Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə11/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   7   8   9   10   11   12   13   14   ...   139
AĞSAQQALLIQ, AĞBĠRÇƏKLĠK 

 

AĞSAQQALLIQ 

 

Ağsaqqal, 

                      Qürur-məğrur, ağsaqqal. 

         Canını oda salır, 

                     Candan yanan ağsaqqal. 

Ağsaqqallıq  və  ağbirçəklik  institutunun  məqsədi,  məramı  və  məzmunu 

bütövlükdə  aydın  olsa  da,  bu  problemin  əhatə  dairəsi,  miqyası,  çalarları  və  tərifi 

hələlik  etnoqraflarımız  tərəfindən  yetərincə  araşdırılmamışdır.  Ona  görə  də  məlum 

həqiqətlər  əsasında  məsələnin  şərhinə  öz  nöqteyi-nəzərimizdən  yanaşmalı  olacağıq. 

Çalışacağıq ki, bu məsələ ilə bağlı oxucularda müəyyən təsəvvür yaransın. 

Xalqımız  vətənə  hədsiz  məhəbbəti,  torpağa  bağlılığı,  el-obaya  sonsuz  sevgisi, 

ağsaqqala, ağbirçəyə  dərin hörməti, ailəyə  sədaqəti,  qayğısı, ibrətamizliyi ilə tanınır, 

sayılır,  seçilir.  Heç  şübhəsiz,  bu  həmişəyaşar,  yüksək  bəşəri  keyfiyyətlər  arasında 

ağsaqqallıq,  ağbirçəklik  institutu  böyük  maraq  doğurur,  müstəsna  məna  və  məzmun 

kəsb  edir.  Ağsaqqallıq  və  ağbirçəkliyin  cəmiyyətdə  oynadığı  rolun  açıqlanması  və 

mövqeyinin  öyrənilməsi  etnoqrafiya  elminin  mühüm  məsələlərindən  biri  olmaqla 

yanaşı,  həm  də  mənəvi  mədəniyyətimizin  ayrılmaz  tərkib  hissəsidir.  Təlim-tərbiyə 

örnəyi, gör-götür abidəsi, şərəf, ləyaqət hikmətidir. 

Dünyagörüşü,  həyata  baxışı,  dərin  müşahidə qabiliyyəti olan  müdrik ağsaqqal 

həmişə  mizan-tərəzini  saxlar,  hökmlü,  hünərli  olduğu  qədər  də  məsləhətli, 

mərhəmətli, rəhmli, bir əlində qılınc, bir əlində qalxan, bir əli od, bir əli su olardı. 

Ağsaqqal  səliqə-sahmanlı  olar,  ağır  oturar,  ağır  durar,  davranışı,  duruşu, 

ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin 

düşüncəsi  ilə  seçilər.  Hazırcavab,  az  danışan,  inamlı  danışan,  hikmət  söyləyən, 

sözübütöv,  əməlisaleh,  zəhmətsevər,  işgüzar,  işbilən,  gözü-könlü  tox,  tamahsız, 

təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı 

yığnaqlı,  qeyli-qallı,  məclislərdə,  mərasimlərdə  başda  oturan,  məclis  yaraşığı  olar. 

Hamı onu dinləyər, hamı onu eşidər, hamı ondan öyrənər. 

El  içindən  çıxan  ağsaqqal  elin  olar.  Dar  gündə,  dar  ayaqda  xalqına  yarar, 

xalqına yanar. Hər zaman, hər yerdə sülhə, əmin-amanlığa şam-çıraq tutar, barışdırar, 

qanı  su  ilə  yuyar,  insanların  ümid  yeri,  pənah  yeri,  məsləhət  verəni,  çarə  qılanı,  yol 

göstərəni,  adət-ənənələrimizin,  milli-mənəvi  dəyərlərimizin  daşıyıcısı,  qoruyucusu, 

inkişaf etdirəni kimi. 

Ağsaqqallıq  son  dərəcə  çətin,  mürəkkəb,  məsuliyyətli  bir  sənətdir.  Böyük 

zəhmətin,  min bir əziyyətin, məhrumiyyətlərin bahasına  başa  gələn  missiyadır. O  da 

həqiqətdir  ki,  bu  missiya  məsuliyyətli  olduğu  qədər  də  şərəflidir,  sayılan,  seçiləndir. 

Ağsaqqala  yaşlılar,  dünya  görmüşlər,  çətinliklərə  sinə  gərmişlər,  sınaqdan,  bərkdən-



79 

 

boşdan çıxmışlar arasında daha çox rast gəlinir. Belə ixtiyar yaşlıların həyat təcrübəsi 



çox  və  zəngindir,  onlar  öz  əməli,  hünəri,  uzaqgörənliyi  ilə  sayılıb-  seçilirlər.  Bu  da 

təbii və qanunauyğunluq kimi qəbul edilər. 

Hər  dağın  başı  qarlı  olmadığı  kimi,  hər  ağsaqqal  da  müdrik  ola  bilməz, 

ağsaqqallıq adını qazana, daşıya bilməz. Bu şərəfli iş əsasən başdan-binadan, nəsildən 

əsildən-kökdən gəlir. Hamı ağsaqqal olmaq istər, eldə-obada ad qazanmaq istər. Lakin 

ağsaqqallıq  yüzündən,  minindən birinə  qismət olar, taleyinə  yazılar. Ağsaqqallıq hər 

kəsin işində, əməlində özünü göstərər. Bu hikmətə Allah vergisi, Tanrı payını da əlavə 

etmək  lazımdır.  Bir  mühüm  məsələni  də  xatırlatmaq  istərdik.  Hər  ixtiyar  yaşında 

olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi. 

Ağsaqqallığın  çoxçalarlı  keyfiyyətlərini  özündə  birləşdirən  cavan  və  ya  orta  yaşlılar 

da ağsaqqal ola bilər. Bu kimi hallar tariximizdə çox olub. 

İnsan  oğlu,  bəşər  övladı  dünyaya  gəldiyi  gündən  ata-ana  qayğısına  möhtac 

olmuş,  ata-ana  nəvazişiylə  boya-başa  çatmışdır.  Üstündə  yaşadığı  torpağın  qədrini 

bilmiş,  vətənini  sevmiş,  valideynlərinə,  ağbirçək  və  ağsaqqallarına  pənah  gətirmiş, 

arxalanmış,  güvənmişdir.  Ağbirçəkliyin,  ağsaqqallığın  tarixi  insanlığın  tarixi, 

cəmiyyətin yaranması ilə bir dövrə təsadüf edərək zaman-zaman inkişaf etmiş, tarixi 

mərhələlərdən keçmişdir. Azərbaycanda bu tarixin yaşı iki milyon ilə qədərdir. 

İnsanlığın  ilk  çağlarında  ağsaqqallar  və  ağbirçəklər  kiçik  insan  dəstələrinə, 

kollektivlərə başçılıq etmiş, onların qayğıları ilə yaxından məşğul olmuşlar. Bu dövrdə 

geniş  intişar  tapan  və  cəmiyyətin  özəyini  təşkil  edən  böyük  ailələrə  ağsaqqallar 

başçılıq etmişlər. Sonra bir-birinə qan qohumluğu olan nəsil ağsaqqallığı yaranmışdır. 

Daha  sonra  qəbilə-tayfa  ağsaqqallığı  təşəkkül  tapmışdır.  Ağsaqqallar  bütün  hallarda 

başçılıq,  rəhbərlik  missiyasını  ləyaqətlə  yerinə  yetirmiş,  birliyi,  bütövlüyü  təmin 

etmişlər. 

İbtidai  insanlar  yer  üzündə  yaşamağa  qədəm  qoyarkən  təbiətlə  daha  sıx 

təmasda  olmuşlar.  Təbii  qüvvələri  ilahiləşdirmiş,  onlara  inam,  pənah  gətirmişlər. 

Təbiətin nemətlərindən geniş istifadə edərək dövran sürmüş, kamala yetmişlər. Onlar 

hələ  buzlaşma  dövrünə  qədər  əlverişli  isti  iqlim  şəraitində  yığıcılıqla  məşğul  olmuş, 

güzəran keçirmişlər. Buzlaşmalar dövründə  ibtidai insanlar çətinliklər, məşəqqətlərlə 

qarşılaşmış,  həyat  uğrunda  təbiətlə  ölüm-dirim  mübarizəsi  apararaq  mağaralara, 

daldalara,  sığınacaqlara  pənah  aparmışlar.  Ailəsi  ilə,  nəsli  ilə,  tayfası  ilə  ağbirçəyi, 

ağsaqqalı ilə ovçuluq və balıqçılıqla məşğul olmuşlar. 

Zamanla,  şəraitlə  bağlı  qəbilə  ağsaqqalının  qayğı  və  çətinlikləri  daha  çox 

olmuşdur. Ağsaqqal qəbilə daxilində hər bir məsələnin fərqinə varmış, əmin-amanlıq 

yaratmış,  üzvlər  arasında  iş  bölgüsünü  nizama  salmış,  insanların  həyat  tərzini 

yaxşılaşdırmağa  çalışmış,  ailə-məişət  məsələlərini  tənzimləmiş,  təhlükəsizliyi  təmin 

etmiş, yolverilməz hərəkətlərin qarşısını almışdır. 

Artıq  Neolit  dövründən  yeni  dövrə  qədəm  qoyulmuş,  ana  nəsli  tədricən  ata 

nəslilə  əvəz  edilmişdir[1].  Sonralar  anaya  ilahi  qüvvə  və  məhsuldarlıq  rəmzi  kimi 

baxılmışdır.  Lakin  az  da  olsa  eyni  vaxtda  bir  qəbiləyə  ata;  digərinə  ana  başçılıq 




80 

 

etmişdir. Bu hal özünü son zamanlara qədər etnoqrafik müşahidələrdə də göstərmişdir. 



Belə ki, hər hansı bir qadın ailədə, nəsildə, el-obada öz təsdiqini tapmış, el anası adını 

daşımışdır. 

Azərbaycanda Neolit dövründən başlayaraq yeni təsərrüfat, sənətkarlıq sahələri 

yaranır  və  inkişaf  edir.  Tunc  dövründə  isə  qəbilələrarası  iqtisadi  və  mədəni  əlaqələr 

daha  da  genişlənir.  Mövcud  sərhəd  çərçivəsində  qohumluq  əlaqələri,  dostluq 

münasibətləri  güclənir.  Gələcəkdə  qəbilə  birləşmələri,  tayfa  ittifaqları  üçün  zəmin 

yaranır. 

Ağsaqqallıq  institutunun  imkan,  nüfuz  dairələri  artır.  Tədricən  ibtidai  icma 

quruluşu dağılır, ilk sinifli cəmiyyət və dövlət yaranır. Belə bir vəziyyətdə ağsaqqalın 

funksiyası daha qabarıq şəkildə görünür. 

Dövlət  başçısı,  ölkə  ağsaqqalı  daha  çətin,  daha  məsuliyyətli  vəzifədir.  Dövlət 

başçısı  daha  müdrik,  təcrübəli,  siyasətçi  və  uzaqgörən,  səlahiyyətli,  geniş  təsir 

miqyaslı, yenilməz hökmlü, cəsarətli, inamlı, güclü əqidəli olmalıdır. 

Eradan  əvvəl  X  əsrdən  etibarən  Azərbaycanda  kutilər,  lullubeylər,  akkadlar 

tədricən  birləşərək  Manna  dövlətinin  təməlini  qoydular.  Dövlətə  hökmdar,  dövlət 

başçısı rəhbərlik etməyə başladı. Ağsaqqallar şurasının məsləhəti ilə ölkənin iqtisadi, 

mədəni  səviyyəsi  yüksəldi.  Uzaqgörən  dövlət  başçısı  kimi,  müdrik  ağsaqqal  kimi 

tanındı. 

Həqiqətdir  ki,  hər  bir  dövlət  başçısı  yaşından  asılı  olmayaraq  əməlilə,  arzusu 

ilə,  həyata  keçirdiyi  tədbirlərin  qətiyyətilə,  xalqa  xidmətilə  ağsaqqalların  ağsaqqalı 

olur. Belə olduqda dövlət  də, xalq da yaşayır, inkişaf edir. Heç şübhəsiz, belə dövlət 

başçılarından Atropat daha yaddaqalan, daha ağsaqqallığa layiq olanıdır. Eradan əvvəl 

IV  əsrdə  yeni  Azərbaycan  dövlətini  quran,  uzaqgörən  siyasətçi,  tanınmış  sərkərdə, 

hökmdar Atropat xalqına layiq müdrik ağsaqqal şərəfini qazanmışdır. Eradan əvvəl III 

əsrdən  üzü  bəri  böyük  bir  tarixi  keçmişə  malik  ulu  əcdadlarımızdan  olan  albanlar 

arasında böyük-kiçik məsələsi, ağsaqqallıq institutu öz ömrünü yaşamışdır. Bu cəhəti 

eradan  əvvəl  I  əsrdə  yaşayan  yunan  coğrafiyaşünası  Strabon  belə  qələmə  alır: 

"Albanlar  yalnız  öz  qoca  valideynlərinə  deyil,  ağsaqqal  və  ağbirçəklərə  də  hörmət 

etməkdən şərəf duymuşlar"[2]. 

Eramızın VII əsrinin ortalarında Albaniyada hökmdarlıq etmiş Cavanşir böyük 

sərkərdə,  dövlət  başçısı  kimi  ölkəsini  yadellilərdən  qorumaq  məqsədilə  ərəblərə, 

farslara  və  xəzərlərə  qarşı  mübarizə  aparmışdır.  Cavanşir  uzaqgörən  dövlət  başçısı, 

müdrik 

ağsaqqal 

kimi 

ölkəsini 



xaricilərdən 

qorumaqla 

yanaşı, 

onun 


möhkəmlənməsinə, əmin-amanlıq yaradılmasına, elm və mədəniyyətin inkişafına nail 

olmuşdur. 

Bir  sıra  mühüm  səciyyəvi  cəhətlərinə  görə  ibtidai  icma  quruluşu  ilə  səsləşən, 

ilk  sinifli  cəmiyyətdə  bitkinləşən,  ilk  orta  əsrlərdə  kamilləşən,  dastanlaşan  "Kitabi-

Dədə  Qorqud"  dastanı  Azərbaycanda,  ümumən  türk  dünyasında  ağsaqqallıq  və

 

ağbirçəklik  institutunun  öyrənilməsində  əvəzsiz  qaynaq  rolunu  daşıyır[3].  Eyni  



zamanda  sonrakı  yüzilliklərdə  bu  institutun  möhkəmlənməsinə,  inkişafına  əsaslı 


81 

 

zəmin  yaratmış,  güclü  təsir  göstərmişdir.  Bu  dastandan  qaynaqlanan,  bu  kökdən 



köklənən xalqımız öz məişət və mədəniyyətində ağsaqqallıq və ağbirçəklik hikmətini 

uca tutmuş, ondan layiqincə bəhrələnmişdir. 

Bu  hikmət  dünyasında  Dədə  Qorqud  ağsaqqalların  ağsaqqalı,  müdriklərin 

müdriki, ucalıq rəmzi kimi şərafətləndirilir. Adını Dədə Qorquddan götürən dədə sözü 

haqlı  olaraq  ata,  lələ,  kişi,  valideyn  kimi  mənalandırılır.  Dastanda  Dədə  Qorqud  elə 

havadar olan, arxa duran, el üçün yanan, el üçün canından keçməyə hazır olan ər kimi 

təqdim edilir. 

Böyük nüfuz sahibi, hikmət söyləyən, təlim keçən, tərbiyə verən Dədə Qorqud 

pirani, nurani qocadır, hər şeyin bilicisi, çətinliklərdən baş çıxaran uzaqgörəndir. Oğuz 

türklərinin  dar  günündə  arxası,  dayağı,  şad  günündə  sevinci,  şərəfi...  Loğman, 

münəccim  Dədə  Qorqud  öz  xeyir-duası  ilə  oğuzlara  məsləhət  verən,  tədbir  görən, 

onları  döyüşə  səfərbər  edən,  zəfərə  səsləyən,  qələbəyə  ruhlandıran  ilhamçı,  xilaskar 

qəhrəmandır.  Qeyrəti,  isməti,  paklığı,  saflığı  uca  tutan,  həmdərd,  həmfikir  olan 

müdrikdir. 

Türk dünyasının mənəvi atası sayılan Dədə Qorqud  dövlət xadimidir, vəzirdir, 

əfsanələşən  tarixi  şəxsiyyət,  qeyri-adi  insandır,  keçmişdən,  gələcəkdən  xəbər  verən 

münəccimdir, ərdir, nərdi. Ozanların başbiləni, musiqi yaradıcısıdı[4]. 

"Kitabi-Dədə  Qorqud"da  deyildiyi  kimi,  Rəsul  əleyhissəlam  zamanına  yaxın 

oğuz türklərinin Bayat soyundan Dədə Qorqud adlı bir kişi çıxır. Dədə Qorqud bütün 

Oğuz elinin bilicisi idi, Allah ona "vergi" vermişdi, qeybdən dürlü xəbər söylərdi, nə 

deyərsə  olardı.  O,  xalqın  bütün  müşkül  işlərini  həll  edərdi.  Hamı  ondan  məsləhət 

alardı, onsuz heç bir iş görməzdilər və hər nə buyursa qəbul edərdilər[5]. 

Dədə Qorqud söylərmiş: 

      "Oğul atadan görməyincə süfrə (yaymaz). 

                                    Oğul atanın yetiridir"[6]. 

"Kitabi-Dədə  Qorqud"  dastanında  belə  bir  fikir  təlqin  edilir  ki,  hər  bir  ailənin 

ağsaqqalı  atadır,  ataya  hörmət  etmək  hamının  borcudur,  ata  müqəddəsdir.  Dastan 

Baybura  bəyin  oğlu  Bamsı  Pasinük  Qara  Dərvənd  ağzında  qarət  olunmuş  tacirlərin 

malını quldurlardan alıb onlara qaytardıqdan sonra gəlib atasına xəbər verir. 

Bəzirganların  qayıtmasından  sevinən  Baybura  bəy  alaçıq  tikdirir,  kölgəlik  ala 

seyvana salınmış ipək xalçalar üstündə oturur, oğlunu da sağ tərəfində oturtdurur. Bu 

vaxt  tacirlər  gəlib  görürlər  ki,  mallarını  quldurlardan  alıb  onlara  qaytaran  oğlan 

Baybura bəyin sağında oturub və tez yüyürüb oğlanın əlindən öpürlər. Baybura bəyin 

bundan  acığı  tutur  və  deyir:  "Mərə  qavat  oğlu  qavatlar,  ata  dururkən  oğul  əlini 

öpərlər?"[7]. Baybura bəyin acıqlanmasına səbəb oğluna edilən hörmət, ehtiram deyil, 

ağsaqqala hörmət ənənəsinin pozulması idi. 

Ağsaqqallıq  ucalığına  nəzər  saldıqda  aydın  olur  ki,  "Dədə  Qorqudun  on  iki 

boyluq  ulu  dastanında  atalar  sıra-sıra,  alay-alay  önümüzdə  dayanıb:  Salur  Qazan, 

Baybura,  Baybecan,  Qanlı  qoca,  Uşun  qoca,  Qazılıq  qoca,  Bəkil  Dirsə  xan,  Qıyan 

Səlcuq... bu atalar Oğuz elinin ürəyi, dirəyidir. Atalar, bu ataların oğulları yağıya göz 




82 

 

verib işıq vermirlər"[8]. 



Ağsaqqal  var  öz  işi,  əməliylə,  qılıncı-qalxanıyla,  səksəkəli,  məşəqqətli, 

təhlükəli  günlərilə  tanınır,  hünərilə  yadda  qalır.  Ağsaqqal  da  var  zəhmətilə,  könül 

əmanəti  ilə,  söz  xəzinəsi,  zəkası,  mənəvi  zənginliyi,  hikmətli  dünyası  ilə  nəsillərə 

nümunə olur, qəlblərdə əbədi yaşayır. Öz ləyaqəti, şərafətilə dahilər dahisi, müdriklik 

zirvəsi, ağsaqqallar ağsaqqalı, ucalıq rəmzi sayılan Nizami Gəncəvi kimi. 

XII  əsrdə  qədim  Gəncədə  dünyaya  gələn,  yaşayıb-yaradan,  ana  torpağında 

uyuyan,  məzarı  ziyarətgaha  çevrilən  İlyas  Yusif  oğlu  Nizami  təkcə  xalqımızın 

ədəbiyyatı və ictimai fikir tarixinə, Şərq dünyasına deyil, bütün bəşəriyyətə işıq saçan, 

nur  ələyən  dahidir,  dühadır.  Qeyri-adi  hikmət  sahibi  olan  Nizami  Gəncəvi  öz  kökü 

üstə köklənən ecazkar qələmi, qabaqcıl ideyaları, nadir istedadı, hikməti, söz xəzinəsi 

- "Xəmsə"si ilə xalqımızı dünyaya tanıtdırdı, şair kimi, müdrik ağsaqqal kimi. 

Nizami Gəncəvinin "Xəmsə"yə daxil olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", 

"Leyli  və  Məcnun",  "Yeddi  gözəl"  və  "İskəndərnamə"  poemalarının  hər  biri  yüksək 

bəşəri idealları tərənnüm edən hikmət mənbəyi, müdriklik nümunələridir. 

Ümumbəşəri  səciyyə  daşıyan  bitkin,  dolğun  və  dərin  məzmunlu  poemaların 

hamısı demək olar ki, müdrik ağsaqqal kəlamlarıdır. Hamı üçün, hər kəs üçün ənənəvi 

kamillik mənbəyi, təlim-tərbiyə məktəbidir. 

Nizami  Gəncəvi  insanları  torpağa  bağlılığa  və  yurdsevərliyə  səsləyir,  vətənin 

qədrini  bilməyi,  ona  qayğı  göstərməyi  məsləhət  görür,  hər  kəsi  haqqa-ədalətə, 

düzlüyə,  paklığa,  təmizliyə  səsləyir.  Xalqının  başını  ucaltmağı,  vətən  torpağında 

qürurla  yaşamağı  məsləhət  görür.  Ölkəni  və  insanları  azad  görmək  istəyir, 

həmvətənlərinin firavan yaşamasını, əlbir-dilbir olmasını arzulayır. Əxlaqi məsələlərə 

önəm  verir,  elm  və  mədəniyyətə  yiyələnməyə  çağırır.  İnsanlara  milli  və  bəşəri 

dəyərlər aşılayır. 

Böyük  şair,  müdrik  el  ağsaqqalı  azadlıq  uğrunda,  vətən  yolunda  mübarizə 

aparmağın  yollarını  göstərir.  Bu  yolda  insanlara  mətinlik,  mübarizlik,  igidlik, 

qəhrəmanlıq  göstərməyi  təlqin  edir.  "Leyli  və  Məcnun"  poemasında:  "Azadlıq 

uğrunda bütün qətiyyət və igidliklə vuruşmaq lazımdır. Sən mübarizəyə girən zaman 

qoy  ürəyin  şir  ürəyi  olsun.  Cəsarət  qələbənin  rəhnidir.  Pələng  igidliyinə  görə  bütün 

vuruşlardan  qalib  çıxır".  Göründüyü  kimi,  Nizami  Gəncəvi  dühası  yüz  illərdir  ki, 

ictimai həyatın bütün sahələrinə işıq saçır, məşələ çevrilir. 

Ağsaqqallıq  səlahiyyətini  qazanmağın  əsas  şərtlərindən  biri  gərgin  zəhmətdir. 

Əzablı, iztirablı yolun yolçusu olmaqdır. Zəhmətə qatlaşmaq, alın təri axıtmaq, gecəli-

gündüzlü çalışmaq olan yerdə uğur da var, qələbə də var, təntənə də. Bu keyfiyyətlərə 

malik  ağsaqqal,  dövləti  də,  xalqı  da  layiqincə  idarə  edər,  onu  yaxın-uzaq  ölkələrdə 

tanıtdırar. 

Bu  şərəfi  qazananlardan  biri  Atabəylər  dövlətinin  yaradıcısı  Şəmsəddin 

Eldənizdir. Həm də böyük ağsaqqallıq şərəfinə nail olan Şəmsəddin Eldəniz. 

XII 

əsr  Atabəylər  dövlətinin  yaranması  və  möhkəmləndirilməsində 



misilsiz  xidmətləri  olan  Şəmsəddin  Eldəniz  xalqımızın  dövlətçilik,  mübarizlik, 


83 

 

qəhrəmanlıq,  vətənpərvərlik  tarixinin  qızıl  səhifələrində  qərar  tutur.  O  çox  gənc 



yaşlarından  kimsəsiz  qalmış,  çox  əziyyət  və  məhrumiyyətlərlə  qarşılaşmışdır.  Lakin 

zaman 


keçdikcə  taleyi  onun  üzünə  gülmüş,  qabiliyyəti,  iradəsi,  inadı  və  hünərilə  böyük 

uğurlar,  qələbələr  qazanmışdır.  Böyük  məsuliyyəti  öz  üzərinə  götürən  Şəmsəddin 

Eldəniz  tezliklə  bütün  Azərbaycanı  ələ  keçirmiş,  zaman-zaman  bir  sıra  ölkələri  yeni 

yaratdığı  dövlətin  tərkibinə  qatmışdır.  O,  uzaqgörən  siyasəti,  tədbirli  hərəkətləri, 

qüdrəti,  cəsarəti  və  sərkərdəlik  məharətilə  Atabəylər  dövlətinin  möhkəmlənməsinə, 

inkişafına 

nail 

olmuşdur. 



Şəmsəddin 

Eldəniz 


daha 

sonra 


qəyyumu 

olduğu  oğulluğu  Arslan  şahı  sultan  taxtına  çıxarmış,  Orta  Şərqin  idarə  olunmasında 

önəmli  rol  oynamışdır.  Həmin  zamandan  Eldəniz  "böyük  atabəy"  adlandırılmış, 

sultanlığın həqiqi hökmdarı kimi fəaliyyət göstərmişdir[9]. 

Eldəniz öz əməli, hünərilə bütün Yaxın və Orta Şərqdə ağsaqqallıq, müdriklik 

səlahiyyəti  qazanmışdır.  Heç  şübhəsiz,  onun  böyük  qələbələr  qazanmasında  arvadı 

Möminə xatunun əvəzsiz rolu olmuşdur. Bu qarşılıqlı anlaşılma Azərbaycan Atabəylər 

dövlətinin  yüksəlişinə  öz  töhfəsini  vermişdir.  Biri  el  ağsaqqalı,  digəri  el  ağbirçəyi 

məqamına çatmışdır. 

XIII  əsrdə  yaşamış  dünya  şöhrətli  Azərbaycan  astronomu  Nəsirəddin  Tusi 

xalqımızın  təhsil,  elm  və  mədəniyyət  tarixində  müdrik  insan,  dahi  şəxsiyyət,  fitri 

istedad sahibi,  bənzərsiz  alim və  əvəzsiz tərbiyəçi  kimi  tanınır. Onun  nadir istedadı, 

hərtərəfli dünyagörüşü, ensiklopedik biliyi, güclü məntiqi, dərin müşahidə qabiliyyəti 

heyrət  doğurur.  Böyük  filosof  Bəhmənyarın  və  dünya  şöhrətli  Əbu  Əli  ibn  Sinanın 

layiqli  davamçısı  olan  Nəsirəddin  Tusi  zəmanəsinin  çox  böyük  təhsil  və  elm  ocağı 

olan Marağa rəsədxanasının yaradıcısı və inkişaf etdirəni olmuşdur. Qətiyyəti, hünəri 

və  əməlilə  ağsaqqallıq  səlahiyyəti  qazanmışdır.  Hamıya  nümunə,  görk  olan 

ağsaqqallıq mövqeyi ilə, mənəviyyatımıza işıq saçan müdrik şəxsiyyəti ilə. 

Nəsirəddin  Tusi  çoxcəhətli  yaradıcılığında  təhsilin,  elmin  müxtəlif  sahələrinə 

geniş  yer  vermişdir.  Riyaziyyat,  astronomiya,  məntiq,  musiqişünaslıq,  tibb,  təbiət, 

ilahiyyat  və  başqa  elmlərin  bilicisi,  inkişaf  etdirəni  olmuşdur.  Alimin  bütün  elm 

sahələrində  müdriklik,  ağsaqqallıq  mövqeyi  özünü  bariz  şəkildə  göstərir.  N.Tusinin 

müxtəlif  elmlərə  dair  yüzdən  çox  əsəri  məlumdur.  Lakin  ağsaqqallıq  institutu 

baxımından  "Əxlaqi  nasiri"  əsəri  mühüm  əhəmiyyət  kəsb  edir[10].  Əsərdə  təlim-

tərbiyə,  əxlaq  qaydaları,  ailə  və  ailə  məişəti,  böyük-kiçiklik  münasibətləri,  adət-

ənənəyə  ehtiramla  bağlı  məsələlər  və  bir  sıra  digər  mühüm  cəhətlər  onun  görkəmli 

alim, pedaqoq olması ilə yanaşı, müdrik ağsaqqal məqamına çatdığını göstərir. Onun 

bu əsəri təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində uzun müddət 

ərzində əxlaq dərsliyi kimi mühüm yer tutmuş, müəllifinə əbədi şöhrət qazandırmışdır. 

XIV  əsrin  80-ci  illərinin  əvvəllərində  I  İbrahim  yerli  feodalların  köməyilə 

Şirvanşahlar dövlətinin başçısı olur. O, yüksək vətənpərvər, görkəmli dövlət xadimi, 

mahir  diplomat  kimi  tarixə  düşmüşdür.  Bacarıqlı  dövlət  başçısı  dövrünün  təhlükəli, 

mürəkkəb  hadisələrini  düzgün,  dürüst  qiymətləndirir,  ölkəsinin  müstəqilliyini  təmin 



84 

 

etməyə çalışır, müdrik siyasət yürüdür, ağsaqqallığını göstərirdi. Xalqının, dövlətinin, 



torpağının  naminə  yüz  ölçür,  bir  biçir.  İşğalçılarla  dil  tapır,  vətənini  qətl  və 

qarətlərdən  sovuşdurmağı  bacarırdı.  O  təkcə  xarici  düşmənlərlə  deyil,  daxildə  də 

dövlətinin  möhkəmlənməsini  təmin  etmək  məqsədilə  barışdırıcı  mövqe  tutur,  əmin-

amanlığı, sabitliyi qorumağa çalışırdı (11). 

1387-ci  ildə  Əmir  Teymurun  ordusu  Azərbaycana  daxil  olarkən  Şirvanşah  I 

İbrahim  real  vəziyyətin  çətinliyini  düzgün  qiymətləndirərək  Teymurla  danışıqlar 

aparır, onun qəlbinə yol tapır. 

Teymurun  görüşünə  gedən  I  İbrahim  özüylə  qiymətli  hədiyyələr  aparır. 

Rəvayətə  görə  hədiyyələrin  hamısı  doqquz  olduğu  halda,  bir  hədiyyə  səkkiz  olur. 

Teymur  səbəbini  soruşur.  I  İbrahim  cavabında:  "Böyük  hökmdar,  biri  də  sizin 

qarşınızdadır"  -  deyir.  Bu  müdrik  kəlamı,  ağsaqqal  düşüncəsilə  Şirvanşah  ölkəsini 

Teymurun  yenilməz  ordusunun  hücumlarından  xilas  edir.  Bununla  Teymurla  dostluq 

əlaqələri  yaradır[12].  Beləcə  I  İbrahim  qılınc-qalxanla,  savaşıb  vuruşmaqla,  yeri 

gələndə  isə  sözlə,  incə  diplomatik  gediş  və  tədbirlərlə  əmin-amanlıq  yaratmağa  nail 

olmuşdur. Budur ağsaqqallıq, budur müdriklik səlahiyyəti. 

Xalqımızın  əsrlərcə  yaratdığı  bir  sıra  məhəbbət  və  qəhrəmanlıq  dastanları 

ənənəvi zənginliyi, qayəsi,  siqləti,  tərbiyəvi əhəmiyyəti və təsir gücü ilə bir-birindən 

fərqlənir. Bu dastanların hər birində ağsaqqallıq və ağbirçəklik institutunun izləri, arzu 

və  əməlləri  bu  və  ya  digər  çalarlarla  özünü  büruzə  verməkdədir

Bu  dastanların 



arasında  problemlə  bağlı  mətləblər  "Koroğlu"  eposunda  daha  geniş

 

və  daha  qabarıq 



şəkildə özünü göstərir. 

XVII əsrin məhsulu olan "Koroğlu" dastanı ilk öncə qəhrəmanlıq dastanı, həm 

 

məhəbbət  dastanı,  hikmət,  heyrət  dastanıdır.  Gör-götür  dünyamız,  təlim-tərbiyə



 

məktəbimizdir.  İnsanlığın,  kişiliyin,  mərdliyin,  mübarizliyin,  ağsaqqallığın  rəmzidir, 

nəsillərə  əvəzsiz  nümunədir.  Xalqımızın  yaratdığı  tarixi  həqiqətlərdən  yoğurulub 

yapılan, əfsanələşən "Koroğlu" dastanı, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyanın xalq 

yaradıcılığına  da  təsir  göstərmişdir.  Deməli,  "Koroğlu"  daha  geniş  arealda  türk 

dünyasında  yaşayan  çoxsaylı  xalqların  ağsaqqalı,  uzaqgörəni,  tədbir  tökəni 

olmuşdur[13]. 

Cəlalilər  hərəkatının  başçısı  Koroğlu,  qeyrəti,  cəsarəti  və  hünərilə  zalımlara, 

zülmkarlara  qarşı  barışmaz  mübarizə  aparmış,  xanlara,  paşalara  qənim  kəsilmişdir. 

Həyata baxışı, alicənablığı, qəlb genişliyi, sadə və səmimiliyi onun şöhrətini artırmış, 

xalqın  sevimlisinə  çevirmişdir.  Qoç  Koroğlunun  təbiətində  bir  yumşaqlıq, 

canıyananlıq  vardı.  Sözü  bütöv  idi,  əhdinə-ilqarına  sadiq  idi.  El  aşığı,  el  məclisləri 

yaraşığıydı.  Saz  sazlayan,  boy  boylayan,  hikmət  söyləyəndi.  İnsanları  öz  ətrafına 

toplayıb  birlik  yaradan,  yoxsullara  havadarlıq  edən  haqq-ədalət  carçısı  kimi  çıxış 

etmişdir. Milli qəhrəman, el ağsaqqalı, uzaqgörən kimi. 

Çənlibel  Koroğlunun  məskəni,  alınmaz  qalası,  basılmaz  eliydi.  O  həmişə 

məsləhət  verən,  həm  də  söz  eşidən,  məsləhət  dinləyən,  dəlilərinin,  ağbirçək  Nigar 

xanımın  fikirlərini  öyrənən,  düzgün  qərar  çıxarandı.  Koroğlu  yeddi  min  yeddi  yüz 




85 

 

yetmiş yeddi dəlinin məsləkdaşı, havadarı, arxası idi. Bu igidlər isə Koroğlunun vuran 



qolu,  döyünən  ürəyi,  arzusunu  çin  eləyənləriydi.  Bu  birlik,  bu  qarşılıqlı  anlaşma 

yenilməzliyin,  məğlubedilməzliyin  rəmzi  olmuşdur.  Buradan  doğurdu  Koroğlu 

müdrikliyi,  Koroğlu  ağsaqqallığı,  Koroğlu  mərdliyi,  mübarizliyi.  Heç  şübhəsiz,  bu 

birliyin,  əzmkarlığın  qorunub-saxlanmasında  Nigar  xanımın  analığı,  ağbirçəkliyi  və 

düzgün məsləhəti də böyük rol oynamışdır. 

Koroğluyam savaşanda, 

                                             İgid dəlilər başımda, 

 Nigar əyləşə qarşımda, 

  Keçən cavan çağım ola! 

Mərdliyin,  mübarizliyin  rəmzi  olan  "Koroğlu  həm  də  el  ağsaqqalıdır. 

Çənlibeldə  hər  şey  onun  məsləhəti  ilə  olur.  Bu  da  Koroğlunun  sərkərdəliyindən, 

böyüklüyündən, ağsaqqallığından irəli gəlir. Koroğlu özünü ağsaqqal kimi göstərməyə 

çalışmır, ancaq hamı ona ağsaqqal kimi baxır. Koroğlu yoldaşlarının, məsləkdaşlarının 

da məsləhətlərinə qulaq asır"[14]. Koroğlu  söz savaşında da döyüş savaşında olduğu 

kimi qəhrəmanlıq göstərmiş, qələbələr qazanmışdır. 

Koroğlu  döyüş  ərəfəsində,  çoxsaylı  düşmən  ordusu  ilə  üzləşəndə  dəlilərini 

sazla, sözlə ruhlandırır, onların qəlbində qələbəyə inam əzmini şölələndirirdi. Səf-səf 

düzülün,  hay  deyəndə,  huy  deyəndə  qoşa  gəlin  -  deyir.  Hamı  hazır,  hamı  əmrə 

müntəzir. Bu dəm Koroğlu bir dəli nərə çəkir, hünər qılıncını oynadır[15]. 

    Hoydu dəlilərim, hoydu, 

   Yeriyin meydan üstünə! 

                                                Havadakı şahin kimi, 

   Tökülün al-qan üstünə! 

 

      Qoyun bədöylər kişnəsin



 Misri qılınclar işləsin, 

  Kimi tənab qılınclasın, 

           Kiminiz düşmən üstünə[15]. 

Koroğlu  ömrünün  qürub,  ixtiyar  çağında  da  yenilməzliyini,  ağsaqqallığını 

göstərir,  müdrik  qərar  çıxarır.  Xotkarlara,  padşahlara,  paşalara,  xanlara  qarşı 

mübarizəni davam etdirir. Üzünü dəlilərinə tutur. "Nə qədər ki, onlar var, biz də varıq! 

Koroğludan bu sözü eşidən dəlilər nərə çəkdilər. Atlar kişnədi, qılınclar oynadı. Qırat 

iki  dal  ayağının  üstə  qalxıb  qızmış  pələng  kimi  elə  bir  şeyhə  çəkdi  ki,  dağ-daşlar 

titrədi... Hamı bir yerdən Çənlibelə qalxmağa başladılar"[15]. 

         Mərd dayanar, namərd qaçar, 

        Meydan gumbur-gumburlanı 

                                             Dəlilərim meydan açar 

         Düşmən gumbur-gumburlanı. 

Aşıq  sənətinin  tarixi  xalqımızın  tarixi  qədər  qədim  olub,  minilliklərdən  xəbər 

verir.  Saz-söz  sənətinin  sahibi  aşıqlar  zaman-zaman  qoşmaqla,  oxumaqla,  çalmaqla, 



86 

 

dastan söyləməklə yanaşı, həm də ağsaqqallıq missiyasını yerinə yetirmişlər. Əsrlərcə 



bu  sənət  inkişaf  etmiş,  bitkinləşmiş,  kamilləşmiş,  böyük  və  ulu  aşıqlar  nəsli 

yetişmişdir.  Onlar  xalqımızın  mənəvi  dünyasının  istək  və  arzularının  tərənnümçüsü 

ömrünü yaşamışlar. 

Həqiqətdir  ki,  hər  dövrün,  hər  tarixi  şəraitin  öz  söz  sərrafları,  hikmət 

söyləyənləri olmuş, ozanlar, yanşaqlar, aşıqlar, dədələr nəsli bir-birini əvəz etmişdir. 

Ayrılıqda  onların  hər  birinin  söz  qüdrəti,  hikməti  haqqında  mətləb  açmaq, 

ağsaqqallıqlarını  izləmək  imkansızdır.  Ona  görə  də  aşıqlar  aşığı,  dədələr  dədəsi, 

ağsaqqallar  ağsaqqalı  Aşıq  Ələsgərdən  bəhs  edən  aşıq  müdrikliyini  açıqlamaqla 

kifayətlənirik.  O,  böyük  el  aşığı,  məclislər  yaraşığından  biri  sayılmış,  öz  sənətində 

aşıqlar


 

aşığı zirvəsinə yüksəlmiş, əlçatmaz, ünyetməz olmuşdu. 

Aşıq Ələsgər ağsaqqallığı, müdrikliyi, sənət ucalığı ilə təkcə doğulduğu Göyçə

 

mahalında deyil, İrəvanda, Vedibasarda, Naxçıvanda, Kəlbəcərdə, Qazaxda, Borçalıda 



böyük  nüfuz  qazanmış,  ehtiramla  qarşılanmışdır.  Hər  bir  gəlişi,  məclislər

 

aparması, 



sazlı-sözlü bir dünya yaratması həmişə heyrət doğurmuşdur. Aşıq Ələsgərin məclisləri 

təkcə eşq, məhəbbət dastanları söylədiyi yer yox, daha çox ədəb-ərkan, təlim-tərbiyə, 

gör-götür  yığıncağı  rolunu  oynamışdır.  Məclis  iştirakçılarına  qeyrət,  ismət,  etibar, 

ilqar dərsi, birlik dərsi keçmişdir. 

Aşıq  Ələsgər  insanları  səmimiyyətə,  bir-birinə  can  deməyə,  könül 

sevindirməyə səsləyir, nəsihətlər verir: 

           "Can" deməklə candan can əskik olmaz, 

  Məhəbbət artırar, mehriban eylər. 

  "Çor" deməyin nəfi nədi dünyada? 

Abad könlü yıxar, pərişan eylər. 

Aşıq Ələsgər insanlara hərcayıdan, müxənnətdən, nadandan, ev yıxandan, bəd 

əmələ qurşananlardan aralı gəzməyi, gen dolanmağı məsləhət bilir. 

Müdrik sənətkar, el ağsaqqalı Aşıq Ələsgər məclisdə igidliklə,  mərdliklə bağlı 

mətləbini belə ərz edir: 

Arif olan, gəlin sizə söyləyim, 

     İgid sözü mərd-mərdanə yaxşıdı. 

      Kişi gərək dediyindən dönməsin, 

 Biilqardan bir zənanə yaxşıdı! 

Böyük  ustad  aşıq  olanların  bütün  cəhətlərini  göstərməklə  hamını  eyhamla 

mərifətə, insanlığa çağırır: 

Aşıq olub diyar-diyar gəzənin, 

    Əvvəl başda pür kamalı gərəkdi. 

Oturub-durmaqla ədəbin bilə, 

    Mərifət elmində dolu gərəkdi... 

 

Danışdığı sözün qiymətin bilə, 



    Kəlməsindən ləlü-gövhər süzülə, 


87 

 

                                        Məcazi danışa, məcazi gülə, 



       Tamam sözü müəmmalı gərəkdi... 

Başqa  bir  qoşmasında  daha  dərin  hikmətlər  söyləyir,  ibrətamizlik  çələngi 

hörür: 

    Bir insan ki, haq dediyin bitirsə, 

        Hər məclisdən bir mərifət götürsə, 

                                        Ata-ana sözün yerinə yetirsə, 

        O yəqin ki, çəkməz cəza dünyada. 

Aşıq  zalımlara,  zülmkarlara  qarşı  öz  nifrətini  bildirir,  bu  yoldan  çəkinməyi 

məsləhət görür: 

    Zülm ilə enməz haqdan ucalan

  Yüksələr fağırın qeydinə qalan. 

        Hər kim şuğul oldu, söylədi yalan, 

Şeytan imanını aldı da getdi. 

 

   Aldanıb dünyanın cah-cəlalına, 



 Haram qarışdıran öz halalına, 

   Xəyanət eyləyən qonşu malına 

      Haqqın divanında qaldı da getdi. 

Dədə Ələsgər məclislərdə heyrət doğuran kəlamlar söyləmiş, el-obanı mərifətə, 

dürüstlüyə, halallığa, etibarlı olmağa səsləmişdir. Cavanlığında da, ixtiyar çağında da 

el ağsaqqalı kimi sayılıb-seçilmişdir. 

XVIII  əsrin  əvvəlində  Şəmkirdə  dünyaya  göz  açmış  Molla  Vəli  Vidadi 

zəmanəsinin  böyük  şairi,  xalqın  dərdinə  yananı,  mətləb  anladanı  olmuşdur.  Xalqın 

içindən  çıxan  şair  daim  xalqla  birlikdə  yaşamış,  elin-obanın  havadarı  olmuşdur. 

Ömrünün çox hissəsini Qazaxın Şıxlı şenliyində keçirmiş, elinin, obasının başbiləni - 

mollası, ağsaqqalı adını qazanmışdır. Camaatın halına acıyan, qeydinə qalan, dərdinə 

şərik çıxan ağsaqqal kimi sayılıb-seçilmişdir. 

Ərəb  və  fars  dillərinin  kamil  bilicisi  Molla  Vəli  Vidadi  uzun  illər  şairliyi  ilə 

yanaşı,  mirzəlik  və  məktəbdarlıqla  məşğul  olmuş,  xalqın  arzu  və  istəyini  lazımi 

yerlərə  çatdırmışdır.  Şair  təkcə  Qazax,  Borçalı  mahallarının  deyil,  bütün 

Gəncəbasarın, Qarabağın, İrəvan bölgəsinin müdrik ağsaqqalı kimi tanınmış, fəaliyyət 

göstərmiş,  təlim-tərbiyə  verən,  tədbir  tökən,  düzgün  yol  göstərən,  çarə  tapan  olmuş, 

zəmanəsinin  eybəcərliyini,  haqsızlığını,  ədalətsizliyini  açıb  göstərmiş,  xalqa  başa 

salmış, gözünü açmağa çalışmışdır. 

Molla Vəli Vidadinin böyük ağsaqqal nüfuzu qazanmasını Firidun bəy Köçərli 

belə qiymətləndirir: "Haqq söyləyən və haqqı dost tutan bir vücud imiş ki, hər kəsin 

eybini açıq söyləməkdən bak və iqtinab etməz imiş... Hamı onu sayarmış, xatirini əziz 

və möhtərəm tutarmış"[16]. 

Adının  yad  ölkələrə  üzən  gəmiyə,  bir  neçə  küçəyə,  yaşayış  məntəqəsinə 

verilməsi,  abidəsinin  Qazaxda  ucaldılması  onun  söz  sərrafı,  klassik  şair,  müdrik  el 



88 

 

ağsaqqalı  kimi  xatirəsinin  qədirbilən  xalqımız  tərəfindən  yüksək  ehtiramla 



qiymətləndirməsini bir daha təsdiqləyir. 

Bir  əsrə  qədər  ömür  sürən  şair  təbiətən  sadə,  səmimi  idi,  insanpərvərlikdə  və 

dostluqda əvəzsizdi. Xeyirxahlığı, qayğıkeşliyi, el qədri bilməsi hamıya bəlliydi. Heç 

şübhəsiz,  bütün  bu  yüksək  insani  keyfiyyətləri  ilə  yanaşı,  böyük  ailə  başçısıydı.  Elə 

bir  ailə  başçısı  ki,  ondan  bir  çox  ailələr,  nəsillər,  tayfalar  dərs  almışdı.  Böyük  ailə 

sahibi  olan  Molla  Vəli  Vidadinin  ailə  üzvləri  savadlı,  ismətli,  qeyrətli  idi.  Vidadi  və 

Pərixanımın  tərbiyəsini  görən,  adət-ənənəni  müqəddəs  sayan,  böyük-kiçik  yeri  bilən 

bu  ailə  eldə,  mahalda  adnandı.  Şairin  oğlu  Osman  əfəndi  elmi  və  əməlilə  təkcə 

Qafqazda deyil, hətta Osmanlı torpağında tanınırdı. Tiflisdə ikinci müfti olan Osman 

əfəndi  atasının  bütün  arzu  və  istəklərini  yüksək  dərəcədə  yerinə  yetirmiş  və  bundan 

şərəf duymuşdur. 

Ağsaqqal şair övladlarının davranışlarından, əməllərindən şərəf, qürur duymuş, 

onlarla fəxr etmişdir. 

Bakının  Mərdəkan  kəndində  1838-ci  ildə  dünyaya  gələn  Hacı  Zeynalabdin 

Tağı oğlu Tağıyev yoxsulluqla böyümüş, bənnalıq edərək qabarlı əlləri, alın tərilə var-

dövlət  qazanmış,  şərəf  sahibi  olmuşdur.  O,  xalqına,  millətinə  layiq  böyük  işlər 

görmüş,  zəngin  miras  qoymuşdur.  Zəhmətinin  bəhrəsilə  yüksələn  Hacı  Zeynalabdin 

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  böyük  el  atası,  müdrik  ağsaqqal,  əvəzsiz 

xeyriyyəçi adını qazanmışdır. 

Zəhmətlə böyümüş, çətin, müşkül işlərlə qarşılaşmış Hacı Zeynalabdin sistemli 

təhsil almamış, dərin savadı olmasa da, dərin ağla, kamala malik olmuşdur. O, ayıq-

sayıqdı,  işbilən,  iş  görəndi.  Qara  sudan  qaymaq  çəkər,  qara  qızıldan  var-dövlət 

yığardı.  İrəlini,  gerini  aydın  görən,  dünyanın  gərdişindən  baş  çıxaran,  gələcəyə  açıq 

gözlə  baxan,  bənzərsiz,  son  dərəcə  qabil  bir  insandı.  Qəlbi  geniş,  əliaçıq,  səxavətli, 

xalqını  sevən,  xalqına  yanan  xeyriyyəçiydi,  sahibkardı.  Tayı-bərabəri  olmayan 

xeyriyyəçi! 

H.Z.Tağıyev  neftdən,  Kürün,  Xəzərin  balığından,  toxuculuqdan  və  bir  sıra 

başqa


 

sahələrdən  əldə  etdiyi  gəliri  Bakının  inkişafına,  əhalinin  sağlamlığına, 

maariflənməsinə,  dolanışığının  yaxşılaşdırılmasına  sərf  etmiş,  bu  humanistlikdən 

qürur duymuşdur. 

Su  -  həyatdır,  su  -  yaşarılıq  təminatıdır.  XIX  əsrin  sonu  və  XX  əsrin 

başlanğıcında  Bakının  sürətlə  böyüməsilə  əlaqədar  şəhərin  su  ilə  təchizatı  kəskin 

problem kimi qarşıya çıxdı. Çox böyük xərcə başa gələn təmiz və saf Şollar suyunun 

Bakıya  gətirilməsi  Hacı  Zeynalabdinin  əməlidir.  Xaçmazın  Şollar  kəndindən  Bakıya 

kimi  90  il    bundan  əvvəl  istifadəyə  verilən  su  kəməri  bu  böyük  insanın,  el 

ağsaqqalının, millət atasının gördüyü nəhəng işlərdən biridir. 

Tağıyevin  maarifçilik  sahəsində  gördüyü  işlər  də  böyük  ehtiram  və  qibtəyə 

layiqdir.  O,  məktəblər  tikdirmiş,  məscidlər  inşa  etdirmiş,  azərbaycanlı  gənclərin 

dünyanın qabaqcıl təhsil ocaqlarında oxumasına, milli kadrların yetişməsinə, qəzet və 

jurnalların  nəşrinə  yardım  etmiş,  vəsait  ayırmışdır.  Bu  müdrik  insanı,  görkəmli 




89 

 

şəxsiyyəti  xalqımız  haqlı  olaraq  bu  gün  də  millətin  atası  kimi  ehtiramla  yad 



etməkdədir. 

Gənclərə  təlim-tərbiyə  verən,  yol  göstərən,  bilik  öyrədən,  elmlə  məşğul  olan 

insanlar  el  arasında,  xalq  içərisində  həmişə  böyük  hörmət  və  ehtirama  layiq 

görülmüşlər. Bu böyük maarifçilər ordusu sırasında ən öndə gedənlərdən biri Firidun 

bəy  Köçərli  olmuşdur.  1863-cü  ildə  dünyaya  göz  açan,  1920-ci  ildə  ədalətsizliyin 

qurbanı  olan  Firidun  bəy  Əhmədağa  oğlu  Köçərli  zəkası,  cəfakeşliyi  ilə  xalqına 

xidmət  etməyi  özünə  borc  bilmiş,  şərəf  sanmışdır.  Bənzərsiz  bir  el  ağsaqqalı  kimi 

elmimizin,  dilimizin  qayğıkeşi,  təlim-tərbiyəmizin  cəfakeşi  kimi  tanınmış  və 

sevilmişdir. 

Bu  görkəmli  maarifçinin  ən  böyük  xidmətlərindən  biri  Qori  Müəllimlər 

Seminariyasının  Azərbaycan  şöbəsinin  1918-ci  ildə  Qazaxa  köçürülməsidir.  O  bu 

çətin və məşəqqətli işdə hər cür ədalətsizlik və məhrumiyyətlərə sinə gərdi, inadından 

dönmədi,  sonra  da  qalib  gəldi.  Bu  əvəzsiz  maarif  ocağını  yandırdı,  şölələndirdi  və 

aləmi  nura  qərq  elədi.  Hər  yandan  seminariyaya  axın  başlandı,  yaxşılardan  yaxşısı 

qəbul edildi. İstedadlar, talantlar üzə çıxarıldı. Neçə-neçə gənclərə təhsil verdi, kamala 

yetirdi,  həyata  uğurladı.  Tələbələrinə  övlad  nəvazişi,  valideyn  qayğısı,  ağsaqqal 

müəllim hikmətini göstərdi. Bu hikmətlə qürur duydu, əzmkarlıq işığı yandırdı. Onun 

yetirmələri olan şairlər, yazıçılar, alimlər, pedaqoqlar xalqına baş ucalığı gətirdilər. 

Firidun  bəyin  bu  əvəzsiz  xidmətinə  Borçalı  və  Göyçə  mahalları  borcludu, 

Gəncəbasar,  Qarabağ,  Naxçıvan,  Lənkəran,  Şəki-Şirvan,  Mil-Muğan,  cəmi 

Azərbaycan,  Türk  dünyası  borcludu.  Qazaxlılar  isə  bu  böyük  və  unudulmaz  şəxsi, 

gözlərinin  nuru,  qəlblərinin  işığı  bilirlər.  Ağsaqqallar  ağsaqqalı  kimi,  ata,  baba  kimi 

sevirlər[17]. 

Gərgin  əməyin,  inadkar  axtarışların,  dərin  biliyin,  geniş  erudisiyanın,  güclü 

məntiqin  və  müşahidənin  məhsulu  olan  ikicildlik  "Azərbaycan  ədəbiyyatı"  adlı 

dahiyanə  əsəri  F.Köçərlinin  xalqımızın  mənəvi  dünyasına  bəxş  etdiyi  tükənməz 

xəzinədir[18]. Tayı-bərabəri olmayan xəzinə.  Y.V.Çəmənzəminli  yazır: "Firidun bəy 

müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə 

bütün  keçmişimizi  diriltdi,  şairlərimizin  ülvi  ruhlarını  canlandırdı  və  həyati-

fikriyyəmizi təbii  yoluna saldı". Bu əsər folklorumuzun, ədəbiyyat tarixi, etnoqrafiya 

elmlərinin  öyrənilməsinə  əvəzsiz  töhfədir.  Çoxçalarlı  adət-ənənəmizə,  təlim-

tərbiyəmizə  açılan  işıqlı  yoldur.  Firidun  bəy  Köçərlinin  elmi  əsərlərini  müdrikliyin, 

alimliyin,  pedaqoqluğun  zirvəsi  saymaq  daha  düzgün  olar.  Onun  əsərlərində 

ağsaqqallıq institutunun bütün çalarları da öz əksini tapmışdır desək yanılmarıq. 

XX  yüzilliyin  başlanğıcında  Gəncə  quberniyasında  sözü  hamı  tərəfindən 

eşidilən  nüfuzlu  el  ağsaqqallarından  biri  Ələkbər  bəy  Rəfibəyli  olmuşdur.  O,  əsil  el 

atası, millət təəssübkeşi kimi sadə insanların haqqını müdafiə etmiş, çar məmurlarının 

özbaşınalıqlarının  qarşısını  almış,  erməni  qatı  millətçi  qüvvələrinin  dinc  müsəlman 

əhaliyə  qarşı  başlatdıqları  qətl  və  qarətlərin  geniş  miqyas  almasına  imkan 

verməmişdir[19]. Ələkbər bəy öz elindən-obasından güc alaraq ən müşkül məsələləri 




90 

 

həll etməyi bacarmışdır. 



1905-ci ildə Rusiya hakim dairələri xalqların imperiyanın müstəmləkə zülmünə 

qarşı  azadlıq  mübarizəsinin  güclənməsindən  bərk  qorxuya  düşdü,  kütlənin  diqqətini 

inqilabi  çıxışlardan  yayındırmaq  üçün  çox  çirkin  və  məkrli  yollara  baş  vurdu. 

Onlardan  biri  də  erməniləri  silahlandırıb  dinc  azərbaycanlı  əhalinin  üzərinə 

salışdırmaq oldu. Qəfil başlanan erməni silahlı basqınlarına tam hazırlıqsız yaxalanan 

azərbaycanlıları qorumaq, düşmənə layiq olduğu cavabı vermək lazım idi. Xalqımızın 

nüfuzlu  şəxsləri,  milli  ziyalıları,  el  ağsaqqalları  önə  çıxdılar,  qeyrətli  gəncləri  öz 

ətraflarına topladılar, rus hərbçilərinin dəstəklədiyi erməni quldur dəstələrinə sarsıdıcı 

zərbələr endirdilər. Bu sahədə çox mühüm addım Difai partiyasının yaradılması oldu. 

Ələkbər  bəy  Rəfibəylinin  fəxri  sədri  olduğu  bu  partiya  xalqımıza  qarşı  cinayətkar 

hərəkət  edən  rus  hərbçilərini,  məmurları,  millətə  xəyanət  edənləri  məhv  edir,  xalqın 

intiqamını  alırdı[20].  Çar  hakimiyyəti  nümayəndələri  bundan  möhkəm  qorxuya 

düşərək  bütün  addımlarını  ölçüb-biçərək  atmağa,  azərbaycanlılarla  insan  kimi 

davranmağa məcbur oldular. 

Uca  boylu,  enli  kürəkli,  sərt  baxışlı,  ciddi  görkəmli,  məntiqli  və  yerli-yerində 

danışan,  mədəni,  cəsarət  sahibi  olan  Ələkbər  bəy  xalqın  sevimlisi  idi.  Bütün  milli 

problemlərin  həll  olunmasında  öz  kəsərli  sözünü  söyləyib  düşmənləri  də  onunla 

hesablaşmağa  vadar  edirdi.  Bunun  bariz  nümunəsi  1916-cı  ildə  Qafqaz  canişini  ilə 

görüş  idi.  Birinci  dünya  müharibəsində  Rusiya  çox  ağır  itkilər  verdiyi  üçün,  çar 

imperiyanın  müsəlman  xalqlarını  cəbhəarxası işlərə  səfərbərliyə  almağı əmr etmişdi. 

Bunun  xalqımız  üçün  çox  ağır,  fəlakətli  nəticələr  verəcəyini  dərk  edən  nüfuzlu 

şəxslər,  millətin  başbilənləri  Qafqaz  canişininin  görüşünə  gedib,  bu  çar  fərmanının 

yanlış  olduğunu  bildirdilər.  Yalnız  Ələkbər  bəy  canişini  inandıra  bildi  ki, 

Azərbaycandan könüllü atlı döyüşçü toplanması daha məqsədəuyğundur[21]. 

Beləcə  yalnız  Azərbaycandan  deyil,  bütün  Qafqazdan  müsəlman  könüllüləri 

toplandı, ayrıca diviziya təşkil edildi. Heç bir hərbi təlim görmədən döyüşə göndərilən 

müsəlman  süvari  alaylarından  ibarət  diviziya  həqarətlə  "Vəhşi  diviziya"  adlandırılsa 

da,  tezliklə  qəhrəmanlıqları  ilə  rus  generallarını  heyrətə  saldı.  Bununla  xalqımız 

kütləvi surətdə cəbhəarxası işlərə cəlb olunmaq təhlükəsindən qurtuldu.  

Müharibə  dövründə  Ələkbər  bəyin  başqa  bir  müdrik  ağsaqqal  hərəkəti  Gəncə 

yaxınlığında  yaşayan  almanların  Sibirə  sürgün  edilməsinin  qarşısını  alması  oldu.  O, 

çarın  Qafqazdakı  alman  koloniyalarında  yaşayan  almanların  əmlakının  çox  ucuz 

qiymətə  xristian  vətəndaşlara  verilməsi,  özlərinin  də  Sibirə  göndərilməsi  haqqında 

əmrindən  xəbər  tutan  kimi  Gəncə  qubernatorunun  yanına  gedir,  əmrin  düzgün 

olmadığını,  müsəlman  əhalinin  də  bu  haqsız  zülmə  qarşı  çıxdığını  bildirir.  Ələkbər 

bəyin  qətiyyətli  mövqeyi  öz  təsirini  dərhal  göstərdi  və  rus  hökuməti  verdiyi  qərarı 

ləğv etdi.  

Xalqımızın yaddaşında Ə.Rəfibəylinin bu cür haqsızlıqlara qarşı çıxması, haqq 

işi  müdafiə  etməsi,  müdrik  ağsaqqallığı,  xeyirxahlığı,  insanlara  qayğı  göstərməsi 

haqqında çoxlu əhvalatlar qalmışdır. 




91 

 

Azərbaycan  musiqisinin  sönməz  günəşi  Üzeyir  bəy  Əbdülhüseyn  oğlu 



Hacıbəyov  1885-ci  ildə  Ağcabədidə  dünyaya  gəlmiş,  1948-ci  ildə  dünyasını 

dəyişmişdir.  Qafqaz  musiqisinin  atası,  Şərq  musiqisinin  böyük  bilicisi,  dünya 

musiqisinin  klassiki  Üzeyir  bəy  xalqımızın  mənəvi  dünyasının  inkişafına  misilsiz 

xidmətlər göstərmişdir. Heç nə ilə müqayisəyə  gəlməyən, heç nə ilə əvəz edilməyən 

xidmət.  Dahi  bəstəkar,  məşhur  musiqişünas,  böyük  dramaturq,  görkəmli  pedaqoq, 

mahir  publisist  və  xalqın  müdrik  ağsaqqalı  kimi  şöhrət  tapmışdır.  O,  professional 

musiqi  sənətinin  və  milli  operamızın  yaradıcısı,  banisidir.  Azərbaycan  musiqisinin 

cahanşümul qələbəsi də ilk öncə bu dühanın adı, əməlilə bağlıdır. 

Xalqımızın  böyük  oğlu  Üzeyir  bəy  təkrarsız,  bənzərsiz,  əsrarəngiz  və 

heyrətamiz  musiqi  dünyasıyla  insanlara  vətənpərvərlik,  şücaət,  qəhrəmanlıq  ruhu 

aşıladı.  Milləti  mənəvi  zənginliyə,  gözəlliyə,  saflığa,  paklığa  səslədi,  eşq,  məhəbbət 

ülviliyinə  qovuşdurdu.  Hikmətli,  sirli-sehrli,  ovsunlayıcı,  pərvazlayıcı,  xəyalları 

göylərə  qaldıran  musiqisilə  müdrik  ağsaqqal  səlahiyyəti  qazandı.  Bu  çağlayan 

bulaqdan, nur çeşmədən kimlər faydalanmayıb?! 

Dahi  insan  kimlərə  atalıq  qayğısı,  kimlərə  müəllimlik,  kimlərə  ağsaqqallıq 

eləmədi?! Azərbaycanda onun qayğısı, əməli fəaliyyəti nəticəsində neçə-neçə məşhur 

bəstəkarlar,  xanəndələr,  sazəndələr,  müğənnilər,  musiqişünaslar  nəsli  yetişdi.  Onlar 

hamısı Üzeyir bəy dühası, Üzeyir bəy dünyasından ilhamlandılar, musiqimizi cahana 

yaydılar, xalqımızı musiqili xalq kimi təqdim etdilər. 

Çoxşaxəli,  çoxçalarlı  yaradıcılığa  malik  olan  Üzeyir  bəy  eyni  həvəs,  eyni 

hünərilə  dramaturgiya  sahəsində  də  böyük  uğurlar  əldə  etmişdir.  O,  Azərbaycanda 

musiqili  komediya  janrının  banisi  və  ilhamçısıdır.  Onun  bir  sıra  komediyaları 

xalqımızı  beynəlxalq  aləmdə  tanıtdırmış,  müəllifə  dünya  şöhrəti  qazandırmışdır.  O, 

komediyalarının mətnlərini yazmış, musiqisini bəstələmişdir. Onun sayəsində bu janr 

respublikada  inkişaf  etmiş,  yeni-yeni  uğurlar  qazanmışdır.  Böyük  artistlər  nəsli 

yetişmişdir. 

Tarixdən bəllidir ki, ağsaqqal təbiəti etibarilə sülhsevər, əmin-amanlıq tərəfdarı 

olmuş,  davasız-şavasız  yaşamağı  üstün  tutmuş,  qanı  qanla  deyil,  su  ilə  yumağı 

məsləhət  görmüşdür.  Lakin  zaman-zaman  ədalətsizliklər  də  baş  vermiş,  qırğınlar  da 

olmuş, qanlar da  tökülmüşdür. Belə  çətin zamanda, qan-qada  qapını döyəndə  qılınc-

qalxan öz  hünərini  göstərmişdir. Həyəcan təbili çalan ağsaqqal  inamla, hünərlə  elin-

obanın  igidlərini,  mərdlərini,  mübarizlərini  atlanaraq  düşmən  üzərinə  yeriməyə 

haraylamış,  qəti  sözünü  demişdir.  Qeyrət,  ismət  yolunda  xeyir-duası  ilə  onları 

qələbəyə  uğurlamış,  onlarda  qələbə  əzmini  artıraraq,  ruh  yüksəkliyi  aşılamışdır. 

Döyüşdən  qələbə  ilə  qayıdan  ər  igidləri  böyük  sevinclə  qarşılayanların  ön  sırasında 

olmuş, bu münasibətlə keçirilən el şənliyinə başçılıq etmiş, hikmət söyləmişdir. 

Tarix  boyu  vətəni,  sərhədi,  dövləti  möhkəm  ordu  qoruyub.  Xalqın 

təhlükəsizliyini,  əmin-amanlığını  ordu  təmin  edər.  Sərkərdə  ordunu  uğurdan-uğura, 

qələbədən-qələbəyə  aparmaq  üçün  möhkəm  nizam-intizam  yaradar,  ciddi  təlim-

tərbiyə keçər, hərbin qanun-qaydalarını, sirlərini öyrədər, ona böyük qayğı ilə yanaşar, 




92 

 

əqidə,  iradə,  dözüm,  mübarizlik,  hünər-zəfərlik,  vətənpərvərlik  dərsi  keçər.  Bu 



baxımdan  böyük  sərkərdə,  əvəzsiz  ağsaqqal  Əliağa  Şıxlinskinin  həyatı  və  fəaliyyəti 

təkcə hərbçilərə deyil, həm də ziyalılara, ümumən xalqımıza bir örnək, bir gör-götür 

dünyasıdır. Böyük filosof, vətənpərvər akademik Heydər Hüseynovun təbirincə desək, 

"Rus ordusunun general-leytenantı Əliağa Şıxlinski Azərbaycan xalqının fəxridir". 

İmkanlarımızı  nəzərə  alaraq  və  haqqında  yetərincə  mətləblər  söylənən  böyük 

sərkərdə,  əsil  xalq  adamı,  millətsevər  Əliağa  Şıxlinskinin  müdrik  ağsaqqallığı  və 

uzaqgörənliyi ilə bağlı bəzi məqamları yada salmalı olacağıq. O, 1865-ci ildə Qazax 

qəzasının Qazaxlı şenliyində anadan olmuşdur. Ə.Şıxlinski 1876-cı ildə Tiflisdə hərbi 

gimnaziyaya  daxil  olmuşdur.  1886-cı  ildə  Peterburqda  artilleriya  məktəbini 

müvəffəqiyyətlə  bitirmişdir.  Dərin  bilik  və  zəka  sahibi  olan  sərkərdə  1904-1905-ci 

illərdə Rusiya-Yaponiya müharibəsində fəal iştirak etmiş, Port-Arturun müdafiəsində 

göstərdiyi qəhrəmanlığa görə qızıl qılıncla mükafatlandırılmışdır[22]. 

Rusiya-Yaponiya  müharibəsindən  sonra  topçu  zabit  hazırlayan  məktəbdə 

müdir  müavini  işləmiş,  öz  bilik  və  bacarığını  müdavimlərə  öyrətmiş,  onların  kamil 

təhsil  almasına  çalışmışdır.  Əliağa  Şıxlinskinin  "Şıxlinski  üçbucağı"  və  "Şıxlinski 

formulu"ndan  təkcə  rus  artilleriyasında  deyil,  bir  sıra  Avropa  ölkələrində  də  istifadə

 

edilmiş, zəmanəsinin hərb elmində kəşf kimi qiymətləndirilmişdir[23]. 



Böyük  sərkərdə  Birinci  dünya  müharibəsində  Petroqradın  artilleriya 

müdafiəsinə

 

başçılıq  etmişdir.  Sonralar  Qərb  cəbhəsinin  artilleriya  qoşunlarının 



başçısı,  1917-ci

 

ildən  isə  onuncu  ordunun  komandanı  təyin  edilmişdir.  Azərbaycan 



oğlunun belə yüksək vəzifələr daşıması onun istedadının, dərin zəkasının və inamının 

uğurları kimi qiymətləndirilməlidir. 

"Rus artilleriyasının allahı" kimi böyük şərəfə nail olan sərkərdə uzun illər rus 

ordusunda nümunəvi xidmət və qəhrəmanlıqlarına görə Rusiya və Fransanın ordenləri 

ilə təltif edilmişdir. O,  Azərbaycan Xalq  Hərbi  və Dəniz İşləri komissarının  müavini 

təyin edildikdən  sonra  təkcə  hərbi işin zamanın tələbinə  uyğun qurulması  və  inkişaf 

etdirilməsində  deyil,  həm  də  azərbaycanlı  hərbi  mütəxəssislərin  hazırlanmasında 

əvəzsiz xidmətlər göstərmişdir[24]. 

Əliağa Şıxlinski bütün bilik və bacarığını gənc əsgər və zabitlərə aşılayaraq bir 

ağsaqqal  kimi  onları  ciddi  nizam-intizama,  təlim-tərbiyəyə,  vətənpərvərliyə, 

qəhrəmanlığa,  mübarizliyə  ruhlandırmışdır.  Ordusuz  nə  vətən,  vətənsiz  nə  ordu 

hünərini yaşamışdır. Beləliklə də müdrik ağsaqqal, nəsillərə nümunə olan böyük hərbi 

xadim  mənalı  ömür  sürdü,  şərəfli  həyat  yaşadı.  General-leytenant  Əliağa  Şıxlinski 

"...mən  öz  keçmişimə  tam  bir  vicdanla  və  müasirlərimin  üzünə  cəsarətlə  baxıram" 

demişdir. Müasirləri də bu böyük insanla fəxr edir, adı ilə qürur duyurlar. 

Ağsaqqalın  ailə  məişətində  rolu  özünü  daha  qabarıq  göstərir.  Ağsaqqal 

şenliyini,  elini,  obasını,  ailəsini,  nəslini,  tayfasını  yaxşı  tanıyır,  kimin  kim  olduğunu 

aydın  dərk  edir.  Ona  görə  də  ailə  qurmaqda  ağsaqqallar  həmişə  məsləhət  yeri  olub, 

öyüd-nəsihəti  dinlənilib,  qəbul  edilibdir.  Nişanda  onun  fikri  öyrənilib  və  məclisin 

başında əyləşibdir. Xeyir-duası qəbul edilibdir. Bir çox hallarda toyda toy babası olub, 




93 

 

məclis  aparıbdır.  Məclislərdə,  hikmətamiz  fikirlər  söyləyib,  ədəb-ərkan  nümunəsi 



göstəribdir.  Ailədə  hər  hansı  bir  narazılıqda  ağsaqqal  sözü  eşidilib[25],  küsənləri 

barışdırıb, ayrılanları qovuşdurubdur. 

Uzaq  səfərlərə  çıxanlara,  min  bir  əziyyətlə  üzləşənlərə  möhkəm  cansağlığı, 

səbir,  uğurlu  yol  diləyibdir.  "Uğurun  xeyirli  olsun,  sağ  get,  salamat  qayıt"  xeyir-

duasını veribdir. Səfərdən uğurla qayıdanları qarşılayıb elinə-obasına "gözünüz aydın 

olsun" deyibdir. 

Şenliyə  mötəbər  qonaq  gələndə  də  ona  müraciət  edilib.  O,  qonağı  qarşılayıb, 

məclisində  iştirak  edib,  yola  salanda  da  uğurlu  yol  arzulayıbdır.  Toyda  olduğu  kimi, 

vayda da, yasda da ağsaqqal məsləhəti eşidilib. 

Ağsaqqal  elin-obanın  təsərrüfat  həyatında  da  öz  sözünü  deyib,  torpağın 

əkilməsi,  becərilməsi,  suvarılmasında,  məhsulun  yığılmasında,  maldarlıqda  dölün 

başlanması,  sürünün  otarılması,  dağa,  arana  köçmə  məsələləri  ilə  bağlı  öz 

mülahizələrini söyləyib, məsləhətini veribdir[26]. 

Səbri  ümman  ağsaqqallar  bütün  zamanlarda  qəlb  sındıranlara,  könül 

bulandıranlara, 

aravuranlara, 

araqarışdıranlara, 

sözgəzdirənlərə, 

yaltaqlara, 

ikiüzlülərə,  bədxahlara  qarşı  çıxmışlar.  Satqınlara,  üzüdönüklərə,  qəlbi  kasadlara, 

qorxaqlara,  riyakarlara,  şərəfsizlərə,  etibarsızlara,  mənsəbpərəstlərə  qarşı  amansız 

olmuşlar.  Cahilləri,  nadanları,  hədyanları,  oturuşunu-duruşunu  bilməyənləri,  yersiz 

hərəkət  edənləri,  yolunu  azanları,  cızığından  çıxanları  qayğıkeş  ağsaqqal  sözü  ilə, 

yazılmamış qanunlarıyla tənbeh etmiş, nəsihət vermiş, tərbiyələndirmişlər. 

Xalqımız  həmişə  göydə  tanrını,  yerdə  peyğəmbəri,  el-obada  ağsaqqalı  böyük 

bilmişdir.  Ona  sonsuz  məhəbbətini,  dərin  ehtiramını  göstərən  müqəddəs  varlıq  kimi 

qarşısında  baş  əyər,  diz  çökər,  əlindən  öpərlər.  Bu  münasibətlə  söylənən  deyimlər

 

olduqca  ibrətamizdir:  "Allahsız  yerdə  otur,  ağsaqqalsız  yerdə  oturma",  "Böyüyün 



sözünə  baxmayan  böyürə-böyürə  qalar",  "Ağsaqqalı  olmayanın,  böyüyü  də  olmaz", 

"Böyük  olan  yerdə  kiçik  danışmaz",  "Yol  -  böyüyün,  su  -  kiçiyindir".  Ağsaqqallıq 

həm  də  müraciət  formasıdır:  "Ağsaqqal,  buyurun",  "Ağsaqqal,  söz  sizindir", 

"Ağsaqqal, sizi eşidirik", "Ağsaqqal, fikrinizi bildirin, məsləhətinizi verin", "Ağsaqqal 

sizi  dinləyirik".  Ağsaqqal  haqlı  olaraq  ailənin  kişisi,  el-obanın  başbiləni,  ağası,  bəyi, 

xanı, sultanı sayılardı, xalq elçisi, xalq diplomatiyasının yaradıcısı hesab edilərdi. 

Ağsaqqalın dünyasını dəyişməsi bir qayda olaraq el-oba üçün, xalq üçün böyük 

itki  sayılmışdır.  Onun  gördüyü  işlər,  xeyirxah  əməlləri,  müdrik  kəlamları  zaman-

zaman xatırlanmış, yad edilmiş, rəhmət oxunmuş, məzarı ziyarətgaha çevrilmişdir. 

Göründüyü  kimi,  ibtidai  icma  quruluşundan  üzü  bəri  gələn  ailə,  nəsil,  tayfa 

yaşadığı  kimi  ağsaqqallıq  institutu  da  yaşayır,  yeniləşir,  inkişaf  edir.  Xalqımız  var 

olduqca, ağsaqqallıq da daimi və əbədi qalacaqdır. 

                         Ağsaqqal, 

                         Müdrik insan ağsaqqal. 

                         Elinə çıraq tutar, 

                         Eldən olan ağsaqqal. 




94 

 

 



 

 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin