Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə32/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   28   29   30   31   32   33   34   35   ...   139
Mir  Möhsün  Nəvvab.  XIX  əsrin  qaynar 

musiqi  həyatından  söhbət  açarkən  ilk  növbədə 

Nəvvab  Mir  Möhsün  ibn  Hacı  Seyid  Əhməd 

Qarabaği yada düşür. 

Şuşada 1833-cü ildə dünyaya gəlmiş, nadir

 

istedad və ensiklopedik biliyə malik Mir Möhsün 

Nəvvab  musiqi  tariximizi  araşdıran  görkəmli 

sənətkarlardandır. Heç şübhəsiz, Şuşanın əfsanəvi 

təbiəti,  qaynar  musiqi  məclisləri  onun  həyatında 

və  musiqişünas  kimi  formalaşmasında  xüsusi  rol 

oynamışdır. 

İlk 


təhsilini 

Molla 


Abbas 

mədrəsəsində alan Nəvvab Azərbaycan, ərəb, fars 

və  rus  dillərini  mükəmməl  öyrənmiş,  əsərlərini 

həmin dillərdə qələmə almışdır. 

Qarabağda  təhsil,  musiqi  və  ədəbiyyatın  inkişafında,  Şuşanın  musiqi 

mərkəzlərindən birinə çevrilməsində bu ölməz sənətkarın böyük xidmətləri olmuşdur. 

Onun iştirakı ilə təşkil olunan "Məclisi-Fəramuşan"da və "Musiqiçilər" məclislərində 



136 

 

ədiblərlə  yanaşı musiqiçilər  də iştirak etmişlər[14]. Musiqinin yaranması və inkişafı, 



təsir  gücü,  xanəndəlik  sənəti,  muğamların  oxunma  qaydaları  və  digər  mühüm 

məsələlər  məclisdə  geniş  söhbətlərə  səbəb  olurdu.  "Musiqi  məclislərində  "Şur", 

"Mahur", "Çahargah", "Bayatı İsfahan" muğamlarının oxunması iki, bəzən də üç saat 

çəkərdi. Maraqlısı budur ki,  məclislərdə bütün muğamları düzgün və  tamam dəstgah 

oxumağı  öyrənən  xanəndələr  hər  hansı  bir  muğamı  daha  kamil  öyrənər,  başqa  sözlə 

desək, ixtisaslaşmağa çalışardı"[15]. 

Xatırladaq ki, onun çoxillik və çoxsahəli yaradıcılığı iyirmidən çox əsərində öz 

əksini tapmışdır. Buraya bir sıra bənzərsiz miniatürlərini və rəsmlərini də əlavə etmək 

olar.  Nəvvabın  görkəmli  musiqişünas  kimi  məşhurlaşmasında  1884-cü  ildə 

Azərbaycan dilində yazdığı və 1913-cü ildə nəşr etdirdiyi "Vüzuhül-ərğam" adlı əsəri 

xüsusi  əhəmiyyətə  malikdir.  Şərq  və  yunan  musiqişünaslarının  əsərlərini  hərtərəfli 

öyrənən Nəvvab, xalqımızın orta əsr  musiqi bahadırlarının musiqi nəzəriyyələrini də 

dərindən  mənimsəmiş  və  yeri  gəldikcə  onlardan  bacarıqla  istifadə  etmişdir. 

Yığcamlılığı,  məzmunluluğu  və  təcrübəvi  əhəmiyyəti  cəhətdən  diqqəti  cəlb  edən 

əsərin girişində musiqi elminin ictimai əhəmiyyəti və onun inkişaf yollarından söhbət 

açılır.  Nəvvab  musiqi  elminə  bələd  olmaqla  yanaşı,  onu  çalıb-çağırmağı  da  tövsiyə 

edir. 

Kitabın  maraqlı  cəhətlərindən  biri  də  musiqinin  mənəvi  təsir  gücünə  malik 



olmasının  izahıdır.  O  göstərir  ki,  xəstəlik  bədəndə  istilik  və  soyuqluq  törədir.  Bir 

qayda  olaraq,  şadlıq  hərarəti,  qəmginlik  isə  soyuğu  artırır.  Ona  görə  də  bədəndə 

hərarət  olsa, şadlıq və  sevinc aşılayan  nəğmələr, hüzn  və  məlal  gətirən nəğmələr

 

isə 



soyuqluq olsa oxunmalıdır. 

Kitabda  musiqi səsləri, pərdə və kök sistemi,  muğam, şöbə, guşə və avazların 

şərhinə  xeyli  yer  verilmişdir.  Nəvvab  "Üşşaq",  "Nəva",  "Busəlik",  "Rast",  "Əraq" 

"İsfahani", "Zirəfkəndə", "Bozark", "Zəngulə", "Rəhavi", "Hüseyni", "Hicazi" adlı 12 

pərdənin adlarını qeyd edir. 

Əsərdə  muğamların adları ilə əlaqədar verilən izahlar da  diqqəti cəlb edir. O, 

"bu pərdəyə ona görə "Rast" deyilir ki, əksər sövqlər bu pərdə ilə gəlir və bu  havanı 

guya bahar küləyinin hərəkətindən kəşf ediblər. Həmçinin  "Rahab"ın yağışın damcı-

damcı  tökülməsindən,  "Çahargah"ın  göy  guruldamasından,  "Dügah"ın  fəvvarədən 

axan sudan, "Nəva"nın aşiqlərin ürəkyandırıcı naləsindən, "Mahur"un suda üzməkdən, 

"Şahnaz"ın bülbüllərin aşiqanə sədasından götürüldüyünü" söyləyir[16].  

Əsərdə  nəğmə  və  havaların  meydana  gəlməsi,  muğamlar  və  onların 

əhəmiyyəti, ifaçılıq sənəti və s. nisbətən ətraflı şərh edilir. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin