Azərbaycan xalqının ümummilli lideri


Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir.  Dinar



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə35/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   31   32   33   34   35   36   37   38   ...   139
Muğamlar.  Allah  vergisi,  tanrı  payımız,  ilahi  qismətimizdi  muğamlar. 

Varlığımız,  saflığımız,  saf  dünyamızdı  muğamlar.  Qənirsizlikdi,  üz  ağlığımızdı 

muğamlar.  Əzəli  musiqimizdi,  fəlsəfi  kamilliyimizdi,  mənəvi  zənginliyimizdi 

muğamlar.  Xalqımızın  sirdaşıdı,  musiqimizin  başıdı  muğamlar.  Xeyirxahlıqdı, 

insanpərvərlikdi,  elsevərlikdi  muğamlar.  Qaynar  bulaqdı,  gur  çeşmədi,  səmavilik, 

ülvilik,  ucalıq  timsalıdı,  adət-ənənəmizin  bəzəyidi,  tariximizin  yol  yolçusudu,  yük 

daşıyanıdı  muğamlar.  Qaranlığa  işıq  saçan,  insanlara  nur  paylayan  günəşdi,  aydı, 

ulduzdu  muğamlar.  Mənəviyyat  şöləmiz,  təlim-tərbiyə  lisanımızdı,  həyəcanımız, 

qaynar  qanımızdı.  Sadəlikdə  mürəkkəblik,  aşkarlıqda  dərinlik,  açıqlıqdı  muğamlar. 

Yığcamlıq,  lakoniklik,  məzmunluluq,  ümumiləşdirmə,  yekunlaşdırma  dəmidir 

muğamlar.  Rahatlıqda  narahatlıq,  sevincdə  kədər,  hicranda  vüsaldı,  nalədi,  ahu-

fəğandı  muğamlar.  Yaşamaqda  yaratmağın,  ölümlə  qalımın  mənasıdı,  insanı 

əsrarəngiz  təbiətlə  doğmalaşdıran,  gözəlliyə  qovuşduran  ayrılmazlıqdı  muğamlar. 

Sağalmaz  yaralara,  ruhi  sarsıntılara,  tərki-dünyalığa  məlhəmdi  muğamlar.  Düşünən, 

düşündürən  fikir  karvanıdı,  xəyaldı,  röyadı,  bir  ayrı  dünyadı  muğamlar.  Doğmamız, 

əzizimizdi, təmiz qəlbimizdi muğamlar. 

Bizə belə gəlir ki, bu mənəvi aləm, ruhi qida ərazi, vətən anlayışı baxımından 

qədim Şərq ölkələrinin dühasıdır, orada məskunlaşan, orada güzəran keçirən xalqların 

kəşfi,  ixtirasıdır.  Bu  geniş  torpaqlarda  yaşayan  xalqların  hər  birinin  muğam 

yaradıcıları kimi fəxr etməyə, mənimdi deməyə, öyünməyə, sevinməyə haqqı var. Bu 

inkaredilməz  həqiqəti  hamılıqla  qəbul  etmək,  bu  baxımdan  yaşamaq  daha  düzgün, 

daha  səmimi  olar.  Əsil  həqiqət  belədir  ki,  muğamların  ilkin  yarandığı,  dünyaya  göz 




140 

 

açdığı  məkan  Şərqdir,  Şərq  müdrikliyidir.  Onun  əsli,  kökü,  rişələri,  lap  elə  qol-



budaqları da bu torpaqda pərvəriş tapmış, bu müqəddəslikdə ucalmışdır. 

Şərqin ürəyinin başında öz mənzərəsi, gülü, gülüstanı, tər çiçəyi, çəmənzarı ilə 

göz  oxşayan  muğamat  sarayı  dünyanı  heyrətə  gətirir.  Öz  yaraşığı,  öz  bənzərliyi,  öz 

qənirsizliyi, öz möhtəşəmliyi ilə seçilən muğamat sarayı. Dərin düşüncə, incə zövqlə, 

sehrli  barmaqla  ucaldılan  bu  əzəmətin,  vüqar  çələnginin  ustasıdı,  bənnasıdı,  nəqş 

vuranı,  qaş-daşa  tutanıdı,  Şərq  xalqlarıdı,  bizik,  hamımızıq.  Heyrətlə  saraya  axır  və 

görürsən  ki,  bura  Ərəbistandı,  İrandı,  Azərbaycandı,  Türküstandı,  Əfqanıstandı, 

Pakistandı,  Hindistandı.  Deməli,  muğamların  başlanğıcı,  mənşəyi,  soy  kökü  bu 

yerlərdi, bu torpaqlardı. Bu mülahizə bizim öz qənaətimiz, öz qərarlarımızdı[24] 

O da aydın həqiqətdir ki, Azərbaycan muğamları Şərq muğam aləmilə əsrlərcə

 

yaxınlıq,  oxşarlıq  və  doğmalıq  təşkil  etsə  də  bəzi  fərqli  cəhətlərdə  özünü  açıq-aşkar 



büruzə  verir  ki,  bu  da  tamamilə  təbiidir.  Deməli,  ümumilikdə  fərdiçilik,  bizimkində 

mənimkilik, genişlikdə lokallıq mütləqdir, qanunauyğundur. "Bu uyğunluqla bərabər, 

heç  də  inkar  edilməməlidir  ki,  bu  muğamlar  eyni  zamanda  müəyyən  xüsusiyyətlərə 

görə  bir-birindən  fərqlənirlər.  Bu,  belə  də  olmalıdır,  çünki  onların  hər  biri  daimi 

olaraq yerli ənənələrin təsiri altındadır və o xalqın dili, musiqi alətləri, ifa üsulları və 

ifadə  vasitələri  ilə  sıx  əlaqədardır"[25].  Buraya  hər  bir  xalqın  xarakteri,  mədəni 

inkişafı, mənəvi zənginliyi və psixoloji anını da daxil etmək olar. 

Muğamatın  başlanğıcı,  ilkin  yaranışı,  kökü  və  rişələri  tarixini  uzaq  keçmişdə 

ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsində axtarmaq lazımdır. Bu problemin 

Azərbaycanla  bağlı  cəhətlərinə  toxunmağı  özümüzə  borc  bilirik.  Azərbaycan 

minilliklər  boyu  qədim  Şərq  ölkələrilə  təmasda,  qarşılıqlı mədəni  əlaqədə  olmuşdur. 

Eradan əvvəl I minillikdən üzü bəri xalqımız bir sıra güclü dövlətlər yaratmışdır.  Öz 

qüdrəti,  mənəvi  dünyası  və  zəngin  adət-ənənəsilə  seçilən  dövlətlər.  Həmin  dövrdə 

Şərq  aləmilə  əlaqələrimiz  daha  güclü,  daha  təsirli  olmuşdur.  Belədirsə, 

muğamlarımızın kökləri həmin dövrlərin tarixi ilə sıx bağlıdır. Azərbaycan ərazisində 

muğamların  tarixini  Manna  və  Atropatena  dövlətlərinin  tarixinə  bağlasaq,  daha 

düzgün ola bilər. Zərdüşt dünyasının müqəddəs kitabı "Avesta" təxminən eyni dövrdə 

formalaşmış  və  inkişaf  etmişdir.  21  kitabda  cəmləşən  "Avesta"nın  Atropatenada 

tamamlanması  çox  şey  deyir.  Kitabda  etiqadlar  və  mərasimlərin  icrası  zamanı 

muğamlardan    istifadə    edilməsi    mümkündür.    Deməli,    ərazimizdə    muğamların 

təşəkkülünün  eradan  çox-çox  qabaqlarla  səsləşməsi  ehtimalı  həqiqətə  daha  yaxındır. 

İlk  orta  əsrlərdə  Azərbaycanda  muğamlar  öz  qədim  kökü  üstündə  inkişafını  davam 

etdirmiş, kamala yetmişdir. Bu baxımdan ərazimizdə VII əsrdə İslam dininin təşəkkül 

tapması və sonrakı inkişafı böyük məna və məzmun kəsb edir. Xatırladaq ki, Quranın 

avazla oxunması orta əsrlərdə xüsusi təqdir edilir və yüksək qiymətləndirilirdi. İslam 

dünyasının  bu  müqəddəs  kitabının  hikmət  və  təsir  gücünü  xalqa  çatdırmaqda  onun 

avazla  oxunması  yüksək  sənət  sayılırdı.  Yəqin  ki,  muğam  bu  sənətin  icrasında  öz 

rolunu  oynamış,  ona  xidmət  göstərmişdir.  Quranın  avazla  oxunması  öz  növbəsində 

muğam dünyasının inkişafına səbəb olmuşdur. Azərbaycanda da bu qovuşuqluq dinin 



141 

 

yayılmasına, muğamatın inkişafına zəmin yaratmışdır. 



Nizami  Gəncəvinin  mənəvi  dünyasında  muğamlar  haqqında  verdiyi 

məlumatlar son dərəcə qiymətlidir. O, "Xosrov və Şirin" poemasında səkkiz muğamın 

adını  çəkir:  "Rast",  "Üşşaq",  "Novruz",  "İsfahani",  "Hessari",  "Rəhavi",  "İraqi"və

 

"Zirfkənd". 



Muğamların  adları,  məzmunu  və  ifa  tərzləri  haqqında  XIII  əsrdə  Səfiəddin

 

Urməvi və XIV əsrdə Əbdülqadir Marağayinin əsərlərində bəhs edilir. 



XIV  əsrdə  Şamaxıda  dünyaya  gələn  xalqımızın  dahi  şairi  Seyid  İmadəddin 

Nəsiminin  ölməz  inciləri  aləmə  işıq  saçmışdır.  Şairin  kamal  dünyasında  sevgi,  eşq, 

məhəbbətlə  yanaşı,  musiqimizlə  bağlı  mətləblər  də  heyrət  doğurur.  Böyük 

mütəfəkkirin bir qəzəlində gözəllik, sevgi, hicran nidaları muğamlarla qoşalaşır, qoşa 

qanad olurlar: 

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,  

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.  

Üşşaq meyindən qılalı işrəti-Novruz,  

Ta rast gələ cəngi-Hüseynidə sərəfraz.  

Ya Çargahı lütf qıl, ey Hüsni-Büzürgi. 

 Kuçik dəhənindən bizə, ey dilbəri-tənnaz,  

Zəngulə sifət nalə qılam zar Segaha, 

 Çün əzmi-hicaz eyləyə məhbubi-xoş avaz. 

 Ahəngi-İsfahan qılır ol nami İraqi.  

Zəhhadi yolunda yenə canım qıla pərvaz.  

Könlüm hasar eylədi ol ruhi-mubərqə

 Gəl olma Müxalif bizə, ey dilbəri-Şahnaz.  

Çün cuşə gəlib, eşq sözün qılsa Nəsimi,  

Şövqündən onun cuşə gələr Sədiyi-Şiraz. 

Böyük  ustad  bir  qəzəlində  bir  dünya  yaratmış,  muğam  və  muğam  şöbələrini 

aşiqi-məşuqun  göz  yaşı  ilə  islatmışdır.  Həmin  könül  yandıran  qəzəldə  "Üşşaq", 

"Novruz",  "Rast",  "Kuçik",  "Hüseyni",  "Çahargah",  "Büzürg",  "Segah",  "İraqi", 

"İsfahani",  "Zəngulə",  "Mübərriqə",  "Müxalif",  "Şahnaz"  muğamları  muncuq  kimi 

sıralanır, sapa düzülür[26]. 

XIX  əsr  və  XX  əsrin  əvvəllərində  muğamlarımız  daha  da  inkişaf  edərək 

özünün kamillik zirvəsinə çatmışdır. 

Böyük  Üzeyir  bəy  yazır  ki,  musiqi  binasının  möhkəm  təməlini  təşkil  edən  on 

iki sütun, on iki əsas muğamı, altı bürc isə altı avazatı təşkil edirdi. On iki əsas muğam 

bunlar  idi: Üşşaq, Nəva, Busəlik,  Rast, Əraq, İsfahani,  Zərəfkənd, Büzürg,  Zəngulə, 

Ruhani,  Hüseyni  və  Hicaz[27].  Hər  biri  öz  məzmunu  və  qayəsilə  səciyyələnən  bu 

muğamlar  Şərq  xalqlarının  məhsulu,  onların  bəşəriyyətə  bəxş  etdiyi  töhfəsidir.  Dahi 

bəstəkar  öz  fikrini  davam  etdirərək  qeyd  edir  ki,  Yaxın  Şərq  xalqlarının  musiqi 

mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı 

bürclü  "bina"  (dəstgah)  şəklində  iftixarla  dörd  tərəfi  Əndəlistandan  Çinə,  Orta 




142 

 

Asiyadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür[28]. 



Zaman-zaman  bəzi  muğamların  şöbəyə,  bəzi  şöbələrin  muğamlara  çevrilməsi 

halları baş vermişdir. Nəticədə "Rast", "Şur", "Segah", "Şüştər", "Çahargah", Bayatı-

Şiraz", "Hümayun" Azərbaycan musiqisinin yeddi əsas ladı kimi formalaşmış, muğam 

dünyamıza kök salmış, inkişaf etmişdir. 

Muğamların  muğamıdı  "Rast".  Musiqi  ocağıdı,  kökdü,  özüldü,  bünövrədi. 

Musiqi  ensiklopediyamız,  musiqi  dastanımızdı  "Rast".  Epopeyadı,  xəzinədi,  dəfinədi 

"Rast".  Əlçatmaz,  bitməz-tükənməz  musiqi  dünyamızdı.  Genişlikdi,  səmavilikdi,

 

bitkinlikdi  "Rast".  Hekayət  danışan,  nağıl  söyləyən,  əfsanə  yazan  ulumuzdu, 



ixtiyarımızdı, 

müdrikliyimizdi, 

yetkinliyimizdi, 

uzaqgörənliyimizdi, 

alicənablığımızdı,  nəcibliyimizdi  "Rast".  Düşünən,  düşündürən,  nəsihət  verəndi, 

zəkadı,  ağıl  dəryasıdı,  kamillik  dünyasıdı,  düzlükdü,  təmizlikdi,  ümiddi,  təmkindi, 

gümrahlıqdı,  təskinlikdi,  gərginlikdi  "Rast".  Qəhrəmanlıqdı,  mərdlikdi,  istiqanlılıqdı 

"Rast"... 

Üzeyir  bəy  "Rast"ın  "bahar  nəsiminin  əsməsindən"  götürüldüyünü  və  onun 

zamanın  sınağından  üzüağ  çıxdığını  bildirir.  O  qeyd  edir  ki,  "bu  muğam  kökünün 

möhkəm və məntiqli olması onun adının mənasına tamamilə uyğun gəlir. "Rast" düz, 

doğru deməkdir. "Rast" muğamı yalnız öz adını və səs qatarını deyil,  hətta öz maya 

ucalığını  da  zəmanəmizə  qədər  mühafizə  etmişdir.  Bütün  Yaxın  Şərq  xalqlarında 

"Rast" muğamının quruluşu və mayə ucalığı eynidir"[29]. 

A.Əfəndiyev "Rast"ın fəlsəfi mahiyyətini, estetik xilqətini özünəməxsus tərzdə 

incələyir.  Bizi  ciddiliyə,  qəhrəmanlığa,  hikmətə,  qeyrətə  haylayır,  haraylayır. 

"..."Rast"  həm  başqa  muğam  bulaqlarını  yaradan,  həm  də  bu  bulaqların  suyundan 

bəhrələnən bir çaydır. "Rast" muğamları, muğamlar "Rast"ı yaratmışdır... "Rast" həyat 

haqqında  fəlsəfi  hekayətdir.  Bu  hekayət  həyatın  ən  kamil,  ən  parlaq,  ən  müdrik 

dövrlərini əhatə edir... Burada fəlsəfi məzmun dərin zəka tərəfindən dərk olunmuş və 

həssas  ürək  tərəfindən  duyulmuş  vəhdət  şəklində  meydana  çıxır...  Bütün  bu  hisslər, 

düşüncələr  bir  dənizə  -  qəhrəmani  fəaliyyət  dünyasına  axırlar.  Buna  görə  də  "Rast" 

adlanan  epik  dastanın  sədalarında  digər  muğamlar  da  eşidilir.  Bütün  muğamlar 

"Rast"a qovuşur"[30]. 

"Şur"un  ən  sanballı,  çoxtərkibli,  irihəcmli  dəstgah  sayılaraq  Azərbaycan  və 

İranda  tanındığı  və  geniş  yayıldığı  qeyd  edilir[31].  Belə  bir  mülahizə  var  ki, 

"...bugünkü "Şur" muğamının və eyni adlı lad-məqamın özülünü qədim klassikon iki 

muğamdan "Nəva" adlı muğam-lad təşkil edir". Belə bir ehtimal da var ki, "...indiki 

"Şur"  muğamı  müəyyən  dövrlərdə  "Dügah"  adını  daşımışdır"[32].  Deməli,  "Şur" 

muğamı cavan görünsə də, onun əsli-kökü qədim və möhkəm özül üzərində bərqərar 

olmuşdur.  Arzu  və  istək  baxımından  "Segah"  "Şur"la  qırılmaz  tellərlə  bağlıdır.  Hər 

ikisi  eşqə,  məhəbbətə  mübtəla  olur,  xəyallar,  röyalar  aləmində  qovuşurlar.  Lakin 

"Segah"ın aləmi, sevgi dünyası daha dərdli, daha ələmlidir. Əzablı yollar, sarsıntılar, 

ümidsizliklər, uğursuzluqlar daha çoxdur... 

"Segah"  üç  mövqe,  üç  məkan  mənasını  daşıyır  və  çoxvariantlı,  çoxköklü 



143 

 

muğam



 

sayılır.  Onun  "Zabul  segah",  "Xaric  segah"  və  "Mirzə  Hüseyn"  növləri  xalq 

arasında daha geniş  yayılmışdır. Musiqişünas R.Zöhrabov  yazır: "Segah" muğamının 

və  onun  variantlarının  əsasını  eyni  adlı  lad-məqam  təşkil  edir.  "Segah"a  aid  bütün 

təsnif  və  rənglər,  şikəstələr,  xalq  mahnı  və  rəqsləri  də  "Segah"  muğamına  əsaslanır. 

Onu  da  deyək  ki,  başqa  muğamlara  nisbətən  "Segah"da  təsnif  və  rənglər,  mahnı  və 

oyun havaları daha çoxdur"[33]. "Segah"ın geniş yayılması onun daxili zənginliyi və 

əhatəli imkanlara malik olması ilə bağlıdır. "Segah" xalqımız üçün daha çox doğma, 

əziz olduğundan sevilən, seçilən muğamlardandır. 

"Çahargah" adından göründüyü kimi, fars sözüdür. Çahar - dörd, gah - məkan, 

məskən.  O  da  həqiqətdir  ki,  "Çahargah"  dördüncü  dayaq,  dayanacaq  kimi  də 

mənalandırılır[34].  "Çahargah"  əsas  muğam  dəstgahlarından  biri  kimi  Yaxın  Şərqdə 

və  Azərbaycanda  geniş  yayılan,  sayılan  və  sevilən  muğamlardandır.  Bu  muğam 

dəstgahının  tərkib  hissələri  haqqında  xeyli  mülahizələr  vardır  və  onların  hər  biri  öz 

növbəsində  haqlı  olaraq  həqiqət  kimi  qəbul  edilir.  Son  fikir  belədir  ki,  müasir 

Çahargah"ın  tərkib  hissələri  "Bərdaşt",  "Mayeyi-Çahargah",  "Bəstənigar",  "Hisar", 

"Məalif",  "Qərrə",  "Müxalif",  "Mənsuriyyə",  "Üzzal",  "Çahargah  ayaq"  şöbə  və 

guşələrdir.  Bütün  bu  göstərilənlərin  cəmində  əsas,  keçid,  inkişaf  və  sonluq 

hökmrandır.  Daha  dəqiq  desək,  bunların  cəmi  "Çahargah"ın  məna,  məzmun  və 

məqsədini  açıqlayır,  bütövlüyünü  təsdiqləyir.  "Çahargah"  dəstgahında  xalqın 

yenilməzliyinə  uzaqgörən,  cəngavər  sərkərdə  başçılıq  edir.  Qazanılan  qələbədən 

qəhrəmanlıq tarixi yaranır. Qanla qazanılan, qanla yazılan tarix. 

Azərbaycan  muğamları  sırasında  sıralanan  "Şüştər"  muğamının  öz  yeri,  öz 

siqləti var. "Şüştər"in başqa muğamlarla əlaqəsi güclüdür, fərqi də çoxdur. Hər şeydən 

əvvəl,  öz  təbiəti  etibarilə  kədərlidi,  qəmlidi.  "Şüştər"  sanki  xalqımızın  çətin,  əzablı, 

məşəqqətli  tarixini  vərəqləyir. Bizlərə  cəfakeşlik, zəhmətsevərlik, qədirbilərlik təlqin 

edir. 

"Şüştər"in  məzmununda  aşıq  musiqisilə  doğmalıq  aşkar  duyulur.  Onun  bəzi 



şöbələri aşıq musiqisilə həmahəng səslənir, o qola güvənir. Az şöbəli "Şüştər" çətin ifa 

olunur,  xanəndədən  dərin  hiss,  xüsusi  bacarıq  tələb  edir.  Zilxanın  şaqraq  səsi, 

qaynayan  zənguləsi,  heyrətləndirici  xalları  və  yumşaq  boğazı  olmalıdır.  Ona  görə  də 

bu  muğam  nisbətən  az  ifa  olunur.  Həm  də  "bəmdə  deyil,  səsin  orta  diapazonunda 

başlayır və sonra birbaşa zilə keçir"[35]. 

"Bayatı-Şiraz"  professional  muğamlarımızın  gəlinidi.  Öz  isməti,  öz  gözəlliyi, 

öz  bəzəyilə  seçilən  gəlini.  Görünür  Şiraz  adının  muğam  adında  işlədilməsi  təsadüfi 

olmayıb,  bir  qanunauyğunluqla  bağlıdır.  Bəlkə  o,  Şiraz  şəhərində  yarandığı  üçün, 

bəlkə  orada  daha  çox  yayıldığı  üçün.  Bəzən  "Bayatı-Şiraz"a  "Bayatı-İsfahan" 

deyilməsi  də  maraq  doğurur[36].  Bəlkə  də  bu,  muğamın  bir  çeşmədən  su  içib,  bir 

kökdən ucalmasını bildirir. 

"Bayatı-Şiraz"  muğamının  qədim  tarixi  var,  uzun  yolun  yolçusu  kimi  çox 

sınaqlardan keçib. Zaman-zaman inkişaf edib, kamilləşib. Hal-hazırda "Bayatı-Şiraz" 

muğam  dəstgahının  məcmusunu  səkkiz  şöbə  və  guşə  təşkil  edir.  Bunlar  "Bərdaşt" 




144 

 

"Mayeyi  Bayatı-Şiraz",    "Nişibi-fəraz",    "Bayatı-İsfahan",    "Zil  Bayatı-Şiraz", 



"Xavəran", "Üzzal", "Dilruba" və "Bayatı-Şiraza ayaq" (kadensiya)dır. 

Qəmginlik  "Bayatı-Şiraz"ın  da  payına  düşüb,  taleyinə  yazılıb.  Onda  kədər  də 

var,  hissə  qapılmaq  da,  bir  az  da  tərki-dünyalıq.  Bu  muğamın  qəmi  qəlbi  göynəmir, 

ürəyi ağrıtmır, əksinə, ürəyə toxtaqlıq, inam bəxş edir. 

"Mayeyi  Bayatı-Şiraz"  şöbəsində  "...qəm  yüksəldikcə  enir,  dərinləşdikcə 

sabitləşir,  çılğınlaşdıqca  sakitləşir,  sonra  gələn  şöbələrdə  qəm  dağa  dikəlir,  zirvəyə 

qalxır və yenidən sakitləşir, həzinləşir..."[37]. 

"Hümayun" muğamının qaibanə səsləri də, mənası da gözəldir. Mənası "Şahlıq 

quşu"  deməkdir.  Onu  uğurlu,  səmimi  və  sədaqətli  kimi  də  mənalandırırlar.  Hətta 

muğamların başının tacı da sayırlar[38]. "Hümayun" azadlıq carçısı, bakirəlik timsalı, 

saf duyğular tərənnümçüsü  kimi daha  möhtəşəm, inamlı  və inadlıdır. Onun qəmi də 

güclüdür,  dəmi  də.  "Hümayun"  muğamının  tərkibini  "Bərdaşt",  "Hümayun",  "Feli", 

"Şüştər", "Tərkib", "Üzzal", "Kiçik", "Məsnəvi" və "Hümayun ayaq" təşkil edir[39]. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin