Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə21/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   17   18   19   20   21   22   23   24   ...   139
ġərəf  Cahan  Bəyim  xanım.  Xalqının  cəsur  cəngavəri  Cavad  xanın  adı 

dilimizdə,  hünəri  qəlbimizdə  döyünür.  Fəxr  edirik,  qürur  bağlayırıq.  Ulu  babamızdı, 

Gəncə  xanımızdı,  arxalı  dağımızdı  -  deyirik.  Öyünürük,  sevinirik.  O,  qeyri-adi 

insanmış,  fədakar,  ötkəm,  çılğın,  sərt  təbiətli  imiş,  hünərli,  iradəli,  müstəqil  fikirli 

imiş. İnadından çəkinməz, dediyindən dönməz, qərarında qəti, hökmü yenilməz, sözü 

bütöv, fikri aydın, düşüncəsi dərin, siyasəti çevik, dostuna dost, düşməninə yamanmış. 

Cazibəli görkəmi, alıcı gözləri varmış. Müdam qürurlu görünər, iti yeriyərmiş. Kişilər 

kişisi,  qeyrətlilər  qeyrətiymiş.  Vətəncanlı,  istiqanlı  adammış.  Dərdini  içində  çəkər, 

sirrini pünhan saxlarmış. 

Belə bir yenilməz hökmdarı xalqımıza nəcabətli, ismətli, ər qeyrətini uca tutan 

Şərəf Cahan Bəyim xanım bəxş etmişdi. Cavad xan bu şərafətli ananın döşündən süd 

əmmiş,  laylasında  laylalanmış,  bayatısı  ilə  ərsiyələnmiş,  kamala  yetmişdir.  Oğul 

ananın adını yüksək tutmuş, ona ilahi bir qüvvə kimi baxmış, qarşısında diz çökmüş, 

səcdə  qılmışdır,  şərəfi-şanı,  əziz  canı  sanmışdır.  "Ana  haqqı  -  Tanrı  haqqıdır"  - 

demişdir.  Cavad  xan  1804-cü  ilin  yanvar  ayının  3-dən  4-nə  keçən  gecə  anasını 

qəlbindən  keçirmiş,  ana  ismətini  qorumaq  üçün  düşmən  üzərinə  hücuma  keçmiş, 

namərd gülləsinə tuş olmuşdur. Vətən qoynunda, ana yolunda qana batmış, dünyasını 

dəyişmişdir. Hamı bir səslə "axır qəmin olsun, Vətən" - demişdir. 



Həcər  xanım.  XIX  əsrin  ikinci  yarısının  təzadlı,  mübarizəli  çağlarında 

varlılara,  mütləqiyyət  əsarətinə  qarşı  qaçaq  hərəkatı  baş  qaldırdı.  Qaçaq  el  üçün 

vuruşdu,  elə  arxalandı.  El  də  qaçağı  pünhan  saxlayır,  ürəyində  gizlədirdi.  Onların 

arasında Qaçaq Nəbi və Qaçaq Kərəm xalq qəhrəmanı kimi daha çox tanındı, dildə-

ağızda gəzdi. 

Qaçaq  Nəbi  keçmiş  Zəngəzur  qəzasının  Yuxarı  Mollu  kəndindən  olan  Həcər 




104 

 

adlı  qızla  evləndi,  arzuları  qoşalaşdı.  Həcər  öz  hünəri  və  ilqarı  ilə  həqiqətlərdən 



nağıllaşdı,  Nəbi  ilə  birlikdə  dastanlaşdı.  Dağlar  qızı  atın  yalmanına  yatanda,  qılınc 

oynadanda  yerlər titrəyir, dağlar lərzəyə  gəlirdi. O, Nəbi  sorağı ilə dağlarda at sürər, 

düşmənə qənim kəsilərdi. 

Qaydadı,  kişinin  arxasında  arı,  ilqarı  dayananda  onun  hünəri  yenilməz  olar, 

əməli  dünyanı  mehvərindən  döndərər.  Nəbinin  ümid  çırağını  söndürmək, 

məqsədindən döndərmək, gedər-gəlməzə göndərmək üçün namərdliyə əl atdılar. Ona 

yar  dağı  çəkmək,  Həcərini  ələ  keçirmək  hiyləsini  qururlar.  Ayağı  qandallı,  qolları 

bağlı,  sinəsi  dağlı  Həcəri  qazamata  salırlar.  Min  bir  əzab-əziyyətə  dözən  Həcər 

ümidini  Nəbisinə  bağlayır,  onu  haraya  çağırır.  Nəbi  Həcərini  xilas  edir,  Salvartı 

dağlarına çəkilir. 

Nəbinin  dağlarda  sığındığını  bilən  atlı  kazak  dəstələri  onu  Murğuz  kəndində 

haqlayırlar.  Qanlı  döyüşdə  Nəbi  Həcərinə,  Həcər  Nəbisinə  arxa  olur.  Düşmən  xeyli 

tələfat verir. Nəbi Həcərin igidliyinə heyran qalır, fərəhindən ürəyi köksünə sığmır: 

    ...Mahalda deyirlər, qaçaqdır Nəbi, 

       Həcəri özündən qoçaqdır Nəbi... 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin