Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə19/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   15   16   17   18   19   20   21   22   ...   139
Xeyrənisə  bəyim.  1568-ci  ildən  Məhəmməd  Xudabəndə  Qəzvində  Səfəvilər 

dövlətini  idarə  etməyə  başladı.  Lakin  kor  Xudabəndə  həm  də  çox  bacarıqsız 

olduğundan  ölkəni  arvadı  Xeyrənisə  bəyim  idarə  edirdi.  Zəkalı,  bacarıqlı  və  tədbirli 

qadın  olan  Xeyranisə  bəyim  səfəvilərlə  türklər  arasında  gedən  mübarizəyə  özü 

başçılıq edirdi. 

Nigar xanım. Nigar türk qızı, İstanbul gözəliydi. Əsilli-nəsilli tayfanın isməti, 

gözünün  işığıydı.  Türk  oğlu,  Azərbaycan  igidi  Koroğluya  ürək  açan,  könül  verəndi. 

Nigar  Koroğlunun  gözünün  ilk  ovu,  sığınacağı,  sınağıydı.  Ömür-gün  sirdaşıydı, 

igidlik  dünyası,  ismət  qalasıydı.  Əyilməyən  məğrur  başı  -  ilham  pərisi,  şah  əsəri, 

dilinin əzbəriydi Nigar. Namusuydu-arıydı, pozulmaz ilqarıydı. İlk istəyi, son harayı, 

son arzusuydu Nigar. 

Nigar  xanımlar  xanımı,  gözəllər  gözəliydi.  Koroğlunun  boyuna  biçilən, 

taleyinə yazılanıydı. Sərv boylu, şux qamətli qənirsizdi Nigar. Qaşları kaman, gözləri 

can  alan,  lalə  yanaq,  bəyaz  buxaq,  ismət  qızartısı  da  bir  ayrı  tamaşa.  Zəncir  zülfləri 

topuğa  çatırmış,  mələklərə,  ilahələrə  oxşarı  varmış.  Qırx  qız  yığnağında  sayılan, 

seçilən,  nazlanan,  sazlananmış  Nigar.  İsmətində  cahan  ismətlənər,  qənirsizliyində 



102 

 

gözəllər gizlənərmiş Nigarın. 



Çənlibel  Koroğlu  dünyasının  dünyasıydı.  Nigarın  doğma  eli,  anasıydı. 

Dəlilərin  səddi,  səngər  qalasıydı.  Eyvazın  seyrəngahı,  ata  yurdu,  ana  ocağıydı 

Çənlibel. Şadlıq  məclisiydi,  say-seçmə  igidlərin, cövlan edən dəlilərin, qurşaq tutan, 

yallı  gedən,  çalıb-çağırdıqları  evi-eşiyiydi  Çənlibel.  Nigar  məclislər  yaraşığı,  dəlilər 

anası,  məsləhət  yuvasıydı  Çənlibelin.  Hamıya  xeyir-dua  verən,  dəliləri  yola  salan, 

uğur  diləyən,  qəbul  edən,  qələbə  məclisi  qurandı  Nigar  Çənlibeldə.  Yeri  gələndə, 

məsləhət  görüləndə  at  da  minərdi,  qılınc-qalxan  da  gəzdirərdi,  düşmən  üzərinə  də 

yeriyərdi Çənlibeldən. 

Bütün  məşəqqətlərə  sinə  gərən,  ərinin  qəminə  şərik  çıxan,  sevincini  yarı 

böləndi  Nigar.  Qəlbi  sınıqdı  Nigarın.  Övladsızlıq  tonqalında  yanan,  övlad  həsrətilə 

şölələnən məşəldi Nigar. Bir dəfə kövrəldi, Nigar üzünü Koroğlusuna tutdu: 

   ...Toz bürümüş boş beşiyə, 

  Şirin layla çalan yoxdur... 

  Hər quş balasıynan gəzir, 

  Niyə sənin balan yoxdur? 

Bu nisgilli sözlər Koroğlunun məlul könlündən qara qanlar axıtdı. Nigar  yalan 

oldu, Koroğlu doldu-doluxsundu bahar buludu tək. 

Koroğlu  Eyvaz  sorağıyla  Turkman  elinə  səfər  elədi,  onu  tezliklə  Çənlibelə 

gətirdi,  Nigara  oğul  etdi,  Nigar  Eyvazını  bağrına  basdı,  öpdü-oxşadı.  Sonra  da 

köynəyindən keçirib Eyvazı doğmaladı. Eyvaz şamında nurlandı, zirvələndi, ana oldu, 

analandı  Nigar.  Eyvaz  ona  layiq  övlad,  ataya  arxa,  Çənlibelə  yaraşıq  oldu.  Sayıldı, 

seçildi,  sevdi,  sevildi.  Nigar  övlad  yolunda  saçlarını  ağlı-qaralı  hördü.  Qara  saçlar

 

gümüşləndi.  Çənlibeldə  müdam  intizarda  yaşayan,  Eyvazı  üçün,  Koroğlusu  üçün 



yeddi  min  yeddi  yüz  dəliləri  üçün  əli  qoynunda,  fikri  uzaqlarda,  gözləri  yollarda 

qalandı Nigar. 

İldırımlar  çaxanda,  gurşad  oynayanda,  atlar  nərə  çəkib  şahə  qalxanda,  qılınc-

qalxanlardan  od  parlayanda  Nigarın  birmənalı  baxışı  hamını  susdurur,  qanı  su  ilə 

yuyurdu.  Əsən-coşan  telli-toqqalı  dəlilər,  vuran-tutan  igidlər,  qan-qan  deyən  şiri-

nərləri daima əmin-amanlığa səsləyər, övlad tək bəsləyərdi Nigar. 

Bəli,  qoç  Koroğlu  təkdi  dünyada.  Nazlı  Nigarımız  təkdi,  bircəydi  dünyada. 

Koroğlunun  Nigarıydı,  Nigarın  Koroğlusuydu.  Biri  ismət,  biri  qeyrət  heykəliydi. 

Koroğlularımız  çoxdu,  Nigarlarımız  saysız-hesabsızdı  Azərbaycanda.  Xalqımızın 

qeyrətliləri Koroğlu adını qürurla daşıyır, ismətlilərimiz Nigar adını fəxrlə yaşayır... 




Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin