Taclı xanım. Müharibə 1514-cü ilin avqust ayının 23-də Maku yaxınlığındakı
Çaldıran çölündə başladı. I Sultan Səlimin əmrilə nə az, nə çox, iki yüz minlik
osmanlı qoşunu Səfəvi torpaqlarına yeridi. Hər iki tərəf çoxlu qurbanlar verdi.
Səfəvilər məğlub oldu.
Deyilənlərə görə Çaldıran döyüşündə 10 min nəfər qadından ibarət süvari
iştirak etmişdi. Venesiyalı Katerina Zenonun bu münasibətlə yazdıqları heyrət
doğurur, qürur yaradır: "...qadınlar ərlərilə birlikdə silaha sarılaraq döyüş meydanına
girirdilər və ərlərinin taleyinə şərik çıxırdılar. Onlar kişilər kimi vuruşur və döyüşdə
qəhrəmanlıq göstərirdilər". Bəli, qadınlar yaxşı bilirdilər ki, ər olmayanda vətən, nər
olmayanda torpaq yoxdur.
Çaldıran döyüşündə qəhrəmanlıq göstərən bir hünərpərvər qadının adı Taclı
xanımdır. I Şah İsmayılın ürək dostu, könül həmdəmi olan Taclı xanım. Arxası,
köməkçisi, gözətçisi, döyünən ürəyi, dilinin əzbəri, zəfər, qeyrət, ismət çələngi Taclı
xanım. Çaldıran döyüşündə bir neçə dəfə yaralanmışdı. Səfəvi dövlətinin
çiçəklənməsində xüsusi xidməti olan Taclı xanım əlində qılınc, sinəsində qalxan
gəzdirmişdir. Ağıllı məsləhətçi, etibarlı dost və əmin-amanlıq carçısı kimi tarixə
düşmüşdür.
Dostları ilə paylaş: |