Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə36/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   32   33   34   35   36   37   38   39   ...   139
Xalq  mahnıları.  Ehtimal  edildiyinə  görə  mahnı  musiqinin  bünövrəsi  və  ən 

qədim növü kimi hələ ibtidai icma quruluşunun inkişafı dövründə yaranmışdır. İbtidai 

insanlar  müxtəlif  təsərrüfat  sahələrində  birgə  çalışmış,  birgə  güzəran  keçirmişlər. 

Onların əsas ünsiyyət vasitəsi olan çal-çağırı mahnının yaranmasına səbəb olmuşdur. 

Burada  insanların  təbiət  hadisələrilə  təması  da  nəzərə  alınır.  Quşların  cəh-cəhi, 

bulaqların  şır-şır  nəğməsi,  yağışın  pıçıltısı,  küləyin  uğultusu,  çayların  coşqunluğıı, 

dəryaların  təlatümü  mahnıların  yaranmasına  öz  təsirini  göstərmişdir.  Deməli,  hələ 

musiqi  alətləri  icad  edilməmişdən  çox-çox  qabaq  mahnı  yaranmış  və  səslənmişdir. 

Lakin  mahnı  janrı,  bir  sənət  növü  kimi  ilk  sinifli  cəmiyyət  dövründə  özünə  yuva 

qurmuşdur.  Mahnı  qədimlərin  qədimi,  əzəllərin  əzəlidi,  mahnılarımızın  tarixi 

nəğməkar xalqımızın minilliklərdən üzü bəri gələn tarixidi. 

Musiqi  folklorumuzun  canını,  qanını  təşkil  edən  mahnı  ən  geniş  yayılan, 

qəlbləri  riqqətə  gətirən  musiqi  növü  kimi  orta  əsrlərdə  daha  geniş  intişar  tapmış  və 

mənəvi  mədəniyyətimizin  bəzəyinə  çevrilmişdir.  Xalq  mahnılarının  öz  inkişaf  xətti, 

öz  cığırı,  öz  axarı  var.  Qanadlı  mahnılarımız  el-obada  yaranıb,  qəlblərdən  süzülüb, 

dildə-ağızda  gəzib.  Durnaların  qatarında,  gözəllərin  telində,  sevənlərin  qəlbində 

sərhədlər  keçib,  qitələr  aşıb,  dünyanı  dolaşıb.  Özü  də  şöhrətlənib,  xalqımızı  da 

şöhrətləndirib. 

Xalq  mahnılarımız  qılıncdan  iti,  güldən  kövrək,  zərif!  Mahnılarımız  şux, 

oynaq,  qanadlı!  Mahnılarımız,  qəmli,  kədərli,  ürəkli,  təpərli!  Bir  el  gözəlinin  ürkək 

baxışı, titrək silkənişidi mahnı. Sevən qəlblərin qubarı, kövrəlib üzülməsi, lal baxışlar

 

möcüzəsidir  mahnı.  Göz  yaşlarıdı,  hicrandı,  ayrılıqdı  mahnı.  Qəhrəmanın  mərd



 

duruşu, sərt baxışı,  meydan vuruşudu mahnı. Mənəvi zənginlik, ruhi qida, şirin arzu, 

pərvaz xəyaldı mahnı... 

Poeziyamızla  mahnımız  yurdumuza  şəfəq  saçan,  nur  ələyən  günəşimiz, 

ayımızdı. Odlar yurdunun odlu sinəsində  közərən müqəddəs ocağın biri şerimiz, biri 

mahnılarımız.  Ana  vətəndə  şölələnən  şam-çırağın  biri  sözümüz,  biri  avazımızdı. 



ca 


145 

 

Xalqımızın  səmimi  qəlbində  qaynayan  poeziya  bulağı,  mahnı  çeşməsi  nənnimiz, 



laylamızdı. Bu mənəvi zənginlik dünyaya pərvazlanan qoşa qanadımızdı. 

Həqiqi  şeir  insan  qəlbinin  canlı  aynası,  gözəl  sənətlərin  ən  gözəlidir.  Şeirdə 

həm  musiqinin  ahəngi,  ritmi,  həm  rəssamlığın  rəngarəng  daxili  cazibəsi,  həm  də 

heykəltəraşlığın füsunkar hüsnü vardır. Şeir ən gözəl, ən incə fikirləri böyük və həssas 

qəlbin  səslərilə  canlandırır,  hiss  ilə  fikir  arasında  ayrılmaz  bir  körpü  yaradır.    Şeir 

insan  ruhunun  dilidir.  Şeir  gözəl,  incə,  dərin  fikirlərdən,  hisslər,  hisslərdən  fikirlər 

doğuran sənət  əsəridir. Gözəl şeir qəlbdə qanın cərəyanını  arxasınca çəkib  aparan, o 

cərəyanı ritmə, ahəngə, musiqiyə çevirən bir sənətdir[40]. Bir qədər sonra isə M.Cəfər 

musiqisiz şeri, şeirsiz musiqini qəbul etməyərək yazır: "Şeir, əlbəttə, musiqi deyildir, 

lakin  müəyyən  mənada  musiqisiz  də  şeir  yoxdur.  Vəzn  və  qafiyə  şerin  musiqisini 

yaradan iki mühüm amildir"[41]. 

M.Cəfər  musiqi  ilə  şerin  qohumluğunu  daha  dəqiq  mənalandıraraq  yazır: 

"Şeirdə olduğu kimi, musiqidə də müəyyən vəznlər, ölçü, bölgülər, pauzalar, vurğular 

vardır və bunlar musiqidə zəngin, əlvan ritm yaratmaqda mühüm rol oynayır. Bununla 

belə, şeir ilə musiqinin vasitələri, materialı eyni şey deyildir. Musiqinin vasitəsi səslər, 

şerin vasitəsi isə canlı dildir"[42]. 

Folklorumuzda,  şairlərimizin  şeirlərində  elə  heyrət  doğuran  incilər  var  ki, 

onları musiqi dilinə köçürməyə, məzmuna uyar musiqi bəstələməyə ehtiyac da qalmır. 

Şerin  musiqi  qədər  axıcılığı,  şuxluğu,  həzinliyi  insanın  varlığına  hakim  kəsilir, 

mahnıya çevrilir. Səni sözlə dilə tutur, öz melodiyası ilə qəlbinə girir, laylalayır. O da 

bəllidir ki, xalq yaratdığı şerə özü də musiqi bəstələyir... 

Həzz,  ülvilik  və  gözəllik  mənbəyi  olan  mahnı  şeirlə  musiqinin  qovşağından 

yaranmış,  qoşalaşan  musiqi  əsəridir.  Saf,  səmimi,  lakonik,  təsirli  musiqi  sənəti. 

Nəğməli,  nəğməkar  xalqımızın  yüzlərlə  mahnıları  özünə  bəşəri  şöhrət  qazanmışdır. 

İtənləri,  qəlblərdə  pünhanlananları  isə  saysız-hesabsız.  Hər  bir  azərbaycanlının 

qəlbində bir mahnı uyuyur, bir mahnı qanadlanır. Açanı, öyrənəni olsa. 

Zəhmətlə  bağlı,  baharla  bağlı,  payızla,  qışla  bağlı,  vətənpərvərliklə, 

qəhrəmanlıqla  yanaşı,  məhəbbətlə,  eşqlə  bağlı  həmişəyaşar  mahnılarımız  da  az 

deyildir.  "Ay  bəri  bax",  "Aman  ovçu",  "Qaragilə",  "Laçın",  "Sarı  gəlin",  "Kəklik", 

"Sona bülbüllər", "Qalanın dibində", "Yaralı durnam", "Can nənə", "O xal nə xaldı", 

"Neylərsən",  "Evlərinin  dalı  qaya",  "Alma  dərən",  "Bulaqdadı",  "Samovara  od 

salmışam", "Telli yar", "Uca dağlar başında", "Sənə qurban", "Evləri var xana-xana", 

"Bir busə ver", "Küçələrə su səpmişəm" və başqa mahnılarımız dillər əzbəridir[43]. 

Həcmcə  kiçik,  mənaca  dərin,  qanadlı  mahnılarımızda  xalqımızın  tarixi, 

torpağımızın  gözəlliyi,  sevib-sevilənlərin  taleyi  yaşayır.  "Apardı  sellər  Saranı"  lirik 

mahnısı  elat  dünyasının qəmidi,  Muğanın  harayıdı.  Günahsız  bir el  gözəlinin nakam 

taleyidi.  Xançobanın  düzləri  titrədən  ağlar  tütəyinin  ağlar  səsidi.  Yaslana-yaslana

 

"ölüm olsun, ayrılıq olmasın" naləsidi: 



Arpa çayı aşdı, daşdı,  

Sel Saranı aldı, qaçdı,  




146 

 

Ala gözlü, qələm qaşdı  



Apardı sellər Saranı, 

 Bir alagözlü balanı!.. 

 

Gedin deyin Xançobana,  



Gəlməsin bu il Muğana, 

 Muğan batıb nahaq qana,  

Apardı sellər Saranı,  

Bir alagözlü balanı! 

"Qubanın ağ alması" mahnısını eşidəndə başqa bir sevginin tilsiminə düşürsən, 

həzinləşir,  pərişan  tellərin  həsrətində  qalırsan.  Can  alana  can  vermək  eşqilə  gözlər 

yollarda, könüllər qubarda, varlıq intizarda qalır: 

Qubanın ağ alması,  

Yeməyə var alması,  

Yarım gələnə qaldı,  

Yaramın sağalması. 

 

Qubadan alma aldım,  



Yar üçün yola saldım,  

Yarım gələnə qədər,  

Heyva kimi saraldım. 

"Aman  ovçu"  mahnısını  dinləyərkən  qarşımızda  bənzərsiz  dağlarımızın 

əsrarəngiz mənzərəsi canlanır. Dağlarımız pərişan çöhrəsini geyir, gözü yaşarır, bulud 

tək dolub-boşalmaq istəyir. Maralsız dağlarımız gözəlsiz, mələksiz qəlbisınıq görünür. 

Səyyad  ovunu  görür,  sevgilisinə  qənşər  gəlir.  Gözəl  özünü  maralla  eyniləşdirir, 

"amandı,  məni  vurma!"  -  deyir.  Burada  təbiətin  gözəlliyi  gözəlin,  igidin  taleyinə 

qovuşur: 

Aman ovçu, vurma məni,  

Mən bu dağın maralıyam,  

Yaralıyam, yaralıyam... 

"Sarı  gəlin"də  də  eyni  sevgi  şölələri  parlayır.  Bu  nəğmədə  sevən  qəlbin, 

səmimi


 

gözəlin hicran nidaları eşidilir: 

Bu dərənin uzunu, 

     Çoban, qaytar quzunu, 

  Nə ola bir gün görəm, 

                                             Nazlı yarın üzünü. 

                 Neynim aman-aman, sarı gəlin. 

 

  Saçın ucun hörməzlər, 



Gülü sulu dərməzlər. 

  Bu sevda nə sevdadır? 




147 

 

Səni mənə verməzlər. 



             Neynim aman-aman, sarı gəlin. 

"Laçın" mahnısını dinləyirik: 

Araz üstə, buz üstə, 

     Kabab yanar, köz üstə. 

    Qoy məni öldürsünlər

Bir alagöz qız üstə. 

 Ay Laçın, can Laçın, 

      Mən sənə qurban Laçın. 

Bu  xalq  mahnısının  musiqisi  yazıya  gəlmir,  könüllərdə  havalanır,  xəyallarda 

qanadlanır.  Sözlərini  eşidəndə  nazlı  yarın  eşqinə  qurban  getməyə,  canını  sadağa 

verməyə tələsirsən. "Hansı namərd can əsirgər bir nazlı yarın eşqinə" - deyirsən... 

Xalq  mahnıları,  təsnif,  rəng,  rəqs  havaları  və  s.  yeddi  muğama  əsaslanır[44]. 

Deməli, musiqi dünyamızın rəngarəngliyi, məna çalarları və inkişafı muğamlarla daha 

çox  bağlıdır,  özünün  kökünə  minnətdardır.  Muğam  mahnıya,  mahnı  muğama  daha 

əzizdir. Lirik mahnılarımız muğamlara rövnəq verən, onu daha da mənalandıran əsas 

musiqi janrıdır... 

Biz  imkanı  nəzərə  alaraq  mahnılarımız  haqqında  ötəri  məlumat  verdik.  Və 

aydın  oldu  ki,  ürəyimiz  -  istəyimizcə,  arzumuz  –  diləyimizcə  olan  mahnılarımızı 

yaradan da xalqdı, bəstələyən də xalqdı, yaşadan da xalqdı. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin