Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə26/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   22   23   24   25   26   27   28   29   ...   139
Həmidə  xanım.  "Ot  kökü  üstə  bitər"  demiş  babalarımız,  ulularımız.  Qarabağ 

xanlığının layiqli törəmələrindən olan Həmidə xanım həyatı boyu öz keçmişinə,

 

əzəli 


kökünə  minnətdar  olmuş,  bu  müqəddəsliyi  şərəflə  daşımış,  ləyaqətlə  yaşamışdır. 

1873-cü  ildə  Ağcabədinin  Kəhrizli  kəndində  dünyaya  gələn  Həmidə  xanım  Qarabağ 

xanı İbrahim xanın qardaşı oğlu Məmməd bəy Cavanşirin nəvəsi Əhməd bəyin qızıdır. 

Böyük Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı, taleyinə şam-çıraq tutanıdır. 

Həmidə  xanım  Cavanşirin  dərin  biliyi,  geniş  dünyagörüşü,  zəngin  təcrübəsi, 

yüksək mədəniyyəti, alicənablığı, nəzakətliliyi qibtəyə layiqdi. Xanımlar xanımı, ellər 

gözəli, el qədrini bilən, eli üçün yanan el anasıydı. Ürəyi geniş, qəlbi təmiz, hamının 

qeydinə qalan, hamı üçün candan yanan, əl tutan, arxa duran, havadar olandı. İllah da 

xəstələrə, yoxsullara, şikəstlərə... 

Həmidə  xanım  ilk  olaraq  atası  Əhməd  bəyin  miras  qoyub  getdiyi  torpaqlara, 

mülklərə,  bağlara,  bağçalara,  zəmilərə,  var-dövlətinə  yiyə  durdu,  qorudu,  saxladı, 

inkişaf etdirdi. Varis kimi,  sahib kimi. Quruculuq,  xeyriyyəçilik, humanistlik işlərini 

genişləndirdi.  El  anası,  ağbirçək  kimi  gördüyü  və  heç  vaxt  unudulmayan  işlərinin 

bəzilərini  xatırlatmaqla  kifayətlənməyə  məcburuq.  Heç  şübhəsiz,  "Molla  Nəsrəddin" 

jurnalının  nəşr  edilməsində,  maddi  və  mənəvi  yardım  göstərməsində  müstəsna 

xidmətləri olmuşdur. 

Böyük  şairimiz Mirzə Ələkbər Sabir xəstələnir, ciddi  müalicəyə ehtiyacı olur. 

Onun Tiflisdə müalicəsini Mirzə Cəlil və Həmidə xanım həyata keçirir. Böyük şairin 

bu münasibətlə Abbas Səhhətə yazdığı məktubdan oxuyuruq: 

"Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə 

qədər  ehtiram  edirlər!  Bu  neçə  müddətdə  tamam  məxaricimi  və  zəhəmatımı 

mütəhəmmil  olmuşlar.  Mənim  mehmanxana,  ya  xəstəxanada  yatmağıma  razı 

olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". 

Həmidə  xanımın  Sabirə  göstərdiyi  qayğı  haqqında  isə  Üzeyir  bəy  Hacıbəyov  xüsusi 




107 

 

məqalə  yazmışdır.  Məqalə  bu  sözlərlə  bitirdi:  "Qoy  ədəbiyyat  tarixinə  yazılsın  ki, 



Sabir kimi şairin diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, 

şairin ... səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir 

hamiyyət göstərdi". 

Keçən əsrin əvvəllərində Tiflisdə "Qızlar İnstitutu" adlı orta məktəbdə müxtəlif 

millətlərin  qızları  öz  ana  dillərində  təhsil  alırdı.  Yalnız  azərbaycanlılardan  başqa. 

Həmidə  xanımı  bu  məsələ  çox  narahat  edirdi.  O,  məktəbin  rəhbərlərilə  məsələni 

müsbət  həll  etdi  və  Azərbaycan  dili  müəlliminin  əmək  haqqını  özü  ödədi,  halallıq 

elədi. 


Həmidə xanım gənclərin savadlanması və gələcəyin inkişafını təhsildə görürdü. 

O,  atasının  vəsiyyətini  və  özünün  çoxdankı  arzusunu  1909-cu  ildə  həyata  keçirdi. 

Kəhrizlidə ilk olaraq oğlan və qızların birlikdə oxumasını gerçəkləşdirən məktəb açdı. 

Yoxsulların, kimsəsizlərin balaları oxuya, savada cəlb edildi. O zaman şenlikdə tibbi 

yardımdan söhbət belə gedə bilməzdi. Bu işin də öhdəsindən gəldi, xalqın yaralarına 

məlhəm  oldu.  Yoluxucu  xəstəliklərin  sayı  artmışdı.  Tez-tez  ölənlər  olurdu.  Həmidə 

xanım xəstələrə özü peyvənd edir, tibbi yardım göstərir, dava-dərmanla təchiz edirdi. 

Həmidə  xanım  Kəhrizlini  su  ilə  təchiz  etmək  üçün  iki  kəhriz  vurdurdu. 

Həmyerlilərinin savabını qazandı. Böyük çətinliklərlə şenlikdə dəyirman tikdirdi. İlk 

olaraq Şuşada, sonra isə Kəhrizlidə xalça emalatxanası açdı, çeşidli Qarabağ xalçaları 

toxundu. Bayram şənliklərində yoxsulların süfrəsini bol etmək üçün hamıya pay-ülüş, 

sovqatlar  paylayır,  əl  tuturdu.  Hal-hazırda  xeyli  qaçqınlar  onun  mülkündə  sığınacaq 

tapır, yaşayır. 

Səksən  il  ömür  sürən  yüksək  ziyalı,  həmfikirlərilə,  eli-obasıyla  ünsiyyət 

yaradan, əsilzadə, zəhmətsevər, candan keçən Həmidə xanım əsil el anası, ağbirçək bir 

sima idi. Onun öz kəndində büstünün ucaldılması çox mətləblərdən xəbər verir. Belə 

analar nə unudular, nə yaddan çıxar. 

Xain  ermənilərin  1905-1906-cı  illərdə  Qarabağda  talanlar  törətdiyi,  adamları 

vəhşicəsinə  məhv  etdiyi  dövrdə  də  Həmidə  xanımın  müdrikliyinin  və  el  ağbirçəyi 

olduğunun  bir  daha  şahidi  oluruq.  Həmidə  xanım  həmin  dövrdə  bir  dəstə  atlı  ilə 

Ağdama  gəlir  və  camaatla  görüşmək  istədiyini  Cəfər  bəyə  bildirir.  "Cəfər  bəy  uca 

səslə dedi ki, ey əyanlar və müsəlmanlar! Həmidə xanım zəhmət çəkib bu uzaq yolları 

gəlməkdə  məqsədi aşağıdakılardan ibarətdir: Həmidə  xanım buyurur ki,  mən Qalada 

bizim qan qardaşlarımızın çox zəhmət  və  əziyyət çəkdiklərini  eşitdim. Mənə  məlum 

oldu  ki,  kəndlərdə  yaşayan  ermənilər  yolları  kəsərək  camaatın  Qalaya  ərzaq  və  mal 

gətirməsinə, eləcə  də  dəyirmana  getmələrinə  mane  olurlar.  Buna  görə  də  mən bütün 

sursatları ilə birlikdə iki yüz atlı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət 

olsam da, müsəlman qardaşlarımızın belə əziyyət çəkməsi gecə-gündüz mənə əziyyət 

verərək  rahat  buraxmırdı.  Qardaşlarımız  Şuşada  belə  əziyyətlərə  məruz  qaldıqları 

halda  biz  burada  rahat  yeyib-içib,  yata  bilmərik.  Mənə  yaraşmaz  ki,  siz  olan  yerdə 

mən  xalqımızın  bu  əziyyətdən  qurtarılması  üçün  mübarizə  aparam.  Ona  görə 

cənablarınızdan  xahiş edirəm ki, siz də  qüvvələr toplayıb  mənim  gətirdiyim  atlılarla 




108 

 

birlikdə  zir-zibili  müsəlman  qardaşlarımızın  yolundan  təmizləyəsiniz  ki,  onlar  rahat 



yaşaya bilsinlər". 

Meydana  yığışan  camaat  yuxarıda  deyilən  sözləri  eşitcək  Həmidə  xanımı 

ürəkdən  alqışladılar.  Hətta  bəzi  şəxslər  bu  sözlərin  təsirindən  kövrələrək  ağladı. 

Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş iki yaşına kimi hamımız malımız və 

canımızla bu yolda mübarizə aparmağa hazırıq. O yolkəsənlər də öz layiqli cavablarını 

alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, Allah-təalanın 

köməyi ilə biz bu işlərin hamısına əncam çəkərik. 

Aydan  arı,  sudan  duru,  günəşdən  nurlu,  hünərli,  zəfərli  el  analarımızla  bağlı 

mətləbi  sona  çatdırarkən  həqiqətlə  səsləşən,  ibrətamiz  rəvayəti  xatırlamaq  yerinə 

düşərdi.  Bir  nəfər  islamın  yaradıcısı  Məhəmməd  Peyğəmbərin  (s.)  hüzuruna  gələrək 

soruşur:  "Ya  Rəsuləllah!  Kimə  yaxşılıq  edim?"  Buyurur:  "Anana!"  Yenə  ərz  edir: 

"Daha kimə?" Buyurur: "Anana!.." Dördüncü dəfə  soruşur. Buyurur: "Atana  yaxşılıq 

et!" 

İmkanı  nəzərə  alaraq  el  anası  ilə  bağlı  XX  əsrin  əvvəlinə  qədərki  tarixi 



xatırladıq.  Bu  olsa-olsa  dəryadan  damla,  analar  laləzarından  dərilən  qönçə  ilə 

müqayisə edilə bilər. 

Həmidə xanım xeyriyyə məclisinə iki yüz manat nağd pul və iki yüz pud un və 

arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun"[40] 

 

 



109 

 

 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin