Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə12/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   8   9   10   11   12   13   14   15   ...   139
EL ANASI 

 

Qadın - Günəş, çocuq-Ay... nuru Ay Günəşdən alır. 

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. 

Hüseyn Cavid 

                                                      Anadı, 

     Ana canım anadı. 

    Elimin ağbirçəyi 

 Analara anadı. 

Qadın  ilahi  qüvvə,  ulu  varlıqdır.  Alilik,  adillik  timsalıdır.  Dünyaya  gətirən, 

qoruyan, saxlayan, kamala  yetirəndir. El anasıdır, dünyalar dünyasıdır. Bəşərə  zinət, 

insanlığa  şöhrətdir.  Qadın  ucalıq,  ülvilik,  bakirəlik,  gözəllik  tacıdır.  Gözlərə  işıq, 

qəlblərə yaraşıqdır. Ana vətəndi, vətən də ana. Nə vətənsiz ana, nə anasız vətən... 

                                                    Dolan gəz

                   Gözüm, könlüm dolan, gəz. 

          Anam birdi, vətən tək, 

           Dur, başına dolan, gəz. 

Tariximizin  qızıl  sətirlərini  bəzəyən  səbri  ümman  analar  zaman-zaman 

kirpiklərilə od götürüblər, sinələrindən yara alıblar. Axıtdıqları qanları torpağa qarışıb, 

müqəddəslik  daha  da  müqəddəsləşib.  "Aslanın  erkəyi,  dişisi  olmaz"  hünərini, 

hikmətini  qazanıblar.  "Ana  haqqı, Tanrı  haqqı"  şərəfini  yaşayıblar.  Qadınlarımız  ana 

olublar, ağbirçək olublar, el anası adını qazanıblar. 

Xatırladaq  ki,  el  anası  -  ağbirçək  adını  qazanmaq  tək-tük  analara  məxsus 

şərəfdir,  şöhrətdir.  Yüzdən,  mindən  birinin  taleyinə  yazılan  xoşbəxtlikdir.  Bu  adı 

daşımaq  son  dərəcə  çətin,  müşkül,  böyük  dözüm  və  məsuliyyətdir.  Çox-çox 

məhrumiyyətlərə  qatlanan can  yanğısıdır. Ağbirçək başdan-binadan, əsildən-nəsildən 

gəlir,  kökdən  köklənir,  pərvəriş  tapır.  Zamanın  imtahanından,  sınağından,  dövrün 

tələbindən  çıxan  ağbirçək  yaşla,  başla,  uzaqgörənlik  və  hünərlə  bağlıdır.  Lakin  o  da 

həqiqətdir  ki,  nadir  hallarda  qabiliyyətə  rəğmən  nisbətən  cavan  analar  da  əməli, 

hünəri, zəfəri, xilqəti, isməti ilə ağbirçək şərəfinə nail ola bilir. El-oba, xalq tərəfindən 

sevilir,  qəbul  edilir.  Bu  müqəddəs  anlamı  zaman  təsdiqləmiş,  tarix  qəbul  etmişdir. 

Ağbirçəklik  səlahiyyəti  və  məsuliyyət  dərəcəsi  müxtəlif  formada  həyata  keçirilir. 

Ailədə  ağbirçək,  nəsildə,  tayfada  ağbirçək,  eldə-obada  ağbirçək,  dövlətdə,  ölkədə, 

xalq arasında ağbirçək. Hərəsinin öz miqyası, öz yeri, öz mövqeyi. 

Ailədə  ağbirçəklik  ehtiramını  qazanmaq  nisbətən  asandır.  Ağbirçək  ailənin 

bütün  çətinliklərini,  qayğılarını  öz  üzərinə  götürür.  Ən  əvvəl  övladlarının,  nəvə-

nəticələrinin  düzgün  tərbiyə  olunmasında,  ərsəyə  gəlməsində  müstəsna  rol  oynayır. 



95 

 

Ailənin  dərdi-səri,  qibtəyəlayiq  ünsiyyəti,  xoş  güzəranı  və  el-obada  nümunəvi  həyat 



tərzini sahmanlayır, nizamlayır. Ailə üzvləri arasında səmimiyyət çırağı yandırır. Ailə 

üzvləri el anasına ilahi bir qüvvə  kimi yanaşır, onu qəlbən sevir, bütün tapşırıqlarını 

canla-başla yerinə yetirirlər. Belə nümunəvi ailə eldə-obada tanınır sayılır, seçilir. Üzü 

ağ, alnı açıq, qəlbi təmiz,  xətri əziz. Bu qəbildən olan ağbirçəklər  Azərbaycanın  hər 

yerində yetərincə, istənilən qədər. 

El-obada  ağbirçək  olmaq  daha  çətin,  daha  məsuliyyətlidir.  Belə  ağbirçəklərin 

səlahiyyət  dairəsi  də  genişdir,  çoxşaxəlidir.  Şərəfli  adı  qazananın  ailəsi  daha 

nümunəvi, daha ehtirama layiq olur. Bu el anaları şenliyin bütün üzvlərini eyni gözdə 

görər, eyni istəklə  istəyər. Öz  əməli, arzusu ilə  seçilən bu  ağbirçəklərin əməli saleh, 

hökmü yenilməz, hünəri sevgi ilə qarşılanar. Özü bütöv, sözü bütöv ağbirçəklərin bir 

baxışı,  bir  davranışı  hər  şeyi  həll  edər.  Belələri  əmin-amanlığı  uca  tutar,  eli  ellə 

görüşdürər, arada inam, əqidə körpüsü yaradarlar. Dərdi qanan, dərdə  yanan, kədəri, 

sevinci  yarı  bölən  olarlar.  Vayda  da  öndə,  toyda  da  öndə.  Ağbirçəyin  bir  baxışında 

dünya mənalanar, aləm şölə saçar. 

Ailədə, el-obada sayılıb-seçilən, xalq arasında, ölkə miqyasında, bəlkə də daha 

geniş ərazidə tanınan el anası tarixi şəraitdə, münasib məqamda öz şərəfli missiyasını 

yerinə yetirir. Lakin bu çox çətin, müşkül və yüz ildən, min ildən birinə qismət olan 

məsuliyyət və hünərdir. 

Hələ  çox-çox  qədimlərdən  bəşər  tarixinin  ibtidai  icma  quruluşu  dövründə  ana 

əvəzsiz rol oynamışdır. Azərbaycanda təxminən 40 min il bundan əvvəl başlayaraq 6 

min il bundan əvvələ qədərki geniş tarixdə qadınlar təkcə ailəyə deyil, nəslə, tayfaya 

başçılıq etmiş, madərşahlıq dövrünü yaşamışlar. Analarımız barışmaz hücumlara sinə 

gərmiş, amansız dəhşətlərlə üzləşmiş, çovğuna, borana, aclığa qarşı mübarizə aparmış, 

qələbəni,  yaşayıb-yaratmağı  təmin  etmişlər.  Tayfa  ləyaqətini  qoruyan,  vətən 

təəssübünü  çəkən  analarımız  yetərincədir.  Qadınlar  əmin-amanlığı,  yaşayış  tərzini 

qoruyaraq  təsərrüfat  sahələrinin,  maddi  və  mənəvi  dünyamızın  yaradıcılarından 

olmuş,  qəhrəmanlıq  tariximizə  işıq  saçmış,  bəzəmişlər.  Qadın  ilahiləşdirilərək  el 

anası,  torpaq  anası,  vətən  anası,  ocaq  anası,  bərəkət  anası,  məhsuldarlıq  rəmzi  kimi 

mənalandırılmışdır. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin