35
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881‑ci ildə Gəncədə
anadan olub.
Qədim milli və tarixi ənənələr yaşadılan Gəncədə elin
hörmət və ehtiramını
qazanmaq hər ailəyə, hər kəsə qismət
olmayıb. XIX əsrin 80‑ci illərində belə nüfuzlu ailələrdən biri
də Nəsib bəyin atası Yusif bəy Yusifbəylinin ocağı idi. Sankt‑
Peterburqda ali təhsil almış Yusif bəy Yusif bəylinin həyat yol ‑
da şı Cəmilə xanım məş hur Xanbudaqovlar nəslindən idi. Onun
atası Böyük bəy Xan budaqov 1840‑cı illərdə Şəkidən Gəncə ya ‑
xınlığındakı Borsun lu kəndinə köçərək orada məskun laşıb.
Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902‑ci
ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olan Nəsib
bəy Yusifbəyli təhsil almaqla bərabər, həm də milli azadlıq
hərəkatına qoşulub, azərbaycanlı tələbələrin «Həmyerlilər»
təşkilatının rəhbərlərindən birinə çevrilib.
Universitetdə baş
verən hadisələrə görə tədris ocağı bağlanır, fəal tələbələr ciddi
təqiblərlə üzləşirlər. Nəsib bəy Yusifbəyli çar xəfiyyələrinin
təqibindən yaxa qurtarmaq üçün 1906‑cı ildə Krımın Bağ ‑
çasaray şəhərinə köçüb, böyük tatar mütəfəkkiri və publisisti
İsmayıl bəy Qaspıralının (1851–1914) «Tərcüman»
qəzetində
çalışıb. İctimai‑siyasi mövzulu məqalələri ilə oxucu audito ‑
riyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə
xanımla (1886–1975) ailə qurub. Bu nikahdan Niyazi və Zəhra
adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa
qurtarmaq üçün İstanbula köçüb (1908), publisistik fəaliyyətilə
bərabər, həm də «Türk dərnəyi» cəmiyyətinin
təşkili ilə məş ğul
olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsin də
çalışıb. 1911‑ci ildə «Mədrəseyi‑ruhaniyyə» məktəbində çalışıb,
«Molla Nəsrəddin» jurnalına və
qəzetlərə məqalələr göndərib,
«Müsəlman xeyriyyə cəmiyyəti», «Müsəlmanların maarif
‑
lənməsi cəmiyyəti», «Aktyorlar cəmiyyəti»nin fəaliyyətində
Dostları ilə paylaş: