xatunla evlənir. Arslan şahın həm qəyyumu, həm də atalığı olur. Mömünə xatundan
Qızıl Arslan ataya layiq oğullar, anaya layiq balalar. Müdam ataya arxa, anaya nurlu
Mənbələrin və araşdırmaların çoxundan öyrənirik ki, Sultan Arslan şah geniş
ərazidə qüdrətli dövlətin başçısı olsa da, əslində onun bütün işlərini Eldəniz görür,
hamıya qarşı öz hökmünü, gücünü göstərirdi. O, qulluqdan hökmdarlığa ucalmış
Şərqin ən böyük dövlətlərindən sayılan Azərbaycan Atabəylər dövlətinin yaradıcısı
98
kimi tanınmışdır. Sultan Arslan şah Atabəy Eldənizin külli ixtiyar sahibi olmasından o
qədər də razı qalmır, narazılığını bildirirdi. Lakin Mömünə xatun həmişə onu başa
salır, məsləhət verir "qəm yemə, sevin" - deyirdi. Közərən ocağı söndürür, qaynayan
qəlbləri yumşaldırdı. Sultan Arslan şah gah püskürür, gah da anasının ağıllı
məsləhətinə yatırdı.
Salnaməçi Sədrəddin əl-Hüseyn yazır: "Sultan Arslan yalnız formada, Eldəniz
isə əsil həqiqətdə hakimdir... Sultan bu barədə danışanda anası Mömünə xatun belə
cavab verdi: "Özünü o yerə qoyma! Bu adam öz həyatını təhlükə altında qoymuş və
dönə-dönə ağır döyüşlərə atılmışdı... Səlcuqların arasında səndən böyükləri nə qədər
var, ancaq həbslərdə yatırlar... Sən isə Sultan taxtındasan, o da, onun iki oğlu da sənə
qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün
gəlirlər, sən və sənin qəlbin bunlardan azaddır! Atabəy hər nə edirsə bağışlayır və ya
geri alır. Bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi üçün edilir.
Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O
ki sənin məmlükündür!"
Bu sətirlərdən hər şey aydın olur. Mömünə xatunun uzaqgörənliyi, dərin
düşüncəsi. Əgər ananın əzmkarlığı, iradə yenilməzliyi olmasaydı, bəlkə də Şərqin
böyük Atabəylər dövləti də olmazdı. Bəlkə də Mömünə xatunsuz Eldənizin ixtiyarı
məhdudlaşar, əməlləri həyata keçməz, arzuları kama çatmazdı. Yəqin ki, Mömünə
xatun olmasaydı, qul taleyindən hökmranlıq taxtına yüksəlməzdi Eldəniz...
Eldənizlər dövlətinin inkişafına xüsusi xidmət göstərən Mömünə xatun
zəmanəsinin tədbirli və ədalətli anası, soyuqqanlı diplomatı, nüfuzlu şəxsiyyəti kimi
tanınmışdır. O, bir müddət Naxçıvanın hakimi olmuş və şəhərin tərəqqisinə az əmək
sərf etməmişdir. Qadın həm yüksək əməllərinə, həm də insani siqlətinə görə onu
əzizləmə və dərin ehtiram əlaməti olaraq Mömünə xatun deyə çağırmışlar...
Naxçıvanda bir abidə ucalır. Ananın şərəfinə layiq bakirəlik abidəsi, gözəllik
və bənzərsizliyi ilə insanı valeh edən, heyrətə gətirən möhtəşəmlik, Naxçıvanın şah
əsəri, mənəvi dünyamızın şöləsi, Şərqin əvəzsiz incisi, dünya memarlığının bəzəyi
Mömünə xatun mavzoleyi. 1186-cı ildə ucaldılan Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
əməli.
Türbəni qurşaqlayan kitabədən oxuyuruq:
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Bu məqbərəni dünyanın ədalətli hökmdarı,
Əzəmətli, qalib Şəmsəddin,
Nüsrət əl-islam vəl-müslimin Cahan Pəhləvan
Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz
Dünyanın və dinin böyüklüyü, islamın və müsəlmanların
paklığı Mömünə xatun (xatirinə)
- Hər şeydən ən yüksək Allah ona
rəhmət eləsin!
Beş yüz səksən ikinci ilin məhərrəm ayında
99
tikilməsini əmr etdi...
Dünyada qalıb, dünyalanıb ana məzarı. Zaman keçib əbədiləşib ana abidəsi,
analıq rəmzi...
Dostları ilə paylaş: