ünyetməz zirvəsidi Üzeyir bəy. Qafqaz musiqisinin atası, Şərq musiqisinin
Ağcabədidə dünyaya göz açmışdır. Gələcəyin böyük dühası gənclik çağlarını
xalqımızın musiqi laylası sayılan Şuşada keçirmişdir. Bir tərəfdən valideynlərinin
137
yüksək ədəb-ərkan tərbiyəsi, digər tərəfdən dayısı Ağaverdi bəyin müdrik kəlamları,
musiqi dünyasından ürək sehirləyən söhbətləri qanadlandırdı Üzeyiri. Sonralar Üzeyir
bəy yazırdı: "...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və
sazəndələrdən almışam. O vaxt mən muğam və təsnif oxuyardım. Səsim xanəndələrin
xoşuna gələrdi. Onlar məni oxudar və
öyrədərdilər"[17].
Üzeyir bəy Şuşada rus-tatar məktəbini
qurtardıqdan
sonra
Qori
müəllimlər
seminariyasına daxil olur. "...Seminariyada
skripkada, violonçeldə və nəfəsli alətlərdə
çalmağı
öyrəndim.
Mən
orada
musiqi
nəzəriyyəsi haqqında da az-maz məlumat
aldım"[18]. Üzeyir Hacıbəyov 1904-cü ildə
seminariyanı
bitirib
Cəbrayıl
qəzasında
müəllimliyə başlamışdır. 1915-ci ildən taleyi
onu
gətirib
Bakıya
çıxardı.
Bəstəkar,
musiqişünas, yazıçı, dramaturq, publisist kimi
qızğın fəaliyyət göstərdi. 1908-ci ildə üzərində
çoxdan düşündüyü ilk Azərbaycan operasını
"Leyli və Məcnun"u yaratdı. Operada xalq
musiqimiz, xüsusilə muğamlarımız yenidən dil
açdı, onun yeni məzmun və məna çalarları qəlbimizə köçdü.
1909-cu ildə onun "Şeyx Sənan" operası tamaşaya qoyuldu. İki ildən sonra
dahi bəstəkar "Rüstəm və Söhrab"ı xalqına təqdim etdi. 1912-ci ildə "Şah Abbas və
Xurşidbanu", "Əsli və Kərəm" operalarını yaratdı. 1915-ci ildə "Harun və Leyla"
operası bəstələndi [19]. On yeddi illik fasilədən sonra - 1937-ci ildə səhnəmizin şöhrət
tacı, "Koroğlu" operası dünyalandı. Bu opera dünya musiqi əsərlərindən biri,
xalqımızın cəngavərlik, mərdlik, qəhrəmanlıq himni - mərdanəlik çələngidir.
Üzeyir bəyin "Firuzə" operası yarımçıq qaldı. Geniş mənada düşünülmüş bu
əsərdən firuzənin ariyası yadigar qaldı.
Üzeyir bəy həm də xalqımızın - Azərbaycan türklərinin musiqili komediya
janrının yaradıcısıdır. "Ər və arvad" (1909), "O olmasın, bu olsun" (1919) və "Arşın
mal alan" (1913) yarandı. Onların mətnini yazan da, musiqisini bəstələyən də Üzeyir
bəy özü oldu. Mənəvi mədəniyyətimizin inciləri sayılan bu komediyalar xalqımıza
dünya şöhrəti gətirən, onu beynəlxalq aləmdə tanıtdıran ölməz əsərlər siyahısındadır.
Üzeyir bəyin vokal musiqi əsərləri arasında Nizaminin sözlərinə yazılmış "'Sənsiz" və
"Sevgili canan" romans-qəzəlləri qəlbləri ovsunlayan musiqi çələngidir. Onlarca
mahnıları, kantataları bəstəkarın musiqi sarayının kaşıları - bəzəyidir.
Bəzi məlumatlara görə Üzeyir bəy səksənə qədər marş bəstələmişdir. Yəqin hər
marşın da öz məzmunu, səfərbəredici çağırışı, döyüş ruhu, qələbə müjdəli harayı
olmuşdur.
138
Fəxredici hallardan biri də odur ki, Üzeyir bəy XX əsr Azərbaycan himnlərinin
müəllifidir. Üzeyir bəy musiqimizin nəzəri və əməli problemlərinə, onların elmi
yollarla həllinə böyük əmək sərf etmiş, nəhayət, 1945-ci ildə "Azərbaycan xalq
musiqisinin əsasları" adlı əsəri dünya musiqi nəzəriyyəsinə yaraşıq, Şərq musiqisinin
sirlərinin açılmasına işıq saçmışdır. Bu fundamental nəzəri əsərdə xalq musiqisinin
milli xüsusiyyətləri, geniş imkanları və qanunauyğunluqları açıqlanmışdır.
Üzeyir bəy istedadların üzə çıxarılmasını, peşəkar kadrların yetişdirilməsini,
milli musiqimizin qanun və qaydalarının araşdırılmasını və bəşəri musiqinin sirlərinə
yiyələnməyi əsas və ümdə vəzifə kimi qarşıya qoyurdu. Bu təxirəsalınmaz işdə Üzeyir
bəyin 1921-ci ildə yaratdığı ilk Azərbaycan Dövlət Türk Musiqi Məktəbi öz misilsiz
rolunu oynadı. Beş ildən sonra həmin musiqi ocağı Azərbaycan Dövlət
Konservatoriyası ilə birləşdirildi. Konservatoriyanın yaranması və inkişafı da Üzeyir
bəyin adı ilə bağlıdır.
Dostları ilə paylaş: