Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə34/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   30   31   32   33   34   35   36   37   ...   139
Müslüm  Maqomayev.  Xalqımızın 

böyük  bəstəkarı  və  dirijoru  Müslüm 

Məhəmməd  oğlu  Maqomayev  1885-ci  ildə 

Qroznıda 

dəmirçi 

ailəsində 

dünyaya 

gəlmişdir. 

İlk 

təhsilini 



orada 

alan 


M.Maqomayev  1889-cu  ildə  zəmanəsinin 

böyük  təhsil  ocağı  sayılan  Qori  müəllimlər 

seminariyasına  daxil  olmuş,  1904-cü  ildə 

oranı bitirmişdir. O, Qoridə tələbəlik illərində 

Üzeyir  bəylə  yaxından  tanış  olmuşdur.  Bn 

tanışlıq  zaman-zaman  sınaqdan  keçmiş, 

həmişəlik 

məslək 


dostluğuna, 

sənət 


dostluğuna 

çevrilmişdir. 

M.Maqomayev 

1911-ci  ildən

 

taleyini  Bakı  ilə  bağlamış, 



musiqi  mədəniyyətimizin  inkişafına  xidmət 

etmiş, 


xalqımızı 

yeni-yeni 

əsərlərlə 

sevindirmişdir[20]. 

Böyük  bəstəkar  bir  sıra  musiqi 

alətlərini  özünəməxsus  tərzdə  dilləndirən 

çalğıçı,  mahir  dirijor  kimi  xalqının  sevimlisi,  heyrətləndirəni  olmuşdur.  O,  1912-ci 

ildən  başlayaraq  ömrünün  sonuna  qədər  neçə-neçə  opera  tamaşalarına  dirijorluq 

etmişdir. 

Bəstəkarın  1916-cı  ildə  tamamladığı  "Şah  İsmayıl"  operası  haqlı  olaraq 

müəllifin  şah  əsərlərindən  sayılır.  Xalq  mahnıları  və  rəqslərindən  qaynaqlanan, 

muğam  üstə  köklənən  bu  əsərə  zaman-zaman  müəllif  tərəfindən  əlavələr  edilmiş, 

təkmilləşdirilmişdir. Məhz bu istedadın bənzərsizliyinin nəticəsidir ki, "Şah İsmayıl" 

operası 90 ildən artıq bir dövrdə opera səhnəsində böyük uğurla tamaşaya qoyulur və 

xalqın rəğbətini qazanır[21]. 



139 

 

"Şah İsmayıl" operasının ssenari müəllifi M.Maqomayevin əsərinin adını XVI 



əsrin böyük Səfəvi dövlətinin başçısı, qüdrətli və uzaqgörən sərkərdə, görkəmli şair və 

mədəniyyət carçısı Şah İsmayılın adı ilə eyniləşdirməsi təsadüfi olmayıb rəmzi məna 

daşıyır. O, dövlətçiliyimizin, xalqın mübarizəsinin yenilməzliyini sözlə musiqi dilinin 

qovşağında  dinləyicilərə  çatdırır.  Bəstəkarın  "Nərgiz"  operası  onun  yaradıcılığında 

mühüm  rol  oynayır[22].  Təsadüfi  deyil  ki,  1938-ci  ildə  Moskvada  səslənən  bu  əsər 

təkcə  M.Maqomayevə  deyil,  həm  də  musiqi  mədəniyyətimizə  bir  töhfə  kimi  qəbul 

edilmişdir. 

M.Maqomayev  bir  folklorçu  və  etnoqraf  kimi  uzun  illər  Azərbaycan  xalq 

mahnılarını  və  rəqslərini  toplamış,  qeydə  almış,  nota  salmış,  yeri  gəldikcə  öz 

əsərlərində istifadə etmişdir. Bəstəkarın arxivində qorunub saxlanan 30-a qədər mahnı 

və rəqs

 

nümunələri diqqəti cəlb edir[23]. Bu baxımdan hələ 1927-ci ildə Üzeyir bəylə 



birlikdə  topladıqları  və  nəşr  etdirdikləri  “Azərbaycan  türk  el  nəğmələri”ni  əvəzsiz 

musiqi  xəzinəsi  adlandırmaq  olar.  Bəstəkar  xalq  ruhunu  oxşayan  bir  sıra  mahnı  və 

marşlar yazmışdır. 

Böyük  bəstəkar,  dirijor  və  musiqişünas  M.Maqomayev  XX  əsr  Azərbaycan 

musiqi mədəniyyətinin inkişafında xüsusi xidmət  göstərmiş, onun beynəlxalq aləmdə 

tanınmasına  çalışmışdır.  Xalqımız  və  dövlətimiz  bu  unudulmaz  bəstəkarın  adını  uca 

tutmuş, xatirəsini əbədiləşdirmişdir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin