Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə31/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   27   28   29   30   31   32   33   34   ...   139
Əbubəkir  ġirvani  və  Nurəddin  Maraği.  Əbdülqadir  Marağayinin  həməsri 

olan  görkəmli  Azərbaycan  musiqi  xadimlərindən  biri  də  Məhəmməd  ibn  Əbubəkir 

Şirvanidir. 

Əbubəkir  Şirvani  tam  mənasında  dövrünün  musiqi  sultanı  olmuşdur.  Onun 

həyat  və  zəngin  yaradıcılığı  haqqında  məlumat  hələlik  son  dərəcə  azdır.  Musiqi 

ümmanından  bizə  yadigar  qalan  "Musiqi-İxvanus  Səfa"  adlı  əsəri  xalqımızın  musiqi 

tarixinin  öyrənilməsində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Həmin  əsərdə  musiqimizin 

nəzəri və əməli məsələlərinə dair qiymətli fikirlər söylənilir[11]. 

XV  əsr  görkəmli  Azərbaycan  musiqişünası  Nurəddin  Marağinin  də  böyük 

xidmətləri olmuşdur. Onun 1413-cü ildə yazdığı "Məqasid-əl-ədvar" əsəri Şərq musiqi 

mədəniyyətinə töhfə kimi qiymətləndirilir. Əsərdə musiqinin tarixi, nəzəri məsələləri, 

alətlərin adları və istifadə tərzi haqda bəzi maraqlı məlumat verilmişdir. 

XV-XVI  əsrlərdə  yaşayıb-yaratması  ehtimal  olunan  Əbdülmömin  ibn 

Səfiəddin  ibn  Məhyəddinin  "Behcat  ər-ruh"  musiqi  əsəri  ən  kamil  və  bitkin  musiqi 

araşdırması sayılır. Əsər müqəddimə, on fəsil və nəticədən ibarətdir[12]. 



135 

 

Müəllif  musiqinin  sehrini  öyrənməyənləri,  bu  fənnə  meyil  göstərməyənləri 



cahil  adlandırır.  Təbii  olaraq  musiqidən  faydalanma  insanı  xeyirxahlığa,  kamilliyə, 

ülviliyə  səsləyir,  onda  yüksək  mənəvi  aləm  yaradır.  Əsərdə  musiqinin  müalicəvi 

əhəmiyyətindən  xüsusi  bəhs  edilir.  Muğamların  tarixi  və  məzmunu  ilə  bağlı 

mülahizələri diqqəti çəkir. O, muğamları mahiyyətinə görə səciyyələndirir. Yoxsullar 

üçün  "Novruzi-ərəb",  "Rəhvan",  türklər  üçün  "Hicaz",  "Novruzi-əsl",  alimlər  üçün 

"Əraq",  "Segah",  xəstələr  üçün  "Hüseyn",  "Üşşaq",  "Əraq",  qadınlar  üçün  "Segah", 

"Şahnaz",  ədiblər  üçün  isə  "Çahargah",  "Hicaz"  muğamlarının  oxunmasını  məsləhət 

görür. 


Əbdülmömin gözəl  səsi,  şirin avazı  və  aydın  ləhcəsi ilə seçilən,  xanəndəliyin 

sirlərinə  dərindən  bələd  olan  xanəndə  olmuşdur.  Onun  tövsiyəsinə  görə  xanəndənin 

boyuna  uyar,  zövqü  oxşar  səliqəli  geyim  dəsti  olmalıdır.  Xanəndə  həmişə  səsini 

qorumalı, onun qeydinə qalmalıdır. Ona görə də süd içməli, zeytun yağından istifadə 

etməlidir.  Səsi  zora  salmaq,  süniliyə  meyil  göstərmək  qəti  qadağandır.  Xanəndə 

mütləq  idmanla  məşğul  olmalıdır.  Bu,  onun  gümrahlığını,  həvəs,  şövq  və  inamını 

gücləndirir.  Xanəndə  12  muğam,  24  şöbə  və  48  guşənin  sirrinə  vaqif  olmalı,  onları 

məharətlə  ifa  etməyi  bacarmalıdır.  Onun  musiqi  alətləri  haqqında  da  maraqlı 

mülahizələri vardır.

 

 



Musiqinin  əməli  cəhətlərinə  yaxından  bələd  olan  Mirzə  bəyin  "Risaleyi-

musiqi" əsərində  melodiyaların yaranması və ritmik zərblərin vurulması qaydaları

 

öz 


əksini  tapmışdır.  Əsərdə  ifaçılara  verilən  məsləhətlər  böyük  maraq  doğurur, 

muğamların  məzmun  və  mahiyyəti,  xalqımızın 

musiqi  tarixi  haqqında  da  məlumat

 

diqqəti  cəlb 



edir[13]. 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin