şah  Sultan  Hüseynin  fərmanı  və  Şah 

İsmayılın  verdiyi  tiyul  sənədi,  habelə  Miskin  Abdal  nəslinin  şəcərəsinin  möhürlə 

təsdiq  edilmiş  orijinalı  hazırda  Miskin  Abdal  ocağında  saxlanılır  [bax:  bölmənin 

sonu, şəkil 34]. 

Ədəbi  mühit.  İrəvan  xanlığının  ərazisində  olduqca  zəngin  ədəbi  mühit 

olmuşdur. Dövrümüzə gəlib çatan yazılı nümunələr kifayət qədər olmasa da, qonşu 

dövlətlərin  arxivlərində  və  kitabxanalarında  saxlanılan  əsərlər  bunu  sübut  edir. 

Rusların  işğalından  sonra  İrəvan  ədəbi  mühitini  Özündə  əks  etdirən  qiymətli 

əlyazmaların  əksəriyyəti  erməni  vandalları  tərəfindən  məhv  edilmişdir.  Əsasən 

məscidlərdə  və  mədrəsələrdə  saxlanılan  əlyazmalar  yandırılmış,  bir  qismi  isə 

indiyədək Azərbaycan tədqiqatçılarının üzünə bağlı şəraitdə saxlanılır. 


131 

 

Xanlıqlar  dövrünün  bir  sıra  əlyazmaları  XX  əsrin  30-40-cı  illərinədək 



(repressiyalaradək)  İrəvandakı  Göy  məscidin  kitabxanasında  saxlanılırdı. 

Azərbaycan tədqiqatçısı İsa Əzimbəyov 1929-cu ildə dərc etdirdiyi "Tiflis, İrəvan 

və Naxçıvan SSR-in müsəlman kitabələri" məqaləsində yazır ki, o, İrəvandakı Göy 

məsciddə olarkən Hacı Mirzə Hüseynlə (1868-1938) tanış olmuşdur. Mirzə Hüseyn 

ağa onu olduqca zəngin kitabxana ilə tanış etmişdir. İ.Əzimbəyov həmin kitabların 

bir qisminin adlarını öz məqaləsində vermişdir. İrəvanda həkim ailəsində doğulan 

və istedadlı şərqşünas alim kimi tanınan Mirzə Hüseyn ağa Bağdadda və Nəcəfdə 

mükəmməl təhsil almışdı. Məqalələri Türkiyədə və İranda dərc olunmuşdu. 1938-

ci ildə bir çox azərbaycanlı ziyalılar kimi, Mirzə Hüseyn ağa da represiyaya məruz 

qoyularaq  Kaluqa  şəhərinə  sürgün  edilir  və  bir  qədər  sonra  sürgündə  vəfat  edir. 

Onun  zəngin  kitabxanası  və  əlyazmaları  ermənilər  tərəfindən  qarət  edilib 

yandırılmışdır [121,67,73]. 

Şərq  poeziyasının  görkəmli  nümayəndələrinin  əsərləri  irəvanlı  şairlər 

tərəfindən tərcümə edilir və ədəbi məclislərdə qiraət ustaları tərəfindən oxunurdu. 

İrəvanlı  tərcümanlar  haqqında  ilk  məlumat  Məhəmməd  Hüseyn  İrəvaniyə  aiddir. 

O,  1657-ci  ildə  Sədi  Şirazinin  "Gülüstan"  əsərini  Azərbaycan  dilinə  tərcümə 

etmişdir.  Həmin  tərcümə  hazırda  Təbrizin  Mərkəzi  Kitabxanasında  (N

Q

2941)



 

saxlanılır [121,545]. 

İstər  xanlıqlar  dövründə,  istərsə  də  rusların  işğalından  sonrakı  illərdə 

irəvanlı  yazarların  əsərləri  xarici  dövlətlərdə  çap  olunurdu.  Bu,  ilk  növbədə 

İrəvanda  mətbəənin  olmaması  ilə  bağlı  idi.  Fazil  İrəvaninin  "Qızılgül  və  bülbül" 

adlı  əsəri  1812-ci  ildə  Sankt-Peterburqda  erməni  və  rus  dillərində,  1826-cı  ildə 

Parisdə  erməni  dilində,  1832-1833-cü  illərdə  iki  dəfə  dalbadal  fransız  dilində, 

1892-ci  ildə  alman  dilində  çap  olunaraq  İrəvanlı  Xocens  Markar  Geğamyanın 

"orijinal  əsəri"  kimi  erməni,  rus,  fransız,  alman  oxucularına  təqdim  edilmişdir. 

Əsəri  fransız  dilinə  Vayye  de  Floribal,  alman  dilinə  Yoze  fon  Hammer  tərcümə 

etmişlər.  Fransalı  tədqiqatçı  1892-ci  ildə  məsələyə  aydınlıq  gətirərək  bildirmişdir 

ki,  "Qızılgül  və  bülbül"  türk  müəllifi  Fazil  İrəvaninin  əsəridir.  Xocens  Markar 

sadəcə  olaraq  onu  erməni  və  rus  dillərinə  tərcümə  edəndən  sonra  "öz  əsəri"  kimi 

çap  etdirmiş,  dünya  oxucularını  çaşdırmışdır.  Kitabın  əsl  müəllifı  bəlli  olduqdarı 

sonra belə ermənilər "Qızılgül və bülbül" 1950-ci ildə yenə də erməni müəllifinin 

əsəri kimi Freznoda (ABŞ) çap etdirmişlər [121, 544]. Yerli müəlliflər öz əsərlərini 

başqa  yerlərdə,  başqa  dillərlə  yanaşı,  ana  dilində  də  çap  etdirmişlər.  Bu  ilk 

təşəbbüsü  Molla  Hüseyn  İrəvani  göstərmişdir.  Onun  201  səhifəlik  şəkilli 

"Müseyibnamə" kitabı 1888-ci ildə Təbrizdə çap olunmuşdur. Bir il sonra Təbrizdə 

Mirzə Ağa Əli Həkimi İrəvaninin növbə və qəzəllərindən ibarət divanı çap olunub. 

239 səhifəlik bu divan Azərbaycan və fars dillərində nəşr edilib [121,544]. 

2001-ci ildə Tehranda "Zəfa" nəşriyyatı tərəfindən Səməd Sərdariniyanın 

245 səhifəlik "İrəvan müsəlman yurdu olmuşdur" kitabı çap olunmuşdur. Müəllifın 

uzun  illər  apardığı  araşdırmalarının  nəticəsi  olan  bu  kitab  tarixi  Azərbaycan 



132 

 

torpaqlarında  süni  surətdə  bir  erməni  dövləti  qurulduğunu,  yüzilliklər  boyu 



Azərbaycan  şəhəri  olan  İrəvanın  Ermənistan  Respublikasının  paytaxtına  necə 

çevrildiyini  tarixi-elmi faktlarla  əks etdirir. Kitabın son hissələrindəki bölmələrdə 

ermənilərin  İrəvanda  törətdiyi  soyqırımlarından  nicat  tapmış  bir  sıra  ailələr 

haqqında sənədlərə və fotoşəkillərə əsaslanan materiallar təqdim edilmiş, İrəvanın 

məşhur  Göy  məscidi  və  digər  məscidləri,  Ermənistanda  qalıqları  mövcud  olan 

islam  abidələri,  İrəvanın  alimləri  və  ruhaniləri,  görkəmli  şəxsiyyətləri,  şair  və 

yazıçıları  haqqında  məlumatlar  verilmişdir.  "İrəvan  müsəlman  yurdu  olmuşdur" 

kitabının  maraqlı  cəhətlərindən  biri  də  İrəvanın  tanınmış  şairi  Mirzə  Müslüm 

Qüdsinin  İrəvana  həsr  etdiyi  300  beytlik  məsnəvisinin  burada  dərc  edilməsidir. 

S.Sərdariniya  M.M.Qüdsinin  adıçəkilən  məsnəvisi  də  daxil  olan  divanının 

nüsxəsinin  mərhum  Hacı  Məhəmməd  Naxçıvaninin  kitabxanasında  2814  saylı 

bölmədə saxlanıldığını qeyd etmişdir. Kitaba, həmçinin, "İrəvani" imzası ilə yazan 

şairlərdən  Aşuftə  İrəvani,  Aşub  İrəvani,  Çeşmə  İrəvani,  Hiccət  İrəvani,  Dəlil 

İrəvani, Fəxri İrəvani, Qüdsi İrəvani, Nazim İrəvani kimi şairlərin əsasən İrəvanın 

vəsfinə  həsr  olunmuş  şeirləri  daxil  edilmişdir  [Mədətli  E.Səməd  Sərdariniyanın 

245  səhifəlik  "İrəvan  müsəlman  yurdu  olmuşdur"  kitabı.  Tarix  və  onun 

problemləri, 2002, №2, s. 196-199]. 

Orta  əsrlərdə  İrəvan  xanlığının  ərazisində  bir  sıra  aşıq  məktəbləri 

formalaşmışdır.  Bunlardan  ən  zəngini  Göyçə  aşıq  məktəbidir.  Göyçə  aşıq 

məktəbinin  banisi  Miskin  Abdal  (1470-1535)  Şah  İsmayıl  Xətainin  dəvəti  ilə  şah 

sarayına  getmiş  və  orada  aşıqlar  məclisinə  başçılıq  etmişdir.  Miskin  Abdalın 

gəraylı,  qoşma,  divan  və  təcnisləri  XV-XVl  əsr  türkdilli  şeirimizin  nadir 

nümunələri hesab edilir. Bu məktəbin parlaq simalarından biri də Ağ Aşıq adı ilə 

tanınan  Aşıq  Allahverdi  (1754-1860)  olmuşdur.  Göyçənin  Kərkibaş  kəndində 

yaşayan Ağ Aşıq Aşıq Alının (1800-1911) ustadı olmuşdur. Bir çox saz havalarının 

yaradıcısı  olan  Aşıq  Alı  isə  Azərbaycan  aşıq  sənətinin  korifeyi  Aşıq  Ələsgərin 

(1821-1926)  ustadı  olmuşdur.  Ermənilər  1918-ci  ildə  Aşıq  Ələsgərin  şagirdi  Aşıq 

Nəcəfin  belinə  qaynar  samovar  bağlayıb  ağlasığmaz  bir  işgəncə  ilə  öldürmüşlər 

[Sazlı-sözlü Göycə. Bakı, 1999, səh.13]. 

Gümrü aşıq məktəbinin ən tanınmış simalarından biri Aşıq Tüccar (1780-

1860) olmuşdur. O, həm dastançı, həm də yaradıcı aşıq kimi şöhrət tapmış, çoxlu 

şagird yetişdirmişdir. XVIII əsrdə yaşadığı bəlli olan Aşıq Beymuraz uzun müddət 

Gümrüdə aşıqlıq etmiş, əfsanəvi haqq aşığı kimi şöhrət qazanmış, haqqında çoxlu 

rəvayətlər  yaranmışdır. O, XVIII  əsrin sonlarında Gümrü şəhərinin  yaxınlığındakı 

"Beş  müqəddəs"  qəbiristanlığında  dəfn  edilmişdir.  Onun  qəbri  ziyarətgaha 

çevrilmişdir. Erməni vandalları həmin qəbiristanlığı da yer üzündən silmişlər. 

Gümrüdə yazıb-yaradan aşıqlardan biri də Şirəkli Həsən olmuşdur. 1692-

ci  ildə  Ağbabanın  Qaraçanta  kəndində  anadan  olan  Həsən  ərəb,  fars  və  gürcü 

dillərini mükəmməl bilirmiş. Sonralar Gümrüdə yaşayan Həsən Leyli adlı bir qıza 

aşiq  olsa  da,  qızı  ona  vermirlər.  Bundan  sonra  Həsən  başını  götürüb  Sarıqamışa 



133 

 

gedir.  O,  1752-ci  il-də  orada  vəfat  etmişdir.  XIX  əsrdə  Şirəkli  Həsənin  Gəncədə 



kitabı  çap  olunmuşdur.  İrəvan  xanlığının  ərazisində  yeganə  işlək  dil  Azərbaycan 

türkcəsi olmuşdur.  Rus tarixçi-statistiki İ.Şopen İrəvan və  Naxçıvan xanlıqlarının 

ərazisində  1829-1832-ci  illərdə  kameral  siyahiyaalma  keçirmiş  və  "tatar  dili"  — 

Azərbaycan  dili  haqqında  belə  qənaətə  gəlmişdir:  "Bu  məşhur  dil  haqqında  bir 

neçə  söz  deməmək  mümkün  deyildir,  hansı  ki,  Adriatik  dənizindən  tutmuş  Sakit, 

Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində 

milyonlarla xalqlar bu dildə anlaşırlar" [95,911]. 

Böyük  rus  şairi  M.Y.Lermontov  Qafqazı  gəzdikdən  sonra  bu  qənaətə 

gəlmişdi: "Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili 

Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir" 

[Lermontov  M.,  Əsərlərinin  tam  külliyyatı  (rusca),V  cild,  Moskva  —  Leninqrad, 

1937, səh. 393]. 

Hələ xanlıqlar dövründən öncə İrəvan bölgəsində şifahi xalq ədəbiyyatının 

zəngin  nümunələri  yaranmışdı.  İrəvan  xanının  sarayında  tez-tez  musiqi  məclisləri 

keçirilərmiş.  Fransız  səyyahı  Jan  Şardən  1673-cü  ildə  İrəvanda  olarkən  Sərdar 

sarayında  Qulam  şahın  (həmin  dövrdə  İrəvana  gələn  şah  elçisinin  -  red.)  şərəfinə 

düzənlənmiş  bir  musiqi  məclisini  təsvir  etmişdir.  Onun  yazdığına  görə,  güləş 

əyləncəsi başa çatdıqdan sonra həyəti çadırlarla örtdülər, yuxarı başa gözəl xalçalar 

saldılar, böyük bir dəstə musiqiçilər və rəqqasələr gətirdilər. Avropa səyyahı yazır 

ki, "...onlar iki saatdan çox heç kimi darıxdırmadan səhnədə oldular. Hakim (yəni 

İrəvan  sərdarı  —  red.)  bu  müddət  ərzində  onlara  baxdı,  şah  elçisi  ilə, 

məclisdəkilərlə  söhbət  etdi,  məni  Avropa  barədə  danışmağa  vadar  etdi.  Şah 

sarayındakı xidmət sisteminə uyğun olaraq, əyalət hakimləri də eyni cür nıürəkkəb 

qulluqçu  sisteminə  malikdirlər.  Musiqiçilər  və  rəqqasələr  də  bu  cür  qulluqçu 

sisteminə  daxildir.  Şərqdə  əylənmək  və  ya  bir-biri  ilə  xoş  rəftar  eləmək  xatirinə 

rəqs  etmək  adətləri  yoxdur.  Onlarda  rəqs  bir  incəsənət  və  ya  sənət  kimi  mövcud 

olub,  Avropadakı  teatr  sənətinə  oxşardır...  Musiqiçilər  və  rəqqasələr  Şərqin 

mimləri  (mimik  hərəkətlərlə  tamaşa  göstərən  aktyor)  və  ya  məzhəkəçilər  idilər, 

daha dəqiq desək, bu, onların operasıdır" [10, 23, 28]. 

Deməli,  hələ  XVII  əsrdə  İrəvanda  Sərdar  sarayında  teatr  tamaşaya 

qoyulmuş  və  opera  oynanılmışdır.  Həmin  dövrdə  ermənilərin  bu  diyarda  nə 

dövləti,  nə  dövlətçilik  ənənəsi,  nə  də  ədəbi  məclisləri  vardı.  Ermənilər  yalnız 

əhatəsində  yaşadıqları  xalqların  folklorunu  və  musiqisini  yamsılamaqla  məşğul 

olmuşlar.  Ermənilərin  başqa  xalqlardan  istifadə  etdikləri,  bu  xalqların  təsiri 

sayəsində  yaratdıqları  nəğmələr  və  havalar  haqqında  erməni  tədqiqatçısı 

S.Palasanyan  yazır:  "Bizim  mahnıların  havası  müxtəlifdir.  Türkiyədə  türkün, 

Gürcüstanda gürcünün, İrəvan, Şuşa, Ağkilsə və İranda farsın, ümumiyyətlə hansı 

xalqın təsiri altında olmuşuqsa, həmin xalqın mahnılarının havalarını götürmüşük" 

[Bax:  Abbasov  İ.Azərbaycan  folkloru  XIX  əsr  erməni  mənbələrində.  Bakı,  1977, 

səh.65]. 



134 

 

Bu  gün  dünyaya  "Erməni  havaları"  kimi  təqdim  olunan  havalar  və 



nəğmələr  haqqında  erməni  yazıçısı  Mikael  Nalbandyan  təqribən  150  il  bundan 

öncə yazırdı: "Ancaq havaların əksəriyyəti türklərdən-(azərbaycanlılardan — red.) 

götürülübdür.  Mən  ermənilərin  yaşadıqları  çox  yerləri  dolaşmışam,  həmişə  də 

çalışmışam  sırf  ermənicə  nəsə  eşidəm.  Lakin  həmin  şeyi  dinləmək  mənə  nəsib 

olmamışdır" [Bax: Abbasov İ.Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. 

Bakı, 1977, səh.65]. 

Azərbaycan  dilinin  zənginliyi,  poetikliyi,  onun  musiqi  kimi  ahəngdar 

olması  İrəvan  xanlığının  ərazisində  yaşayan  ermənilərin  də  bu  dildə  yazıb-

yaratmalarına  səbəb  olmuşdur.  Erməni  yazıçısı  Xaçatur  Abovyan  yazırdı: 

"Türkcəni  qadınlar  və  uşaqlar  belə  bilir.  Buna  görə  də  xalq  içərisində  məşhur  və 

fitrətən şairlik istedadına malik olan adamların tatarca (Azərbaycan dilində - red.) 

şeir yaratmaları çox təbii bir haldır". 

Erməni  aşıqlarının  Azərbaycan  dilindən,  Azərbaycan  şifahi  xalq 

ədəbiyyatının forma və məzmun zənginliyindən istifadə elmələrinin səbəblərindən 

biri  də  XV-XVI  əsrlərdən  başlayaraq  Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  çox 

sürətlə  inkişaf  etməsi  olmuşdur.  Digər  səbəb  isə  XIX  əsrin  birinci  yarısınadək 

erməni ədəbi dilinin  - aşxarabarın formalaşmaması olmuşdur. Erməni yazarlarının 

əksəriyyəti əski erməni ləhcəsində - qrabarda yazıb-yaratdıqlarından həmin əsərləri 

erməni  xalqı  başa  düşmürdü.  Erməni  tarixçisi  Leo  (Arakel  Babaxanyan)  belə 

qənaətə  gəlmişdir  ki,  erməni  dilinin  yoxsulluğu  üzündən  erməni  aşıqları  öz 

mahnılarını  Azərbaycan  dilində  qoşmuşlar.  O  yazır:  "Aşıqlar  üçün  nağıllarda, 

mahnılarda  təsvir  olunan  həyatı  ifadə  etmək  üçün  türk  dili  (Azərbaycan  dili  — 

red.) erməni ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir". 

Azərbaycan dilinin köməyi ilə erməni aşıqları özlərinə çoxlu dinləyici və 

tamaşaçı toplaya bilirdilər. Professor A.Arşaruni də təsdiq edir ki, Azərbaycan dili 

"...demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks 

təqdirdə onlar (yəni, erməni aşıqları) dinləyicilər qarşısında müvəffəqiyyət qazana 

bilməzdilər  və  onların  dili  dinləyicilər  üçün  anlaşılmaz  olardı"  [Bax:  Abbasov  İ. 

Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı, 1977, səh.102]. 

Azərbaycan dilində yazıb-yaradan XVII əsr erməni aşıqları haqqında xeyli 

məlumat  vardır.  Onların  əsərlərindən  bəzi  nümunələr  Matenadaranda  və 

Ermənistan Ədəbiyyat və İncəsənət Muzeyində saxlanılır. XVIII əsrdə Azərbaycan 

dilində  nəğmələr  qoşan  Sayat  Nəva,  Miran,  Bağıroğlu,  Əmiroğlu,  Qul  Yeqaz, 

Turab  Dədə,  Şamcı  Meleko,  Kiçik  Nova,  Qul  Hovanes  və  b.  erməni  aşıqlarının 

adları  məlumdur.  İrəvanda  Aşıq  Şirinin  və  Gümrüdə  Aşıq  Bavenin  başçılığı  ilə 

Azərbaycan  dilində  yazıb-yaradan  aşıq  məktəbləri  olmuşdur  [Yerevanlı  Ə.Azəri-

erməni ədəbi əlaqələri. İrəvan, 1968, s. 282]. Azərbaycan-erməni ədəbi əlaqələrini 

dərindən  araşdıran,  Matenadaranda  və  Ermənistan  arxivlərində  uzun  illər  tədqiqat 

aparan filologiya elmləri doktoru İsrafil Abbasov qeyd edir ki, XVII-XVIII əsrlərə, 

daha çox isə XIX əsrə aid elə bir erməni əlyazması yoxdur ki, orada Azərbaycan 



135 

 

xalqının  qədim  nəğmələrinə  təsadüf  edilməsin.  İ.Abbasov,  həmçinin, 



Matenadaranda  saxlanılan  və  Azərbaycan  folkloru  nümunələrini,  habelə  bir  sıra 

yazılı  ədəbiyyat  materiallarını  özündə  əks  etdirən  qiymətli  əlyazmaların  inventar 

nömrələrini  göstərməklə  onların  yazılma  tarixini  müəyyənləşdirən  cədvəl  tərtib 

etmişdir.  Ermənilərin  Azərbaycana  aid  sənədlərin,  ilk  mənbələrin  izini  itirməkdə 

peşəkar olduqlarını nəzərə alaraq həmin cədvəli olduğu kimi veririk. Bütün bunlar 

göstərir ki, Azərbaycan dövləti olan İrəvan xanlığı olduqca zəngin tarixə, təkrarsız 

və  qədim  mədəni  irsə  malik  olmuşdur.  Bu  irsin  öyrənilməsi  və  gələcək  nəsillərə 

çatdırılması günümüzün ən vacib və aktual elmi problemlərindən biridir.  

 


Yüklə 12,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin