131
MUSĠQĠ
Musiqi can verir ruha əzəldən,
Musiqi qəlb alır min bir gözəldən.
Xəyalı oxşayan hər təranəsi
Bir şair qəlbidir, bir canan səsi.
Hər incə pərdənin öz aləmi var,
Bəzən nəşəsi var, bəzən qəmi var.
Musiqi daşları gətirir dilə,
Ram olur səsinə vəhşilər belə...
Səməd Vurğun
Azərbaycanı dünya xalqları musiqili, şairli-şeirli, sazlı-sözlü, min bir avazlı,
Nizamili, Füzulili, Urməvili, Marağalı, Nəvvablı, Ələsgərli, Üzeyirli, Vurğunlu,
Şəhriyarlı xalq kimi tanıyır. Bitməz-tükənməz musiqimiz əsrlərcə xalqımızın ürəyində
döyünmüş, qanına hopmuş, iliyinə işləmişdir. Böyük Üzeyir Hacıbəyov
azərbaycanlıların musiqi istedadına qiymət verərək yazır: "Qafqaz millətləri içərisində
musiqiyə ən müstəfid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz.
Bunların bir çoxu, məşhur xanəndə və sazəndələri yalnız özlərinin içində deyil, bəlkə
ümumi Qafqaz millətləri arasında tanınmış və şöhrət qazanmış musiqarlardır"[1].
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçən, xalqın nəcib duyğu və arzularını,
hüzn və həsrətini, nisgil və kədərini, mübarizə və qələbəsini tərənnüm edən çoxəsrlik
Azərbaycan xalq musiqisi öz dərin rişələrindən qidalanaraq cilalanmış və küreyi-ərzin,
demək olar ki, hər yerində səslənərək özünə layiq şərəfli bir yer tutmuşdur.
Dostları ilə paylaş: