nağıllaşan, dastanlaşan Qaçaq Kərəm Qafqazda, Türkiyə və İranda uzun illər
qəhrəmanlıqlar göstərmiş, yenilməzliyilə sayılmış, seçilmişdir. Rus yazıçısı M.Qorki
Qaçaq Kərəm haqqında yazır: "Kərəm haqqında eşitdiklərim o qədər əfsanəvidir ki, o
hazırda sağ olmasaydı, onun həqiqətən yaşadığına insan heç cür inana bilməzdi. O,
105
Qaydadı, kişinin yarı, əhdi-ilqarı, kişinin anası, işıqlı dünyası deyiblər. Qıraq
Kəsəmənli Qaçaq Kərəmi dünyaya gətirən, ərsəyə yetirən, igidlik, mərdlik, mübarizlik
dərsi keçən Qıraq Kəsəmənli Gülgəz xanım əsilli-nəsilli tayfadan olmuşdur. Yeri
gələndə at belində hünərdə, zəfərdə. Yeri gələndə məsləhətdə, məşvərətdə. Qanı su ilə
yumaqda. Qanlara, qırğınlara ismət örpəyi göstərməkdə. Bir elin arxası, dayağı,
hünəri.
Tuğra xanım. Rusiyadan 1917-ci ildə İrana qaçmış Mirəhməd xanın qadını,
dağlar qızı Tuğra xanım 1919-cu ildə başına 10 min igid toplayıb Lənkərana gəlir və
Azərbaycan Cümhuriyyəti hakimiyyətinin burada da bərqərar olmasına köməklik
göstərir.
Analar köçər, analar yaşar bu dünyada. Ana vətənləşər, vətən analaşar bu
dünyada...
Əsrlərcə adları məlum olmayan neçə-neçə ağbirçək analarımız tarixin qaranlıq
səhifələrində qalsalar da zaman-zaman xalqımıza təlim-tərbiyə, öyüd-nəsihət dərsi
veriblər, əməllərini nəsildən-nəsillərə keçirərək bizlərə ərməğan ediblər. Hazırda
ağbirçəklik ənənəsi davam edir, yaşayır, öz əvəzsiz rolunu oynayır.
Dostları ilə paylaş: